Məhkəmə qərarları › İş №1(102)-129/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-129/2023

19.04.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-129/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumların müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi7 iştirakları ilə, Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Telman Hüseynov (sədrlik edən və məruzəçi), Fikrət Qəribov və Əli Məmmədov) 05 noyabr 2019-cu il tarixli, 1(101)-575/2019 nömrəli hökmü ilə xx xxxxxx 1971-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi olaraq ev təmiri ustası işləmiş, Ağdam rayonu, Əli Bayramov küçəsi, ev 34-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48, mənzil 649-da yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.3, 29,120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-in 29,120.2.3, 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum2 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 67.5-ci maddəsinə əsasən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Məhkum2 təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 əlavə cəza kimi təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 2 (iki) il müddətə şamil edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, onun Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə ona CM-in 29,120.2.1 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə bəraət verilmiş; xx xxxxxxx 1994-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respub likasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Əli Bayramov küçəsi, ev 34-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48, mənzil 649-da yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 (iki) gün 4 (dörd) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum1 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ndə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə ona CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən Məhkum2 xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, xx.xx.2018-ci il tarixdə oğlu Məhkum1 yaşadığı binada liftdən düzgün istifadə etməməsinə görə Şahid4 iradını bildirərək sonuncuya boğazını sıxmaqla zor tətbiq etməsi və 02 avqust 2018-ci il tarixdə bu məsələ ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı, yaşadıqları binanın alt hissəsində yerləşən qarajda Şahid4 qohumları Zərərçəkmiş şəxs1 və Şahid2 yanında Məhkum1 üz nahiyəsinə yumruqla vurması, daha sonra Bakı şəhəri, Xətai rayonu, “Neapol dairəsi”nin yanında yerləşən “555” adlı avtoservisin qarşısında Şahid4 qohumu Şahid2 onun qohumu Şahid3 yumruqla vurması kimi hərəkətləri özünə təhqir kimi qəbul etmiş, aralarındakı münasibətləri aydınlaşdırmaq üçün rastlaşma məqamı gözləmiş, qohumu Şahid3 yaranmış ədavətə son qoymaqla barışmaq üçün Zərərçəkmiş şəxs1la görüşməyə getdiyini bildiyindən, bunu öz cinayətkar niyyətini həyata keçirmək üçün fürsət b ilib xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində Məhkum1la Şahid3 ünvan 1 ünvanda yerləşən “Tut ağacı” adlanan kafenin yanında Zərərçəkmiş şəxs1 və sonuncunun qohumu Şahid2 ilə görüşərək söhbət etmələrini görüb Zərərçəkmiş şəxs1 qəflətən yaxınlaşaraq orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edərək heç bir səbəb və əsas olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək üçün bıçaqla Zərərçəkmiş şəxs1 iki dəfə vuraraq ona sol bazunun iki ədəd kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bu ərəfədə oğlu Məhkum1 onunla həmrəy olduğunu nümayiş etdirərək bir qrup şəxs halında öz üstünlüklərini nümayiş etdirmək məqsədilə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozmuş, Məhkum1 Zərərçəkmiş şəxs1 hücum edərək sonuncunu qollarından tutub özünü müdafiə etmək müqavimətini sındırmasından istifadə edərək Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə bıçaqla vuraraq ona hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan gövdənin arxa səthinin döş və qarın boşluqlarına nüfuz edən ağ ciyəri və diafraqmanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan s ağlamlğa Ağır zərərvurmaya aid xəsarət yetirmiş, o, Zərərçəkmiş şəxs1 öldürmək niyyətini başa çatdırmaq məqsədilə bıçaqla sonuncuya yenə də zərbə vurmaq istəyərkən, həmin vaxt oraya gələn Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 qardaşının Məhkum2 tərəfindən bıçaqla vurulduğunu görərək Məhkum2 cinayətkar hərəkətinə mane olmaqla qardaşı Zərərçəkmiş şəxs1 öldürülməsinə yönəlmiş qəsddən xilas etmək istədiyi zaman Məhkum2 öz cinayət əməlini davam etdirərək ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 onları görməsini və Zərərçəkmiş şəxs1 xüsusi əzab verdiyini dərk edərək və bunu arzu edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 bir dəfə baş nahiyəsindən vuraraq ona alın sümüyünün sınığı və baş bey in əzilməsi ilə müşayiət olunan başın sol alın-gicgah nahiyəsinin kəllə boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin bıçağın tiyəsinin uc hissəsi qırılaraq Zərərçəkmiş şəxs2 alın nahiyəsində qaldığından, Zərərçəkmiş şəxs1 həmin an özünə məxsus avtomaşından götürdüyü beysbol dəyənəyi ilə özünü və qardaşını aktiv müdafiə etdiyinə, hadisə baş vermiş yerin ətrafına çox sayda adam toplaşdığına və Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 xəstəxanada vaxtında ixtisaslı tibbi yardım göstərildiyinə görə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə yönəlmiş cinayət əməllərini başa çatdıra bilməyərək bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etmə klə qərəzli xuliqanlıq hərəkətləri etmiş və bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Məhkum1 verilmiş ittihama əsasən Məhkum1 xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 01 avqust 2018-ci il tarixdə yaşadığı binada liftdən düzgün istifadə etməməsinə görə Şahid4 iradını bildirərək sonuncuya boğazını sıxmaqla zor tətbiq etməsi və 02 avqust 2018-c i il tarixdə bu məsələ ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı, yaşadıqları binanın alt hissəsində yerləşən qarajda Şahid4 qohumları Zərərçəkmiş şəxs1 və Şahid2 yanında onun üz nahiyəsinə yumruqla vurması, daha sonra Bakı şəhəri, Xətai rayonu, “Neapol dairəsi”nin yanında yerləşən “555” adlı avtoservisin qarşısında Şahid4 qohumu Şahid2 onun qohumu Şahid3 yumruqla vurması kimi hərəkətləri özünə təhqir kimi qəbul etmiş, aralarındakı münasibətləri aydınlaşdırmaq üçün rastlaşma məqamı gözləmiş, xx.xx.2018- ci il tarixdə, saat 16 radələrində qohumu Şahid3 yaranmış ədavətə son qoymaqla barışmaq üçün Zərərçəkmiş şəxs1la görüşməyə gedərkən, o da sonuncu ilə birlikdə Xətai rayonu, Telnov küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən “Tut ağacı” adlanan kafenin yanına gedərək orada Zərərçəkm iş şəxs1 və sonuncunun qohumu Şahid2 ilə görüşərək söhbət edərkən, həmin vaxt oraya gələn onun atası Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs1 qəflətən yaxınlaşaraq bir qrup şəxs halında orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, Məhkum2 üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edərək heç bir səbəb və əsas olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmək üçün bıçaqla Zərərçəkmiş şəxs1 iki dəfə vuraraq ona sol bazunun iki ədəd kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulma sına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bu ərəfədə o, atası Məhkum2la həmrəy olduğunu nümayiş etdirərək bir qrup şəxs halında öz üstünlüklərini nümayiş etdirmək məqsədilə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozmaqla Zərərçəkmiş şəxs1 hücum edərək sonuncunu qollarından tutub özünü müdafiə etmək müqavimətini sındırmasından istifadə edərək, Məhkum2 Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə bıçaqla vuraraq ona hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan gövdənin arxa səthinin döş və qarın boşluqlarına nüfuz edən ağ ciyəri və diafraqmanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 öldürmək n iyyətini başa çatdırmaq məqsədilə bıçaqla sonuncuya yenə də zərbə vurmaq istəyərkən, həmin vaxt oraya gələn Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 qardaşının Məhkum2 tərəfindən bıçaqla vurulduğunu görərək Məhkum2 cinayətkar hərəkətinə mane olmaqla qardaşı Zərərçəkmiş şəxs1 öldürülməsinə yönəlmiş qəsddən xilas etmək istədiyi zaman Məhkum2 öz cinayət əməlini davam etdirərək ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 onları görməsini və Zərərçəkmiş şəxs1 xüsusi əzab verdiyini dərk edərək və bunu arzu edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 bir dəfə baş nahiyəsindən vuraraq ona alın sümüyünün sınığı və baş beyin əzilməsi ilə müşayiət olunan başın sol alın-gicgah nahiyəsinin kəllə boşluğun a nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin bıçağın tiyəsinin uc hissəsi qırılaraq Zərərçəkmiş şəxs2 alın nahiyəsində qaldığından, Zərərçəkmiş şəxs1 həmin an özünə məxsus avtomaşından götürdüyü beysbol dəyənəyi ilə özünü və qardaşını aktiv müdafiə etdiyinə, hadisə baş vermiş yerin ətrafına çox sayda adam toplaşdığına və Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 xəstəxanada vaxtında ixtisaslı tibbi yardım göstərildiyinə görə, Məhkum1 atası Məhkum2la birlikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə yönəlmiş cinayət əməllərini başa çatdıra bilməyərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş və bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Kamran Əkbərov) 31 yanvar 2020-ci il tarixli, 1(103)-100/2020 nömrəli qərarı ilə verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Tahir Kazımov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Ələsgər Novruzov) 07 yanvar 2022ci il ta rixli, 1(102)-80/2022 nömrəli qərarı ilə Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmiş, kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Ziya Şirinov) 19 may 2022-ci il tarixli, 1(103)-603/2022 saylı hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum1 əməlində Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 221.2.1-ci maddələrinin tərkibi olmadığından ona həmin maddələrlə bəraət verilmiş, Məhkum2 əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli tutulduğu, 25 sentyabr 2018-ci il tarixdən hesablanmış, məhkum edilmiş şəxs Məhkum2 və onun müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti, o cümlədən, digər Müdafiəçi4 Babakişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəqiqləşdirilməsinə dair ərizə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Məhkum2 tərəfindən törədilən cinayət əməlini tövsif edərkən zərərçəkmiş şəxslərin ifadələrinə istinad edərək bu nəticəyə gəlmişdir ki, Məhkum2 zərərçəkmiş şəxsləri qəsdən həyatdan məhrumetmə niyyəti mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəh d yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayətin tör ədilməsi üsuluna nəzər saldıqda xəsarətlərin bıçaqla yetirildiyini görürük. Bıçaqla yetirilən xəsarətlərin həyati təhlükə yaratması danılmazdır. Belə ki, əgər şəxs bıçaqla həyati vacib orqanlara xəsarət yetirirsə, yetirdiyi xəsarətin ictimai təhlükəli nəticələrinin necə ola biləcəyini qabaqcadan görür və bunu dərk edir. Bu halda zərərçəkmiş şəxsin sonradan tibb müəssisəsinə çatdırılması, yaxud aktiv müqavimətlə əlaqədar təqsirləndirilən şəxsin öz niyyətini həyata keçirə bilməməsi cinayət əməlinin subyektiv tərəfini dəyişmir. Çünki cinayətin subyektiv tərəfi qabaqcadan formalaşmış, cinayətin obyektiv tərəfinin realizəsinə qədər mövcud olan, təqsirkarın törətdiyi əmələ psixi münasibətidir. Bu baxımdan məhz xəsarətlər yetirilən anda təqsirkarın əməlinə psixi münasibəti önəm daşıyır, nəticələr in baş verib- verməyəcəyi əməlin subyektiv tərəfindən kənarda baş verən proseslərdir. Yetirilən bədən xəsarətlərinin sayı və lokalizasiyası da işdə mühüm əhəmiyyət daşıyır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 baş nahiyəsindən, Zərərçəkmiş şəxs1 isə döş və qarın boşluqlarına nüfuz edən ağ ciyəri və diafraqmanı zədələyən deşilmiş-kəsilmiş yara xəsarətləri almışdır. Hər iki nahiyə həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnmə riski yüksəkdir. Belə xəsarətlərin yetirilməsi də təbii olaraq təqsirkarın qəsdən adam öldürməyə yönəlmiş niyyətindən xəbər verir. Apellyasiya instansiyası məhkəməsi təqsirkarın hadisədən sonrakı davranışını da düzgün şərh etməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs qismində birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki,... O, başa düşmüşdür ki, özünü müdafiə etməsə Mübarizlə Ruslan onları öldürə bilər. Buna görə dərhal ayağa qalxmışdır ki, Mübariz onu yenə də bıçaqla vurmağa çatmasın. Ayağa qalxıb ondan təxminən 3 metr aralıda olan maşınına tərəf qaçmış və maşınından aliminium materialdan olan beysbol dəyənəyini götürüb, Mübarizin bıçaq olan sağ əlini vurmaq istəmişdir ki, bıçaq əlindən düşsün. Lakin, Mübariz özünü müdafiə etmək üçün sol qolunu qaldırıb saxladığından zərbələr onun sol qoluna dəymişdir. Bir neçə saniyə sonra o, dayanmış, Mübarizlə Ruslan da müqaviməti görüb oradan uzaqlaşmışlar. O, əynindəki maykanı çıxarmış, yoldan keçən tanımadığı bir şəxs mayka ilə onun xəsarət olan qolunu bağlamış, sonra o, Eltən və qohumu Elnur onun maşınına əyləşmişlər, Elnur ma şını idarə etmiş və onlar xəstəxanaya getmişlər. Orada o, əməliyyat olunduqdan sonra bilmişdir ki, Eltənin də başına bıçaq zərbəsi vurulmuş, bıçağın tiyəsi isə qırılıb başında qalmışdır. Sonradan Eltəndən öyrənmişdir ki, Mübarizin onun kürəyindən bıçaq zərbəsi vurduğunu görüb Eltən dərhal onlara tərəf qaçmış, Mübariz həmin zərbənin ardından ikinci zərbəni ona vurmaq istəyərkən Eltən Mübarizi tutmaq istəmiş, bu zaman isə Mübariz Eltənin başından bıçaq zərbəsi vurmuşdur. Həmin an Eltən hadisə yerinə özünü çatdırmasaymış Mübariz onu bıçaqla vurub öldürəcəkmiş. İfadələrdən görünür ki, Məhkum2 kənardan müdaxilənin olmadığı halda zərərçəkmiş şəxslərə daha bir neçə bıçaq zərbəsi yetirməklə qəsdən adamöldürməyə yönəlmiş niyyətini başa çatdıracaqmış. Həmçinin Zərərçəkmiş şəxs1 dəyənəklə özünü və qa rdaşını müdafiə etməsi zərərçəkmiş şəxsə niyyətini yerinə yetirməyə imkan verməmişdir. Bundan başqa məhkəmə kollegiyası əməldə CM-in qəsdən adam öldürmə cinayətinin olmasını qəbul etməməklə yanaşı, CM-in 126-cı maddəsinin yalnız 126.2.1-ci maddəsi ilə (iki və daha artıq şəxsə qarşı qəsdən sağlamlığa zərər vurma) təqsirli bilib ittiham hökmü çıxarmaqda haqlı olmamış, törədilmiş cinayət əməlində CM-in digər tövsifedici əlamətlərinin – xuliqanlıq niyyəti ilə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıq kimi əlamətlərin mövcudluğuna əhəmiyyət verməmişdir. Məhkəmənin mülahizəsinə görə, Məhkum2 Elçin və Zərərçəkmiş şəxs2lar qardaşlarını xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməyə cəhd etməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Məhkəmə iş üzrə bu nəticəyə gələrək Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 6-cı bəndində göstərilən tövsiyələri nəzərə alaraq və təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid2 və Şahid4 ifadələrinə əsaslanaraq qeyd etmişdir ki, cinayət hadisəsi zərər çəkmiş tərəfin təşəbbüsü əsasında yaranmış və davam etmiş münaqişəli vəziyyətin yüksələn xətlə inkişafı prosesində baş vermişdir. Məhkəmənin gəldiyi bu nəticəsi əsassız olmaqla cinayət işinin faktiki materialları ilə ziddiyyətli olmuşdur. Məhkəmə qərarlarından görünür ki, bu nəticəyə gəlməsi üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid2 və Şahid4 ifadələrinə əsa slanaraq qeyd etmişdir ki, cinayət hadisəsi zərər çəkmiş tərəfin təşəbbüsü əsasında yaranmış və davam etmişdir. Lakin məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cinayət hadisəsi ilə bağlı təqsirləndirilən şəxslərə münasibətdə təşəbbüsünün hansı ifadələrdə və ya hərəkətlərdə ifadə olunmasını hökmdə əsaslandırmamışdır. Məhkəmə Zərərçəkmiş şəxs1 baş vermiş hadisənin törədilməsində təşəbbüskarı olmasını əsaslandırmağa çalışmış, yəni zərər çəkmiş şəxsin mübahisəni qızışdırmasını, Şahid2 Şahid3 sifət nahiyəsinə yumruqla zərbə endirdikdən sonra məsələnin daha da alovlanacağını başa düşən Zərərçəkmiş şəxs1 onları aralamasını hökmdə qeyd etsə də, lakin ittihamın təqdim etdiyi sübutlardan, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid2 və Şahid4 ifadələrindən görünür ki, cinayət hadisəsi zərər çəkmiş şəxslər yox, məhz təqsirləndirilən şəxslərin qanunsuz hərəkətləri nəticəsində başlanılmış, yəni Məhkum2 hər hansı bir səbəb olmadan bıçaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qol nahiyəsindən vurması, Məhkum1 isə atasına kömək edərək Zərərçəkmiş şəxs1la dalaşma zamanı qollarından tutaraq onun müqavimətini qırması nəticəsində Məhkum2 bıçaqla arxadan Nümayəndə kürəyindən, qardaşın köməyinə gələn Nümayəndə isə başından xəsarət yetirməsi kimi işin faktiki halları iş üzrə bu nəticələrə gəlməsi üçün əsas vermişdir. Məhkəmənin gəldiyi iş üzrə bu nəticələr işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. Cinayət işinin materialları ilə təkzibedilməz surətdə müəyyən olunur ki, cinayət hadisəsi yaşayış binalarının və “Tut ağacı” kafesinin yaxınlığında baş vermiş, hadisə y erinə kifayət qədər insanların toplaşmasına, ətrafda yaşayanların istirahətinin pozulmasına səbəb olmuş, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər törətmişlər. Qeyd edildiyi kimi, 2 avqust 2018-ci il tarixdə münaqişə zərər çəkmiş şəxs Nümayəndə təşəbbüsü ilə yox, təqsirli şəxslər Məhkum2 və onun oğlu Məhkum1 tərəfindən başlanıldığından onların əməli xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd kimi tövsif edilməli, həmçinin cinayət hadisəsi yaşayış binalarının və “Tut ağacı” kafesinin yaxınlığında baş verməsi, hadisə yerinə kifayət qədər insanların toplaşması, ətrafda yaşayanların istirahətinin pozulmasına səbəb olması, ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər etdiyinə görə onun əməlləri cinayətlərin məcmusu üzrə CM-in 29,120.2.2 və 221-ci maddələri ilə tövsif edilməlidir. İbtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutları əsas götürərək və göstərilən Plenum qərarının tövsiyələrini nəzərə alaraq əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin törətdikləri əməlləri həmçinin CM-in 29,120.2.2 və 221ci maddələri ilə tövsif edilməlidir. Bundan əlavə, məhkəmənin Məhkum2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etməsi ittihamının da məhkəmədə öz təsdiqini tapmaması barədə nəticəsi də əsassız olmuşdur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 Məhkum2 tərəfindən bıçaqla vurulduğunu görərək onun cinayətkar hərəkətin ə mane olmaqla qardaşı Zərərçəkmiş şəxs1 öldürülməsinə yönəlmiş qəsddən xilas edərkən, Məhkum2 öz cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 onları görməsini və ona xüsusi əzab verdiyini dərk edib arzu edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 bir dəfə baş nahiyəsindən vuraraq onun sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Göründüyü kimi, Məhkum2 seçdiyi üsulun zərər çəkmiş şəxsə, onun qardaşına xüsusi iztirab yetirdiyini dərk etmiş və şüurlu surətdə buna yol vermiş, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunmuş, belə olan halda zərər çə kmiş şəxs Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 Məhkum2 tərəfindən bıçaqla vurularaq baş nahiyəsindən xəsarət almasının görməsi bu cinayət əməlinin tövsifi üçün əhəmiyyət kəsb etmir və ibtidai istintaq orqanı tərəfindən Məhkum2 və həmin cinayət əməlinin törətməsində onunla birlikdə iştirak edən Məhkum1 hərəkətlərini düzgün olaraq CM-in 29,120.2.4-cü maddəsi ilə tövsif etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası əsassız olaraq təqsirkarı ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar verilmiş ittiham üzrə də təqsirli bilməmişdir. İş materialları ilə birmənalı surətdə təsdiq olunur ki, Məhkum2 əvvəlcə Zərərçəkmiş şəxs1 bıçaqla ağır dərəcəli bədən xəsarətləri yetirmiş, daha sonra hadisə yerinə gələn və Məhkum2 tərəfindən törədilən qəsdən adam öldürmə cinayətinin qarşısına almağa çalışan Zərərçəkmiş şəxs2 da ağır dərəcəli bədən xəsarəti yetirməklə ona qarşı ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar cinayət əməlini törətmişdir. Bakı Apellyasiya Məhkəməsi bu xüsusatı təkzib edərkən “Zərərçəkmiş şəxs2 hadisə yerində olması və oraya ittihamda göstərildiyi kimi sonradan gəlmədiyi Zərərçəkmiş şəxs2 öz ifadəsi və iş materialları ilə təsdiq olunmasına” istinad etmiş, lakin xüsusi amansızlıq əlamətinin Zərərçəkmiş şəxs2 hadisə yerinə sonradan gəlməsi yaxud əvvəldən orada olması ilə deyil, Zərərçəkmiş şəxs1 gözü qarşısında Zərərçəkmiş şəxs2 xəsarət yetirilməsi ilə əlaqədar verilməsini “unutmuşdur”. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi kifayət qədər əsaslar olmasına baxmayaraq Məhkum2 əməlini CM-in 126.2.1-ci maddəsi ilə tövsif etmiş, CM-in 221.3-cü maddəsi ilə bəraət verm işdir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsi Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qanuni qüvvədə olan qərarının olmasına baxmayaraq (Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarı Məhkum2 barəsində ləğv edilmişdir) Məhkum1 barəsində araşdırma aparmış və yeni qərar qəbul etməklə cinayət qanunu normalarını pozmuşdur. Məhkəmənin sərgilədiyi mövqe cinayət prosessual qanunvericiliyin sadalanan normaları ilə yanaşı hüquqi müəyyənlik, “res judicata,” preyudisiallıq prinsipləri ilə də ziddiyyət təşkil edir. Göründüyü kimi şəxsin barəsində qanuni qüvvədə olan qərar olduğu halda, məhkəmə kollegiyası Məhkum1 barəsində araşdırma aparmaqla barəsində qanuni qüvvəy ə minmiş qərar olan şəxsi təkrar cinayət təqibinə məruz qoymaqla hüquqlarını pozmuş, həmçinin yeni qərar qəbul etməklə hüquqi müəyyənlik prinsipini pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə a ktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum1 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 221.2.1-ci maddələri ilə bəraət verilməsinin, Məhkum2 isə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə bəraət verilməsinin, onun əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddəsindən həmin Məcəllənin 126.2.1ci maddəsinə tövsif edilməklə həmin maddə ilə barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Belə ki, kassasiya protestində qeyd edilir ki, məhkum zərərçəkmiş şəxsləri öldürmək məqsədi ilə onlara bıçaq xəsarətləri yetirmişdir. Bu hərəkətləri Məhkum2 oğlu Məhkum1la bir qrup şəxs halında (120.2.1-ci mad.), xuliqanlıq niyyəti ilə (120.2.2-ci mad.), zərərçəkmiş şəxsin ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar (120.2.3-cü mad.), zərərçəkmiş şəxsin yaxın qohumu gözü qabağında, yəni xüsusi amansızlıqla (120.2.4-cü mad.) və iki şəxsə qarşı (120.2.7-ci mad.) törətmiş, lakin məhkumun iradəsindən asılı olmayan səbəblərdən zərərçəkmiş şəxslərin ölümü baş verməmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Həmin əməlin bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, zərərçəkmiş şəxsin ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar, iki şəxsə və ya daha çox şəxsə qarşı törədilməsi CM-in 120-ci maddəsində ağırlaşdırıcı tövsifedici əlamətlər qismində nəzərdə tutulur və əməlin müvafiq olaraq CM-in 120.2.1,120.2.2, 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə tövsif edilməsinə əsas olur. Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həm birbaşa, həm dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CM -in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir, lakin zərərçəkmiş şəxsin ölümü onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə nəzərdə tutulmuş əməl isə qəsdən sağlamlığına ağır zərər vurmasından ibarət olur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasında ifadə olunursa, həmin cinayət əməlini qəs dən sağlamlığa ağır zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hal larının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi qanun tələblərinə görə əməlin düzgün tövsif edilməsi və şəxsin konkret cinayət əməlinin törədilməsində təqsirli olunmasına dair ittiham hökmünün çıxarılması üçün onun törətdiyi əməldə həmin cinayətin bütün əlamətlərinin olması məhkəmə iclasında qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən edilməli, məhkəmənin gəldiyi nəticə hökmdə əsaslandırılmalıdır. İstintaq orqanı Məhkum1 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 221.2.1-ci maddələri ilə, Məhkum2 isə CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirli olma larını təsdiq etmək üçün məhkəməyə onların ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişdir ki, Məhkum1 əməlində ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətlərin əlamətləri yoxdur, Məhkum2 əməli isə Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsinin tərkibi yaradır. Cinayət işindən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Məhkum1 bəraət verilməsi və Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə bəraət verib onun əməllərinin CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələrindən həmin Məcəllənin 126.2. 1-ci maddəsinə tövsif edərək, həmin maddə ilə təqsirli bilinməsinə dair nəticəyə gələrkən istintaq orqanının topladığı sübutları məhkəmə iclasında tədqiq etmiş və onları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlamış və qiymətləndirmişdir. Məhkəmə kollegiyası işin hallarına və iş üzrə toplanmış sübutlara nəzər salıb nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin Məhkum1 və Məhkum2 barələrində çıxarılmış hökmü qanuni və əsaslıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər Məhkum2 tərəfindən onlara bıçaq zərbələrinin yetirilməsi nəticəsində vurulmuşdur. Məhkum2 həmin cinayət əməllərini tək törətmiş, Məhkum1 onunla birlikdə həmin cinayət əməlinin törətməsinə dəlalət edən heç bir hal müəyyən edilməmiş dir. İstintaq orqanının zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmuş əməllərin Məhkum2 və Məhkum1 tərəfindən birgə, yəni bir qrup şəxs tərəfindən törədilməsi barədə gəldiyi nəticə sübutlara əsaslanmır və işin hallarına uyğun gəlmir. Məhkum2 zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulmasına səbəb olan əməllərin xuliqanlıq niyyəti ilə törətməsinə dair ittihamın gəldiyi nəticə də işin halları ilə uzlaşmır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, zərərçəkmiş şəxslər Elçin və Zərərçəkmiş şəxs2ların Məhkum2 oğlu Ruslanla mübahisələri olmuş və onlar Ruslanı və qohumu Şahid3 bir gün əvvəl hədələmiş və döymüşlər. Bunun nəticəsində Şahid3 bədən xəsarəti almışdır. Bu barədə Məhkum2 məlumatı olmuş və zərərçəkmişlər tərəfindən oğlu Rusla nı və qohumu Elnuru növbəti dəfə münasibətlərin aydınlaşdırılması üçün görüşə çağırılması ilə əlaqədar məhkumun və zərərçəkmiş şəxslərin arasında mübahisə baş vermiş və məhkum tərəfindən zərərçəkmiş şəxslərə qarşı cinayət əməlləri törətmişdir. Göründüyü kimi Məhkum2 cinayət əməli onunla zərərçəkmiş şəxslər arasında olan şəxsi münasibətlər zəminində törətmiş və onun cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilmiş kimi qiymətləndirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlay ışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. İş üzrə zərərçəkmiş şəxslərin ifadələrindən aydın olur ki, X5 Rüstəmova bıçaqla xəsarəti o, qardaşı Zərərçəkmiş şəxs1 müdafiə etməyə çalışarkən yetirmişdir. Dalaşma zamanı Məhkum2 üstünə gələn şəxsə xəsarət yetirməsinin xüsusi amansızlıq kimi qiymətləndirilməsi anlaşılan deyil. Bununla yanaşı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Məhkum2 verdikləri ifadələrdən görünür ki, Məhkum2 Zərərçəkmiş şəxs2 tanımamış və onun Zərərçəkmiş şəxs1 qardaşı olduğunu bilməmişdir. Bu da Məhkum2 əməlində xüsusi amansızlığın olmasını istisna edir. Bundan başqa zərərçəkmiş şəxslərin özlərinin hadisənin baş verməsi barədə ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs1 Məhkum2 onun qardaşını vurmasını deyil, sa dəcə başından qan gəldiyini görmüşdür. İşin bu halları Məhkum2 Zərərçəkmiş şəxs2 xəsarəti Zərərçəkmiş şəxs1 əzab və ya işgəncə vermək məqsədi ilə törətməsinə dair nəticəyə gəlməyə əsas vermir. İstintaq orqanı Məhkum2 Zərərçəkmiş şəxs2 qarşı törətdiyi əmələ münasibətdə onun ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi qənaətinə gəlsə də, məhkəmə istintaqı zamanı bu xüsusat öz təsdiqini tapmamışdır. Belə ki, istintaq orqanının gəldiyi qənaətə görə Zərərçəkmiş şəxs2 Məhkum2 qardaşı Zərərçəkmiş şəxs1 bıçaqla vurmasını görüb hadisə yerinə gəlmış və Məhkum2 hərəkətlərinə mane etmişdir. Məhkum2 isə ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 bıçaqla baş nahiyəsindən vurmuşdur. Halbuki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 hadisə zamanı orada olmuş və qardaşı Zərərçəkmiş şəxs1la birlikdə mübahisədə iştirak etmişdir. Apellyasiya baxışı zamanı da verilmiş suala cavab olaraq Zərərçəkmiş şəxs2 hadisə baş verən vaxtdan hadisə yerində olduğunu, oraya sonradan gəlmədiyini göstərmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-in 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 hadisə yerində olması onun öz ifadəsi və iş materialları ilə təsdiq olunmuş, ibtidai istintaq orqanının Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Məhkum2 tərəfindən onun sağlamlığına ağır zərər vurulmasına dair gəldiyi nəticə sübutlara əsaslanmır və işin halları ilə uzlaşmır. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək niyyətinin olması və zərərçəkmiş şəxslərə bıçaq zərbələrinin məhz onları öldürmək məqsədi ilə vurması, lakin məhkumun iradəsindən asılı olmayan səbəblərdə öz cinayət niyyətinə çata bilməməsi müəyyən olunmur. Belə ki, işin hallarından görünür ki, məhkumun zərərçəkmiş şəxslərə bıçaq xəsarətləri yetirdikdən sonra onlara yenidən biçaq zərbələri yetirmək yolu ilə onları öldürməyə real imkanı olmuş, lakin məhkum öz hərəkətləri dayandırmış və zərərçəkmiş şəxslərdən uzaqlaşmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum2 göstərmi şdir ki, onun zərərçəkmişləri öldürmək niyyəti olmamışdır. Məhkumun bu ifadəsi işin hallarına uyğun gəlir və hər hansı bir mötəbər sübutla təkzib olunmur. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum2 zərərçəkmiş şəxslərə sağlamlığına ağır zərər vurulmasına səbəb olan xəsarətlərin yetirilməsinə baxmayaraq, onları öldürmək niyyətində olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirərkən onun bu əməlləri bir qrup şəxs halında, xuliqanlıq niyyəti, xüsusi amansızlıq və Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar törətməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından, onun iki şəxs in sağlamlığına qəsdən ağır zərər vurması öz təsdiqini tapdığından onun əməlləri Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələrindən Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsinə tövsif edilməsi, Məhkum1 isə Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə bəraət verilməsi əsaslı və qanuna uyğun olmuşdur. Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi, Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə verilmiş ittihama münasibətdə isə məhkəmə kollegiyası işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək,nəticəyə gəlir ki, onların əməlləri CM-in 221-ci maddəsinin cinayət tərkibini yaratmır. Məhkəmə kollegiyası cinayət işi üzrə məhkum edilmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 02 avqust 2018-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir və aşağıdakıları qeyd etməyi zəruri sayır. Zərərçəkmiş şəxslər Elçin və Zərərçəkmiş şəxs2ların Məhkum2 oğlu Ruslanla mübahisələri olmuşdur. Zərərçəkmiş şəxslər həm Məhkum1, həm onu qohumu Şahid3 hədələmiş və döymüşlər. Zərərçəkmiş şəxslər öz hərəkətləri Məhkum1 və Şahid3 qarşı davam etdikləri ilə əlaqədar Ruslanın atası Məhkum2 zərərçəkmiş şəxslərlə mübahisə etmiş və onlara qarşı hökmdə təsvir olunmuş zorakı hərəkə tlər törətmişdir. Lakin ibtidai istintaq orqanı və işə baxan birinci instansiya məhkəməsi qeyd olunan xüsusatların üstündən keçərək, həmin hallara heç bir münasibət bildirmədən, həmin halların nə zərərçəkmiş şəxslərin, nə də hər hansı şahid ifadələri və ya digər sübutla təkzib edilmədiyi halda nəyə əsasən Mübariz və Məhkum1 əməllərində xuliqanlıq cinayətinin tərkibinin olması qənaətinə gəlməsini əsaslandıra bilməmişdir. Halbuki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hər əkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndinə əsasən tövsiyə edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar ar asında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətləri ndən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, nə ibtidai istintaq orqanı, nə işə baxan birinci instansiya məhkəməsi Mübariz və Məhkum1 xuliqanlıq cinayəti üzrə təqsirli bilərkən onların ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onların hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək Məhkum2 müvafiq əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü, Məhkum1 müvafiq əməlini isə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif etmişlər. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndinə əsasən CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. İşin hallarından müəyyən olunur ki, məhkum edilmiş şəxsin əməli ittihamda göstərildiyi kimi heç bir əsaslı səbəb olmadan deyil, zərərçəkmiş şəxslərin Məhkum2 oğlu Ruslanla mübahisələri ilə əlaqədar törədilmiş, məhkumun həmin hərəkətləri törədərkən ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən, o cümlədən bu pozuntunun nədə ifadə olunduğunu göstərən konkret hallar nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara məhkum edilmiş şəxslərə irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət təqibi üzrə toplanmış sübutların məcmusunun ittihamın həlli üçün onların kifayət etməsi baxımında qiymət verərək hesab edir ki, Məhkum2 və Məhkum1 ittiham olu nduqları cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-in 397.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in 358.3-cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı bir neçə təqsirləndirilən şəxs barəsində çıxarıldıqda, həmin yekun qərar barəsində apellyasiya qaydasında protest və ya şikayət verilməmiş şəxsə münasibətdə və yalnız ona aid hissədə bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Qanunun yuxarıda qeyd edilən normalarından aydın görünür ki, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində qanuni qüvvəyə minmiş hökm olan digər şəxsin xeyrinə yekun qərar qəbul edilməlidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 barəsində olan ittiham hökmünün qanuni qüvvəyə minməsindən sonra ona bəraət verilməsinin qanunsuz olmasına dair kassasiya protestinin dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, işin halları müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməsi ni nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum1 təqsirinin sübuta yetirilməməsini, habelə Məhkum2 əməlinin tövsifini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 və Məhkum1 barələrində hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi di gər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hökmünü düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla r azılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar