Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1285/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi Məmmədov Saqi Əhməd oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Əfqan Niyətulla oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1982-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətənd aşı, orta təhsilli, subay, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasınə məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınıb ona təyin edilmş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 70ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, 30 dekabr 2019-cu il tarixdə sınaq müddəti bitdiyi üçün cəzanı icra edən orqanın qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Ünvan 1-də qeydiyyatda olmaqla Bakı şəh əri, Ünvan 2-da yaşamış, CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ucuz qiymətə qızıl-zinət əşyalarını alıb baha qiymətə satmaqla birgə qazanc əldə edəcəkləri adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 2020-ci ilin sentyabr ayından həmin ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində ünvan 1 ünvanında yer ləşən “Arzu” şadlıq evinin qarşısında hissə-hissə olmaqla 23000 manat, 09 noyabr 2021-ci ildə Ünvan 3 saylı mənzildə 7000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 30.000 manat pulu ələ keçirib, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək müxtəlif lombardlarlardan qızıl-zinət əşyalarını ucuz qiymətə götürərək satıb birgə qazanc əldə edəcəkləri adı ilə Zərərçəkmiş şəxs2 19 noyabr 2020-ci ildə ünvan 2 ünvanında yerləşən “24 saat” adlı kafedə 18000 manat, 21 noyabr 2020-ci ildə Ünvan 3də 8000 manat və 7500 ABŞ dolları (Azərbaycan manatının həmin dövrə olan məzənnəsinə əsasən 12750 manat), 24 noyabr 2020-ci ildə ünvan 3 ünvanında yerləşən “Arzu” şadlıq evinin yanında 5000 manat, 26 noyabr 2020-ci ildə ünvan 4də 3500 manat, 28 noyabr 2020-ci ildə ünvan 4də 12500 manat, 02 dekabr 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Ünvan 3də 10000 manat, 04 dekabr 2020-ci ildə ünvan 4də 20000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 89.750 manat pulu ələ keçirib, Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək müxtəlif lombardlara qoyduğu qızıl-zinət əşyalarını ucuz qiymətə oradan götürərək satıb birgə qazanc əldə edəcəkləri adı ilə yalan vəd verib aldadaraq, X1dan 2020-ci ilin dekabr ayında ünvan 5-da hissə-hissə olmaqla, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumi likdə 48.000 manat pulu ələ keçirib, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək sonuncudan satmaq üçün alacağı qızılların pulunu səhərisi günü ödəyəcəyi adı ilə yalan vəd verib aldadaraq, Xdən 2021-ci ilin mart ayının 4 ya da 5 tarixində ünvan 6 ünvanında yerləşən “Gənclik” qızıl univermağı mağazasında ümumi dəyəri 15000 manat olan 750 əyyarlı, ümumi çəkisi 176,5 qram, 3 ədəd qızıl qolbağı, 2 ədəd qızıl sepi, 1 cüt qızıl sırğanı və qızıl üzükdən ibarət 3 ədəd qızıl komplekti, 4 ədəd qızıl klonu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən v erilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 04 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarından zərər çəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun dələduzluq hərəkətlərini Sabunçu rayon polis idarəsinin polis serjantı Şahid7 ilə birlikdə törətdiyinə, lakin sonuncu cinayət məsuliyyətinə cəlb edilmədiyinə görə işin yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin faktiki hallarını mübahsələndirərək ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, o cümlədən özünün cinayət təqibi zamanı verdiyi ifadələrə, Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr Məhkum barəsində qərar qəbul edərkən onun, yəni Zərərçəkmiş şəxs2 mövqeyini nəzərə almamış, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ona dəymiş ziyan ödənilməmiş, Məhkum cinayəti tək deyil, Ş ahid7la birlikdə törətməsini, sonuncunun cinayət məsuliyyətinə cəlb edilməməsini, məhkuma ağır cəza təyin olunması ilə bağlı onun ifadələrini nəzərə almadan iş üzrə əsassız hökm çıxararaq məhkuma yüngül cəza təyin edilmişdir. Belə ki, məhkəmələrin qərarları ilə razılaşmayan kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, Məhkum ittiham olunduğu bütün dələduzluq əməllərini Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı polis serjantı Şahid7 ilə birlikdə törətmiş, lakin zərər çəkmiş şəxslərin onun da cinayət məsuliyyətinə cəlb edilməsini dəfələrlə tələb etmələrinə baxmayaraq Nərimanov RPİ-nin baş müstəntiqi polis mayoru Elşən Zamanov bu tələbi yerinə yetirməyərək Şahid7 məsuliyyətdən kənarda saxlamış, məhkəmələr isə Məhkum cəza təyini məsələsini həll edərkən onun əvvəllər də dələduzluq cinayətləri ni törətdiyinə görə məhkum olunmasını nəzərə almamışlar, baxmayaraq ki, o, yəni Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqsirləndirilən şəxsin ciddi cəzalandırılmasını xahiş etmiş, lakin onun bu mövqeyi məhkəmələrin diqqətindən kənarda qalmış, nəticədə nəticədə onun zərərçəkmiş kimi hüquqları pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq zərər çəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə naməlum səbəblərdən gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bunun la bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum təyin olunmuş cəzanın yüngül olmasını və iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilmədən qərar qəbul edilməsini əsassız sayaraq öz kassasiya tələblərini CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmi ş şəxs2 kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfində n çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qəra rından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökmün və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin q ərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasın ın (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə t əminat verən Konstitusiyanın müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, onların da pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər qanuni və ədalətli cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Qanunvericiliyin yuxarıda təsvir edilmiş tələbləri ona dəlalət edir ki, kassasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası zərər çəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində onun irəli sürdüyü tələbə uyğun olan, yəni Məhkum daha ağır cəzanın təyin edilməsi barə də qərar qəbul edə bilməz və həmin kollegiya məhkumun barəsində onun vəziyyətini pisləşdirən qərarın qəbul edilməsi zərurətini müəyyən etdiyi halda apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarını ləğv etmək və və işin yeni apellyasiya baxışına təyin etmək səlahiyyətinə malikdir. Bununla belə, CPM-nin 419.12.5-ci maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etdikdə və iş yeni apellyasiya baxışına təyin olunduqda belə məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini qabaqcadan həll edə bilməz. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olması və buna görə onun cəzasının ağırlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilm əsi, işin isə yeni apellyasya baxışına təyin olunması barədə dəlillərə və bu dəlillər üzərində qurulmuş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, müxtəlif istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərə k məhkumun əməlinin CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi haqda qənaətə gəlmişlər. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən mübahisələndirilmir və buna görə də, məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görməyərək həmin şikayətin dəlillərinə cavab verilməsi üçün ilk növbədə qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi ilə əlaqədar qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı sübüta yetirilmiş, mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri də tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın həddində təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını dəyişdirmədən saxlanılmasını məqsədə müvafiq hesab edərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı məhkumun şəxsiyyətini səciyyələndirən halları, CMnin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi maddi ziyanı qismən ödəməsini, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, bununla da iş üzrə yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan digər məsələlərin həllində olduğu kimi, mə hkumun barəsində cəza tədbirinin seçilməsi məsələsində də qanunun tələblərinə tam əməl etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza ci nayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin e dilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2 və 61.3-cü maddələrinin tələblərinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakim ə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hök mün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsrkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“CM-nin 48-ci maddəsinin şərh edilməsi haqqında”, “CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respubli kası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə əsasən cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaql a yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respubl ikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habe lə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəz anı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərər çəkmiş şə xs həmin şikayətində bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamış, məhkəmələr isə qəbul etdikləri yekun məhkəmə aktlarında göstərlmiş hallardan başqa təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə bu və ya digər şəkildə təsir göstərən digər halları müəyyən etməmişlər. Məhkəmələr tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı onun əvvəllər də dələduzluq cinayəti törətdiyinə məhkum olunmasının nəzərə alınmaması ilə bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayətində irəli sürdüyü dəlilə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinə əlavə edilmiş sənədlərə görə Məhkum həqiqətən əvvəllər də Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (ye ddi) il müddətə azadlıqdan məhrum etmə cəzasınə məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınıb ona təyin edilmş cəzadan çıxılaraq məhkumun üzərində qəti olaraq 06 (altı) il 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, lakin bundan sonra CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, 30 dekabr 2019-cu il tarixdə isə məhkəmə tərəfindən müəyyən edilmiş sınaq müddəti bitdiyi üçün o, cəzanı icra edən orqanın qeydiyyatından çıxarılmış və CM-nin 83.3.1-ci maddəsi tələb etdiyi kimi, onun məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində müəyyən edilmiş sınaq müddə ti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. CM-nin 83.6-cı maddəsinin tələbinə görə isə, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bu o deməkdir ki, şəxsin məhkumluğu ödənildikdən sonra o, yeni cinayət (cinayətlər) törətdiyinə cinayət məsuliyyətinə cəlb edildikdə həmin cinayətlə (cinayətlərlə) dair işlər üzrə cinayət təqibinin aparılması ilə bağlı müxtəlif məsələlərin həlli, məsələn residivin müəyyən edilməsi, əməlin CM-nin Xüsusi hissəsinin bu və ya digər maddələri ilə hüquqi tövsifi, cəzanın təyin edilməsi və sair məsələlrin həlli zamanı onun əvvəlki, lakin ödənilmiş məhkumluğu nəzərə alına bilməz. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, cəzanı ağırlaşdıran halların dairəsi CM-nin 61.1.1-61.1.13 maddələri ilə məhdudlaşdırılmışdır və CM-nin 61.1.2-ci maddəsinə görə, cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş halların, o cümlədən şəxsin ödənilmiş əvvəlki məhkumluğunun cəzanı ağırlaşdıran hal qismində nəzərə alınması yolverilməzdir. Bütün yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası Məhkum yüngül cəzanın təyin edilməsi və bu zaman onun əvvəlki məhkumluğunun nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz sayır və şikayətin bu hissədə təmin edilməsini mümkün bilmir. O, ki qaldı Məhkum ona ittiham olunmuş cinayətləri Şahid7 ilə birlikdə törətməsinə, lakin sonuncunun cinayət məsuliyyətinə cəlb edilməməsinə görə apellyasya instansiyası məhk əməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edlməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə və bu dəlilə əsasən irəli sürülmüş tələbə, məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, cinayət işi üzrə qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsi tərəfindən isə tam, hərtərəfli araşdırılmış və CPM- nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və kifayət etməsi üzrə qiymətləndirilmiş sübutlara əsasən Məhkum ona ittiham olunmuş, hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş cinayətləri hər hansı şəxslə, o cümlədən Şahid7la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək törətməsi müəyyən edilməmiş, buna görə ibtidai araşdırma orqanının qüvvədə olan sübutların qiymətləndirilməsi haqqında 17 dekabr 2021-ci il tarixli qərarı ilə bu xüsusat üzrə Məhkum və Şahid7 barələrində CM-nin 178.2.1-ci maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq) cinayət işinin başlanması rədd edilmiş, cinayətlərin törədilməsinə görə ibtidai araşdırma orqanı tərəfindən yalnız Məhkum qarşı CM-nin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, elan olunmuş ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs2 18 dekabr 2021-ci il tarixdə cinayət işinin materialları ilə tanış olarkən faktiki olaraq ibtidai araşdırma orqanının iş üzrə gəldiyi nəticə ilə razılaşmış, bu zaman hər hansı vəsatətinin, o cümlədən Şahid7 cinayət məsuliyyətinə cəlb edilməsi haqda vəsatətinin olmasını bildirməmiş, s übutların qiymətləndirilməsi haqda 17 dekabr 2021-ci il tarixli qərarı isə Şahid7 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi hissədə kassasiya şikayətinin müəllifi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qarşısında və ya məhkəmə nəzarəti qaydasında mübahisələndirməmişdir. Buna görə, hazırki cinayət işi üzrə yalnız Məhkum müxtəlif şəxslərə, o cümlədən Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətlərini törətməsi müəyyən edildiyindən o, həmin cinayətləri törətdiyinə görə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismndə cəlb edilmiş və cinayət işi ona elan olunmuş ittiham həcmində mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin protokolundan və apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı 25 yanvar 2022-ci il tarixli hökmdən görünür ki, həmin iclasda nə dövlət ittihamçısı, nə də ki, zərər çəkmiş şəxslər, o cümlədən Zərərçəkmiş şəxs2 Məhkum ona ittiham olunmuş cinayətləri qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətdiyinə görə ona qarşı daha ağır ittihamın irəli sürülməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqda vəsatətlə çıxış etməmiş və buna görə məhkəmə CPM-nin 318-ci maddəsinin tələblərinə riayət edərək Məhkum barəsindəki cinayət işinə ona elan olunmuş ittham daxilində baxıb iş üzrə sonuncunun barəsində ittiham hökmü çıxarmış, zərərçəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayətində qoyduğu məsələni, yəni Şahid7 cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini həll etmək səlahiyyətində isə ol mamışdır. Belə ki, CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materialların ın baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Apellyasiya və kassasiya icraatına aid cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərinə görə (CPM-nin Doqquzuncu bölməsi), bu kimi səlahiyyətə, yəni təqsirləndirilən və ya məhkum olunmuş şəxsin əməlində daha ağır cinayətin əlamətlərinin olması əsası ilə birinci instansiya məhkəməsinin hökmünün ləğ v edilərək cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq və ya apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin emək səlahiyyətlərinə həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələri də malik deyillər. Məhkəmə kollegiyası onu da vurğulayır ki, CPM-nin 419-cu maddəsinin tələbləriən əsasən, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir, yeni faktı aşkar etmir, sübutları tədqiq etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ol an halda məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayətinin bütün dəlillərini qəbul edilməz sayaraq həmin şikayətin təmin edilməsi üçün heç bir əsas görmür və apellyasiya instansiyası tərəfindən hazırki iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməməsini qeyd edərək həmin qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənləri nəzərə alıb kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə birgə müqayisəli şəkildə təhlil edərək, kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi S.Ə.Məmmədovun, kassasiya şikayəti nin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək məhkəmə kollegiyası hesab belə nətcəyə gəlir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1285/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1285/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver