Məhkəmə qərarları › İş №1(102)-1288/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1288/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1288/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə x xxx 1995-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum o lunmamış, işləməyən, Lənkəran rayonunun Lüvəsər kəndində qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(099)-181/2023 nömrəli hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.A.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli 1(106)-21/2024 nömrəli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.Şahid3) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(099)-181/2023 saylı hökmü dəyişdirilmişdir. Məhkum əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddə sindən Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsinə tövsif edilmiş və Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkum edilmişdir ona görə ki, ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin qənaətinə görə o, Lənkəran rayonunun Lüvəsər kənd məscidinin imam müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs 28 sentyabr 2022-ci il tarixdə məsciddə islam dininin təbliği ilə bağlı ziddiyyətli məqamlara dair söylədiyi fikirlərə özünün dini mövzuda daha çox biliyə malik olduğunu hesab edərək qəti şəkildə qarşı çıxıb, Zərərçəkmiş şəxs din xadimi kimi insanları yanlış məlumatlandırdığını hesab edərək, məsələni ikilikdə həll edib sonuncunu söylədiyi fikirlərə görə xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, 29 sentyabr 2022-ci il tarixdə, saat 06 radələrində, yəni sübh namazı vaxtı yaşadığı evdən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı götürüb, Lüvəsər kənd məscidinə gedib həmin məscidə ibadətə gəlmiş Şahid1 uca səslə namaz qılmasına qəsdən irad bildirərək Zərərçəkmiş şəxs münaqişəyə cəlb edib, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, insanlar arasında bərqərar olunmuş davranış və birgəyaşayış qaydalarına zidd hərəkətlərə yol verərək ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə heç bir səbəb olmadan xuliqanlıq niyyətilə sonuncuya yumruqla zərbə vurub fiziki ağrı yetirdikdən so nra, ondan uzaqlaşaraq məscidin həyətinə çıxan Zərərçəkmiş şəxs üzərinə gedərək məsciddən çölə çıxıb həmin niyyətini başa çatdırmaq üçün üzərində gəzdirdiyi bıçağı çıxarıb Zərərçəkmiş şəxs döş qəfəsi, bel və sol said nahiyələrinə qəsdən zərbələr endirərək ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş boşluğuna nüfuz edən sağ plevranı zədələyən, hemotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin bir ədəd kəsilmiş deşilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bel və sol said nahiyələrində üç ədəd kəsilmiş yaralardan ibarət xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs aktiv müqaviməti, əvvəlcədən hadisə yerində olmuş Zərərçəkmiş şəxs dostları Şahid2 və Şahid1 müdaxilə edərək onu Zərərçəkmiş şəxs aralamaları, daha sonra hadisə yerinə gəlmiş atası Şahid3 onu kənarlaşdıraraq üzərində olan bıçağı götürməsi, həmçinin Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatının xilas edilməsi nəticəsində o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilmədiyindən təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmiş, əsassız olaraq onun əməli CM-in 29, 120.1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Məhkum arasında mübahisənin yaranmasının təşəbbüskarı təqsirləndirilən şəxs olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum heç bir əsaslı səbəb olmadan, söylədiyi fikirlərə görə (din xadimi kimi Zərərçəkmiş şəxs İslam dininin təbliği ilə bağlı ziddiyyətli məqamlara dair söylədiyi fikirlərə qarşı çıxıb, onun insanları yanlış məlumatlandırdığını hesab edib) Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmişdir. Dövlət ittihamçısı hesab edir ki, belə olan halda, Məh kum əməli xuliqanlıq niyyət ilə qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməli idi. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və əməlinin Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 129.2-ci maddəsinə tövsif etməklə ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, onun İslam dininin peyğəmbərinin və arvadı Aişənin ünvanına təhqiramiz ifadələr işlətməsi səbəbindən qəflətən yaranmış güclü ruhi həyəcan nəticəsində bıçaqla xəsarət yetirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə müdafiəçi B.İmanverdiyevin, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxması barədə Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, kassasiya şikayəti isə qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə ma hiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalar ının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Hesab olunur ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddələrinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddələrinə tövsif etmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlinin Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsindən həmin Məcəllənin 129.2-ci maddəsinə tövsif edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikas ı CM-in 120.2.2-ci maddəsində “xuliqanlıq niyyəti ilə adam öldürmə” yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 129.2-ci maddəsinə görə “Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq kassasiya protestin in dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün cinayət qanunu normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrə müraciət etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Ci nayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü i ctimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsin ə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq e tinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)...... Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Dövlət ittihamçısı kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinməli o lduğunu göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum hadisə zamanı xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi cinayətinin əlamətlərinin olması faktı mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -Şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı olan eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətməklə özünü göstərmək istəyir. Xuliqanlıq motivi ilə adam öldürmə cinayətində bəzən qisasın elementinə də rast gəlinir. Lakin burda qisas hər şeyi həll edən motiv kimi deyil, məhz ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ən xırda bir məsələni şişirdərək xüsusilə ağır formada qisas almaqla xuliqanlıq niyyətinin yaranmasına səbəb olan bəhanə kimi çıxış edir. Yəni bu zaman şəxs qisas motivindən məhz bəhanə kimi istifadə e tmiş olur. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin "Erkapis Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir k, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. İş materiallarında olan sübutlardan da açıq-aydın görünür ki, məhkum edilmiş şəxs tərəflər arasında mübahisə olduğundan həmin mübahisə əsnasında aralarında yaranmış şəxsi münasibətlər zəm inində zərərçəkmişi öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir ki, göstərilən hallar məhkum edilmiş şəxsin özünü şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyması, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsi, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsi kimi qiymətləndirilməsinə əsas vermir. İş materiallarından görünür ki, cinayətin törədilməsi Zərərçəkmiş şəxs Məhkum dini inanclarına zidd davranışı və sözləri ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması k imi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhli l edərək belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əsassız olaraq Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə məhkum edildiyi qeyd olunur. Hesab edilir ki, Məhkum törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 129.2-ci maddəsinə tövsif edilməli idi. Kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki: Azərbaycan Respublikası CM-in 129.2-ci maddəsində: “Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunun məzmunundan göründüyü kimi şəxsin əməlinin CM-in 129.2-ci maddəsi ilə tövsif edilməsi üçün həmin maddənin dispozisiyasında sadalanan aşağıdakı hallar olmalıdır: - zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik); - zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait; -zərərçəkmiş şəxsin qeyd edilən qanunsuz və ya əxlaqsız hərəkətləri nəticəsində təqsirləndirilən şəxsdə qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyətinin yaranması. Hazırkı işin hallarına gəldikdə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum kənd məscidinin imam müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs 28 sentyabr 2022-ci il tarixdə məsciddə islam dininin təbliği ilə bağlı ziddiyyətli məqamlara dair söylədiyi fikirlərə özünün dini mövzuda daha çox biliyə malik olduğunu hesab edərək qəti şəkildə qarşı çıxıb, Zərərçəkmiş şəxs din xadimi kimi insanları yanlış məlumatlandırdığını hesab edərək, məsələni ikilikdə həll edib sonuncunu söylədiyi fikirləri bəhanə gətirərək hadisə günü, yəni 29 sentyabr 2022-ci il tarixdə, saat 06 radələrində Lüvəsər kənd məscidinə gedib həmin məscidə ibadətə gəlmiş Şahid1 uca səslə namaz qılmasına qəsdən irad bildirərək Zərərçəkmiş şəxs münaqişəyə cəlb edərək, sonuncuya yumruqla zərbə vurub fiziki ağrı yetirdikdən sonra, ondan uzaqlaşaraq məscidin həyətinə çıxan Zərərçəkmiş şəxs üzərinə gedərək məsciddən çölə çıxıb üzərində gəzdirdiyi bıçağı çıxarıb Zərərçəkmiş şəxs döş qəfəsi, bel və sol said nahiyələrinə qəsdən zərbələr endirərək xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs aktiv müqaviməti, əvvəlcədən hadisə yerində olmuş Zərərçəkmiş şəxs dostları Şahid2 və Şahid1 müdaxilə edərək onu Zərərçəkmiş şəxs aralamaları, daha sonra hadisə yerinə gəlmiş atası Şahid3 onu kənarlaşdıraraq üzərində olan bıçağı götürməsi, həmçinin Zərərçəkmiş şəxs xəstəxanaya çat dırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatının xilas edilməsi nəticəsində o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Göründüyü kimi, Məhkum əməlinin CM-in 129.2-ci maddəsi ilə tövsif edilməsi üçün həmin maddənin dispozisiyasında sadalanan əlamətlər yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Məhkum üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Məhkum cinayət törədən zaman və cinayəti törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab edilm əlidir. Məhkum hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Məhkum barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkum əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Məhkum ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Məhkum emosional resksiyayalara meyillilik, inadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Məhkum hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Məhkum cinayət əməlini törətdiyi zaman psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Məhkum cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhz yuxarıd a qeyd edilən səbəblərdən də məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 129.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyaisya instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara düzgün qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 29, 120.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almış və ona təq sirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinə Məhkum ilə barışması barədə notarial qaydada ərizə göndərsə də, məhkəmə baxışı zamanı həmin ərizənin nəzərə alınmamasını, Məhkum ilə barışmamasını və ona qanunla nəzərdə tutulmuş cəzanın verilməsini xahiş etmişdir. (cild 3, vərəq 107) Həmçinin iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs apellyasiya instansiya məhkəməsinin baxışı zamanı da Məhkum ilə barışmadığı barədə faks vasitəsilə ərizə göndərmişdir. (cild 3, vərəq 247) Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, işin kassasiya instansiya məhkəməsində baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, Məhkum ilə barışmış və onun M əhkum qarşı heç bir iddiası və tələbi yoxdur və məhkəmə prosesində çıxış edərək ərizəni təsdiq etdiyini və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran hallar yoxdur. Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə al malıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cə miyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayəti n hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməli, ona Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarı ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 10 (on) ildən 7 (yeddi) il 10 (on) ay 15 (on beş) günə endirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarı dəy işdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 10 (on) ildən 7 (yeddi) il 10 (on) ay 15 (on beş) günə endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar