Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1287/2022 28.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1628/2021 saylı hökmü ilə Cəbrayəılov Zaur VAqif oğlunun Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İ.A.Mahmudov (sədrlik edən və məruzəçi), F.Ə.Qəniyev və S.S. Hüseynovdan ibarət tərkibdə) 21 dekabr 2021-ci il tarixli, 1(101)-1628/2021 saylı hökmü ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum оğlu Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Məhkum təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, Məhkum barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, Məhkum davranışına nəzarət Bakı probasiya idarəsinə həvalə olunmuş, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, Məhkum barəsində sınaq müddətinin əvvəli hö km qanuni qüvvəyə mindiyi gündən hesablanmış, hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 162 (yüz altmış iki) manat məbləğində, ibtidai istintaq zamanı göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul ödənilməsi, iş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan 19.05.202l-ci il tarixdə Məhkum üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 11,777 qram narkotik vasitə olan heroin, 2,084 qram çəkidə metamfetamin, 0,786 qram çəkidə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi və bir ədəd gümüşü rəngli dəmir borunun məhv edilməsi, Məhkum üzərinə keçirilən şəxsi axtarış və həmin günü idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı, eləcə də xx.xx.2021-ci il tarixdə Şahid4 və Şahid5 üzərinə keçirilən baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R və DVD disklərin iş materiallarında saxlanılması, iş üzrə ekspertiza xərcləri 88,70 ( səksən səkkiz manat yetmiş qəpik) manat Məhkum tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)-513/2022 saylı hökmü ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və R.A.Qaraqurbalıdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətl ər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1628/2021 saylı hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəaları xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum iş üzrə ibtidai araşdırma və birinci instansiya məhkəməsində aparılan icraat zamanı həbsdə saxlanıldığı 19 may 2021ci il tarixdən 21 dekabr 2021-ci il tarixə qədər olan müddət, cəmi - 07 (yeddi) ay 02 (iki) gün bir günə bir gün hesabı ilə hesablanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1628/2021 saylı hökmü ilə təyin olunmuş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Məhkum üzərində 04 (dörd) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanıl mış, Məhkum barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 31 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum 19 may 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, narkotik vasitə olan marixuana və külli miqdarda psixotrop maddə olan metamfetamini 300 manat pul müqabilində əldə etməyi razılaşdıqdan sonra, naməlum şəxsin verdiyi istintaqa məlum olmayan hesab nömrəsinə ödəmə terminalı vasitəsi ilə pulu köçürm üş, xx.xx.2021-ci il tarixdə, saat 05 radələrində, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən "H.Aslanov" metrostansiyasının yaxınlığında külli miqdarda ümumi təmiz çəkisi 11,837 qram narkotik vasitə olan heroin, külli miqdarda ümumi təmiz çəkisi 2,134 qram olan psixotrop maddə metamfetaminin olduğu bükümlərin və təmiz çəkisi 0,836 qram narkotik vasitə olan qurudulmuş marixuananın olduğu bir ədəd kibrit qutusunu qoyulduğu yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əynindəki göy rəngli cins şalvarın arxa cibində və üzərində gəzdirdiyi qara rəngli əl çantasında saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə, saat 05:10-da idarə etdiyi "Reanaull Toros" markalı Az-**-HC-*** dövlət nömrə nişanlı avtomobil ilə ünvan 2 ünvanın qarşısında dayandığı zaman narkotik vasitələrin qanunsuz dövriyy əsində şübhəli bilinib Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılmış və ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd "Kent" markalı siqaret qutusunun içərisindən qara rəngli sellofan kəsiyi bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 11,600 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin üzərində gəzdirdiyi qara rəngli əl çantasında üzərində "STAR” sözləri yazılmış dəmir qutunun içərisindən bir ədəd gümüşü rəngli kağız bükümdə eyni tərkibli 0,237 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan kəsiyi bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2.134 qram psixotrop maddə olan met amfetamin və bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,836 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd elektron tərəzi eləcə də narkotik vasitələri çəkmək üçün istifadə edilən kiçik ölçülü dəmir boru aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)-513/2022 saylı qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, apelyasiya məhkəməsi əsassız və qanunsuz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq CM-nin 70-ci maddəsini tətbiq edərək qanuni nəticəyə gəlmişdir. Məhkum Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini və məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. 27 iyul 2022-ci il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ər izənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılm asını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1287/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1287/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver