Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1285/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum o lunmuş Məhkum və Təqsirləndirilən şəxs barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli 1(101)-222/2024 nömrəli (hakimlər: Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 2 aprel 1998-ci ildə Goranboy rayonunun Cinliboluslu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olmuş, xxx-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 noyabr 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; 3 oktyabr 1994-cü ildə Goranboy rayonunun Cinliboluslu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, Goranboy rayonu, Boluslu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən ş əxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi və təqsirləndirilən şəxs Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli 1(103)1464/2024 nömrəli (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Habil Çingiz oğl u və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs və Məhkum CM-in 177.3.2-ci maddəsi ilə məhkum olunduğu əməl həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarından döv lət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanının və birinci instansiya məhkəməsinin qənaətinə görə Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Məhkum ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 1 noyabr 2022-ci il tarixdə saat 16 radələrində işlədikləri ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsində müştəri kimi gələn Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne Turbo” minik markalı avtomobilin salonundakı saxl anc yerindən sonuncuya məxsus həmin dövrün rəsmi valyuta məzənnəsinə əsasən 93500 manata bərabər 55000 ABŞ dolları dəyərində “Rolex GMT-Master İİ Rot Beer” markalı qol saatını gizli yolla talayıb, Zərərçəkmiş şəxs külli miqdarda, yəni 93500 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs və Məhkum qarşı irəli sürülmüş ittiham apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmiş, onların əməlinin tövsifi CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə dəyişdirilərək onlara bu maddə ilə cəza təyin edilmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tə rəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs və Məhkum əməllərinin tövsifində səhvə yol verildiyindən, həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apellyasiya məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və Məhkum oğurluq cinayətini törətməsi ilə razılaşsa da, onların ələ keçirtdiyi əmlakın dəyərinin düzgün müqayisəli təhlilini aparmadan 40000 manat olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası saatı zərərçəkmiş şəxsə vermiş X8 dindirilməsi istiqamətində hər hansı addım atmamış, Zərərçəkmiş şəxs dediyi kimi saat oğurlandıqdan sonra onun qiymətinin 40000-45000 manat olduğunu bildiyi halda hansı səbəbdən ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələrdə saatın qiymətinin 55000 ABŞ dolları olduğunu araşdırmamış və bununla bağlı hər hansı tədbir görməmişdir. Hansı ki, məhkəmə kollegiyası düzgün müqayisəli təhlil aparsa idi, müəyyən olunardı ki, Zərərçəkmiş şəxs apellyasiya icraatı zamanı verdiyi ifadə həqiqətə uyğun deyil, digər faktlarla təsdiq olunmur, təqsirləndirilən şəxslərlə aralarında barışıq olduğundan mərhəmət hissi göstərərək onların cəzasını yüngülləşdirmək üçün belə bir ifadə vermişdir. Həmçinin qeyd olunan məlumatın hansı internet resurslarında, hansı tarixdə, hansı ölkədə olması aydın deyil. Həmçinin, məhkəmə kollegiyası bu istiqamətdə araşdırma apararkən saatın dəyərinin müəyyən edilməsində onun modeli ilə yanaşı ən vacib amil-qızıl materialdan olmasını nəzərdən qaçırmışdır. İşin hallarından göründüyü kimi, işə baxan məhkəmə Təqsirləndirilən şəxs və Məhkum törətdiyi əməllərə qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş və nəticədə onların əməlləri əsassız olaraq CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində yuxarı həddə cəza təyin edilmiş, apellyasiya məhkəmə kollegiyası cəza təyin edərkən himayəsində iki azyaşlı övladının olmasın ı, zərərçəkmiş şəxslə barışmasını, şikayət və tələbin olmamasını, ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarının cəza hissəsində dəyişdirilməsini, ona təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, 2 azyaşlı uşağı olduğunu bildirib, kassasiya şikayətinin təmin edilməsini, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdaf iəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzr ə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumların əməllərinin düzgün tövsif edilmədiyi, əməllərin Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində isə barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağır laşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci m addəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il t arixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyən ləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsi ri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi süb utlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, ilkin olaraq məhkum Təqsirləndirilən şəxs və Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham birinci instansiya məhk əməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə sübuta yetirilməsi barədə nəticəyə gəlindiyi göstərilsə də, lakin sonradan işə baxan apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmamış, cinayət əməlinin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmədiyi, əməldə “külli miqdar” tərkib əlamətinin olmadığı barədə nəticəyə gəlmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına əsaslanılmasını qərarda göstərmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib bel ə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, “Rolex” markalı qol saatı 2022-ci ildə dostu X13 tərəfindən ona hədiyyə edilmişdir. x-in həmin saatı işlənmiş vəziyyətdə əldən aldığını, saatın işləmiş olduğunu, saat oğurlandıqdan sonra Xdən qiyməti ilə maraqlandıqda o, saatın dəyərinin təxminən 40000-45000 manat olduğunu bildirmişdir..... saatın qiymətinə dair onda heç bir sübut olmamışdır. İstintaq zamanı dostu saatın qiymətini 50000-55000 dollar olduğunu demiş, onun sözlərindən çıxış edərək bu səbəbdən həmin ifadələrində saatın 55000 dollar olduğunu göstərmişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmış, ona hər ay 1000 manat ödəniləcəkdir.” Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin saatın qiymətinin nə qədər olmasının apellyasiya məhkəməsi tərəfindən araşdırılmadığı, bununla bağlı hər hansı bir tədbirin görülmədiyi barədə dəlilllərinə münasibtdə qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası saatın dəyərinin müəyyən edilməsinə cəhd etmiş, saat barədə bəzi məlumatlar dəqiqləşdirilməklə məhkəmənin 10 sentyabr 2024-cü il tarixli qərarı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-9/7983/2024 nömrəli məktubu ilə qol saatının tədqiqata təqdim edilmədən qiymətləndirmə aparılmasının mümkünsüz olması bildirilərək məhkəmə ekspertizasının aparılması ndan imtina edilmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya protestinin zərərçəkmiş şəxsin ifadələrində ziddiyyətlərin olması barədə dəlilləri ilə razılaşır, lakin zərərçəkmiş şəxs qismində dindirilmiş şəxsin vermiş olduğu ifadələrin, oğurlanılmış “Rolex GMT-Master İİ Rot Beer” markalı qol saatının dəyərinə dair iş üzrə toplanılmış sübutlar arasında yeganə və həlledici sübut olması, zərərçəkmiş şəxsin bu ifadələrində həqiqətən bariz ziddiyyətlərin olması, ancaq aradan qaldırılması mümkün olmayan bu şübhələrin mövcudluğunun, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olması barədə apellyasiya məhkəməsinin gəlmiş olduğu nəticəni haqlı hesab edir. Həmçinin onu da qeyd edir ki, ibtidai istintaq orqanı da Zərərçəkmiş şəxs av tomobilindən oğurlanmış, ona məxsus “Rolex GMT-Master İİ Rot Beer” markalı qol saatının həmin dövrün rəsmi valyuta məzənnəsinə əsasən 93500 manata bərabər 55000 ABŞ dolları dəyərində olmasını zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə vermiş olduğu ifadələrindən (hansı ki, mübahisəlidir) başqa heç bir sübutlarla təsdiq edə bilməmiş, dövlət ittihamçısı isə bununla bağlı hər hansı bir faktı kassasiya protestində irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hi ssəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bundan əlavə Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törə tməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-in 124.1-ci maddəsi baxımından mötəbər dəlillərlə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etsə də, Məhkum və Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini külli miqdarda ziyan vurmaqla törətməsi xüsusatı hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya protestində irəli sürülmüş iddiaların əksinə olaraq, apellyasiya instansiyasında məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum və Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirlilikləri barədə yekun nəticə CPM-in 146-cı maddəsinin təl əbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum və Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyə n edilir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində isə əməlinin tövsifi mübahisələndirilməsə də, ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Odur ki, cəza məsələsi müzakirə edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarı hər iki məhkuma cəza təyininə aid hissədə dəyişdirilməlidir. Belə ki, digər məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verməsə belə CPM-in 419.1-ci maddəsinə əsasən “...Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilm iş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.” "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakte ri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün halları, o cümlədən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzasını yüngülləşdirən halların (Məhkum himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması) olmasını, ağırlaşdıran halların isə olmamas ını, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsirini nəzərə aldığını qeyd etmiş və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs və Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olduğunu qeyd etmişdir. Lakin kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs və Məhkum təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və Məhkum CM-in 177.2.1 və 177.2.4cü maddələri ilə təyin edilmiş 4 il müddətdə azadlıqdan məhrum etmə cəzası, yuxarıda qeyd edilən normaların tələblərinə zidd olduğuna görə dəyişdirilməli və CM-in 60-cı maddəsi tətbiq e dilməklə CM-in 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasının son həddinin dörddə üçündən artıq olmayan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Odur ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı cəza təyin etmə ilə bağlı hissədə dəyişdirilməli, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alaraq, Məhkum və Təqsirləndirilən şəxs törətməkdə təqsirli bilindikləri maddələrin sanksiyası çərçivəsində 3 il 9 ay müddətdən çox olmayaraq azadlıqdan məhrum etmə cəza sı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Təqsirləndirilən şəxs barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qər arı kassasiya şikayətinə əsasən Məhkum və Təqsirləndirilən şəxs cəza təyininə aid hissələrdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli q ərarı Məhkum kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1285/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1285/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver