Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1288/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qə rarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xxxxx tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, x ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X ünvanında yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-753/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçə kmə müddətinin əvvəlinin 13 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsinin 30 noyabr 2023-cü il tarixli müşayiətedici məktubu ilə 06 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-753/2022 nömrəli, 26 dekabr 2023-cü il tarixli qərarı ilə Məhkumun hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.
5. Qərardan Məhkumun müdafiəçisi Rəşi dov Rövşən Xudaşirin oğlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-753/2022 nömrəli, 26 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Məhkum kassasiya şikayətində hökm çıxarıldıqdan sonra psixoloji vəziyyətinin dəyişməsi, həmçinin hüquqi savadının olmaması səbəbindən apellyasiya şikayəti verilməsi müddətini ötürdüyünü əsas gə tirərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarının ləğv olunmasını, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş edilir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.
11. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxla nılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
12. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-753/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü Məhkumun və müdafiəçisinin iştirakı ilə apellyasiya şikayəti vermək hüququ və qaydası da izah edilməklə elan edilmiş, hökmün surəti 28 aprel 2022-ci il tarixdə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 09 may 2022-ci il tarixdə məhkum tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir.
13. Bununla belə, məhkum A.A.Hüseynov birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətini və bunun ü çün qanunvericiliklə müəyyən edilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətini 30 noyabr 2023-cü il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmiş, 06 dekabr 2023-cü il tarixdə həmin vəsatət məhkəmənin icraatına daxil olmuşdur.
14. Nəticədə hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 gün müddətindən 01 il 06 aydan artıq olan vaxt keçmişdir.
15. Məhkum A.A.Hüseynov bu halı səhhətində yaranmış problemlərlə əsaslandırmağa çalışsa da, iddia etdiklərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
16. Müddətin ötürülməsinə əsas olaraq hüquqi savadının olmaması bildirilsə də, bu səbəb vaxtında apellyasiya şikayəti ilə müraciət etmə imkanından məhrum edən əsas kimi çıxış edə bilməz. Belə ki, cinayət işinin materiallarından müəyyən edilir ki, məhkum cinayət təqibinin bütün mərhələlərində dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, hökm onun və müdafiəçisinin iştirakı ilə və apellyasiya şikayəti vermək hüququ və qaydasının izah edilməsi ilə elan edilmiş, həmin izahın da əks olunduğu hökmün surəti məhkuma və müdafiəçisinə təqdim olunmuşdur.
17. Göründüyü kimi, baxılan kassasiya şikayətində üzrlü səbəb olaraq göstərilmiş hallar heç bir izah və sübuta əsaslanmayan mülahizələrdən ibarətdir, məhkum A.A.Hüseynovun apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdən kənar vaxtda verməsinə dair izahı isə iş materialları ilə təkzib edilir.
18. Təsvir edilənlərdən müəyyən olunur ki, Məhkumu birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud deyil, yəni birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 26 dekabr 2023-cü il tarixli və 30 yanvar 2024-cü il tarixli qərarlarında göstərdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-753/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.
19. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, Məhkumun verdiyi kassasiya şikayətində üzrlü səbəb olaraq göstərilən hallar heç bir sübuta əsaslanmayan mülahizələrdən ibarət olmaqla, apellyasiya şikayəti verilməsi müddətinin bər pası üçün əsas kimi qəbul edilə bilməz.
20. Belə qənaətə gələn məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyini də nəzərə alır.
21. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar v erməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin da vamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
22. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların, Məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması hallarının müəyyən edilmədiyini də nəzərə alır.
23. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli kassasiya şikayətinə münasibət