Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1285/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, übvan 1də qeydiyyatda olan və yaşamış, hal-ha zırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.2.2, 179.2.3, 179.2.4 və 178.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), A.İ.Paşayev və N.A.Kərimov) Məhkum - Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3, 179.2.4 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 46.2-ci maddəsinə əsasən, 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəz ifə tutmaq hüququndan məhrum edilməklə CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə, CM-in 46.2-ci maddəsinə əsasən, 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 11 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə zə rərçəkmiş şəxslər Zərərçəkmiş şəxs21 mülki iddiası 48.198,4 manat məbləğində, Zərərçəkmiş şəxs2 mülki iddiası 58.376,75 manat maddi zərərə, 5.000 manat isə mənəvi zərər görə, cəmi isə 63.376,75 manat məbləğində, Zərərçəkmiş şəxs22 mülki iddiası 68.000 manat məbləğində, Zərərçəkmiş şəxs4 mülki iddiası 202.980 manat məbləğində, Zərərçəkmiş şəxs10 mülki iddiası 7.700 manat məbləğində, X2 mülki iddiası 23.454 manat məbləğində, Zərərçəkmiş şəxs8 mülki iddiası 2076 manat maddi zərərə və 30 manat dövlət rüsumu, ümumilikdə 2106 manat məbləğində, Zərərçəkmiş şəxs12 mülki iddiası 68.000 manat məbləğində təmin edilməklə həmin məbləğlərin Məhkum tutulmaqla mülki iddia vermiş şəxslərə ödənilməsi qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum, onun müdafiəçisi və Zərərçəkmiş şəxs22 tərəfindən ayrı -ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), C.V.Hüseyn və Q.X.Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, öz qulluq mövqeyindən istifadə etməklə 41 nəfər zərər çəkmiş şəxs tərəfindən ona etibar olunmuş özgə əmlakını təkrarən xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının dəyişdirilməsi və ona daha yüngül cəza təyin olunması, habelə zərərçəkmiş şəxslər tərəfindən qaldırılmış mülki iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, onun ilk dəfə məhkum olunması, qadın olması, himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq aşağı instansiyası məhkəmələri tərəfindən təyin olunmuş cəza yüngülləşdirilməlidir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peni tensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələ r etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1285/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1285/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver