Məhkəmə qərarları › İş №1(102)-1284/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1284/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1284/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş ka ssasiya şikayətinə əsasən cinayət işinə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)-152/2022 saylı (hakimlər Niyazi Quliyev (sədrlik edən və məruzəçi), Aqil Musayev və Cavid Səfərlidən ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1992-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, bitərəf, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, c əzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək zəyişdirilməməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, ərazi narkoloji kabinetində qeydiyyata alınması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 1(106)-546/2022 saylı qərarı ilə (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və İlkin Abdullayevdən ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayətini təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)-152/2022 saylı hök mü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. Lakin kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında müəyyən edilmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxmaqla kassasiya şikayəti vermişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı 30 sentyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 391.3-cü maddəsində (CPM-in 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə (yəni azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə) həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin çıxardığı qərar 30 sentyabr 2022-ci ildə qəbul olunsa da, həmin qərarın mübahisələndirilməsinə dair kassasiya şikayəti 26 yanvar 2024-cü il tarixdə, yəni qərarın çıxarılmasından təxminən 1 il 5 ay sonra tərtib edilmiş və 01 fevral 2024-cü ildə (mübahisələndirilən qərar çıxarıldıqdan 1 il 5 ay 1 gün sonra) Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Lakin, CPM-in 410.1.1-ci maddəsində müəyyən edilmiş prosessual müddətin buraxılmasına baxmayaraq Məhkum bur axılmış müddətin bərpası barədə vəsatətlə müraciət etməmiş, apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayəti verilərkən CPM-in tələblərinə əməl olunub-olunmamasını (kassasiya şikayətinin mümkünlüyü) məsələsini yoxlayarkən qeyd edilən halı nəzərindən qaçırtmış və müddət bərpa edilmədiyi (ümumiyyətlə buna dair vəsatət verilmədiyi) halda, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlərin etibarsız sayıldığını təsbit edən CPM-in 203.1-ci maddəsinin ziddinə olaraq cinayət işini kassasiya şikayəti ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Halbuki, CPM-nin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti təmin etdikdə, bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya kassasiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş i craatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-nin 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhk əməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2022ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmalı və kassasiya şikayətinin mümkünlüyü məsələsinə CPM-in tələblərinə müvafiq surətdə baxılması üçün cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 1(106)-546/2022 saylı qərarından Məhkum tərəfindən verilmiş kassasiya şik ayəti baxışdan çıxarılsın və Azərbaycan Respublikası CPM-nin 415-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar