Məhkəmə qərarları › İş №1(102)-1287/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1287/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1287/2023 06.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4, 312.1-ci maddələri ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmuş Məhkum barəsində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) 4 noyabr 2022ci il tarixli hökmü ilə 16 avqust 1983-cü il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Bursa küçəsi, ev 4 ünvanında qeydiyyatda olub ünvan 1 16- da yaşayan Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4,312.1 -ci maddələrinin tərkibi olmadığından Azərbaycan Respu blikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən ona həmin maddələr ilə bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, hökmün icrasına nəzarət Məhkum yaşayış yeri üzrə İcra və Probasiya şöbəs inə həvalə edilmişir. Cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə) 8 fevral 2023-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4,312.1-ci maddələri ilə ona bəraət verilməsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(008)-749/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Neftçala rayon prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə 99.636,70 manat məbləğində pul vəsaitinin talanması ilə əlaqədar Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan övladı X3 həbsdən azad edilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin mar t ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə müraciət etmiş Zərərçəkmiş şəxs özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim edib həmin İdarənin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olmasını, həmin şəxsin özünün də geniş əlaqələrə malik olduğunu və onun vasitəsilə Nicat Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirini həbslə bağlı olmayan digər qətimkan tədbiri ilə əvəz etmək imkanına malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nicat Sadıqovun xeyrinə edəcəyi hərəkətə, yəni həbs qətimkan tədbirinin həbsə alternativ digər qətimkan tədbiri ilə əvəz olunması üçün zəruri olan tədbirlərin görülməs inə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 18 mart 2022-ci il tarixdə Neftçala rayonu Xıllı qəsəbəsində Zərərçəkmiş şəxs şəxsən 5.000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanının yaxınlığında cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə 10.000 manat məbləğində olmaqla, ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsin in (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nicat Sadıqovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, həmin hərəkətləri ilə hüquqi şəxs qismində dövlət qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq mərhələsində verdiyi ifadəsinə əsasən o, yaşadıqları yerdə görüşə gələn zaman Məhkum özünü ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə müdiri kimi təqdim edərək həmin Baş idarədə “Ağsaqqal” ləqə bli vəzifəli şəxs ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxsin şirkət rəhbərliyi ilə danışıb müəyyən zərərin şirkətə ödənilməsi şərti ilə oğlu Nicat Sadıqovu həbsdən azad etdirəcəyini bildirmiş, həmin xüsusatları üzləşdirmə istintaq hərəkəti aparılarkən Məhkum üzünə qarşı bir daha təsdiq etmişdir. Bundan başqa, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələrində Zərərçəkmiş şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifədə işləməsini bildiyi Elvin adlı şəxsə şirkətə dəymiş zərərin müəyyən qismini ödəmək şərtilə oğlunu həbsdən azad etdirmək üçün 15.000 manat pul verdiyini göstərmişlər. Lakin, göstərilən şəxslər məhkəmə istintaqı zamanı həmin pulun Məhkum tərəfindən yalnız şirkətə dəymiş zərəri ödəmək üçün alındığını, onu n özünü vəzifəli şəxs kimi təqdim etmədiyini bildirərək, istintaq zamanı fərqli məzmunda ifadə vermələrinin səbəbini ifadələrinin müstəntiq tərəfindən yazılması və oxumadan imza etmələri ilə əsaslandırmağa çalışmış, məhkəmələr isə onlarla razılaşıb məhkəmə istintaqında verilən ifadələri mötəbər dəlil hesab etmişlər. Ziyanı artıq ödənən və şikayəti olmayan zərər çəkmiş şəxsin, habelə digərlərinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin fərqli məzmunda olmasını onların müstəntiq tərəfindən yazılması və oxumadan imza etmələri ilə əsaslandırmağa çalışmaları birmənalı olaraq ağlabatan izah deyil. Zərərçəkmiş şəxsin və dindirilmiş digər şəxslərin, Məhkum Zərərçəkmiş şəxs özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəli şəxsi kimi təqdim etməməsi, eləcə də ondan oğlu Nicat Sadıqo vu həbsdən azad etdirmək adı ilə deyil, yalnız şirkətə dəymiş zərərin müəyyən qisminin ödənilməsi üçün pul aiması barədə məhkəmədə verdikləri ifadələrin düzgün olması öz təsdiqini tapmamışdır. Məhkum özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəli şəxsi kimi təqdim edərək, oğlu Nicat Sadıqovu həbsdən azad etdirmək üçün vəzifəli şəxslərə vermək adı ilə Zərərçəkmiş şəxs 15.000 manat pul alması xüsusatı zərər çəkmiş və digərlərinin yalnız “müstəntiq tərəfindən yazılmış və oxumadan imza etdikləri“ dindirmə protokolları ilə deyil, bilavasitə bu xüsusatla bağlı zərər çəkmişin könüllü şəkildə hüquq mühafizə orqanlarına etdiyi və cinayətlər haqqında məlumatların qeydiyyatı kitabında nömrə verilərək qeydə alınmış müraciəti, eləcə də həmin müraciətlə bağlı aparılmış ilkin yoxlama zamanı to planmış digər dəlillərlə təsdiq edilmiş, lakin məhkəmələr bu hissələrə ümumiyyətlə qiymət verməmişlər Həm də, Zərərçəkmiş şəxs oğlu Nicat Sadıqov tərəfindən şirkətə vurulmuş zərərin ödənilməsi adı ilə Məhkum 15.000 manat məbləğində pul vəsaitini verməsi heç inandırıcı da deyil, ona görə ki, Zərərçəkmiş şəxs özü fəaliyyət qabiliyyətli şəxsdir, davranışlarını idarə edə, hərəkətlərini ölçüb-biçə bilir və hər halda özünün şirkətə dəymiş zərəri ödəmək üçün ən azından birbaşa onlarla danışıqlar aparmaq və müəyyən qisim zərəri də ödəmək imkanları vardır, lakin onun belə imkanı olduğu halda bunu etməməsi və tanımadığı üçüncü bir şəxsdən ziyan ödəməyi xahiş etməsi ağlabatan əsas kimi qəbul oluna bilməzdi. Nəhayət, cinayət işinə əlavə edilmiş USB yaddaş kartındakı məlumatlara baxış keçirilməsi barəd ə 29 iyul 2022-cr il tarixli protokoldan görünür ki, aparılmış danışıqlar subyektiv və dəyişdirilə bilən məlumatlar deyil (çünki ayrı- ayrı şəxslərin ifadələrini məhkəmə baxışında dəyişmələri hallan təcrübədə kifayət qədərdir və əksər hallarda səbəbi subyektiv meyarlara əsaslanır), bu hissələrin ibtidai istintaq və məhkəmə baxışlarında verilmiş ifadələrlə müqayisəli tədqiqindən bir daha məlum olur ki, zərər çəkmiş Zərərçəkmiş şəxs məhz oğlunu həbsdən azad etdirmək üçün vəzifəli şəxsə təqdim etmək müqabilində 15.000 manat pulu rüşvət qismində verdiyini dərk edərək aldadıldığım başa düşdükdən sonra Şahid1 vasitəsilə tanıdığı Məhkum pulunu tələb etməyə başlamışdır. Məhkum Zərərçəkmiş şəxs oğlunu həbsdən azad etmək üçün vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş (baxmayaraq ki, onun əsi niyy əti dələduzluqdur; lakin zərər çəkmiş pulu verərkən işin hallarını belə dərk etmişdir.), zərər çəkmiş də 15.000 manat pulu məhz oğlunun həbsdən azad edilməsi məqsədilə, yəni işin xeyrinə həli olunacağını düşünərək vermişdir. Bununla da, Zərərçəkmiş şəxs oğlu Nicat Sadıqovun xeyrinə edəcəyi hərəkətə görə verdiyi rüşvətin Elvin Baxrşov tərəfindən hansısa vəzifəli şəxslərə çatdırılacağını güman etmiş, həmçinin, təqsirkarın özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi hüquqi şəxs qismində dövlətin cəmiyyətdəki nüfuzunun qorunub saxlanılması ilə əlaqədar qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Belə olan halda da, ibtidai istintaq orqanı tərəfindən əsaslı və qanuni olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 310 və 32.4, 312.1-ci maddələri ilə ittiham elan edilm işdir. Məhkəmələr həmçinin Məhkum CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını oxşar işlər üzrə məhkəmə təcrübəsinə və cəzanın ədalətli fərdiləşdrrilməsi prinsipinə uyğun olmayan, aşağı həddə yaxın təyin etmişlər. Belə ki, məhkəməyədək icraat dövründə Elvin Baxrşov nəinki özünü təqsirli bilməməklə yanaşı, almış olduğu pul vəsaitinin bir hissəsini Şahid1la birlikdə böldüyünü bildirmiş, lakin aparılmış ibtidai istintaq zamanı həmin niyyətinin aşkara çıxdığını anladığı üçün cinayəti tək törətdiyini etiraf etmək məcburiyyətində qalmışdır. Buna baxmayaraq məhkəmələr Məhkum törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini əsassız olaraq yüngülləşdirici hal kimi nəzərə almış, bu hal cəza təyin etmənin ümumi əsaslarına, eləcə də təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, həmçinin şəxsiyyətinə uyğun olmamışdır. Maddi ziyan ödənmiş olsa belə, Məhkum təyin edilmiş cəzanın növü və həddi həm onun tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, eyni əməllərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsini də yaratmışdır. Bakı Apelfyasiya Məhkəməsinin cinayət kollegiyası yekun qərar qəbul edərkən cinayət- prosessual qanunvericiliyin tələblərinə müvafiq o laraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxıiması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş, ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş, məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edilmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət İşi üzrə Bakı Apeliyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apeliyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquq i məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məkumun çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instans iyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya protestinin dəlilləri Məhkum Cinayət Məcəlləsinin 310 və 32.4,312.1-ci maddələri əsassız olaraq bəraət verilməsi və həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə təyin edilmiş cəzanın yüngül olması barədədir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və b u müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübu tlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfl i və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin Məhkum ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi üzrə bəraət verilməsinin əsassız olması barədə dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən Məhkum zərərçəkmiş şəxsdən iki dəfəyə (5.000 və 10.000 manat olmaqla) aldığı 15.000 manat məbləğində pul vəsaitini hər hansı vəzifəli şəxsə vermək adı ilə deyil, zərərçəkmiş şəxsin oğlu Nicat Sadıqovun işlədiyi "Buta” şirkətinə vurduğu zərərdən ödəniş etmək adı ilə almış və aşağı instansiya məhkəmələrinin bu barədə gəldiy i nəticə tam qanunidir. Belə ki, işin göstərilən bu halı nəinki məhkəmə istintaqı zamanı, o cümlədən, ibtidai istintaq zamanı dindirilmiş hər bir cinayət prosesi iştirakçısının (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və hər bir şahidin) ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə ki, ibtidai istintaq zamanı dindirilmiş hər hansı şəxs Məhkum Zərərçəkmiş şəxs pul vəsaitini hər hansı vəzifəli şəxsə təqdim etmək adı ilə almasına dair xüsusatı göstərməməklə onun müvafiq pul vəsaitini "Buta” şirkətinə dəymiş ziyanı ödəmək adı ilə aldığını, ziyanın bir hissəsinin ödəniləcəyi təqdirdə Zərərçəkmiş şəxs oğlunun həbsdən azad olunmasının mümkün olduğunu bildirmişlər. İbtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı dindirilmiş "Buta Trading” MMC-də region rəhbəri Şahid4 ona Elvin adlı şəxs tərəf indən zəng gəldiyini, həmin şəxsin ona Nicat Sadıqovun şirkətə vurduğu ziyandan müəyyən məbləğ ödənildiyi təqdirdə şirkətin şikayətçi olmamasının mümkün olub-olmadığını soruşduğunu, onun isə həmin şəxsə ziyanın ən az yarısının ödənilməli olmasını bildirdiyini göstərmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ibtidai istintaq orqanı nə iş materiallarında olan sənədlərə və sübutlara, nə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmiş, sadəcə Məhkum zərərçəkmiş şəxsə oğlunun cinayət işi ilə bağlı kömək etməsini vəd etməsinə əsaslanmaqla kifayətlənmiş, verilmiş pulun təyinatına, həmin pulun rüşvətin predmeti olubolmamasına əhəmiyyət vermədən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqs irli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. “Məhkəmə kollegiyası işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə bəraət verilməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və o byektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə düzgün olaraq bəraət vermişdir. Kassasiya protestində göstərilən digər dəlillərlə əlaqədar olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə bəraət verilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Məhkum Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə verilmiş ittihamın mahiyyəti özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi, yəni, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Neftçala rayon prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə 99.636,70 manat məbləğində pul vəsaitinin talanması ilə əlaqədar Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan ö vladı X3 həbsdən azad edilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin mart ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə müraciət etmiş Zərərçəkmiş şəxs özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim edib həmin İdarənin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olmasını, həmin şəxsin özünün də geniş əlaqələrə malik olduğunu və onun vasitəsilə Nicat Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirini həbslə bağlı olmayan digər qətimkan tədbiri ilə əvəz etmək imkanına malik olduğunu yalandan bildirməsindən ibarətdir. İttihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi üzrə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə Məhkum özünü vəzifəli şəxs, istintaq orqanının gəldiyi qənaətdə göstərildiyi kimi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi təqdim etməsi öz təsdiqini tapmamış, əksinə hər bir cinayət prosesi iştirakçısının ifadəsi ilə onun özünü mətbuat işçisi kimi təqdim etməsi öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxs Məhkum ilkin ifadələrindən etibarən özünü heç zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etmədiyini, özünü mətbuat işçisi kimi (o, əvvəllər həqiqətən də mətbuat işçisi olmuşdur) təqdim etdiyini bildirmişdir. Məhkəmə ibtidai istintaq zamanı dindirilmiş Şahid1 istintaq zamanı verdiyi hər bir ifadəni ətraflı tədqiq e dərək onun heç bir ifadəsində Məhkum özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etməsinə dair hər hansı xüsusata rast gəlməmiş, əksinə, o, Məhkum özünü nəşriyyat işçisi kimi təqdim etdiyini dəfələrlə öz ifadəsində göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs müstəntiq tərəfindən kompyuter vasitəsi ilə yazılmış ifadələrində Məhkum özünü ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etdiyini göstərilsə də, məhkəmə istintaqı zamanı o, dəfələrlə qeyd etmişdir ki, Məhkum heç vaxt özünü ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etməmişdir. Elvin barəsində onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləməsi barədə məlumatı ona Şahid1 Elvinin iştirakı ol madan aralarındakı telefon danışığı zamanı demişdir. Onlar üçü bir araya gəldikdə isə Emin ona "dediyim şəxs budur” deyə Elvini təqdim etmişdir. İstintaq zamanı isə ifadələrini oxumadan imzalamışdır. İş üzrə dindirilmiş digər şahidlər Şahid3 və Şahid2 istintaq zamanı verdikləri ifadələrində Məhkum Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi olmasına dair xüsusat Zərərçəkmiş şəxs sözlərindən deyilmiş hal kimi göstərilmişdir. Yəni, həmin şahidlər özləri nə Məhkum özünün, nə də Şahid1 Məhkum Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etməsinin şahidi olmamışlar. Zərərçəkmiş şəxs özü də onlara məhz Şahid1 ona Elvinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyini dediyini bildirmişdir. Göründüyü kimi, istintaq orqanının Məhkum özünü vəzif əli şəxs olaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etməsini təsdiq edən sübut növü kimi istinad etdiyi yeganə sübut zərərçəkmiş şəxsin və onun sözlərindən bunu eşitdiklərini göstərən şahidlər Şahid3 və Şahid2 ifadələridir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs həmin ifadələrini təsdiq etmədiyini, ifadələrin müstəntiq tərəfindən yazıldığını və onu oxumadan imza etdiyini bildirmiş, şahidlər isə Məhkum tanımadıqlarını, özünü vəzifəli şəxs kimi təqdim etməsinin şahidi olmadıqlarını, Şahid1 zərərçəkmiş şəxsə Elvini vəzifəli şəxs kimi tanıtdığından zərərçəkmiş şəxs də Eminə inanaraq Elvinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyini onlara dediyini göstərmişlər. Buna görə də Məhkum zərərçəkmiş şəxsin pulunu ələ keçirərkən özünü vəzifəli şə xs kimi təqdim etməsi öz təsdiqini tapmamışdır ki, bu da onun əməlində CM-in 310-cu maddəsinin tərkibinin olmasını istisna edir. Kassasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət işinin materiallarından və məhkəmələrdə araşdırılmış sübutlardan göründüyü kimi ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadələrində Məhkum özünü ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etdiyini, həmin idarədə şöbə müdiri işlədiyini göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı o, ifadəsini dəyişərək qeyd etmişdir ki, Məhkum heç vaxt özünü ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etməmişdir. Elvin barəsində onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləməsi barədə məlumatı ona Şahid1 Elvinin iştirakı olmadan aralarındakı telefon danışığı zamanı demişdir. Onlar üçü bir araya gəldikdə isə Emin ona "dediyim şəxs budur” deyə Elvini təqdim etmişdir. İstintaq zamanı isə ifadələrini oxumadan imzalamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs danışıq zamanı ondan köməklik etməyini xahiş etdikdə, o sonuncuya təxminən iki il əvvəl evində təmir işləri apararkən tanış olduğu zaman özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı və eyni zamanda mətbuat işçisi kimi təqdim edən Məhkum istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsini ona verdiyini göstərmiş, lakin məhkəmə istin taqı zamanı verdiyi ifadəsində sonuncunun özünü mətbuat işçisi kimi təqdim etdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq nə o özünün, nə də Məhkumın heç vaxt Elvinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı və ya vəzifəli şəxsi olmasını Zərərçəkmiş şəxs demədiklərini, əksinə Məhkum olduğu kimi özünün mətbuat işçisi olduğunu, tanışlarının olduğunu və həmin tanışlarının “Buta” şirkətinə ziyanın bir hissəsi ödənildiyi təqdirdə Zərərçəkmiş şəxs kömək edə biləcəklərini bildirmişdir. İş üzrə dindirilmiş digər şahidlər Şahid3 və Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Məhkum Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi olması, həmin şəxsin Nicatı həbsdən azad etdirəcəyi barədə Zərərçəkmiş şəxs bildirməsinə görə məlumatlı olduqlarını göstərmişlər. Göründüyü kimi zərərçəkmiş şəxs və şahidlərin əksəriyyəti ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr vermişlər. Sadalananlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum əməlində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayət əməlinin tərkibinin olubolmadığını müəyyən edərkən göstərilən sübutlara düzgün hüquqi qiymət verməmişlər. İş üzrə zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli ifadələr verilməsinin səbəbi, həmçinin sübutlar arasında ziddiyyətlər, o cümlədən şahidlər Şahid3 və Şahid2 ifadələri ilə digər şəxslərin ifadələri arasında ziddiyyətlər araşdırılmamış, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri fərqli ifadələrinin mötəbər sübut kimi qiymətləndirməyə əsas olan hallar məhkəmə qərarlarında öz əksini tapmamışdır. Halbuki, cinayət işinin başlanmasına əsas olan Zərərçəkmiş şəxs ilkin müraciətində və ərizəsində, həmçinin ilkin izahatında da özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edən Elvin adlı şəxsin onu aldatdığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli halla r üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə bəraət verən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşlar. Cinayət Məcəlləsinin 310-cu maddəsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, yəni özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh edilən cinayət əməli obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirm ə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkar öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətməlidir. Subyektiv cəhətdən təqsirin qəsd forması ilə edilir. Təqsirkar özünü özbaşına vəzifəli şəxs kimi təqdim etməklə və ya qanunsuz olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə ictimai təhlükəli hərəkət etdiyini dərk edir, bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görür və bunun baş verməsini ar zu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə bəraət verən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən Məhkum özbaşına özünün vəzifəli şəxs kimi təqdim edib etməməsini müəyyən edərkən ətraflı araşdırma aparmamış, sübutlara, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan və yuxarıda sadalanan digər sübutlara düzgün hüquqi qiymət verməmiş, nəyə görə məhz bir sübuta digərinə nisbətən üstün qiymət verməsini əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdi m etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilməli və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı Məhkum Cinayət Məcəlləsini 310-cu maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin e dilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərar ləğv edildiyindən Məhkum təyin edilən cəzaya münasibət bildirməyi məqsədəmüvafiq hesab etmir. Belə ki, Məhkum təqsirlilik məsələsi həll olunduqdan sonra ona təyin edilən cəzanın məhkum edilmiş şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun olub-olmaması və s. məsələlər həll edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti qismən təmin edilsin. Məhkum barəsində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar