Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1288/2020 12.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, X40 oğlunun iştirakı ilə xx xxxxxxx 1988-ci ildə Cəlilabad rayonunun Ocağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən (hakim V.İ.Həsənov) Məhkum CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə, azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş 02 il müddətə şərti məhkum etmə CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilm əklə, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş, üzərində qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim E.M.Əhmədov, hakimlər F.G.Zeynallı və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü məhkumun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum ona görə məhkum edilmişdir ki, o, özgənin əmlakını gizli yolla talamaq qərar ına gəlib, bu məqsədlə xx xxxxxx 2017-ci il tarixdə saat 19 radələrində X8 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə inşa etdirdiyi iki mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsinin plastik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil daraq, oradan 180 manat dəyərində 1 ədəd perforatoru, hər biri 25 manat olmaqla 50 manat dəyərində dreli, 1 ədəd 20 manat dəyərində elektrin uzadıcını, 20 manat dəyərində drelin qutusunu və hər biri 50 manat dəyərində 3 top 100 metr uzunluğunda elektrik naqillərini oğurlayaraq, zərərçəkmiş şəxs Ərrəhman Qafarova 420 manat maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxxxx 2017-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən vətəndaş X21 məxsus tikintisi başa çatmamış məxsus fərdi həyət evinə birinci mərtəbədə olan plastik pəncərəni sındırmaqla qanunsuz daxil olaraq, evdən hər biri 37 manat dəyərində ümumi 111 manat dəyərində hər biri 100 metr uzunluğunda, 2,5 metr diametrində elektrik kabelini, hər biri 45 manat olmaqla ümumi dəyəri 135 manat olan 100 metr uzunluğunda, 4 mm diametr ölçüdə 3 ədəd elektrik kabelini, hər biri 5 manat 50 qəpik olmaqla ümumi dəyəri 825 manat olan 150 manat ədəd elektrik açarım oğurlayaraq, zərərçəkmiş Aqil Həsənova ümumilikdə 1071 manat maddi ziyan vurmuşdur. Bundan əlavə, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən X9 məxsus fərdi yaşayış evinin pəncərəsini açma yol u ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 170 manat dəyərində 85 metr uzunluğunda 2 qat elektrik naqili, 40 manat dəyərində 40 metr uzunluğunda 6 mm diametrli elektrik naqili, 50 manat dəyərində 100 metr uzunluğunda 2.5 mm diametrli elektrik naqili, 200 manat dəyərində 50 metr uzunluğunda hissələrə bölünmüş dəmir boruları, 30 manat dəyərində 20 ədəd dəmir boru dirsəkləri, 30 manat dəyərində 30 ədəd plastik boru birləşmələri, 120 manat dəyərində 4 ədəd hər biri 6 metr uzunluğunda taxtaları və 15 manat dəyərində 15 metr uzunluğunda televizor naqilini oğurlayaraq, zərərçəkmiş şəxs Mahir Bağırova ümumilikdə 655 (altı yüz əlli beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxxxx 2018-ci i l tarixdə saat 23:00 radələrində Abşeron rayonu, Mehdiabad-Novxanı yolunda, Mehdiabad qəsəbəsi ərazisində yerləşən X6 məxsus inşa edilən “Avtoservise” dəmir materialdan hasara alınmış hissəsindən qanunsuz daxil olaraq, oradan 85 manat dəyərində 3x1 ölçüdə 100 metrə, 218 manat dəyərində 3x4 ölçüdə 100 metr, 644 manat dəyərində 5x4 ölçüdə 200 metr uzunluğunda, 2020 manat dəyərində 5x6 ölçüdə 400 metr, 878 manat dəyərində 5x16 ölçülü 65 metr uzunluğunda və 312 manat dəyərində 3x6 ölçüdə 100 metr uzunluğunda elektrik naqillərini oğurlayaraq, zərərçəkmiş şəxs Şakir Əliyevə ümumilikdə 4157 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxx 2018-ci il tarixdə saat 01 radələrində X10 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, evdən 240 manat dəyərində 1 ədəd plastik qapısını və 45 manat dəyərində 1 ədəd su bağlayıcısını oğurlayaraq, zərərçəkmiş şəxs Alyar Məmmədova 285 manat ziyan vurmuşdur. Bundan başqa, Məhkum təkrarən özgənın əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxx 2018-ci il tarixə saat 12 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İsmət Qayıbov küçəsində yerləşən X15 məxsus tikilməkdə olan fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq ümumi dəyəri 1200 (bir min iki yüz) manat olan 2 ədəd «Bosh» markalı laqunda, 1 ədəd «Bosh» markalı dağıdıcı drel, 1 ədəd «Hitaci» markalı dağıdıcı drel, 1 ədəd «Bosh» markalı deşici drel, 1 ədəd «Makita» markalı əl mişarı, 100 metr uzunluğunda 10 mm və 130 metr uzunlu ğunda 8 mm mis naqilləri oğuralayaraq, zərərçəkmiş şəxs Roman Qınnayevə 1200 manat maddi ziyan vurmuşdur. Bundan əlavə, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqdsədlə xx xxxx 2018-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən X2 məxsus yeni inşa edilmiş və yaşayış olmayan fərdi yaşayış evinin pəncərəni sındırmaqla qanunsuz daxil olmuş, evdən 600 manat dəyərində elektrik naqilləri, 1 ədəd 200 manat dəyərində perforator və 1 ədəd 50 manat dəyərində olan dreli oğurlayaraq, zərərçəkmiş şəxs Musrəddin Mürsəlova ümumilikdə 850 manat maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxxx 2018-ci il tarixdə saat 21 radələrində X11 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə inşa etdirdiyi fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan 1200 manat dəyərində hər bir metri 3 manat olmaqla ümumi dəyəri 750 manat olan 250 metr uzunluğunda elektrik və hər bir metri 5 manat olmaqla, 90 metr uzunluğunda 450 manat dəyərində optik naqilləri oğurlayaraq, zərərçəkmiş şəxs İlham Zeyniyevə 1200 manat maddi ziyan vurmuşdur. Bundan əlavə, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxx 2018-ci il tarixdə saat 11 radələrində X19 məxsus Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən evin plastik qapını sındıraraq qanunsuz evə daxil olub, oradan 500 manat dəyərində 30 metr uzunluğunda elektrik naqillərini oğurlayaraq, zərərçəkmiş şəxs Sahib Kərimova 500 manat maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxx 2018-ci il tarixdə saat 01 radələrində X16 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə inşa etdirdiyi iki mərtəbəli fərdi yaşayış evinin evə qanunsuz daxil olaraq, oradan 180 manat dəyərində 1 ədəd perforatoru, hər biri 25 manat dəyərində 2 ədəd dreli, 20 manat dəyərində 1 ədəd elektrik naqil uzadıcısını, 20 manat dəyərində drellərin qutusunu və hər biri 50 manat dəyərində 3 top 100 metr uzunluğunda elektrik naqillərini oğurlayaraq, zərərçəkmiş şəxs Ərrəhman Qafarova 420 manat maddi ziyan vurmuşdur. Bundan əlavə, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxx 2018-ci il tarixdə saat 21 radələrində X12 məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evinə pəncərəni aç maq yolu ilə qanunsuz daxil olaraq, oradan 1000 manat dəyərində elektrik naqilləri, 1 ədəd 200 manat dəyərində samovar və 100 manat dəyərində qab-qacaq dəstini oğurlayaraq, zərərçəkmiş şəxs Rövşən Əliyevə 1300 manat maddi ziyan vurmuşdur. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxx 2018-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Fatmayı kəndində yerləşən X3 məxsus tikilməkdə olan fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, oradan 700 manat dəyərində samovarı və 250 manat dəyərində elektrik naqillərini oğurlayaraq, zərərçəkmiş şəxs Hüseyn Eyvazova 950 manat maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxx 2018-ci il tarixdə saat 02 radələri ndə X20 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fəri evinə evin arxa plastik pəncərəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq evdən 476 manat dəyərində olan 700 metr elektrik naqilini, 524 manat dahində olan elektrik qutusunu bütün avadanlıqları ilə birlikdə və 280 manat dəyərində olan 14 pəncərə torunu oğurlayaraq, zərərçəkmiş şəxs Ülvi Hüseynova 1280 manat ziyan vurmuşdur. Bundan əlavə, Məhkum təkrarən özgənin əmlakını gizli yolla almaq qərarına gəlib, bu məqsədlə xx xxxx 2018-ci il tarixdə saat 01 radələrində X17 məxsus Abşeron rayonu, Görədil qəsəbəsində yerləşən di yaşayış evinə qanunsuz daxil olaraq, evdən 2400 manat dəyərində olan elektrik qilini oğurlayaraq, zərərçəkmiş şəxs Oktay Məmmədova 2400 manat maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakı nı gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxx 2018-ci il tarixdə saat 12 radələrində X13 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz olaraq daxil olub, ordan bir ədəd 250 manat dəyərində:şıq generatorunu, bir ədəd 140 manat dəyərində qaynaq aparatını, 300 manat dəyərində parket yonan avadanlığını, 60 manat dəyərində iki ədəd dreli, bir ədəd 90 manat dəyərində elektrik mişarı, 116 manat dəyərində elektrik naqillərini oğurlayaraq, zərərçəkmiş şəxs Tapdıq Quliyevə ümumilikdə 956 manat maddi ziyan vurmuşdur. Bundan əlavə, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxx 2018-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən X7 məxsus olan fərdi yaş ayış evinə pəncərədən qanunsuz olaraq daxil olub, oradan 360 manat dəyərində 400 metr uzunluğunda elektrik naqilləri, 1 ədəd 70 manat dəyərində qış gödəkcəsi, 3 ədəd hər biri 30 manat dəyərində olan yun köynək, 2 ədəd hər biri 20 manat dəyərində olan cins şalvar, 1 ədəd 50 manat dəyərində dəri materialından olan çantanın oğurlayaraq, zərərçəkmiş şəxs Ülvi Zeynallıya 610 manat maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxx 2018-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən X14 məxsus yeni inşa edilən fərdi yaşayış evinin həyətinə qanunsuz darvazadan həyətə daxil olub, evin içərisində olan 800 manat dəyərində 1000 metr uzunluğunda elektrik naqillərini oğurlayaraq, zə rərçəkmiş şəxs İmran İsayevə 800 manat maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın daha yüngül cəza ilə əvəz olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum kassasiya şikayətində, əməlindən peşman olduğunu, iki azyaşlı uşağının olduğunu, anasının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı N.Əliyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakıl ara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkə məsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum cəzа təyin еdilməsi ilə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya inst ansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş ü zrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1288/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1288/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver