Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1288/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəs i ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), X6 və X5 ibarət tərkibdə) 23 iyun 2022-ci il tarixli hökmü ilə xx xxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəs sisəsində çəkməklə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 13 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə) 11 avqust 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci ins tansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq 11 yanvar 2022-ci il tarixdə Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən külli miqdarda 06 ədəd bükümdə ümumi təmiz çəkisi 2,912 ram olan vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,175 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin və 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək 13 yanvar 2022-ci il tarixdə saat 18:20 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsində saxlanılaraq 31-ci Polis bölm əsinə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən üzərində "ACC LONG” yazılmış dərman qutusunun içərisindən 01 (bir) ədəd kağız bükülüyə bükülmüş 6 (altı) ədəd ağ kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,499 qram, 0,313 qram, 0,525 qram, 0,413 qram, 0,717 qram, ümumi təmiz çəkisi 2,912 qram olan, tünd qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd "gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,175 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, barəsində çıxarılmış hökm və qərarı ədalətsiz və əsassız hesab edir. Hazırki iş üzrə istehlakçı ilə əvvəlcədən razılaşmanın olmasını təsdiq edən sübut müəyyən edilməmiş, narkotik vasitələrin hazırlanması üçün də avadanlığın olması iş materialları ilə sübuta yetirilmir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı vardır. Bundan başqa şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində onun narkotik vasitənin satış məqsədi ilə saxlamağı və daşımağı barədə məlumatlarının omadığını bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi dəlil kimi bu qədər çəkidə narkotik vasitəni və psixotrop maddəni hansı zərurətdən üzərində daşımasını ağlabataq şəkildə izah edə bilməməyini göstərir. Bu isə yalnız ehtimaldır və narkotik vasitəni həmin gün aldığı üçün və bir hissəsini istifadə edəcəyi üçün üzərində idi. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci tarixli qərarını ləğv edib, onun əməlini CM-in 234.4.3-cü maddəsindən CMin 234.1-ci maddəsinə tövsif edilməsi, ədalətli cəza təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya o nları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli ə mələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onl arı cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində g östərmişdir ki, o, tutulana qədər Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi ev 43, mənzil 84-də ailə üzvləri ilə yaşamış, narkotik vasitələrdən son 1 ay ərzində istifadə etmişdir. Narkotik vasitəni “Komsomolski” adlanan dairədən adını bilmədiyi, lakin üzdən tanıdığı adamlardan almışdır. O, həmin adamlara yaxınlaşıb 5 manat verib narkotik vasitə almışdır. Sonuncu dəfə narkotik vasitəni 20 manata almış, oradan çıxıb Suraxanıya dostları ilə görüşməyə getmiş, daha sonra Əmircan qəsəbəsinə gəlmişdir. Yolda gəzdiyi zaman ona maşın yaxınlaşmış və maşının içində olan polis əməkdaşları adını soruşub üstünə axtarış keçirmişlər. Onun üzərindən heç nə aşkar edilməmiş, ondan burada nə etdiyini soruşduqları zaman, o, 213 nömrəli avtobus yoluna getdiyini bildirmişdir. Polis əməkdaşları maşına m inib getmiş, o da yoluna davam etmişdir. Daha sonra polis əməkdaşları maşını saxlayıb, onun üzərinə yenə axtarış keçirmişlər. O, narkotik vasitəni kəmərin altına qoyduğundan polis əməkdaşları yenə üzərindən heç nə aşkar edə bilməmişlər. Daha sonra onu maşına mindirib, polis bölməsinə aparmışlar. Maşında onun papağını sifətinə salaraq, mal çıxarıb bu narkotik vasitənin onun olduğunu və boynuna götürməli olduğunu demişlər. O etiraz edərək, boynuna götürməyəcəyini bildirmişdir. Bölməyə çatanda kəmərində gizlətdiyi narkotik vasitə ayağına düşmüşdür. Polis əməkdaşları bunu görüb narkotik vasitəni cibinə qoymağını bildirmişlər. Sonra onun üzərinə polis bölməsində xidməti otaqların birində baxış keçirmişlər. O, cibində olan narkotik vasitəni təqdim etmişdir. Onun üzərində 6 bükümdə heroin, 1 bükü mdə metamfetamin olmuş, üzərindən başqa heç nə aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Məhkum qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması və Məhkum ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə 31-ci Polis Bölməsinin rəisinə raportla məruzə edilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o özü, üzvü isə Şahid1 təyin olunmuşdur. Bundan sonra Məhkum ətrafında tədbirlər keçirilməyə başlamışlar. Həmin gün saat 18 radələrində o və Şahid1 Suraxanı rayonu, Əmi rcan qəsəbəsi, İ.Quliyev küçəsinə gəlmiş, narkotik vasitələri saxlaması və istifadəsi barədə əsaslı şübhələr olan Məhkum xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və Nicatdan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü onlara Məhkum olaraq təqdim etmişdir. Onlar narkotik maddələrin əldə olunması saxlanması daşınması və gəzdirilməsində şübhəli olduğunu bildirib Nicata onlarla 31-ci Polis Bölməsinin inzibati binasına gəlməsini tələb etmişlər. Nicat da onlarla razılaşaraq 31-ci Polis Bölməsinə, inzibati binasında yerləşən otaqlardan birinə gəlmişdir. Məhkum hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsinə başlanılmışdır. Təhqiqatçı Nicata şübhəli şəxsin hüquq və vəzifələrini izah ed ib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan etmiş və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif etmişdir. Məhkum bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarın sol yan cibindən dərman qutusunu çıxararaq stolun üstünə qoymuşdur. Təhqiqatçı həmin dərman qutusunun qapağını açmış və barmağı ilə həmin qutunun içərisində olan kağızı çıxarmışdır. Sonra təhqiqatçı həmin kağızı açmış və həmin kağızın içərisində 01 ədəd gümüşü rəngli kağız büküm və 06 ədəd ağ rəngli kağız büküm olduğu müəyyən olunmuşdur. Sonra təhqiqatçı Məhkum həmin bükümlərdə nə olması barədə Nicata sual vermiş, Nicat da həmin bükümlərdə "kakos" və "şüşə" kimi tanıdığı narkotik maddələrin olduğunu bildirmişdir. Sonra təhqiqatçı həmin bükümləri bir-bir açmışdır. Həmin vaxt 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ağ rəngli maddə, 06 ədəd bükümdə isə qəhvəyi rəngli tozşəkilli maddə olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş: 13 yanvar 2022-ci il tarixli raportun məzmunundan görünür ki, Məhkum 13 yanvar 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsində saat İ8:20 radələrində saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31 -ci Polis Bölməsinə gətirilmişdir; Şəxsi axtarış və götürmə aparılması haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Məhkum üzərinə şəxsi axtarış k eçirilmiş, müvafiq təklifdən sonra o, əynindəki boz rəngli şalvarın sol yan cibindən üzərinə "ACC long” yazısı olan dərman qutusunun içərisində kağız bükülüyə bükülmüş 6 (altı) ədəd içərisində qəhvəyi rəngli maddə olan ağ rəngli kağıza bükülmüş bükümləri, 1 (bir) ədəd içərisində ağ rəngli kristal formalı maddə olan gümüşü rəngli bükümü təqdim etmiş, sorğu zamanı Məhkum təqdim etdiyi 6 (altı) ədəd içərisində qəhvəyi rəngli maddə olan ağ rəngli kağıza bükülmüş bükümün içərisində narkotik vasitə heroin, 1 (bir) ədəd içərisində ağ rəngli kristal formalı maddə olan gümüşü rəngli bükümün içərisində narkotik maddə metamfetamin olduğunu, narkotik vasitəni 2 gün əvvəl tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Diskə baxış keçirilməsi barədə 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən disk DVD formatlıdır. Diskin üzərində yazılar yoxdur, ağ rənglidir. Diskdə olan videogörüntüyə baxış zamanı müəyyən olunur ki, təhqiqatçı X15 Məmmədova şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan edir və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif edir. Məhkum bu təklifdən sonra özü könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sol yan cibindən üzərində "ACC long" yazılmış dərman qutusunu çıxararaq stolun üstünə qoyur. Təhqiqatçı həmin qutunu götürür və Məhkum qutuda nə olması barədə soruşur. Məhkum da həmin qutuda "kakos" və "şüşə" kimi tanıdığı narkotik mad dələr olduğunu bildirir. Sonra təhqiqatçı həmin qutunun qapağını açır, barmağı ilə həmin qutunun içərisində olan bir ədəd kağızı çıxarır, kağızı açır, kağızın içərisində 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş və 06 (altı) ədəd ağ rəngli bükümlər olduğu müəyyən olunur. Təhqiqatçı həmin bükümlərdə nə olduğunu bir daha Məhkum soruşur. Məhkum bir daha həmin bükümlərdə "kakos" və "şüşə" kimi tanıdığı narkotik maddələr olduğunu bildirir. Sonra təhqiqatçı həmin bükümləri bir-bir açaraq iştirakçılara və kameraya nümayiş etdirir. Həmin altı ədəd kağız bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, bir ədəd gümüşü rəngli bükümdə isə ağ rəngli kristalşəkilli maddə olduğu müəyyən edilir. Təhqiqatçı, Məhkum həmin maddələri kimdən, nə vaxt və hansı məbləğ müqabilində aldığını soruşur. Məhkum həmin narkot ik maddələri iki gün qabaq ümumilikdə 20 manat ödəməklə aldığını bildirir. Məhkum üzərindən aşkar edilərək götürülmüş bükümlər onun üzərindən aşkar edilmiş qutuya, qutu isə bir ədəd zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır; Materialların məhkəmə ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 6/244 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: " şübhəli şəxs: Məhkum üzərindən aşkar olunmuş...." yazısı olan zərfdəki üzərində "ACC long" yazısı olan plastik qutuda: -6 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,499 qram, 0,313 qram, 0,525 qram, 0,413 qram, 0,717 qram, ümumi təmiz çəkisi 2,912 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; -1 (bir) ədəd "gümüşü" rəngli kağız bükümdə təmiz çəkisi 0,175 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində "ACC long" yazısı olan plastik qutuda heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir; Məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2022-ci il tarixli, 937 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi na rkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; "Azercell” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi barədə 04 may 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən olunur ki, həmin diskdə 05 ədəd fayl vardır. Həmin fayllar sıra ardıcıllığı ilə "txt" "sms txt" "abunechiler.xls" "antena 2021 xls" "antena 2022 xls" başlıqlıdır. "abunechiler" faylına baxıldıqda nömrələrin kimə məxsus olması barədə məlumatlar vardır. Məhkum ona məxsus olduğunu bildirdiyi ***-*****-** nömrəsinin anası X3 məxsus olduğu müəyyən olunur. Sms mətnləri olan fayla baxıldıqda müxtəlif məzmunlu sms mətnlərinin olduğu müəyyən edilir. 31 dekabr 2021-ci il tarixdə saat 00:21:25-da Mehparə Musayevanın adına olan Məhkum istifadəsində olan ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə "ya rı alınmadı, ancaq çet qalıb məzmunlu mesaj göndərildiyi müəyyən olunur. "abunechiler" faylına baxıldıqda ***-***-**-** nömrəsinin 06 fevral 1992-ci il təvəllüdlü X7 məxsus olduğu müəyyən edilir. 08 yanvar 2022-ci il tarixdə saat 17:45:12-da 055-880- 46-45 nömrəsindən Məhkum istifadəsində olan 051-43493-29 nömrəsinə "Nicat 05 manat tap, 05 manat tapmışam. Normal çet verim. 05 manat çatmır." məzmunlu mesaj göndərilmişdir. Təqdim olunmuş diskdə ***-*****-** mobil nömrəsinin kimə məxsus olması barədə məlumat göstərilməmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə heroinin 2,912 qram çəkidə olmasını, 6 ədəd bükümdə olmasını, həmçinin 0,175 qram metamfetamin olmasını və bu qədər çəkidə narkotik vasitənin və psixotrop maddənin hansı zərurətdən eyni anda üzərində daşımasını ağlabatan şəkildə izah edə bilməməsini, onun istifadəsində olan mobil telefon nömrəsinə göndərilmiş qısa mesajların məzmununu nəzərə alaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirilməsinə əsasən bi r daha öz təsdiqini tapmışdır. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq v əziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndə göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cina yət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməs i kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladıqları həmin narkotik maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işl əri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edi lməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlill ərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpo zmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstəril ən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Məhkum cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdi daşıyır. Məhkum barəsində seçil miş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmiş, apelyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1288/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1288/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver