Məhkəmə qərarları › İş №1(102)-1289/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1289/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1289/2025 04.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), X4 və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, qeyri-rəsmi evli, himayəsində xx.xx.2024-cü il təvv əlüdlü uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə məhkum olunmasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2392/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər R.Ə.Sad ıxov (sədrlik edən), N.A.Kərimov və Əsgərova-Məmmədovadan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmış, əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 55-ci maddələrinə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittigamçısı tərəfindən apellyasiya protesti və məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəç i tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2392/2024 nömrəli 10 dekabr 2024-cü il nömrəli qərarı ilə (hakimlər Ə.Q.Ələkbərov (sədrlik edən), İ.A.İbrahimli və F.Ə.Qəniyev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına əsasən ibtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq soyuq silah əldə etmə, gəzdirmə, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşımaq əməllərini törətmişdir. Belə ki, ona verilmiş ittihama əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən ov bıçağını, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 5,057 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 19 yanvar 2024-cü il tarixdə saat 20:00da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 21:36-dan eti barən üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 5,057 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarının arxa kəmər hissəsindən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı, üzərində hər hansı dəyişiklik edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Aşağı instansiya məhkəmələrinin qənaətinə görə Məhkum hərəkətlərində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət hökmü çıxarılmışd ır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, Məhkum özünü müdafiə etmək və törətdiyi cinayət əməlinə görə cəzadan yayınmaq məqsədi güdən ifadəsi onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, digər şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və digər sənədlərlə təkzib olunmuşdur. Məhkum məhkəmə iclasında “polislərin sizə hansı qərəzli hərəkəti olub ki, sizə qarşı əməliyyat-axtarış tədbirləri keçirilib və üzərinizə narkotik vasitə qoyulub?” sualına cavab verə bilməmişdir. Məhkəmələr məhkuma CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verərkən şahidlər Şahid3 Mehdi qızının və Şahid2 İldıq qızının ifadələrinə əsaslanmışlar. Lakin məhkəmələr tərəfindən həmin şəxslərin birinin məhkumun qeyrirəsmi arvadı, digərinin isə Şahid2 anası olmasını və bu şəxslərin müdafiə xarakterli ifadələr verməsini nəzərə almamışdır. Daha bir məqam odur ki, məhkəmələr onun üzərində soyuq silah olmasını qəbul etsələr də, onun üzərində narkotik vasitələrin olmasını qəbul etmirlər və bunu qərarlarında əsaslandıra bilmirlər. Məhkum tutulduğu günün səhər və ya günorta saatları Bakı şəhərindən kənarda, başqa rayonun ərazisində ola, eyni zamanda psixotrop maddəni başqa ərazidən də əldə edə bilər. Ancaq onun psixotrop maddənin aşkar edilmə yeri barədə yalan məlumat verməsi onun üzərində aşkar edilmiş psixotrop mad dənin ona məxsus olmaması anlamına gəlmir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən daxil olmuş, Məhkum tibbi kartasından müəyyən olunur ki, sonuncunun bədən səthində, sağ bud səthində köhnə çapıq toxuması aşkar edilmişdir. Məhkəmə isə həmin xəsarəti əsas gətirməklə Məhkum üzərində aşkar edilən psixotrop maddə metafetaminin aşkar edilməsini şübhə altına almışdır. Məhkəmədə tətqiq olunmuş “Məhkəmə-tibbi ekspertizası”nın başlanma tarixi xx.xx.2024-cü il tarixi, başa çatma tarixi xx.xx.2024-cü il olan 22/MEŞ nömrəli rəyinin təsviri əsaslandırıcı hissəsindən müəyyən olunur ki, X5 müayinəyə xx.xx.2024-cü il tarixində təqdim edilmiş, müayinə zamanı deməsinə görə xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, xəsarət yetirilmədiyini bildirmişdir. Rəyin nəticə hissəsində göstərilmişdir ki, Məhkum bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı xəsarət aşkar edilməmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin məzmunu apellyasiya şikayəti ilə eynilik təşkil etdiyi üçün şikayəti təkrarlamağı lüzum görmür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şə kildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi Müdafiəçi, kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı N.İmanovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd o lunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əm əlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi (20 mart 2025-ci ilədək olan redaksiyada) “qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla” əməlinə görə məsuliyyət nəzərdə tutur və belə əməllər üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psix otrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməli nəzərdə tutulmuşdur və həmin əməl səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir ha lda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslan dırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün t övsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunma lıdır. (CPM-ci 28.5-ci maddəsi). Kassasiya məhkəmə kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin qərarlarını, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, məhkəmələr tərəfindən düzgün olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə məhkum edilmiş, CM-nin 234.4.3-cü maddəsi ilə ona bəraət verilmişdir. Məhkəmə kollegiyası ilk olaraq kassasiya protestinə münasibət bildirir və məhkuma Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə aşağıdakı halları qeyd etməyi zəruri bilir. İbtidai araşdırma orqanı Məhkum psixotrop maddəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 11-in yaxınlığında küçədən tapdığını və üzərində daşımaqla həmin gün saat 20:00 radələrində ü nvan 3 ünvanın yanında polis əməkdaşları tərəfindən saxlanıldığı qənaətinə gəlmiş, lakin təqsirləndirilən şəxsin, şahidlər Vəsilə və Şahid3ların ifadələrindən və Məhkum idarə etdiyi avtomobilin xx.xx.2024-cü il tarixində saat 13:35-dən saat 17:53-dək Göytəpə qəsəbəsindən Bakı şəhərinə hərəkət etməyi əks etdirən DVD diskdə olan foto və videogörüntülərdən müəyyən olunur ki, Məhkum xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhərində olmamış və yaşadığı ünvanın yaxınlığında yerdən bir büküm metamfetaminin onun tərəfindən tapılması və üzərində daşıması işin hallarına uyğun deyildir. Aşağı instansiya məhkəmələrinin qərarlarında göstərilmişdir ki, Məhkum xx.xx.2024cü il tarixdə şübhəli şəxs qismində tutulduğu zaman təhqiqatçı tərəfindən üzərinə baxış və götürmə istintaq hərəkəti keçirildi yi zaman və ondan həmin tarixdə təhqiqatçı tərəfindən izahat alındığı zaman ona qarşı fiziki və ya psixoloji təzyiqlərin olması barədə məlumatların olmamasına baxmayaraq, təhqiqat materialları növbəti gün, yəni xx.xx.2024cü il tarixdə BMCMİ-nin İstintaq İdarəsinin müstəntiqi, polis kapitanı Kənan Kərimliyə təqdim edildiyi kimi, yəni elə xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən şübhəli şəxs Məhkum barəsində məhkəmə-tibbi ekspertizası təyin edilməklə bədənində xəsarətlərin olması, olduğu halda həmin xəsarətlərin xarakteri və lokalizasiyasının müəyyən edilməsi üçün tələbi qoyulması anlaşılmayandır İş materiallarında olan məhkəmənin Məhkum saxlanıldığı Ədliyyə Nazirliyinin PX-nin Müalicə Müəssisəsindən tələb olunduğu Məhkum tibbi kartın surətindən müəyyən olunur ki, sonuncunun bədən səthind ə, sağ bud səthində çapıq toxuması aşkar edilmişdir. İşdə mövcud olan sübut növləri Məhkum 19 yanvar 2024-cü il tarixdə saat 20:00-da ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə 5,057 qram psixotrop maddə metamfetamini aşkar edilərək götürülməsi faktını şübhə altına alır İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum, şahidlər Vəsilə və Şahid3ların ifadələrindən, Məhkum idarə etdiyi avtomobillin hərəkətini əks etdirən DVD diskdə olan foto və videogörüntülərdə avtomobilin xx.xx.2024-cü il tarixdə saat 13:35-dən saat 17:53-dək Göytəpə qəsəbəsindən Bakı şəhərinə hər əkət etməsi, Məhkum xx.xx.2024-cü il tarixində günorta saatlarında Bakı şəhərində olmaması onun yaşadığı ünvanın yaxınlığında yerdən bir büküm metamfetaminin tapması və üzərində daşımasını qeyri-mümkün edir. Məhkəmə qərarlarında olan məhkəmə-narkoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Məhkum narkomaniyadan əzab çəkmir, həmin maddələrdən istifadə etmə halları onda müəyyən edilməmiş, ibtidai araşdırma orqanının əməliyyat tapşırığına əsasən verilmiş arayışda Məhkum narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmasını müəyyən edilməsi, onun psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, Məhkum məxsus telefona və telefon nömrəsinə aid "xxxx" MMC-nin məlumatlarına keçirilmiş baxış zamanı Məhkum narkotik vasitə və psixotrop m addələrin dövriyyəsinə aid heç bir SMS və yazışma olmamış, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasının audio-video görüntüsünə baxış zamanı ona qarşı fiziki zor tətbiq edildiyini bir daha təsdiq etmiş, həmin məhkəmə iclasının nəticələrinə uyğun prokurorluğa məlumat verilmiş, bununla əlaqədar Məhkum 19 yanvar 2024-cü il tarixdə üzərinə baxış keçirilən və izahat verdiyi zaman psixotrop maddəni özünə məxsus olan maddə kimi izahatına, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə tənqidi yanaşılmalı, həmin ifadələrin, həmçinin, polis əməkdaşın bu hissədə olan ifadəsinə, yəni Məhkum üzərindən bölmədə metamfetamin aşkar edilməsi barədə ifadəsinə tənqidi yanaşılmalı və məhkəmə Məhkum xx.xx.2024-cü il tarixli üzərinə baxış keçirilməsi pr otokolunun psixotrop maddəyə aid hissəsini, Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, həmçinin polis əməkdaşı Şahid1 Məhkum üzərindən BMCMİ-də baxış zamanı metamfetamin aşkar edilməsinə dair ifadəsini sübutlar siyahısından xaric edir. Həmçinin ittihamın məzmunundan göründüyü kimi Məhkum 19 yanvar 2024-cü il tarixdə saat 20:00-da ünvan 5 ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və həmin gün saat 21:36-dan etibarən üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. İttihamın həmin məzmunda təsviri doğru qəbul olunsa belə, qeyd edilməlidir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də Bakı şəhərinin Nərimanov rayonu ərazisin də yerləşdiyi, yəni İdarənin inzibati binasının Məhkum saxlanıldığı yerə çox yaxın məsafədə yerləşdiyi nəzərə alınarsa, onun İdarəyə aparılmasına qısa zaman sərf edilmişdir. Göründüyü kimi Məhkum saxlanıldığı andan üzərinə idarədə baxış keçirələnədək 1 saat 36 dəqiqə müddət keçmişdir və həmin müddət ərzində Məhkum tamamilə polislərin nəzarəti altında olmuşdur. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəməsi tərəfindən tam əsaslı olaraq, Məhkum əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibi olmadığına görə bəraət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X2rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şü bhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqs irləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə CM-nin 228.4cü maddəsinə əsasən məhkumun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini əsassız hesab edir və məhkumun CM-nin 228.4-cü maddəsi ilə məhkum edilməsi barədə aşağı instansiya məhkəmələrinin qərarları ilə razılaşır. Belə ki, məhkəmə qərarlarından görünür ki, Məhkum üzərində aşkar edilmiş bıçağın soyuq silah olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/134 nömrəli rəyində həmin bıçağın soyuq silah olması qeyd edilmişdir. İş materiallarında olan Məhkum qanunsuz olaraq soyuq silah əldə etməsi v ə gəzdirməsi cinayət əməlini etiraf etməsi ilə yanaşı aşağı instansiya məhkəmələrində tədqiq edilmiş digər sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı verilmiş ittihamın əsası kimi qəbul edilməlidir. Bununla belə məhkəmə o qənaətə gəlmişdir ki, bıçaq üzərinə baxış zamanı deyil, Məhkum idarə etdiyi maşının yük yerində aşkarlanmışdır. Ağlabatan deyil ki, tiyəsinin uzunluğu 18 sm 05 mm və eni 4 sm 8 mm olan bıçaq Məhkum Cəlilabad rayonundan Bakı şəhəri Nərimanov rayonuna gəldiyi yol boyu onun şalvarının arxa bel hissəsində olmaqla, o, maşını idarə etsin. Hadisə vaxtı maşında olduqlarını bildirən Məhkum nişanlısı Şahid3 və nişanlısının anası Şahid2 bıçağın maşının məhz yük yerində olduğunu, polis əməkdaşlarının bıçağı məhz yük yerindən aşkar edilib götürdüklərini göstərmişlər. Məhkum özü də istər ibtidai istintaq zamanı, istər məhkəmədə verdiyi ifadəsində ov tipli bıçağın özü tərəfindən əldə edildiyini, maşında saxladığını və daşıdığını tam etiraf etmiş, bu bıçağın əldə etmə və gəzdirməsi üçün qanuni icazəsi olmasını təsdiq edən heç bir sənəd ibtidai istintaq orqanı və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hök mü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Məhkum əməlində CM-nin 234.4.3-cü cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protestin və şikayətin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2392/2024 nömrəli 10 dekabr 2024-cü il qərarı əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Baş Prokuro rluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2392/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar