Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-129/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Zərərçəkmiş şəxsin hüquqi varisi X22 və onun nümayəndəsi, Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili X7 Bəraət almış şəxs X18 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1960-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikas ının vətəndaşı, ailəli, orta təhsilli, ”xxxx” MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X22 və onun nümayəndəsi, Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.H.Nəcəfova) X18 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: H.Ə.Nəbiyev (sədrlik edən), N.R.Mövsümov və V.C.Cəfərov) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə a pelyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək X11 əməlində CM-nin 263.2-ci maddəsinin tərkibi olmadığı və cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Kərimov (sədrlik edən), G.L.Rzayeva və İ.T.Hacıqayıbov) kassasiya şikayəti qismən təmin edilmiş, X11 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: F.G.Zeynallı (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmü ləğv edilmiş, X13 CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X18 Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx xxxx 2014-cü ildə saat 18:50 radələrində idarə etdiyi “Hyundai County” mark alı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrliyində Şamaxı rayonu istiqamətində 45 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, Bakı şəhəri istiqamətində hərəkət edən X6 idarə etdiyi “Mercedes Benz C180” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə qarşı-qarşıya toqquşduqdan sonra arxadan gələn Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** d övlət qeydiyyat nişanlı minik avtomobili avtobusun arxa hissəsi ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs məxsus “VAZ-21063” markalı avtomobilin bəzi detallarını zədələməklə ona 1000 (bir min) manat, Cəbrayıl Həsənzadəyə məxsus “Mercedes Benz C180” markalı avtomobili əzməklə ona 9.800 (doqquz min səkkiz yüz) manat məbləğində maddi ziyan vurulmuş, eləcə də, “Mercedes Benz C180” markalı avtomobilin sürücüsü X8 travmatik-hemorragik şok, hər iki ağ ciyərlərin cırılması, qabırğaların iki tərəfli yerdəyişən sınıqları, daxili qanaxma, hər iki budun və sağ saidin qapalı yerdəyişən sınıqları, sağ baldırın açıq sınığı, sağ baldırın əzilmiş-cırılmış yarası, sol əlin birinci barmağının tam qopması, çənə, boyun, döş qəfəsi, qarın, sol bud, sol diz oynağı və hər iki sağ baldır nahiyələrinin sıyrıqları ki mi həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə onun daxili qanaxma ilə müşayiət olunan hər iki ağ ciyərlərin cırılması, ikitərəfli qabırğaların çoxsaylı yerdəyişən sınıqları, hər iki budun, sağ saidin və sağ baldırın sınıqları nəticəsində baş vermiş travmatik-hemorragik şokdan ölməsinə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmişdir. Belə ki, işə məhkəmə istintaqının keçirilməsi ilə baxan apellyasiya instansiyası məhkəməsi kollegiyası istintaq zamanı əldə edilən yeni məlumatlara və hadisə mexanizminə uyğun olaraq yenidən rəy verilməsi üçün təkrar yol-nəqliyyat hadisələri ekspertizası təyin etmişdir. Ekspertiza rəyindən görünür ki, ekspertlər apellyasiya məhkəməsində aparılmış istintaq zamanı “Mersedes Benz 180” markalı avtomaşının qarşı sol hərəkət zolağına sürüşərək çıxması, çıxarkən “Hyundai County” markalı avtobusla arasında 23-25 metrlik məsafə olması barədə məhkəmənin əldə etdiyi məlumatların reallığa uyğun gəlmədiyini göstərmişlər. Dövlət ittihamçısının fikrincə, məhkəmə ekspert rəyində göstərilən ziddiyyətləri araşdırmalı, bununla bağlı dövlət ittihamçısı tərəfindən ekspertin şahid qismində dindirilməsi və təkrar ekspertiza təyin edilməsi barədə verilən vəs atətləri təmin etməli olduğu halda, mövcud ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlməklə haqlı olmamışdır. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş materiallarında olan bütün rəylər “Hyundai County” markalı avtobusun sürücüsü X11 avtoqəza hgadisəsinin qarşısını almağa texniki imkanının olmasını və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmasını qeyd etsə də, məhkəmə kollegiy ası əsaslandırma aparmadan Z.Bahadırov barəsində bəraət hökmü çıxarmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi A.Həsənov, onun nümayəndəsi Ş.Məhərrəmov və dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protesti və kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs X və onun müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfində n müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest və şikayət müəllifləri qeyd edirlər ki, Xun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməs inə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Xa bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayon ərazisindən keçən 11-ci km-də ifadələrin yerində yoxlanması zaman məhkum Xun idarə etdiyi "Hyundaı County" markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusun olduğu yerlə "Mercedes Benz C180" markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi sürüşərək qoşa xətti keçdiyi yerlə, həmin an avtobusun olduğu yer arasında olan məsafənin müəyyən edilməsi üçün hadisə yerində ölçmələr aparılmış və həmin məsafənin 23-25 metr olması müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxs X ifadələrində qeyd edir ki, "Mercedes" markalı maşın onun yoluna çıxdığı yerlə idarə etdiyi avtobusla arasındakı olan məsafə 25 metrə qədər olardı. Yolun əks istiqamətindən çox sürətlə hərəkətdə olan "Mercedes Benz C180" markalı avtomobil yolun hərəkət istiqamətlərini ayıran qoşa xətti qəfil kəsərək onun yoluna çıxaraq onun idarə etdiyi avtobusun qabaq sol tərəfi ilə toqquşmuşdur. Təqsirləndirilən şəxs Xun ifadələri şahidlər X9 və X4 ifadələri ilə də təsdiq olunur. X5 ifadələrində qeyd edir ki, X12 idarə etdiyi "Mercedes Benz C180" markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 100 km/saatdan çox sürətlə sağdan onu ötüb keçmiş, bundan təxminən 2 dəqiqə sonra isə görmüşdür ki, cərgə ilə hərəkət etdiyi zolaqdan X1nin idarə etdiyi avtomobil cərgədən sola çıxaraq qoşa ağ xətləri tapdalayıb təxminən 2-3 metr arxa tərəfi sürüşə-sürüşə əks hərəkət zolağına çıxmış və qəf lətən, əks istiqamətdə hərəkət edən “Hyundaı” markalı avtobusla qarşı-qarşıya toqquşmuş və qabaq hissəsi avtobusun altına girmişdir X1 ifadələrində qeyd edir ki, "Mercedes Benz C180" markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu həmin yerdən sağdan saatda 100 km-dən çox surətlə keçmiş, yolun soluna çıxmış, onu ötüb keçəndən sonra hadisə həmin dəqiqədə baş vermişdir. X2 ifadələri avtomaşınların toqquşma bucağının yaranma şəraitini tam aydınlaşdırır. Belə ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi toqquşma bucağının yaranma səbəbini "Mercedes Benz C180" markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoşa xətti kəsərək sola, sonra sağa yolun eni üzrə 1,6-2,6 metr manevr etməsi ilə əlaqələndirmişdir. Lakin X2 ifadələrindən görünür ki, "Mercedes Benz C180" markalı **GB-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr etməmiş, yüksək sürətlə ötmə hərəkətini həyata keçirərkən avtomaşının arxa təkərlərinin sürüşməsi nəticəsində toqquşma hadisəsi baş vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi istintaqı zamanı xx.xx.2019-cu il tarixli qərarla məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki hallarına uyğun təkrar məhkəmə avtotexniki ekspertizası təyin etmiş və 14375 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyi alınmışdır. Həmin rəydə qeyd edilmişdir ki, məhkəmə tərəfindən "Hyundaı County" markalı avtobusun sürücüsü Xun hərəkəti üçün təhlükə yarandığı andan idarə etdiyi avtobusun toqquşma yerindən olduğu məsafənin 35 metrdən kiçik olmasının müəyyən olunması şəraitində sürücü Xun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Həmçinin həmin rəydə qeyd edilmişdir ki, məhkəmə tərəfindən "Hyundaı County" markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Xun hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtobusun toqquşma yerindən olduğu məsafənin 35 metrdən böyük olmasının müəyyən olunması şəraitində sürücü Xun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına istintaq orqanı tərəfindən təyin edilmiş və birinci instansiya məhkəməsi istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış protoko luna əlavə edilmiş fotoşəkillərdən də görünür ki, avtobus yolun sağ qanadında qabaq hissəsi arxa hissəsinə nisbətən sağa burulmuş vəziyyətdə dayanmışdır. Lakin protokola əlavə edilmiş sxemdə avtobus yolun sağ kənarına paralel vəziyyətdə dayandığı göstərilmişdir. Cinayət işinin ibtidai istintaqı və birinci instansiya məhkəmə baxışı gedişində hadisənin dəqiq mexanizmini müəyyən etmək üçün ifadələrin yerində yoxlanması və ya istintaq eksperimenti keçirilməmişdir. Bu ziddiyətləri aradan qaldırmaq məqsədi ilə apelyasiya instansiya məhkəməsi iş üzrə məhkum və şahid ifadələrin yerində yoxlanması məqsədi ilə məhkəmə iclasını xx.xx.2019-cu il tarixə hadisənin baş verdiyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayon ərazisindən keçən 11-ci km-ə təyin etmişdir. Hadisənin baş verdiyi yerdə ifadə lərin yerində yoxlanması zamanı Xun idarə etdiyi "Hyundaı County" markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusun olduğu yerlə "Mercedes Benz C180" markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi sürüşərək qoşa xətti keçdiyi yerlə həmin məsafənin 23-25 metr olması müəyyən edilmişdir. Göründüyü kimi işin faktiki hallarının müəyyənlişdirilməsi prosesində bütün parametrləri maksimal dərəcədə "Hyundaı County" markalı avtomobilin əleyhinə uyğun götürdükdə belə, onun avtomobili dayandırmağa texniki imkanın olmaması müəyyən edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zama nı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. “X14rşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafi ə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Xun əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin tərkibi olmadığından haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, Xun əməlində həqiqətən də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yara dır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsini n yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Xun əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayə tinin tərkibinin mövcud olmaması əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin və şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsa sən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. X18 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-129/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-129/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver