Məhkəmə qərarları › İş №1(102)-1284/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1284/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1284/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(103)-232/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxx 1992-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmi ş işin faktiki hallarına görə, Məhkum narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Nimi" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda «Nimi» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq 232,139 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib müvəqqəti yaşadığı ünvan 2 ünvanında yerləşən «AF Hotel»in 1722 nömrəli otağına daşıdıqdan sonra narkotik vasitə qurudulmuş marixuananın 219,1 qram hissəsini həmin otaqda, qalan 13,039 qram hissəsini isə üzərində saxlamış, Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 06 aprel 2023-cü il tarixdə saat 18:30-da ünvan 2 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinə gətirilərək orada saat 21:15-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkcənin cibindən bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 11,414 qram və 2 ədəd kağız kəsiyi bükümlərində hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,970 və 0,345 qram, həmçinin bir ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda təmiz çəkisi 0,310 qram olmaqla ümumi təmiz çəkisi 13,039 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 22:45-də müvəqqəti yaşadığı ünvan 5 ünvanında yerləşən «AF Hotel»in 1722 nömrəli otağına keçirilmiş baxış zamanı pəncərənin üst çıxıntılı hissəsindən bir ədəd şəffaf sellofan torbada olan rezin tibbi əlcəyin içərisinə keçirilmiş vəziyyətdə, təmiz çəkisi 219,0 qram və otaqda olan tumbanın içərisindən yarı çəkilmiş siqaretdə 0,10 qram çəkidə tərkibinə görə üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 13,039 qram qurudulmuş marixuana ilə eynilik təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət məhkəmə tərkibində) 16 noyabr 2023-cü il tarixli, 1(101)-1851/2023 nömrəli hökmü ilə Məhkum CM -in 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 06 aprel 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsini xahiş etmişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən), X7 və X1 ibarət məhkəmə tərkibində) 30 yanvar 2024-cü il tarixli, 1(103)-232/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-in 234.4.1-ci maddəsi ilə məhkum edilməsinə dair 16 noyabr 2023-cü il tarixli, 1(101)1851/2023 saylı hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələri onun işinə qanunsuz və ədalətsiz şəkildə baxmışlar. Hər iki məhkəmə yekun məhkəmə qərarında müvafiq sübutlara istinadlar etsə də, faktiki olaraq o sübutların heç biri onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq etməmiş, məhkəmələrdə aparılan araşdırmalar nəticəsində təqsirliliyi ona istinad edilən cinayət əməlləri üzrə sübuta yetirilməmişdir.

8. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 30 yanvar 2024-cü il tarixli, 1(103)-232/2024 nömrəli qərarının ləğv edilməsini və əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməklə, cəza təyin edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları nor malarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə onun əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia etsə də, tələbini Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hər hansı hallarla əlaqələndirməmişdir.

17. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(103)-232/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Məhkum satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 232,139 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib müvəqqəti yaşadığı ünvan 2 ünvanında yerləşən «AF Hotel»in 1722 nömrəli otağına daşıdıqdan sonra narkotik vasitə qurudulmuş marixuananın 219,1 qram hissəsini həmin otaqda, qalan 13,039 qram hissəsini isə üzərində saxlamasında ifadə olunmuş əməlinə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin (qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinin) şamil edilməsinə münasibətdə, məhkəmə kollegiyası aşağıdakı dəlillərə görə hesab edir ki, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər.

19. Belə ki, CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür.

20. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi isə CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin tələblərindən görünür ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.

21. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.

22. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçı lıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi, cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər, üçüncüsü isə, bu hərəkətləri edərkən eyni məqsəd izləməklə eyni nəticəyə gəlməkdən ötrü birgə səy göstərməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.

23. Məsələyə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında da əksini t apmışdır.

24. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi anlayışlarına müvafiq izah və tövsiyələr vermişdir.

25. Belə ki, həmin Qərarın 12-ci bəndində qeyd olunmuşdur ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfi ndən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur.

26. Bununla bağlı məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir.

27. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qab aqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-nin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir.

28. Cinayətin gedişində cinayətə qoşulmaq la (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzg ün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış mə qsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

29. Lakin öyrənilmiş cinayət işi materiallarından görünür ki, nə ibtidai istintaq orqanı, nədəki məhkəmələr tərəfindən Məhkum ona narkotik vasitəni satan şəxsiyyəti bəlli olmayan “Nimi” adlı şəxslə qabaqcadan başqa şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin satılması və əldə ediləcək mənfəətin bölünməsi, ümumiyyətlə belə bir razılığın olması ilə bağlı hər hansı mötəbər sübuta istinad edilməmişdir.

30. Göstərilən hal Məhkum ibtidai istintaq zamanı 7 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində və 8 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri ilə təsdiq olunur, belə ki, o ifadələrində bildirmişdir ki, o, narkotik vasitəni “Nimi” kimi tanıdığı İran İslam Respublikasının vətənda şından sosial şəbəkə vasitəsilə əlaqə yaradaraq bir qramını 8 manata olmaqla razılaşaraq 3-4 gün əvvəl axşam saatlarında Badamdar ərazisində yerləşən “Qalatasaray” futbol məktəbinin yaxınlığında İşıq dirəyinin yanında qoyduğu gizlənc yerdən götürərək üzərində gəzdirdiyini və müvəqqəti yaşadığı AF hoteldəki otağına gətirdiyini bildirmişdir.

31. Onun bu ifadələrindən görünür ki, Məhkum narkotik vasitələri tanış olan şəxsdən pul müqabilində almış və həmin maddələri ona satan şəxslə narkotik vasitələrin satışı və bu maddələrin satdıqdan sonra satışından mənfəət əldə edilməsi barədə hər hansı söhbət aparmamış və razılıq əldə etməmişdir.

32. Məhkum əməlinin CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməsi üçün, yuxarıda göstərildiyi kimi, tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin satış məqsədi ilə əldə edərək saxlanılması və daşınması ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və bu vasitənin xeyli miqdarda olması mübahisəsiz sübuta yetirildiyi halda məhkumun ona istinad əməli istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur.

33. Göründüyü kimi, ibtidai araşdırma orqanı Məhkum başqa şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə 232,139 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə bununla bağlı əsaslı şübhə yaratmayan mötəbər sübutlar təqdim olunmamış, məhkəmə araşdırmaları zamanı da Məhkum istinad olunan cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsini təsdiq e dən hər hansı bir sübut müəyyən edilməmişdir.

34. Odur ki, Məhkum satış məqsədi ilə narkotik vasitəni əldə edərək saxlanılması və daşıması cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti və bu əlaməti nəzərdə tutan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlaməti olmadığından onun həmin əməli CM-in 234.2-ci maddəsinə tövsif edilməlidir.

35. Məhkum əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətində istinad etmiş olduğu dəlilərə gəldikdə, kollegiya qeyd edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən xeyli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahid ifadələri, SMS yazışmalar, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.

36. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-c ı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

37. Odur ki, (Məhkum narkotik vasitəni satış məqsədi ilə məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib saxlaması, daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən 234.2-ci maddəsinə tövsif edilməli və iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəs ində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası daxilində - 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, həmçinin onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(103)-232/2024 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.

39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(103)-232/2024 nömrə li qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(103)-232/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar