Məhkəmə qərarları › İş №1(102)-1289/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1289/2019

16.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1289/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi) və Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum iştirakları ilə 18 yanvar 1984-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Göygöl rayonu, ************************* saylı evdə yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Bağırov, hakimlər: F.N.Mahmudov və S.Ə.Əzizov) Məhkum Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 15 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmünd ən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ç.B.Məmmədov, hakimlər: T.A.Muxtarov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 may 2018-ci il tarixli hökmü dəyişdirilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 5 (beş) il 6 (altı) ay müddətinə endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, tanışı X4 və istintaqa məlum olmayan digər şəxslə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə q abaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 28 may 2013-cü il tarixdən 29 may 2013-cü il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı Samux rayonunun ********** kəndində yerləşən evinə gəlib özbaşına özlərini vəzifəli "şəxs kimi, yəni ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin məsul əməkdaşları kimi təqdim edərək, guya onlarda Zərərçəkmiş şəxs barəsində Rusiya Federasiyasının ərazisində həmkəndlisi X3 qarşı törətmiş olduğu cinayətə görə "İnterpol" xətti üzrə axtarış işi olmasına dair sənədlər olduğunu bildirərək, özləri ilə götürdükləri istintaqla müəyyən edilməyən süngü bıçağına oxşar kəsici aləti Zərərçəkmiş şəxs çiyninə dirəmiş, digər şəxs isə qundağı və lüləsi kəsilmiş tüfəngi arxadan sonuncuya tərəf tuşlayaraq Zərərçəkmiş şəxs gə ldikləri "VAZ21015" markalı, ağ rəngli, dövlət nömrə nişanı istintaqa məlum olmayan avtomobilə otuzdurub ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər şöbəsinin inzibati binasının qarşısına gətirərək orada, habelə həmin tarixdən 08 iyun 2013-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs 27-69-5-49 nömrəli ev telefonuna davamlı zənglər etməklə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor tətbiq edib onu və ailə üzvlərini öldürəcəkləri ilə hədələyərək xeyli miqdarda, yəni 30.000 (otuz min) manat nağd pul tələb etmiş, həmin pulun veriləcəyi təqdirdə guya onlarda olan sənədləri məhv edəcəklərini vəd edərək 30 may 2013-cü il tarixdə saat 16 radələrində göndərdikləri istintaqla şəxsiyyəti müəyyən edilməmiş şəxslərin vasitəsi ilə hədə-qorxu ilə tələb etdikləri məb ləğin bir hissəsini, yəni 4.750 manatını zərərçəkmişin yaşadığı evin yanında ondan almışlar. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilən kassasiya şikayətində ittihamın əsası deyil, təyin edilmiş cəza mübahisələndirilir. Məhkum hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən hüquqları pozularaq qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınmadan ona ağır cəza təyin edilmişdir. Məhkum həmçinin qeyd edir ki, gəncliyi, törətdiyi əməldən peşmançılığı, ata-anasının xəstə olması da cəza təyini zamanı nəzərə alınmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyas Məhkum kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını d inləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız barəsində təyin olunmuş cəza mübahisə edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhl ükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plen umunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin ş əxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, gəncliyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146 -cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayəti təmin edilməsin. Məhkum Acərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 0 1 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar