Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1289/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs X1 nümayəndəsi Əliyev Seyfəddin Sadıx oğlunun, bəraət almış şəxs X2 və onun müdafiəçis i Ələsgərov Nadir Çərkəz oğlunun iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi S.S.Əliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən və məruzəçi), Abasov Əliövsəd Məzahir oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə) X5, 21 aprel 1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azə rbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixl hökmü ilə CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkmə müddəti başa çatmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, CM-nin 178.3.2-cimaddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum da CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən isə qəti olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və 2 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bununla yanaşı, hökmlə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş 3 sentyabr 2014-cü il tarixdə 205.400 ABŞ dollarına ekvivalent olan 161.117,76 manat məbləğində mülki iddia təmin edilmiş və həmin məbləğdə pul vəsaitinin Məhkum və X2dan tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X11 və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakın ı ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər: Belə ki, Məhkum tanışı X11 ilə "xxxx" MMC-nin adına Ukraynadan Azərbaycan Respublikasına metal məmulatları gətizdirib gömrük rüsumu məbləğinin ucuz qiymətə ödənilməsini təşkil etməklə əldə edəcəkləri qazancı öz aralarında bölüşdürəcəklərinə dair razılığa gəlmiş, 17 avqust 2014-cü il tarixdə Ukraynadan gəmi vasitəsilə Azərbaycan Respublikası Suraxanı rayonu, Hövsan Dəniz Limanına sifarişçi X14 və Şahid1 çatdırılması üçün "xxxx" MMC-nin ünvanına 2.429,530 ton armatur və 203,464 ton dəmir qurğular (katinka) gətirilmiş, X7 və Şahid1 həmin əmlakın gömrük rüsumu məbləğinin ucuz qiymətə ödənilməsini təşkil etməsi üçün 618.500 ABŞ dolları məbləğində pul vəsaitini X2a ödəmiş, lakin X2 əmlakın gömrük rüsumunu daha ucuz qiymətlə və çox qısa, yəni yarım saat müddətində ödəməklə gömrükdən keçirilməsini təşkil edəcəyini vəd verdiyi halda ona ödənilmiş pulu Məhkum tam məbləğdə verməyərək aldığı pulun 100.000 ABŞ dolları məbləğində olan hissəsini Məhkumlə əvvəllər aralarında yaranmış borcun hesabına götürərək qalan 518.500 ABŞ dolları məbləğində pulu Məhkum ödəmiş, Məhkum isə əmlakın vəd verilən qiymətə gömrükdən keçirilməsi ilə bağlı ümumiyyələ heç bir fəaliyyət göstərməyərək həmin puldan 200.000 ABŞ dollarını öz məqsədləri üçün istifadə etmiş (ifadələrə əsasən depozitə qoymuş), bununla bağlı tərəflər arasında mübahisə yaranmış, X7 və Şahid1 onlara məxsus olan X2a və Məhkum verdikləri 618.500 ABŞ dolları məbləğində pulu geri tələb etdikdə X2 və Məhkum həmin pulun yalnız 300.000 ABŞ dolları məbləğin də hissəsini qaytarmış, pulu tam şəkildə geri qaytara bilmədiklərindən qısa müddət ərzində həmin malların gömrük rəsmləşdirilməsi məsələsini həll edəcəklərini bildirmiş, bu məqsədlə Məhkum tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək X2un razılığı ilə əslində qaytarmaq məqsədləri olmadığı halda cinayətin törədilməsindən xəbərsiz olan MMC-nin iş icraçısı işləyən Şahid2 vasitəsilə sonuncunun etibarlı münasibətlərdə olduğu Zərərçəkmiş şəxs yalan vəd verib Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq guya pulun alınmasının növbəti günü 150.000 ABŞ dolları, 3 gün ərzində əsas məbləğin qalan 150.000 ABŞ dollarını və əlavə olaraq 40.000 ABŞ dolları qaytaracaqları müqabilində Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları məbləğində pul istəmiş, Zərərçəkmiş şəxs qeyd edilən şərtlər əsasında 03 sentyabr 2014cü il tarixdə 235.320 Azərbaycan manatına ekvivalent olan 300.000 ABŞ dolları məbləğində pulu ünvan 3 ünvanında yerləşən “Bakond” tircarət mərkəzəinin yanında X2la birlikdə Muxtarovun idarə etdiyi avtomobildə gəlmiş cinayətin törədilməsindən xəbərsiz olan Şahid2 vermiş, Şahid2 isə Zərərçəkmiş şəxs verdiyi 300.000 ABŞ dolları məbləğində pulu X2un və Məhkum tapşırığı və qeyd edilən şərtlərlə və müddət ərzində pulu Zərərçəkmiş şəxs qaytaracaqlarına dair vədləri əsasında X2un və Məhkum X7 və Şahid1 qarşısında götürdükləri öhdəliyin icrasına sərf etmiş, Məhkum pulun alınmasının növbəti günü, yəni pulun bir hissəsinin qaytarılmalı olduğu 4 sentyabr 2014-cü il tar ixdə pulun qaytarılmasından imtina etmiş və pulun qaytarılmasının ona heç bir aidiyyəti olmamasını və pulun əmlakın sahibi X2 tərəfindən qaytarlmalı olduğunu Şahid2 bildirmiş, X2 da həmin tarixdə əmlakın ona aidiyyətinin olmamasını – “əmlakın sahibləri tərəfindən onun həmin əmlaka şərikliyindən çıxarıldığını” və pulun qaytarılmasının ona da aidiyyətinin olmamısını bildirmiş, Məhkum və X2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olan 235.320 manat məbləğində külli miqdarda pulu ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişlər. Hökmdən məhkum X2un müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu, digər məhkum edilmiş şəxs, mərhum Məhkum müdafiəçisi Nurəliyev Rəcəb Rza oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 16 dekabr2021ci il tarixli hökmü ilə məhkum mərhum Məhkum müdafiəçisi R.R.Nurəliyevin apellyasiya şikayəti təmin edilməmiş, məhkum X2un müdafiəçisi N.Ç.Ələsgərovun apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum 06 yanvar 2021-ci il tarixdə öldüyündən onun barəsindəki cinayət işi üzrə icraata Məhkum münasibətdə xitam verilmiş, X2un CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdətutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmiş, ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb et mək hüququ izah edilmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılaraq ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci iltarixli hökmündən dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və işin yeni apellyasiya baxına təyin edilməsi barədə qərar qəbul edilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi S.S.Əliyev isə kassasiya şikayəti verərək həmin hökmün mülki iddia və X2a bəraət verilməsinə dair hissələrdə ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: X2a elan olunmuş ittihama və, fikrincə, bu ittihamı təsdiq edən sübu tlara, habelə Azərbaycan Respublikaı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra normalarına istinad edən dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protestini belə əsaslandırmışdır ki, məhkəmə bir tərəfdən Zərərçəkmiş şəxs pul alınmasının mülki xarakterli olmasını qeyd etmiş, digər tərəfədən Məhkum barəsində verilmiş ittihamı təsdiq etməklə ziddiyyətli nəticələrə gəlmişdir. Yəni əgər Zərərçəkmiş şəxs alınan pul borc münasibətlərinin predmeti olmuşdursa, onda məhkəmə hər iki şəxsə bəraət verməli idi. Eyni proses daxilində pul vəsaitini alan tərəflərdən birinin əməlinin dələduzluq kimi qiymətləndirilməsi, digərinin isə dələduzluq etməməsi, işin faktiki hallarına uyğun olmayan nəticə olmaqla məhkəmə kollegiyası tərəfindən əsaslandırılmamışdır. Bundan əlavə məhkəmə kolegiyasının gəldiyi nəticələrdən görünür ki, məhkəmə işin faktiki hallarına dair birinci instansiyası məhkəməsinin gəldiyi nəticələri təsdiq etmişdir. Həmin nəticələrə görə isə, Zərərçəkmiş şəxs alınmış 300.000 ABŞ dolları məbləğində pulun 100.000 ABŞ dollarını X2, 200.000 ABŞ dollarını isə Məhkum ələ keçirmiş və təsadüfi deyil ki, sonradan baş tutan görüş zamanı da onlar Məhkum 205.000 ABŞ dolları, X2un isə 95.000 ABŞ dolları məbləğində pulun Zərərçəkmiş şəxs ödəyəcklərinə dair öhdəlik götürmüşlər. Belə olduğu halda Məhkum 300.000 ABŞ dolları məbləğində zərər vurmaqla dələduzluq etməsinə dair nəticə də tamamilə əsassızdır. X17 Zərərçəkmiş şəxsdan pul alınmasında iştirak etməməsinə və bundan məlumatlı olmamasına dair nəticə işin hallarına həmçinin ona görə uyğun deyil ki, təkzibedilməz sübutlarla təsdiq olunur ki, X2 birbaşa törədilmiş cinayət əməlinin mərkəzində olmuş, Şahid1 və X7u məhz o, Məhkumlə tanış etmiş, 618.000 ABŞ dolları məbləğində pulu o, həmin şəxslərdən qəbul edərək Məhkuma verməyi və gömrük rəsmiləşdiriİməsini həyata keçirmək öhdəliyini götürmüş, həmin puldan 100.000 ABŞ dollarını aralarında olan köhnə borcun hesabına özündə saxlamış, qalan 518.000 ABŞ dollarını Məhkum verdikdən sonra isə sonuncu həmin puldan 200.000 ABŞ dollarını depozitə qoyaraq ümumi hesabdan çıxarmış, Şahid2 qalan 300.000 dollardan bir qədər artıq pulu vermişdir. Belə olan halda, Azərbaycana gətirilmiş malların gömrük rəsmiləşdirilməsi gecikmiş, Məhkum təklifi ilə məhz X27 Alıyevlə birlikdə bu rəsmiləşdirmə üçün tələb olunan 300.000 ABŞ dolları məbləğində pulun Zərərçəkmiş şəxs alınma sında iştirak etmişdir. Şahid2 isə pulu Zərərçəkmiş şəxs götürərkən X2a həmin pulun qaytarılması şərtlərini bildirmiş, X2 da bu şərtlərlə razılaşmışdır. Belə bir şəraitdə, Zərərçəkmiş şəxs pul almağa gedən X2un ora nə məqsədlə getməsindən və pulun hansı məqsədlə alınmasından məlumatının olmaması mümkün deyil və iş üzrə toplanmış sübutlarla tam təkzib edilir. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticə üzrə faktiki olaraq dələduzluq cinayətinin törədilməsini qəbul edib hökmdə X2un bu cinayətə aidiyyətinin olmadığına dair açıq fikirlər səsləndirsə də, nəticədə X2un təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Bu isə mühüm əhəmiyyətli fərq olmaqla nəinki hökmün məzmunu İlə məhkəmənin gəldiyi nəticənin biri birinə ziddiyyət təşkil etməsi, həmçinin gələcəkdə həll edilməsi zəruri ola n mülki iddianın taleyinə də təsir göstərən bir haldır. Həmçinin protest müəllifi bildirmişdir ki, apellyasiya instansyası məhkəməsi hazırki iş üzrə X2a bəraət verərkən kassasiya protestində istinad olunan qanunların normalarına əməl etməmiş, hökmdə X2un törədilmiş cinayət əməlinə aidiyyətinin olmamasına dair müddaəlar əlavə edərək, onun bu cinayətin törədilməsində iştirakını təkzib etmiş, digər tərəfdən mülki iddianı baxılmamış saxlamaqla X2a qarşı mülki qaydada iddia verilməsinin mümkünlüyü barədə nəticəyə gəlmişdir. Dövlət ittihamçısı daha sonra qeyd etmişdir ki, şəxsin barəsində bəraət hökmünün hansı əsasla çıxarılması məhkəmə tərəfindən dəqiq olaraq müəyyən edilməli, məhkəmənin gəldiyi nəticə, yəni bəraətin konkret əsası hökmün ümumi məzmununa uyğun olmalı və buna uyğun olaraq da mülk i iddianın taleyi həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsi bəraət hökmü çıxararkən həmin hökmdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki cinayət işi üzrə qəbul etdiyi 11 mart 2020-ci il tarixli qərarına da istinad etmişdir, lakin X2un və Məhkum barələrindəki cinayət işi üzrə belə qərar heç vaxt qəbul edilməmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi S.S.Əliyev öz məzmununa görə kassasiya protestinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmündə "Dələduzluq cinayətlərinə dair İşlər üzrə məhkəmə t əcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının müxtəlif bəndlərinə istinad edilsə də məhkəmə kollegiyası işin həqiqi hallarının və qeyd olunan Plenum Qərarının tələblərinin ziddinə olaraq hazırkı iş üzrə hökmü əsaslandırmaq məqsədi ilə son dərəcə əsassız və ziddiyətli nəticələrə gəlmiş, çıxarılmış hökm qeyri-obyektiv və qanunsuz olmuşdur. Məhkəmə bir tərəfdən X2un CM-nin 178.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə əsassız qənaətə gələrək onun barəsində bəraət hökmü çıxarmış, digər tərəfdən isə Məhkum və X2 tərəfindən törədilmiş əməlləri cinayət hesab etməyərək bunu borc münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirmişdir.Bununla apellyasiya instansiyası məhkəməsi növb əti dəfə qanuna tamamilə zidd olaraq əsassız mövqe göstərərək Məhkum vəfat etməsi ilə əlaqədar onun barəsində cinayət işinin icraatına xitam verilməsi, X2un barəsində isə bəraət hökmünün çıxarılması barədə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Belə olan halda cinayət hadisəsinin baş verməsi, baş vermişdirsə zərərçəkmiş Zərərçəkmiş şəxs alınmış pulların harada olması və kimdən tələb olunması barədə, yox, əgər məhkəmə törədilmiş əməlin borc müqaviləsi üzrə münasibətlərdən irəli gələn əməl kimi qiymətləndirmişdirsə bəraət hökmünün çıxarmasına dair suallar yaranır.Yəni belə olan halda Məhkum barəsində də bəraət hökmü çıxarılmalı idi. Kassasiya şikayətində qeyd olunan dəlillərə əsaslanaraq zərər çəkmiş şəxsin nümayəndəsi S.S.Əliyev Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 16 dekabr 2021-ci il tarixli hökmünün mülki iddianın baxılmamış saxlanılmasına və X2a təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair hissələrdə ləğv olunmasını, işin isə yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Bəraət almış X2un müdafiəçisi N.Ç.Ələsgərov kassasiya protestinə və kassasiya şikayətinə etiraz verərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinə və kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə naməlum səbəblərdən gəl məmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı Z.A.Ramazanovun kassasi ya protestinin və zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi S.S.Əliyevin kassasiya şikayətinin məzmunlarından göründüyü kimi, həmin kassasiya müraciətlərinin əsas dəlilləri ondan ibarətdir ki, X2a bəraət verilməli olması haqqında nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, araşdırılmış sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya protestinin və kassasiya şikayətinin müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3-cü maddələrinin tələblərinə gör ə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protestini və zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi S.S.Əliyevin kassasiya şika yətini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə X2un və Məhkum barələrindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış hökmləri yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllə nin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərin ə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düz gün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların t əyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifən in yerinə yetirilməsi ilə əlaqədar məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmündən verilmiş və faktiki olaraq eyni məzmunda olan kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinin cinayət işinin materialları ilə (iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla) birgə təhlil etməyi məqsədə uyğun hesab edir. Əvvəla, X2un cinayət təqibinin bütün mərhələlrində, o cümlədən məhkəmə iclaslarında ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrindən görünür ki, o, 2006-cı ildən tikinti materallarının xarici ölkələrdən Azərbaycana gətirib topdan və pərakəndə satışı ilə məşğul olmuş, monopolist firmalar olduğundan xaricdən malı həmin firmalara gətirmiş, rüsum nə qədərdisə onu həmin firmalara ödəmiş, başqa heç nəy ə qarışmamışdır. 2014-cü ilin aprel ayında o, Məhkumlə tanış olmuş, sonuncunun özünün şirkəti olmuşdur. Məhkum həmin şirkət vasitəsilə onun üçün aşağı rüsumla mallarını Azərbaycan Respublikasına keçirməyə kömək edəcəyini bildirmiş, bu səbəblə Məhkumlə münasibətləri yaranmış, onun rəhbərlik etdiyi şirkətlə Rusiyada və başqa ölkələrdə olan firmalarla müqavilələr bağlamış, daha ucuz qiymətlərə başa gəldiyindən Məhkum şirkəti vasitəsi ilə Azərbaycana taxta materiallar və armatur gətirməyə başlamış, armaturun gömrük rəsmiləşdirilməsinin dəyəri 280 ABŞ dolları olmuş, istintaq materiallarına əsasən guya Zərərçəkmiş şəxs 290 ABŞ dollar məbləğində pulu alaraq 10 ABŞ dollarını özünə götürməsi, qalan 280 ABŞ dollarına armaturlarını gömrük rəsmiləşdirməsini həyata keçirməsi, onün Zərərçəkmiş şəxsla bu nunla bağlı 265 ABŞ dollarına razılaşması, sonuncunun bu işi görərkən qazanc kimi 10 ABŞ dolları götürməsi, sonra onun üçün faizə pul tapması yalan söhbət olmuşdur. İlk əvvəllər o, Respublikaya taxta materiallar gətirmiş, həmin materiallar gəlib çıxmamışdan qabaq onun mobil telefonuna hər gün Rusiyadan çıxan taxta ilə dolu vaqonun hansı şəhərdə olması barədə SMS-lər gəlmiş, mal Azəbaycana çatmağa bir gün qalmış isə o, Məhkumlə görüşüb gələn mal üçün gömrük rüsumunu sonuncuya ödəmiş, o, da növbəti gün ona zəng edərək mallarını gəlib götürməyini demiş. 2014-cü ilin avqust ayında ilk olaraq tanışları X7 və Şahid1 üçün 8 vaqonda 531 ton olmaqla Keşlə yük stansiyasına Ukraynadan armatur gəlmiş, həmin armaturun gömrük rəsmiləşdirməsini həyata keçirməyi o, öhdəsinə götürərək bu haqda Məhkumlə raz ılaşıb gömrük rüsumunu tam şəkildə ona ödəmiş, lakin mallar boşaldılmamış, Şəhriyar adlı gömrük işçisi 100.000 ABŞ dolları məbləğində pulun əskik verildiyini dedikdə o, bu barədə Məhkum bildirmiş, Azad da malların boşaldılıb-boşaldılmamasını soruşduqda o, boşaldıldığını bildirmişdir. Bundan sonra onun bir vaqon taxta materiallarından ibarət yükü də gəlmiş, həmin malın da gömrük rüsumunu ödəmiş, mallar maşınlara yüklənmiş və Keşlə stansiyasından çıxarılakən stansiyanın əməkdaşları maşınları saxlayıb çıxmağa imkan verməmiş, həmin əksik 100.000 ABŞ dollarının ödənilməli olduğunu bildirmişlər, həmin vaxt gəmi ilə vağzala 806 ton armatur gəlsə də, mal buraxılmamış, gömrük əməkdaşları 100.000 ABŞ dolları məbləğində rüsum ödəməyi, onun isə həmin məbləğdə borcu qaldığını bildirmişlər. Buna görə o, Ayna Sultanova heykəlinin yaxınlığında 100.0000 ABŞ dolları məbləğində öz pulunu Məhkum vermiş və yalnız bundan sonra mallar buraxılmışdır. Bundan sonra, 17 avqust 2014-cü il tarixdə Ukraynadan gəmi vasitəsilə Azərbaycan Respublikası, Suraxanı rayonu, Hövsan Dəniz Limanına X7a və Şahid1 çatdırılması üçün Məhkum rəhbərlik etdiy "xxxx" MMC-nin ünvanına 2.429,530 ton armatur və 203,464 ton dəmir qurğular (katinka) gətirilmiş, o, da bu malın gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün X7dan və Şahid1 618.500 ABŞ dolları məbləğində pul vəsaitini götürübTəhsil Nazirliyinin yanında pulun hamısını Məhkum vermişdir. Lakin mal 15-20 gün limanda qaldığına və gömrükdən buraxılmadığına görə, o, bununla bağlı Məhkum dəfələrlə müraciət edərək bunun səbəbini soruşmuş, Məhkum isə hər dəfə məsələnin tezliklə həll ediləcəyini vəd etmişdir. Lakin bu vədinə əməl etmədiyinə görə, Məhkum X7un və Şahid1 verdiyi puldan 300.000 ABŞ dollarını ona vermiş, o, da bu pulun hamısını sonunculara qaytarıb hətta qalan pula borcun olmasını etiraf etməsi üçün notariusa gedərək orada borc müqaviləsi bağlamaq istəmişdir. Hesab etmişdir ki, bu müqaviləni bağladıqdan sonra o, Məhkum verdiyi pulun qalan hissəsini də ondan alıb X7a və Şahid1 qaytaracaq. Lakin soununcu dəfə Məhkumlə gətirilmiş metal məmulatının gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı danışarkən Məhkumdan telefonu tanımadığı bir şəxs götürüb özünü Şahid 2 kimi təqdim etmiş, onunla danışmağa başlamış, o, Məhkum işçisi olduğunu, Məhkumı bir daha narahat etməməyi və sonuncunun işlərini artıq özü həll edəcəyini bildirmişdir. Özünü Şahid 2 kimi təqdim edən şəxs ona öz telefon nömrələrini verib özünün ona zəng edəcəyini demiş, lakin növbəti gün Şahid 2 ona zəng vurmamış, o, özü ona zəng vurduqda isə sonuncu cavab verərək işi olduğunu, avtovağzala getdiyini, uşağını rayona yola salıb onlarla görüşəcəyini, axşam saat 20:30-da “ağsaqqal”la (Məhkumlə) görüşəcəyini və bu məsələni, limanda qalmış malların gömrük rəsmiləşdirilməsini həll edəcəklərini demişdir. Bundan sonra saat 20:30-da o, X7la və Şahid1la Şuşa restoranın yanında Şahid 2i gözləmiş, zəng vurduqları vaxt Şahid 2 onlara sabahısı gün saat 9:00-da “Gənclik” mehmanxanasının qarşısında olmalarını, onlarda olan 300.000 ABŞ dollarını gətirməyi bildirmiş, qalan pulu düzəldə bilib-bilmədiklərini soruşmuş, o, pulların hamısını artıq verdiyini bildirmişdir. Kənan ona pul üçün Sumqayıt şəhərinə getdiyini, bir saata onunla görüşəcəyini, Şahid 2in yalan danışdığını deyərək oradan getmiş, o, Samirlə birlikdə qalmış, Şahid 2 ona zəng vuraraq harada olduqlarını soruşduqda, ona “Kosmos” mağazasının yanında onu gözlədiklərini dedikdə Şahid2 bu dəfə “Amay” ticarət mərkəzinin yanında olduğunu bildirib onu oradan götürmələrini xahiş etmişdir. O, və Şahid1 Şahid2i dediyi yerdə götürdükdən sonra onlar birlikdə Keşlə bazarının yaxınlığındakı «Arpa» çay evinə gəlmiş, orada Şahid 2 bir neçə yerə zəng vurduqdan sonra pulun gətirildiyini demiş, “Bakond” ticarət mərkəzinin qarşısına getməyi təklif etmiş, həmin yerə Şahid 2 və o, onun avtomaşınında, X7 və X isə öz avtmobillərində getmiş, Şahid 2 onu gözləyən şəxsə çox yaxın getməməyi tapşırmış və özü “Toyota Land Cruizer” ma rkalı **-PV-*** nömrəli avtomobilə yaxınlaşaraq bir neçə dəqiqədən sonra əlində çanta ilə düşmüş, çantanı gətirib onun avtomobilinə atmış, Kənan və Samir öz avtomobillərində, o, və Şahid 2 isə onun avtomaşınında oradan gətirilən malların gömrük rəsmiləşdirilməsi həyata keçirilən “Trest” adlandırılan yerə getmişlər. Orada Şahid2 onları “Trestə” daxil olmağa qoymamış, özü isə avtomaşındakı çantanı, həm də Samirgilin gətirdikləri, içərisində pul olan çantanı götürərək “Trestə” qalxmış, geri qayıdıb əlavə 100.000 ABŞ dolları pul lazım olduğunu demiş, bundan sonra X7 gedib 100.000 ABŞ dollarını gətirib Şahid 2ə vermiş və sonuncu yenidən “Trestə” gedib bir qədər vaxtdan sonra qayıdaraq onlara mallarını boşalda biləcəklərini demişdir. Bu vaxt o, gömrük rüsumunun tam həcmdə ödənilməsi üçün Şahid 2 in kimdən pul aldığını bilməmiş, mallar boşaldıqdan bir neçə gün sonra isə sonuncu həmin 300.000 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs almasını bildirərək həm bu pulu qaytarmaq, həm də qazanc kimi əlavə olaraq ona 40.000 ABŞ dolları məbləğində pulu vemək lazım olduğunu demşdir. İş materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs da istər hüquq mühafizə orqanlarına ünvanladığı ərizələrində, istərsə də verdiyi ifadələrində və X2la üzləşdirmə keçirilərkən dəfələrlə bildirmişdir ki, 300.000 ABŞ dolları məbləğində pulu o, Şahid2 vermiş və həmin pulun qaytarılmasını da məhz ondan tələb edir. Kassasiya müraciətləri müəlliflərinin mövqelərinə görə, apellyasiya instansiyası məhkəməsinin çıxardığı hökmdə sərgilədiyi fikir - X2un Zərərçəkmiş şəxs pulun alınmasında iştirak etməməsinə və bund an məlumatlı olmamasına dair nəticə işin faktiki hallarına uyğun deyil və bu hal təkzibolunmaz sübutlarla tam təsdiq olunur. Bununla bağlı dövlət ittihamçısı və zərərçəkmişin nümayəndəsi öz dəlillərini ittiham tərəfinin təqdim etdiyi sübutlarla təsdiq etməyə çalışaraq faktiki olaraq yalnız bu hala əsaslansalar da, məhkəmə kollegiyası hesab edir ki, X17 Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları məbləğində pulun Şahid2 tərəfindən alınmasında iştirak etməsi heç də onda həm bu məbləğdə, həm də onun bir hissəsi məbləğində pulu ələ keçrmək niyyətinin olmasına dəlalət etmir və hadisələrin istər pulun alınmasına qədər, istərsə də bundan sonrakı gedişatı, bu hadisələrin baş verməsində X2un etdiyi hərəkətlərlə, həmin hərəkətlərin edilməsini təsdiq edən mötəbər sübutlarla bəraət almış şəxs tərəfindən Zərə rçəkmiş şəxs məxsus əmlakın ələ keçirilməsi tamamilə təkzib olunur. Kassasiya müraciətlərinin məzmunundan göründüyü kimi, onların müəllifləri özlərinn bunun əksinə olan gəldikləri nəticəni əsaslandırarkən ilk növbədə Məhkum ibtidai istintaq zamanı X2un əleyhinə verdiyi ifadəsinə istinad etmiş, Məhkum həmin ifadəsində Şahid2 Zərərçəkmiş şəxs malların gömrükdən keçirilməsi üçün üstündə 40.000 dollar ödəmək şərti ilə 300.000 ABŞ dolları tapacağı barədə bildirdikdə, Faiqin onunla razılaşdığını, lakin mallar gömrükdən keçdikdən sonra sözünə əməl etmədiyini və 300.000 ABŞ dollarını qaytarmadığını bildirdiyini vurğulamışdır. Lakin, bu ifadələrə istinad edən kassasiya protestinin və kassasiya şikayətinin müəllifləri nəzərə almamışlar ki, Məhkum digər əməlləri ilə yanaşı həm də X2a qarşı dələduzluq etdiyinə görə sonuncunun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunaraq uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və bu hal təkzib olunmaz şəkildə cinayət işinin materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə təsdiq olunur. Həmin hökmə əsasən, Məhkum 2014-cü ilin may ayının əvvəllərindən iyul ayının sonuna kimi olan müddət ərzində X2un məzənnəsi 81.186 manat olan 103500 ABŞ dolları, həmçinin 300.000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə və başqa eyni xarakterli cinayət əməllərini törətdiyinə görə CM-nin 178.3.2, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum haz ırki iş üzrə ibtidai araşdırmanın ilk dövrlərində X2a qarşı qərəzli mövqedə olması və onun barəsində həqiqəti əks etdirməyən (digər sübutlarla təkzib olunan) ifadələr verməsi daha inandırıcıdır. Digər tərəfdən, Məhkum barəsindəki yuxarıda göstərilən hökmdən görünür ki, adı çəkilən məhkumun 2014-cü ilin may ayından başlayaraq vahid niyyətlə X2a qarşı dələduzluq edərək pullarını ələ keçirməsi ilə bağlı cinayətləri avqust ayında da davam etmiş və metal məmulatalarının gömrük rüsumunun ödənilməsi üçün X2un verdiyi 618.500 ABŞ dolları məbləğində pul həmçinin Zərərçəkmiş şəxs götürülmüş 300.000 ABŞ dollarını da əhatə edir. Bundan başqa, cinayət işinin matriallarına görə, Məhkum cinayət təqibinin ilkin mərhələsində verdiyi ifadələri elə onun özü tərəfindən birinci instansiya məhkəməsində məhkəmə araşdırmaları zamanı təkzib edilmişdir. Həmin iclasda Məhkum göstərmişdir ki, o, X2la 2014-cü ildə təsadüf nəticəsində tanış olmuş, həmin vaxtlarda müxtəlif tikinti obyektlərinin daş, çınqıl və armaturla təmin edilməsi ilə məşğul olmuş, Bakıya armatur gətirmiş gəmi barəsində X2lə mobil telefon vasitəsilə söhbət edərkən X adlı şəxsin vasitəsilə tanış olduğu Şahid2 də onun avtomobilində olmuş, Şahid 2 onun X2lə danışdıqlarını eşitmiş, Şahid2 telefonu ondan alaraq X2ə malların gömrükdən keçirilməsi ilə özü məşğul ola biləcəyini demiş, o, Şahid 2ə 650.000 ABŞ dolları məbləğində pul vermiş, bu puldan Şahid 2 ona 304.000 ABŞ dollarını qaytarmış, qalan pulun isə Zərərçəkmiş şəxs olmasını bildirmişdir. Lakin Şahid2 Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul verməsi onun bacısının verdiyi məlumatla təsdiq olunmur. Belə ki, bununla bağlı Şahid 2in bacısı ona zəng vuraraq onun tərəfindən qardaşına verilmiş pulları sonuncunun sağa-sola xərcələməsini, onun ölkədə çoxlu sayda insanlara borcunun olmasını bildirmişdir. Bu məlumatı aldıqdan dərhal sonra o, Şahid2 zəng vuraraq pulu qatyarmasını tələb etmiş, sonuncu da Ayna Sultanovanın heykəlinin yaxınlığında ona 204.000 manat məbləğində pulu qaytarmış, qalan pulu, həmçinin 5.000 ABŞ dolları da ona çatacaq gəlirdən Zərərçəkmiş şəxs verdiyini demişdir. O, yəni Məhkum Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu onun aldadılması ilə bağlı məhz Şahid 2dən şikayət etmiş, Nərimanov rayon Polis İdarəsində Şahid2 barəsində cinayət işi başlanmış, bu cinayət işi üzrə isə o, şahid qismində ifadələr vermiş və Polis İdarəsində Şahid 2 müstəntiqdən xahiş edərək onu və X2i kabinetdən kənara çıxartdırmış, sonuncu koridorda ona yalvararaq Zərərçəkmiş şəxsdan vaxt almağı xahiş edərək pulu tezliklə ödəyəcəyini bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs polis idarəsinə gəlmiş, o, sonuncudan xahiş edərək konkret olaraq Şahid 2in və ya X2in adlarını çəkmədən vaxt verilməsini istəmiş, Zərərçəkmiş şəxs həmin vaxt onu və X2i tanımadığını, onlarla düşmənçiliyi olmadığını, pulu Şahid 2ə verdiyini və pulunu ondan tələb etdiyini demişdir.Təxminən 4-5 gündən sonra X2 ona zəng vuraraq Zərərçəkmiş şəxs 50.000 ABŞ dolları məbləğində pul ödədiyini demiş, o, X2dən günahı olmaya-olmaya nəyə görə Zərərçəkmiş şəxsa pul ödədiyini soruşduqda isə sonuncu təzyiqlər olunduğundan və qorxduğu üçün bu pulu Zərərçəkmiş şəxsa ödədiyini bildirmişdir. Bundan sonra o, Şahid2 zəng vurub ona pulları tam şəkildə verdiyini, özünün 46.000 ABŞ dollarının Şahid 2də qaldığını demiş, həmin 46.000 ABŞ dollarına görə Azərbaycan Respublikası Baş Prokurorluğuna, Korrupsiyaya qarşı mübarizə idarəsinə, Baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə Şahid 2 barədə şikayət etmişdir. Məhkum bu ifadələrindən göründüyü kmi, o, X2un Zərərçəkmiş şəxs alınmış pulun tam məbləğdə və ya hər hansı hissəsinin ələ keçirməsini bildirməmiş, bunu təsdiq edən sübutlar da istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə olunmamışdır. Məhkum məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsinin həqiqəti əks etdirmədiyini, X17 Zərəçəkmiş şəxs pulunun ələ keçirilməsində iştirak etmədiyini, həmin pulları Şahid2 ələ keçirdiyini göstərmişdir. Məhkəmə kollegiyası, birinci insta nsiya məhkəməsinin iş üzrə X2un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gələrkən Məhkum ibtdai araşdırma zamanı qərəzli ifadələrinə əsaslanması ilə bağlı qeyd etməy zəruri bilir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Apellyasiya icraatı zamanı araşdırılmış sübutlardan və birinci instansiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrini əsas götürüb sonuncunun məhkəmə iclasında verdiyi ifadələrin sübut kimi qəbul etməkdən imtina edərkən bu tövsiyələrə əməl etməmiş və kassasiya müraciətlərinin müəllifləri də onları nəzərə almamışlar. Bundan başqa, kassasiya protestinin və kassasiya şikayətinin məzmunlarından görünür ki, həmin müraciətlərdə X2a qarşı irəli sürülmüş ittihamın təsdiqi kimi onun özünün ibtidai araşdırma zamanı verdiyi ifadə lərinə də istinad olunmuşdur. Müraciət müəlliflərinin qənaətlərinə görə, X23 Şahid1 və X7 tərəfindən ona verilmiş 618.500 ABŞ dolları məbləğində puldan 100.000 ABŞ dollarını özündə saxlayıb Məhkum verməməsi barədə ifadələri ona elan olunmuş ittihamı, yəni onun Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsini təsdiq edr. Lakin, kassasiya müraciətlərində nəzərə alınmamışdır ki, X2 elə həmin ifadəsində, habelə məhkəmə iclaslarında verdiyi ifadələrində 518.500 ABŞ dolları məbləğində pulu Məhkum verməmişdən bir neçə gün əvvəl Şahid1in və X7ın gətirdiyi armaturlarun rüsumunun ödənilməsinə görə ona qabaqcadan 100.000 ABŞ dolları verdiyini göstərmiş, Şahid1 və X7 da, hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, onlar rüsum pulunu X2a iki dəfəyə vermiş, onların bu ifadələri də X2un ifadələri ilə üst-üstə düşür və bu hal yenə də X17 Zərərçəkmiş şəxsə qarşı dələduzluq əməlin törətməsini təsdiq etmir. Digər tərəfdən, kassasiya müraciətlərində zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinin X2a qarşı irəli sürülmüş ittihamın sübutu kimi qəbul edilməli olması barədə dəlil də heç də həmin ittihamın əsaslı olmasına dəlalət etmir. Belə ki, yuxarıda da göstərildiyi kimi, Zərərçəkmiş şəxs ilk gündən, yəni 09 sentyabr 2014-cü il tarixli ərizəsində və izahatında, 26 oktyabr 2014-cü il tarixli izahatında X2 yox, Şahid2 tərəfindən aldadıldığını, 300.000 ABŞ dolları məbləğində pulu ona borc verdiyini, Şahid2 həmin pulu alan kimi 3 günə qaytaracağını vəd etdiyini, lakin qaytarmadığını, özünün X28 tanımadığını, yalnız Şahid2 aldığl pulu qaytarmadıqdan sonra həmin şəxsləri onun yanında görüb tanıdığını, pulun is ə tam məbləğdə Şahid2 tərəfindən qaytarılmalı olmasını bildirmişdir. Eyni halların olmasını Zərərçəkmiş şəxs həmçinin 30 avqust 2017-ci il tarixdə, 14 avqust 2018-ci il tarixdə verdiyi ifadələrində, Şahid2lə keçirilmiş üzləşdirmə zamanı təsdiq etmiş, lakin birinci instansiya məhkəməsinin məhkəmə iclasında bu ifadələrə zidd olaraq guya özünün Şahid2lə telefon danışığı zamanı sonuncu X2dan soruşaraq ona 300.000 ABŞ dolları məbləğində pulu 3 günə qaytaracaqlarını vəd etdiyini göstərsə də, ziddiyyətli ifadə verməsinin səbəbini izah edə və ifadəsində bildirdiyi yeni xüsusatı əsaslandıra bilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclasında isə Zərərçəkmiş şəxs əvvəllər verdiyi bütün ifadələrinin əksinə olaraq göstərmişdir ki, Şahid2 ondan 300.000 ABŞ dollarını istəyərkən özünün Məhkumlə v ə X2la dost olaraq şərikli biznes apardıqlarını və pulun həmin biznes üçün onlara lazım olduğunu bildirmiş, pulu 3 gün ərzində özlərinin birlikdə qaytaracaqlarını vəd etmişlər. Halbuki, onun bu ifadələri cinayət işi üzrə araşdırılmış digər sübutlarla, o cümlədən Şahid2 ifadələri ilə tam təkzib olunur. Sonuncu məhkəmə iclasında Zərərçəkmiş şəxs bu barədə yalan ifadə verməsini, özünün heç vaxt ona Məhkumlə və X2la dost olmasını, birlikdə biznes aparmalarını, pulu həmin biznes üçün birlikdə aldıqlarını və birlikdə qaytaracaqlarını demədiyini, habelə X17 Zərərçəkmiş şəxs 300.000 ABŞ dollarının alınması ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Şahid2 birinci və apelyasiya instansiyası məhkəmələrində, ibtidai araşdırma zamanı verdiyi ifadələrə uyğun ifadələr verərək göstərmişdir ki, əvvəl lər Zərərçəkmiş şəxsla bir neçə dəfə iş (kommersiya işi) görmüş, 2014-cü ilin avqust ayının 15-də iş icraçısı işlədiyi "xxxx" MMC-yə gətirilmiş 806 ton armaturun gömrük rüsumunun ödənilməsi məsələsi barədə danışılarkən Məhkum onun nüfuzlu və imkanlı iş adamı Zərərçəkmiş şəxsla yaxın əlaqələri olduğunu bilib ondan Zərərçəkmiş şəxsdan 100.000 ABŞ dolları alıb məsələni həll etməyi təklif etmiş, o da sonuncudan həmin məbləğdə pulu alaraq gömrük rüsumunun ödənilməsi məsələsini həll etdikdən sonra pulu Məhkumdan alıb Zərərçəkmiş şəxs qaytararkən ona qazanc kimi əlavə 5000 manat məbləğində də pul vermişdir. Bundan sonra MMC-nin ünvanına gəlmiş, lakin faktiki Şahid1 və X7a məxsus olan 2600 ton armaturun gömrük rüsumunun ödənilməsi üçün Məhkum ona 330.000 ABŞ dolları məbləğində pul vermiş və Zərərç əkmiş şəxs vasitəsilə malın gömrük rüsumunun ödənilməsi məsələsinin həll edilməsini tapşırmışdır. O, aldığı pulu Qaraçuxur qəsəbəsində Zərərçəkmiş şəxs verib malların gömrükdən buraxılması üçün kömək istəmiş, Zərərçəkmiş şəxs həmin puldan hər tona 10 ABŞ dolları hesabı ilə 26.000 ABŞ dollarını öz haqqı kimi götürüb qalan 304.000 ABŞ dollarını ona qaytararaq özündə saxlamasını, dediyi zaman “Trest”ə gedib gömrük rüsumunu ödəməsini tapşırmış və dərhal malı yarı qiymətə gömrükdən keçirəcəyini vəd etmiş, o, isə pulu Məhkum qaytarmışdır. Lakin Zərərçəkmiş şəxs bundan sonra Goranboy rayonuna getdiyi üçün vədinə əməl etmədiyindən iş pozulmuş, əlavə cərimə faizlərinin hesablanması səbəbindən mal sahibləri narazılıq etmişlər. 2014-cü ilin sentyabr ayının əvvəllərində Bakıya qayıdan Zərərçəkmiş şə xs rüsum məbləğinin hamısının bir dəfəyə ödənilməli olmasını deyib, işi həll etmək üçün bir nəfərin özünə 300.000 ABŞ dollar məbləğində pulu faizlə, yəni üstündə 40.000 ABŞ dolları qaytarmaq şərti ilə borc verə biləcəyini bildirmişdir. Buna görə o, Məhkum zəng edib bu təklif barədə onu məlumatlandırdıqda sonuncu bu təkliflə razılaşmış və buna görə də, Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları məbləğində pulu alaraq Şahid1 və X7un verdikləri 400.000 ABŞ dolları məbləğində pulla birlikdə gətirilmiş malın gömrük rüsumunu ödəmiş, bundan sonra da malın boşaldılmasına və daşınmasına icazə verilmişdir. Lakin, sonradan Məhkum Zərərçəkmiş şəxs borc kimi götürülmüş 300.000 ABŞ dolları məbləğində pulu qaytarmaqdan yayınmış, buna görə o, X2la birlikdə onu axtarmış və X2 Məhkum tapdıqdan sonra sonuncu öz ev inin sənədlərini Zərərçəkmiş şəxsa verərək pulu qaytaracağına söz vermiş, lakin yenə də öz vədinə əməl etməmişdir. Şahid2 əlavə olaraq X17 Zərərçəkmiş şəxs tanımadığını, pulun ondan X2in xəbəri və razılığı olmadan Məhkumın təklifi ilə alındığını, X2in pulun alınması ilə heç bir əlaqəsinin olmadığını, pulu qaytarmaq barədə üzərinə hər hansı öhdəlik götürmədiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərində Şahid1 da ifadələrinə X2un ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübutu kimi istinad olunması heç də bu ittihamı təsdiq edən əsaslı sübut kimi qəbul edilə bilməz. Belə ki, Şahid1 məhkəmə iclasında göstərdiklərindən müəyyən olunur ki, onun və X9 Azərbaycana idxal etdikləri metal məmulatlarının rüsumunun ödənilməsi üçün X2 onlardan 2 dəfəyə cəmisi 618.500 ABŞ dolları məbləğində pul alıb Məhkum verdikdən bir müddət sonra malların buraxılmasını həll etmədiyinə görə pulu Məhkum tələb edərək 300.000 ABŞ dolları məbləğində pulu alaraq onlara qaytarmışdır. Qalan pulun qaytarılması gecikdirildiyindən X2 onlara notariat kontorunda həmin məbləğə borc müqaviləsi verəcəyini bildirmişdir. Lakin həmin vaxt onların yanına gələn Şahid2 “müəllim” deyilən şəxsin (Zərərçəkmiş şəxs) zəng edəcəyini, ya 300.000 ABŞ dolları məbləğində pulun müqabilində gətirilən armaturu “Trest”dən buraxılmasına icazə alacağını, ya da onda qalan pullarını qaytaracağını dediyindən buna ehtiyac qalmamışdır. Göründüyü kimi, bu ifadələrlədə nəinki X2un dələduzluq cinayətini törətməsi təsdiq olunmur, eyni zamanda həmin ifadələr X2un ifadələri də üst-üstə düşür. Bu baxı mdan məhkəmə kollegiyası hesab edir ki, Şahid1 və X29 verdikləri pulu ondan tələb etmələri ilə əlaqədar sonuncunun notariat kontoruna gedib borc müqaviləsi bağlanılmasını təklif etməsi, habelə barəsində cinayət işi başlamaq qorxusu altında pul ödəməyə məcbur olmasını göstərməsi heç bir halda X2un əməlində dələduzluq cinayətinin olmasının təsdiq edilməsi kimi qiymətləndirilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, apellysiya instansiyası məhkəməsinin çıxardığı hökmdə müahisələndirilən pul vəsaitini alan tərəflərdən birinin - Məhkum əməlinin dələduzluq kimi qiymətləndirilməsi, digərinin, yəni X2un isə dələduzluq etməməsi barədə nəticəsi ilə razılaşmayan kassasiya müraciətlərinin müəlliflərieyni proses daxilində Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları məbləğində pu lu bilavasitə alan Şahid2 əməlinə qiymət verilməsinə eyni standartdan yanaşmamış və bu mövqelərini əsaslandırmamışlar. Həm Məhkum və X2un, həm də iş üzrə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1 və X7 cinayət işi üzrə cinayət təqibinin müxtəlif mərəhələrində, o cümlədən məhkəmə iclaslarında verdikləri ifadələrinin təhlili göstərir ki, əvvəla X2 həm Şahid1 və X7un Ukraynadan Azərbaycan idxal etdikləri metal məmulatlarının gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini vəd edərək onlardan 618.000 ABŞ dolları məbləğində pulu aldıqdan sonra bu pulun hamısını (istintaq orqanının gəldiyi nəticəyə görə - 518.000 ABŞ dollarını) həmin məsələni həll etməyi öz üzərinə götürmüş Məhkum vermiş, sonuncu öz vədinə vaxtında əməl etmədiyinə görə, faktiki isə Şahid1 və X7un verdkləri pulu tam həcmdə gömrük rüsumu olaraq gömrük orqanlarına ödəmədiyinə görə, bu səbəbdən də onların idxal etdikləri mal dəniz limanında saxlanıldığına görə, onlar öz pullarının qaytarılmasını X2dan geri tələb etdikdə, o, isə bu tələbi Məhkum ünvanladıqda sonuncu X7un və Şahid1 yalnız 300.000 ABŞ dolları məbləğində pullarını X2a, X2 isə - metal məmulatlarının sahiblərnə qaytarmış və onların verdikləri pulun qalan hissəsini qaytarmağı da öz üzərinə götürərək hətta borc müqaviləsi bağlamağa cəhd etmişdir. Daha sonra araşdırılmış sübutlarla müəyyən edilir ki, Məhkum tapşırığı ilə gətirilmiş malların gömrük rəsmiləşdirilməsinin həll edilməsini üzərinə götürmüş məhz Şahid2 Zərərçəkmiş şəxs bunun üçün çatışmayan, yəni Məhkum olan pulun 300.000 ABŞ dolları hissəsini, hətta X2un iştirak ı ilə olsa belə, götürüb, əlavə olaraq da Şahid1 və X7un verdikləri 400.000 ABŞ dolları məbləğində pulu həmin pulun üstünə qoyub metal məmulatlarının gömrük rüsumunu ödəmiş və yalınz bundan sonra həmin malın boşaldılmasına və ticarət nöqtələrinə daşınmasına icazə verilmişdir. Araşdırılmış bu sübutların işığında belə nəticə hasil olur ki, X2 istər Şahid1 və X7un ona verdikləri, istərsə də Zərərçəkmiş şəxs Şahid2 verdiyi pulları tam həcmdə və ya onların bir hissəsini aldatma və ya etibardan sui-istifadə etməklə ələ keçirmək niyyəti izləməmiş, bununla bağlı o, hər hansı şəxslə, o cümlədən Məhkumlə əvvəlcədən sövdələşməmiş, özgə əmlakını ələ keçirməmiş və bunun üçün dələduzluq cinayətinin istər obyektiv, istərsə də subyektiv cəhətlərini təsdiq edən heç bir hərəkət etməmişdr. Apellyasiya instan siyası məhkəməsinin gəldiyi nəticə üzrə faktiki olaraq dələduzluq hadisəsinin olmasının qəbul etməsi, lakin X2un bu işə aidiyyətinin olmadığına dair qərarın mətnində açıq fikirlər səsləndirməs və onun təqsirliliyinin sübuta yetirilmədiyi barədə qənaətinin hökmün ziddiyyətli olmasına dəlalət etməsi və bunun gələcəkdə mülki iddianın həll edilməsinə təsir göstərən halın olması, habelə belə ziddiyyətlərin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 59, 72 və 74-cü bəndlərində əksni tapmış tövsiyələrə uyğun olmaması barədə dəlillərə cavab olaraq məhkəmə kollegiyası bu dəlillərlə də razılaşmayaraq vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsində məhz araşdırılmış bütün sübutlar tədqiq edilərk onlara CP M-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verilmiş, məhkəmə gəldiy nəticəni kifayət qədər əsaslandırmış və X2un dələduzluq cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gələrək qanunun tələblərinə uyğun olaraq ona qarşı verilmiş mülki iddianın da təmin edilməsini mümkünsüz bilmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin bu nəticəsi heç də Zərərçəkmiş şəxs ona vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki iddia ilə mülki mühakimə icraatı qaydasında ona ziyan vurmuş şəxsə və ya şəxslərə qarşı məhkəməyə müraciət etməsinin qarşısını almır və onun belə hüququnu məhdudlaşdırmır. Təsadüfi deyil ki, Zərərçəkmiş şəxs bu hüquqa malik olması 16 dekabr 2021-ci il tarixli hökmün nəticəvi hissəsində də ona izah edilmiş və burada da a pellyasiya instansiyası məhkəməsi heç bir qanun pozuntusuna yol verməmişdr. Belə ki, CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinəgəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsibarədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismindətanınır. CPM-nin 179.1-ci maddəsinə görə, cinayət mühakimə icraatında mülki iddia buMəcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Sadalanan prosessual hüquq normalarından görünən odur ki, cinayət mühakimə icraatı qaydasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi və mənəvi ziyan vurulmasına məruz qalmış şəxs mülki iddiaçı kimi tanına bilər və veri lmiş mülki iddia isə cinayət mühakimə icraatı çərçivəsində həll edilir. Şəxsin (mülki cavabdeh qismində tanınmış şəxsin) təqsiri sübuta yetirilməyərək onun barəsində bəraət hökmünün çıxarılması halında isə həmin şəxsə qarşı verilmiş mülki iddianın cinayət mühakimə qaydasında aparılan icraatda təmin edilməsi mümkünlüyündən söhbət gedə bilməz. Yəni, başqa sözlə,bu halda cinayət mühakimə icraatı qaydasında mülki iddianın təmin edilməsi qanunvericiliyin tələbləri baxımından bəraət almış şəxsin təqsirsizlik məsələsinə təsir edən mühüm haldır və bu tələblərə ziddir. Bütün yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz, X2a qarşı CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittih am üzrə onun təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsini isə tamamilə qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu haqda gəldiyi nəticə araşdırılmış sübutlarla uzlaşmaqla yanaşı həm də qanunvericliyin aşağıdakı tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi qərarlarında ifadə etdiyi hüquqi mövqeyə və Ali Məhkəmənin Plenumunun qərarlarında əksin tapmış izah və tövsiyələrə uyğundur, bu nəticənin arxasında duran sübutların yolverilməz sübutlar kim qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Bununla əlaqədar, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsi rləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizli k maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM- nin 7.1 və 7.2-ci maddələrinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət m ühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 1 45.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikd ə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlə rə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dai r müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2 -ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, hə min qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Göründüyü kimi, milli və beynəlxalq qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n bir sıra məsələlər üzrə verdiyi şərhlərininədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxar dığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda, X2un barəsindəki həmin hökmün yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş X2 tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bu qənaəti ilə bağ lı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olun duqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakı nı əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Təhli olunan dələduzluq cinayəti zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə əməl CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarın da çıxış etmişdir. Həmin Qərardaməhkəmələrə tövsiyə olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak h üquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahi yyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə isə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsəl ən, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənə dlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən, heç kəs yalnız h ansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 11-ci maddəsində və Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsində təsbit edilmişdir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun adı çəkilən 11 iyun 2015ci il tarixli Qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmi ş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqav ilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş v ə ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Kassasiya müraciətlərinin müəlliflərinin mövqeyinə görə, ibtidai araşdırma zamanı X2un ittiham edildiyi dələduzluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilmiş, həmçinin işə baxan birinci instansiya məhkəməsində toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum və X2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəx sə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər və onların həmin cinayət əməllərini törətməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Lakin, yuxarıda təsvir və təhlil edilənlərdən görünür ki, bunun əksinə olaraq apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə ilə razılaşmayaraq, X2un CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsini mümkün bilmiş və gəldiyi nəticəni əsaslandırarkən yolverlməz sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin ğu nəticəsi ilə razılaşaraq həmin nəticənin şübhə altına alınması və onun başqa məcrada təfsir edilməsi üçün əsasla r görmür. Göründüyü kimi, iş üzrə toplanmış və həm birinci instansiya məhkəməsi, həm də özü tərəfindən araşdırılmış bütün sübutları qanuna müvafiq qaydada araşdırıb nəzərdən keçirən, onları qanuna müvafiq qaydada ayrı-ayrılıqda və məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən və yolverilməz sübutlardan istifadə etməyən apellyasiya instansiyası məhkəməsi X2un CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin sübuta yetirilməməsi barədə nəticəyə gələrkən müvafiq hüquqi prosedurlar daxiX2mın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etmiş, bununla da təqsirsizlik prezumpsiyası prinsipinə əməl edərək onun çıxardığı hökmün ləğv edilməsini şərtləndirən və CPM-nin 416-cı maddəsində nəzərdə tut ulmuş hər hansı pozuntuya yol verməmiş, X2un barəsindəki bəraət hökmü isə məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmış və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmuşdur. Buna görə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, yəni X2un ona elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan həmin müraciətlər təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin təmin edilmə si haqqında dövlət ittihamçısı H.B.İmranovun və zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi S.S.Əliyevin, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış X2un və onun müdafiəçisi N.Ç.Ələsgərovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti və kassasiya X2in edilməməli və X2a CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. X5 Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ciil tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1289/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1289/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver