Məhkəmə qərarları › İş №1(102)-1286/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1286/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1286/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 09 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İlham Mahmudov (sədrlik edən və məruzəçi), Mirzə Xankişiyev və Faiq Qəniyev) 17 sentyabr 2021-ci il tarixli 1(101)1220/2021 nömrəli hökmü ilə xx xxxxxxxx 1993-cü il tarixdə Quba şəhəri, Timiryazev qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Alekseyevka ərazi dairəsi, Timiryazev kəndində qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Vaqif’ adlı şəxslə qabaqcadan əlbir ola bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasının vətəndaşı “Vaqif’ adlı şəxs tərəfindən ünvan 1 ünvanda yerləşən “Evromed” klinikasının yanında olan “Narmobile” reklam lövhəsinin altına qoyulmuş bir ədəd bağlamada təmiz çəkisi 2951 qram və bir ədəd bükümdə təmiz çəkisi 71,5 qram olmaqla ümumi təmiz çəkisi 3022,5 qram (3 kq 22,5 qr) külli miqdar təşkil edən narkotik vasitə heroini 26 fevral 2021-ci il tarixdə saat 22 radələrində satış məqsədilə əldə edərək özündə saxlamaqla daşımış və həmin gün saat 22:50-də Nəsimi RPİ-nin CAŞ-m əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən “Evromed” klinikasının qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində olan bir ədəd üzərində “Etra Boutiqe” sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindən külli miqdarda həmin narkotik vasitə heroin bükümləri aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbə rov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 1(103)-108/2022 nömrəli 09 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(101)-1220/2021 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 10 (on) il 06 (altı) ay müddətə endirilmişdir. Apelyasiya şikayəti təmin olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022-ci i l tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 25 oktyabr 2022-ci il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında baxılarkən məhkəmə baxışınadək, yəni 24 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdaf iəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022-ci il tarixli qərardan Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar