Məhkəmə qərarları › İş №1(102)-1289/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1289/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1289/2021 08.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli, 1(103)-538/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs2 tərəfindən veril miş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs2 xx xxxxxx 1981-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatında olan, ünvan 2 ünvanında yaşamışdır. 2. 13 iyul 2020-ci il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə 2017-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində "Albalılıq" dəmiryolu stansiyasının arxa hissəsində avtomobil yoluna yaxın yerdə yerləşən 200 kvadrat metr torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək 5.000 manata satacağına, 350 manata mülkiyyət hüququnu təsdiq edən sənəd və 550 manat isə tikinti işinin aparılmasına icazə verən sənədi alıb verəcəyinə dair yalan vəd verib aldatmış, 13 oktyabr 2017-ci il tarixdə həmin 200 kvadrat metr torpaq sahəsinə etibarnamə verilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs3 ünvan 3 ünvanda yerləşən 17 saylı notariat kontoruna dəvət etmiş, həmin vaxtı Şahid2 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq 2, 1070 nömrəli bağ sahəsindən 3 00 kvadrat metr sahəni satacağına söz verib aldadaraq, 17 saylı notariat kontorunda Şahid2 Zərərçəkmiş şəxs3 200 kvadrat metr torpaq sahəsindən istifadəsi ilə bağlı etibarnamə verilməsinə nail olduqdan sonra, sonuncudan 100 manat alıb, 11 manat 50 qəpik dövlət rüsumu ödədikdən sonra 88 manat 50 qəpik, 14 oktyabr 2017-ci il tarixdə 200 kvadrat metr torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd alacağı adı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsi, 3/6A saylı evin qarşısında 1.000 manat, 2017-ci ilin noyabr ayının əvvəllərində həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd hazır olduğunu deyib, ünvan 4 ünvanda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qarşısına dəvət edərək, 350 manat pulu alıb ələ keçirmiş, əvəzində şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti və istifadə etmək məqsədi ilə istintaqa məlum olmayan şəraitdə saxtalaşdırmaqla qanunsuz hazırladıqları hüquq verən rəsmi sənəd hesab edilən, Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq, 08 nömrəli bağ sahəsinin xüsusi mülkiyyətində olması hüquqi faktının mövcudluğunu təsdiq edən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 08 noyabr 2017-ci il tarixdə qeydiyyatda alınmış ******* nömrəli saxta “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı” təqdim etməklə sataraq qalan pulu istəmiş, 2017-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsi, 3/6A saylı evin qarşısında 2.500 manat, 2017-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsi, 3/6A saylı evin qarşısında Zərərçəkmiş şəxs3 özünə məxsus VAZ2103 markalı, AZ-**-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili razılıq əsasında 1.800 manat qiymətləndirib vermiş, 30 oktyabr 2018-ci il tarixdə həmin torpaq sahəsində tikinti işinin aparılmasına dair icazə sənədinin hazır olduğunu deyib, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsi, 3/6A saylı evin qarşısına dəvət edərək, 550 manat pulu alıb ələ keçirmiş, əvəzində şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti və istifadə etmək məqsədi ilə məlum olmayan şəraitdə saxtalaşdırmaqla qanunsuz hazırlad ıqları hüquq verən rəsmi sənəd hesab edilən, Zərərçəkmiş şəxs3 tikinti işlərinin aparılması ilə bağlı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində razılaşdırılması hüquqi faktının mövcudluğunu təsdiq edən, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 30 oktyabr 2018-ci il tarixdə verildiyi göstərilən E 123 A281236 nömrəli saxta məktub satmış, bununla da Zərərçəkmiş şəxs3 6.288 manat 50 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə ilə hüquq verən saxta rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlama və bu cür sənədi satma cinayətlərini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə 2018-ci ilin may ayında Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində "Tural" marketin arxasında 500-600 metr aralıda yerləşən Albalılıq 1 bağ sahəsində 600 kvadrat metr torpaq sahəsinin Təqsirləndirilən şəxs1 özünə məxsus olduğunu bildirərək 6.000 manata ona satacağına, o, isə 1.200 manata mülkiyyət hüququnu təsdiq edən sənədi alıb verəcəyinə dair yalan vəd verib aldatmış, 2018-ci ilin iyun ayının ortalarında ünvan 3 ünvanda yerləşən 17 saylı notariat kontorunun qarşısında 3.000 manat, 2018-ci ilin iyun ayının axırı iyul ayının əvvəli 600 kvadrat metr torpaq s ahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd alacağı adı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Heydər Əliyev" parkında 1.200 manatı alıb ələ keçirmiş, əvəzində 2018-ci ilin iyul ayının əvvəlində şəxsiyyəti istintaqla araşdırılan başqa şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti və istifadə etmək məqsədi ilə istintaqa məlum olmayan şəraitdə saxtalaşdırmaqla qanunsuz hazırladıqları hüquq verən rəsmi sənəd hesab edilən, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Albalı 951 nömrəli bağ sahəsini xüsusi mülkiyyətində olması hüquqi faktının mövcudluğunu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 16 may 2018-ci il tarixdə qeydiyyatda alınmış ******* nömrəli saxta “Hüquqların dövlət qeydiyyatı haqqın da daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı” Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 303 saylı bağ evində təqdim etməklə sataraq qalan pulu istəmiş, əvvəlcə razılaşdıqları kimi bundan sonra Təqsirləndirilən şəxs1 08 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, 69 saylı ünvanda yerləşən 1 nömrəli Respublika Psixiatrık Xəstəxanasının həyətində X2 vasitəsi ilə 400 manat, 08 avqust 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, 69 saylı ünvanda yerləşən 1 nömrəli Respublika Psixiatrik Xəstəxanasının həyətində X2 vasitəsi ilə 300 manat, 07 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, 69 saylı ünvanda yerləşən 1 nömrəli Respublika Psixiatrik Xəstəxanasının hə yətində X2 vasitəsi ilə 800 manat, 08 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, 69 saylı ünvanda yerləşən 1 nömrəli Respublika Psixiatrik Xəstəxanasının həyətində X2 vasitəsi ilə 800 manat, 08 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, 69 saylı ünvanda yerləşən 1 nömrəli Respublika Psixiatrik Xəstəxanasının həyətində X2 vasitəsi ilə 500 manat, 08 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, 69 saylı ünvanda yerləşən 1 nömrəli Respublika Psixiatrik Xəstəxanasının həyətində X2 vasitəsi ilə 200 manatı ələ keçirmiş, bununla da Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 7.200 manat xe yli miqdarda maddi ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə ilə hüquq verən saxta rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlama və bu cür sənədi satma cinayətlərini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla araşdırılan başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, “Sabunçu" dairəsinin yaxınlığında avtomobil yolunun kənarında mühafizə zonası sayılan və dövlət balansında olan yerdə 150 kvadrat metr torpaq sahəsində ictimai iaşə obyekti tikmək üçün 35.000 manata mülkiyyət hüququnu təsdiq edən sənədi və tikinti işinin aparılmasına icazə verən sənədi alıb verəcəyinə dair yalan vəd verib aldatmış, ilkin olaraq 20.000 manat, sənədlər hazır olandan sonra 15.000 manat veriləcəyinə dair razılaşmış, 10 oktyabr 2018-ci il tarixdə həmin 150 kvadrat metr torpaq sahəsində 11.000 manat, 14 oktyabr 2018-ci il tarixdə torpaq sahəsində aparılacaq tikintinin layihənin çəkilməsi adı ilə həmin 150 kvadrat metr torpaq sahəsində 1.000 manat, 20 oktyabr 2018-ci il tarixdə həmin 150 kvadrat metr torpaq sahəsində 5.000 manat, 25 oktyabr 2018-ci il tarixdə həmin 150 kvadrat metr torpaq sahəsində 4.000 manat alıb ələ keçirmiş, əvəzində 2018-ci ilin noyabr ayının əvvəli şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti və istifadə etmək məqsədi ilə istintaqa məlum olmayan şəraitdə saxtalaşdırmaqla qanunsuz hazırladıqları hüquq verən rəsmi sənəd hesab edilən, Zərərçəkmiş şəxs1 özəlləşdirilmə və tikinti işlərinin aparılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətində razılaşdırılması hüquqi faktının mövcudluğunu təsdiq edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 16 noyabr 2018-ci il tarixdə verildiyi göstərilən AE 123329B6 nömrəli saxta məktub, Zərərçəkmiş şəxs1 tikinti işlər aparıldıqda Sabunçu Rayon İcra Hakimiyyəti ilə razılaşdırılması hüquqi faktının mövcudluğunu təsdiq edən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 07 noyabr 2018-ci il tarixdə verildiyi göstərilən 433 nömrəli saxta məktub və Zərərçəkmiş şəxs1 Sabunçu dairəsi1 ünvanında yerləşən 270 m/kv sahəsi olan ərazinin özəlləşdirilməsi, yaşıllaşdırılması və abadlıq işlərinin görülməsi hüquqi faktının mövcudluğunu təsdiq edən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən 30 oktyabr 2018-ci il tarixdə verildiyi göstərilən 271 nömrəli saxla məktub təqdim etməklə satmış, 2018-ci ilin noyabr ayında həmin sənədlərin saxta olduğu məlum olan zaman Zərərçəkmiş şəxs1 21.000 manatı geri istəmiş, 2019-cu ilin fevral-mart aylarında həmin pulun müqabilində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində 2.800 kvadrat metr torpaq sahəsinin verəcəyinə, 750 manata mülkiyyət hüququnu təsdiq edən sənədi alıb verəcəyinə dair yalan vəd verib aldatmış, 2019-cu ilin fevral-mart ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsi ndə 2.800 kvadrat metr torpaq sahəsində Şahid8 vasitəsi ilə 750 manatı ələ keçirmiş, bununla da, şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 21.750 manat xeyli miqdarda maddi ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq və istifadə etmək məqsədilə ilə hüquq verən saxta rəsmi sənədləri saxtalaşdırmaqla qanunsuz hazırlama və bu cür sənədləri satma cinayətlərini törətmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(008)307/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1ci maddələri ilə təqsirli bilinmiş və o, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 3 (üç) il müddətinə azadlıqdan məhrum etm ə cəzasına və Azərbaycan Respublikası CM-nin 320.1ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 25 yanvar 2020-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

5. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü qanunsuz və əsassız olmuş, məhkəmə iş üzrə tam və obyektiv araşdırma aparmadan, humanizm prinsiplərini pozmaqla ona ağır cəza vermiş, yüngülləşdirici halları nəzərə almamışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli, 1(103)-538/2021 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(008)307/2020 saylı hökmü məhkum Təqsirləndirilən şəxs2 barəsində onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan m əhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli, 1(103)-538/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

8. Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətininin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkum edilmiş şəxs kassasiya şikayətində əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, xəstəliyini nəzərə alaraq c əzasının yüngülləşdirilməsini xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prose ssual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsa slar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

14. Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs2 ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

15. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraci ətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli, 1(103)-538/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhk umun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

17. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

18. Cəzanın təyin edilməsinin ümumi əsas larını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

19. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalə t prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

21. Məhkəmə kollegiyası məhkum еdilmi ş şəхs Təqsirləndirilən şəxs2 cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və belə hesab etmişdir ki, bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı idi və təyin ediləcək cəzaların Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə toplayaraq, qəti olaraq Təqsirləndirilən şəxs2 daha a şağı müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq olardı. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxsə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərək qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlə rdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti təmin edilməməli, Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli, 1(103)-538/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli, 1(103)-538/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar