Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1288/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 iştirakı ilə, Bakı Ağır Cinayətlər məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 15 yanvar 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: R.A.Əliyevin (sədrlik edən və məruzəçi), M.A.Xankişiyev və F.Ə.Qəniyev) Məhkum- xx xxxxxx 1992-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli 27 mart 2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Mə hkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 26 mart 2017-ci il tarixdə, saat 05 radələrində «Koroğlu» metrostansiyasının qarşısındakı ərazidə X3 taksi kimi idarə etdiyi “Mercedes Benz” markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşına «Şamaxinka» adlanan əraziyə sərnişin qismində aparılmaları üçün minmiş, həmin avtomaşını ələ keçirmək məqəsdi ilə 26 mart 2017-ci il tarixdə saat 06:30 radələrində Bakı şəhəri, ************************** saylı binanın qarşısına çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 üstündə gətirdiyi kəndiri sürücü X3 baş nahiyəsindən boğazına keçirib arxay a dartmaqla ona boyun nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarət yetirməklə sonuncunu zərərsizləşdirmiş, avtomobildə qabaq sağ oturacaqda əyləşmiş Məhkum avtomobilin açarını burub mühərriki söndürərək çıxarmış, X7 isə üstündə gəzdirdiyi istintaqa məlum olmayan mənbədən əldə etdiyi soyuq silah hesab edilən bıçağı silah qismində istifadə edərək X1 böyür nahiyəsinə dirəyib həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək 1 ədəd 5 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrə və 1 ədəd 3 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrə altında işləyən 1 ədəd 40 manat dəyərində Nokia markalı mobil telefonu və 8000 manat dəyərində “Mercedes Benz” markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşını, ümumilikdə 8.048 manat dəyərində xe yli miqdarda özgənin əmlakını ələ keçirməklə qurdurluq etmişlər. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 15 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında zərərçəkmiş şəxsə qarşı hər hansı təzyiq etməsi s übut olunmamışdır. Himayəsində xəstə anasının olduğu, ailənin başqa qazanc gətirəni olmadığını, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbinin olmadığını, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsaslar olduğunu ona görə də cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cina yət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərinin əsaslılığını cinayət işinin materialları üzrə yoxlayıb, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və h üquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünə aşağıdakı məzmunda hüquqi qiymət verir. Kassasiya şikayətinin dəlilləri cəzanı yüngülləşdirən halların nəzrə alınaraq barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilərək cəzasının yüngülləşdirilməsi barədədir. Eləcə də təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı hər hansı zor tətbiq etmədiyini göstərmişdir. Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrində quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, xeyli miqdarda əmlak əldə etmək mə qsədi ilə törədildikdə və silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə cinayət tərkibləri nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittihamın məzmununa uyğun ifadə vermiş, onun cinayət əməli özünün ifadəsi ilə yanaşı digər təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri ilə tam təsdiq edilmişdir. Quldurcasına basqın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qrupun bütün üzvlərinin silah tətbiq etməsi və bilavasitə zor tətbiq etməsi vacib deyildir. Ona görə də zərər çəkmiş şəxsə qarşı heç bir zor tətbiq edilmsində iştirak etmədiyinə görə onun cəzasının yüngülləşdirilməli olması barədə kassasiya şikayətinin dəlillə ri əsasızdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini həll edərkən, təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran halın olmamasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsini və törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 181.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum cinayət törətdikdən sonra müəyyən müsbət hərkətlər etsə də bu hərəkətlər, qanunla müəyyən edilmiş sanksiyanın aşağı həddindən də az cəza təyin edilməsinə əsas verən onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hal kimi qiymətləndirilə bilməz. Bu hallar nəzərə alınaraq məhkuma təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində cəza təyin edilməsinə səbəb olmuşdur. Bununla yanaşı cinayətin bir qrup şəxs halında törədilməsi, silah qismində istifadə edilən bıçaq və kəndir tətbiq edilməklə törədilməsi, ağır cinayət hesab olunması bu cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallardır. Azərbaycan Respublikası CM-nin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi, eləcə də barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə Azərbaycan Respublikası CM-nin 181.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsinə əsas vermir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2018-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edil ənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1288/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1288/2019
20.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver