Məhkəmə qərarları › İş №1(102)-1288/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1288/2018

15.11.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1288/2018 15.11.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1288/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 15 noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X3 və İlqar Səyyad oğlu Qılıcovdan ibarət tərkibdə; Röya Əli qızı Həsənovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum müdafiəçisi X1 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əlövsət Paşayev), Məhkum, xx xx 1988-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, natamam orta təhsilli, Xaçmaz Rayon Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xx 2015-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay 17 (on yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Xaçmaz rayonu, ünvan1 yaşamış, xx xx 2017-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun xx xx2017-ci il tarixdən xx xx 2017-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2017-ci il tarixindən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən 2017-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində, 20 Yanvar dairəsinin yaxınlığında satış məqsədi olmadan 301,17 (üç yüz bir tam yüzdə on yeddi) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özündə saxlamış və xx xx2017-ci ildə saat 06 radələrində Qusar rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfindən Qusar rayonu Zindan Muru q kəndində saxlanılaraq X4 inzibati binasında üzərinə baxış keçirilərkən həmin narkotik vasitədən 6,170 (altı tam mində bir yüz yetmiş) qram çəkidə onun əynindəki şalvarının cibindəki bir ədəd kibrit qutusunda, 295 (iki yüz doxsan beş) qram çəkidə isə onun idarə etdiyi “Opel Vita” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Hüseyn Nəbiyev, hakimlər Nazim Mövsümov və Elman Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixliqərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətində iş üzrə səmimi və düzgün ifadə verməsi, bir azyaşlı uşağının olması və digər hallar nəzərə alınmadan barəsində qərar qəbul olunduğunu göstərərək barəsində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi R və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı C çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barə sindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixliqərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildirir. K assatorkassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, iş üzrə iş üzrə səmimi və düzgün ifadə verməsi, bir azyaşlı uşağının olması və digər hallar nəzərə alınmadan barəsində qərar qəbul olunduğunu göstərərək barəsində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla dü zgün qiymət vermiş, Məhkum istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən şahidlərin bir-birinə uyğun olan ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddə si ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası bunlarla yanaşı qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, iş üzrə tam, hərtərəfli və obyektiv tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkumcəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını, iş üzrə cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi əməlindən səmimi pe şmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə almış, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini də nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun CM-in 69.3-cü maddəsinə əsasən onun xx xx2017-ci il tarixdən xx xx 2017-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi M əhkum cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq ona qanuna müvafiq cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Hökmdən müəyyən olunur ki, Məhkum təqsirli bilindiyi CM-in 2 34.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növünün - azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayaraq - 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən onun xx xx2017-ci il tarixdən xx xx 2017-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, onu əsaslı hesab edir və kassatorun bununla bağlı də lillərini əsassız olduğundan qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlə dən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Odur ki, istər göstərilən qanun müddəalarının tələbləri baxımından, istərsə də Ali Məhkəmənin qeyd edilən Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda be lə nəticə hasil olur ki, işə baxan məhkəmələr tərəfindən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ədalətsiz hesab etmək olmaz. Məhkəmə kollegiyası belə hesab edir ki, Məhkum onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, həmçinin iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla kifayət qədər ədalətli cəza təyin edilmişdir. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də məhkum və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəza nın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçün Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini mümkün hesab etmir və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması əsaslı və məqsədə müvafiqdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA AL D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İnqilab Nəsirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar