Məhkəmə qərarları › İş №1(102)-1284/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1284/2019

22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1284/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və Məhkum iştirakları ilə, MəhkumAzərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsiilə təqsirli bilinib məhkum olunması barədə Balakən Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə Balakən Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2019-cuil tarixli qərarından məhkumtərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim H.Q.Səlimov) 29 may 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 15 yanvar 2018-ci ildə tutulub 17 yanvar 2018-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə daxil edilməklə həmin cəzadan çıxılması və Məhkum üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Balakən Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 4300 (dörd min üç yüz) manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilən cəza ilə tamamilə birləşdirilməsi və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 4300 (dörd min üç yüz) manat miqdarında cərimə cəzaları saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 29 may 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətə əsasən işə baxan Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim H.Q.Səlimov) 12 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət rədd edilmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Eyvazov Akif Məhərləm oğlunun (sədrlik edən və məruzəçi) Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 15 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Şəki Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2019-cu il tarixli qərarından məhkum kassasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahişetmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmü aldığı zaman xəstə olmuş və mənəvi sarsıntı keçirmişdir. Himayəsində ağır xəstə olan azyaşlı övladı var. Qeyd olunanları nəzərə alaraq Balakən Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilmişi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barəd ə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsin in Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətini n ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Cinayət işinin materiallarından görünür ki, Balakən Rayon Məhkəməsi 29 may 2018-ci il tarixli hökmünün surətini Məhkum 05 iyun 2016-cı il tarixdə rəsmi qaydada qəbul etmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti 19 dekabr 2018-ci il tarixdə, yəni hökm çıxarıldığı vaxtdan 06 ay 20 gün müddətin keçməsindən sonra təqdim edilmiş və həmin apellyasiya şikayəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 11 yanvar 2019-cu il tarixli müşayiətedici məktubu ilə göndərilmiş və 16 yanvar 2019-cu il tarixdə Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkum kassasiya şikayətinə xəstə olması və mənəvi sarsıntı keçirməsini qeyd etsə də, bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən hal apellyasiya şikayəti vermə müddətinin b ərpa edilməsinə əsas vermir. Bu səbəbdən də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğundur. Məhkəmə kollegiyası da onunla razılaşır. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də birinci və apellyasiya instansiya məhkəmələri hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara ald ı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar