Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1286/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, bəraət almış şəxsin müdafiəçisi Əmiraslanov Hikmət Abasqulu oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-85/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfind ən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs X8 03 aprel 1967-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, orta-ixtisas təhsilli, işləməyən, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lənkəran rayonu, Göyşaban kəndində yaşayır. 2. 17 may 2023-cü il tarixli ittiham aktına əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 25 mart 2023-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhəri mərkəz i bazarında ona müraciət edən Lənkəran rayonu, Türkəkəran kəndində yaşayan Zərərçəkmiş şəxs ailə qura bilmədiyini və bununla bağlı çətinliklərinin olduğunu bildirib falına baxıb köməklik etməsini istədikdən sonra, sonuncuya həyatında baş vermiş problemlərin yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində basdırılmış cadu ilə əlaqəli olduğunu yalandan vəd edərək, bu məqsədlə cadunu zərərsiz vəziyyətə gətirmək üçün vahid niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs ümumilikdə 600 manata razılaşıb, məbləğin 100 manatını həmin vaxt mərkəzi bazarda, qalan 500 manatını isə qeyd edilən tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı rayonun Türkəkəran kəndindəki fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 4 ədəd fərqli yerlərdən içərisində müxtəlif əşyalar olan bükümləri çıxardıqd an sonra sonuncunun ümumilikdə 600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. 3. 07 iyun 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X8 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Lənkəran Rayon Məhkəməsinin 1(049)-278/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi hökm edilmiş, həmçinin maddi sübut və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti ver ib hökmün ləğv edilməsini, X4 ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib barəsində ittiham hökmünün çıxarılması xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-85/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 1(049)-278/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya protestində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi X6 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə bəraət verərkən yalnız onun məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə onun təqsirliliyinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Nəticədə apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar çıxarılarkən cinayət prosessual qanunvericiliyinin t ələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş, X4 təqsirsizliyi barədə nəticə məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası adından çıxardığı hökmün 7-ci vərəqinin 9-cu abzasında göstərmişdir ki, “elə insanlar var ki, onlarda öncədən görmə qabiliyyətləri olur. Misal üçün Nostradamusu, Vanqanı, gürcü xanımı Cunanı, azərbaycanlı Zirəddin Rzayevi göstərmək olar. Zərərçəkmiş şəxsin xahişi əsasında caduların yerini aşkar etməyə qabiliyyəti olan təqsirləndirlən şəxs, heç vaxt olmadığı bir həyətdə basdırılmış caduların yerini dəqiq göstərirsə, bu dələduzluq əməli deyildir.” Apellyasiya instansiyası məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)85/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd ed ir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kass asiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiy a protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X6 əsassız bəraət verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-85/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsini n Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cin ayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
20. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının X6 əsassız bəraət verilməsinə dair dəlillərini əsassız hesab edir.
21. Belə ki, X6 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə bəraət verilməsinin səhv nəticə olduğu üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü dəlillərə apellyasiya protesti üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı cavablandırma verilmiş, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, eləcə də həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də bəraət almış şəxs X4 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış sübutlarla m əhkəmə icraatı zamanı əldə edilmiş sübutlar arasında aşkar etdiyi ziddiyyətləri, ittihamın sübut olunmasında əsaslı şübhələrin mövcud olduğunu, o cümlədən ibtidai araşdırmanın Saçlı Cəfərovanın müdafiə hüququnun kobud şəkildə pozulması ilə həyata keçirildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, eyni zamanda ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilinməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPMnin 145.3-cü maddəsinə, təqsirsizlik prezumpsiyasına dair konstitusyon prinsip daxil olmaqla cinayət mühakimə icraatının başlı ca prinsiplərinə tam uyğun olaraq – təqsirliliyi sübuta yetirilmədiyi üçün - X6 Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.
23. Lakin məhkəmə kollegiyası kassasiya protestinin birinci instansiya məhkəməsinin bəraət hökmünü tərtib edərkən prosessual hüquq normalara riayət etmədiyi, apellyasiya instansiyası məhkəməsinin isə belə pozuntuya münasibət bildirməyərək hökmü dəyişdirmədən saxlamaqda səhvə yol verdiyinə dair irəli sürdüyü dəlillərini əsaslı hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir.
24. Məhkəmə hökmünün tərtib edilməsinə dair tələblər Azərbaycan Respublikası CPMnin 352-ci maddəsində göstərilmişdir və məhkəmənin hökmünün və ya digər yekun qərarının tərtib edilməsi ən vacib prosessual hərəkətlərdən hesab olunur. Məhkəmənin hökmü və ya digər yekun qərarı mühüm ədalət mühakiməsi aktı olduğundan onun forması və məzmunu ilə bağlı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir.
25. Məhkəmələr tərəfindən məhkəmə hökmü ilə bağlı məsələləri tənzimləyən cinayətprosessual normaların eyni cür tətbiqini, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə, habelə məhkəmə hökmünün çıxarılması üzrə məhkəmə təcrübəsinin ümumiləşdirməsi nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda müvafiq qərar qəbul edilmişdir.
26. Sözügedən Plenum Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düz gün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 352.2-ci maddəsinə əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Odur ki, hökmdə məhkəmə baxışının aparıldığı dilin qrammatik qaydalarına əməl edilməli, qeyridəqiq ifadələrin, rəsmi sənədlərdə qəbul olunmayan sözlərin işlədilməsinə, baxılan iş üzrə əhəmiyyəti olmayan halların sadalanması ilə hökmün mətninin ağırlaşdırılmasına yol verilməməlidir. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqs irsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, № 15, §§ 1, 2 və 52, 24 dekabr 2021-ci il).
27. Baxılan işdə isə birinci instansiya məhkəməsinin hökmünün tərtibi zaman hakim yuxarıda göstərilən prosessual normalara və müvafiq təfsirə riayət etməmiş, işin faktiki halları təkcə cinayət işinin materiallarında olan sübutlar əsasında deyil, eyni zamanda şəxsi mülahizəyə əsaslanaraq müəyyən edilmiş, həmçinin hökmdə bəraət almış şəxslə zərərçəkmiş şəxs arasında olan münasibətlərin xarakterini öz fikirlərinə uyğun şəkildə rəsmi sənədlərdə qəbul olunmayan məişət sözləri və fikirlərlə təhlil etməyə ça lışmış, heç bir əsası olmayan, məişət söhbətlərinə xarakterik, qeyri-dəqiq ifadələrin işlədilməsinə yol vermiş, baxılan iş üzrə əhəmiyyəti olmayan (məsələn, cinayət işinə heç bir aidiyyəti olmayan kənar insanların adlarının çəkilməsi, bəraət almış şəxsin paranormal qabiliyyətlərə malik olması və s.) halların sadalanması ilə hökmün mətninin ağırlaşdırılmasına yol vermişdir. Göstərilənlər mühüm ədalət mühakiməsi aktının ciddiyyətinə xələl gətirməklə yanaşı, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına ziddir.
28. Bununla belə, hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan apellyasiya instansiyası məhkəməsi həmin pozuntuların məhkəmə təcrübəsinin vah idliyinin pozulmasına yol açdığına, gələcəkdə belə halların təkrarlanma ehtimalının yaranmasına əhəmiyyət vermədən, hökmü qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş qanuni və əsaslı məhkəmə aktı kimi qiymətləndirməklə dəyişdirmədən saxlamışdır.
29. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmü həmin Məcəllənin 353cü maddəsinin tələblərinə uyğun olmalıdır.
30. Apellyasiya instansiyası məhkəməsinin istər hökmü, istərsə də digər yekun qərarı olsun, məhkəmə aktının qanuniliyi və əsaslılığı meyarları ilə ehtiva olunan tələblərə cavab verməli, apellyasiya müraciətlərinə məhkəmənin adekvat cavabını əks etdirməlidir. Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinin tələbləri ilə uzlaşan İn san Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra (məsələn, Moreira Ferreira Portuqaliyaya qarşı [BP], № 19867/12, § 84, 11 iyul 2017-ci il) qərarlarında təkrarladığı yanaşmasına görə də, məhkəmə qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir. Şikayətçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur.
31. Təsvir olunanlardan görünür ki, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestində qeyd edilən - mübahisəsi edilən hökmün cinayətprosessual qanunvericiliyinin hökmün tərtibinə aid tələblərini pozduğu barədə dəlillərə münasibətini bildirməməklə və həmin poz untuların aradan qaldırmasını təmin etməməklə, apellyasiya instansiyası məhkəməsi məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 416.1.22-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)85/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməli, yuxarıda təsviri verilən nöqsanların aradan qaldırılması məqsədilə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X8 barəsində olan 1(106)85/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.