Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-129/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2024-cü il tarixli 1(103)-1233/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Cavid Hüseynov (sədrlik edən və məruzəçi), Eldar İsmayılov və Səbuhi Hüseynov) 23 fevral 2024-cü il tarixli, 1(101)748/2024 nömrəli hökmü ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10, mənzil 16 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzası nı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 3,198 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın ərazisinə daşımış, Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyya taxtarış tədbiri nəticəsində Məhkum 13 mart 2023-cü il tarixdə saat 23:00-da ünvan 1 ünvanın qarşısında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqların birində saat 01:25-dən etibarən Məhkum üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdar ümumi təmiz çəkisi 3,198 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 16 iyul 2 024-cü il tarixli 1(103)-1233/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024cü il tarixli, 1(101)-748/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli CM-in 234.1-1ci maddəsinə tövsif edilmiş və ona CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Məhkum tərəfinədn verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2024-cü il tarixli 1(103)-1233/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlə t ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Kassator hesab edir ki, qərar qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən və törədilmiş əməlin tövsifində səhvə yol verdiyindən, həmin qərar ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Qərar qəbul edərkən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, onun ifadələrini cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, sonda Məhkum na rkotik vasitəni satış məqsədilə əldə etməsinə dair ibtidai istintaq zamanı toplanmış kifayət qədər sübutların məcmusuna düzgün hüquqi qiymət verməyərək yanlış nəticəyə gəlmişdir. Halbuki, cinayət işinin materiallarında onun işin halları ilə bağlı ibtidai istintaq zamanı toplanmış sübutlar, məhkəmə-kimyəvi, məhkəmə-bioloji və narkoloji ekspertizalarının rəyləri, baxış və götürmə haqqında protokollar, onun istifadəsində olmuş mobil telefona baxış keçirilməsi protokolu və digər sənədlər və təkzibolunmaz sübutlarla Məhkum əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibi olması tam sübuta yetirilmişdir. Əməliyyat xarakterli sənədlərlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum barəsində daxil olmuş əməliyyat məlumatları onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə olmuşdur. Apellyasiya məhkəməsi Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini öz istifadəsi üçün üzərində gəzdirdiyi qənaətinə gəlsə də, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin miqdarını nəzərə almamış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin çəkisi 3,198 qram təşkil etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqın da” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Siyahıdan görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə olan heroinin, o cümlədən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarı 0,15 qramdan, marixunanın miqdarı 5 qramdan artıq, külli miqdarı isə 2 qram və ondan artıq həddə müəyyən olunmuşdur. Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinonun şəxsi istehlak miqdarından 21 dəfə artıq olması sonuncu tərəfindən narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. İş materialları ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum polis tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalıb-qalmaması fa ktları araşdırılmış, həmin xüsusat öz təsdiqini tapmamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum narkotik vasitənin satışı ilə məşğul olmaması və şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsi özünü müdafiə xarakterli olub qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, məhkəmə qeyd olunan hala tənqidi yanaşmamışdır. Məhkəmə 16 iyul 2024-cü il tarixli qərarında qeyd etmişdir ki, Məhkum hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmiş, iş üçün əhəmiyyətli ola biləcək, o cümlədən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı konkret məlumat əldə edilməmişdir. Məhkəmənin qərarında istinad etdi yi əsaslarla bağlı qeyd olunmalıdır ki, şəxsin narkotik vasitəni satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun yalnız hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsi, hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Narkotik vasitəni əldə etmiş şəxsin istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq külli miqdarda narkotik vasitə heroini əldə edilməsi mümkündür və istisna edilmir. Bundan başqa, kollegiya nəzərə almamışdır ki, CM-nin 234.4.3-cü maddəsində nəzərə tutulan cinayət əməli formal tərkibli cinayətdir və narkotik vasitənin əldə edildiyi, saxlanıldığı, yaxud maddənin dispozisiyasındakı hərəkətlərin hər hansı birinin edildiyi andan başa çatmış sayılır, yəni, burada onun istehlakçını sonradan, yaxud əvvəlcədən tapması, öncədən avadanlıq hazırlamaması əməlin tövsifi üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi b irinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.11-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini n dispozisiyalarından göründüyü kimi, həmin maddələrlə nəzərdə tutulmuş əməlləri fərqləndirən əlamətlər “satma” və ya “satış məqsədi”dir. Bu əlamətlər olmadıqda, külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz əldəetmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə bağlı hərəkətlər CM-in 234.1-1-ci maddəsinə əsasən tövsif edilir. Əgər həmin əlamətlər mövcuddursa, həmin hərəkətlər CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsin ə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Hal hazırda iş üzrə sübutlar əsasında müəyyən edilmiş və kassasiya protesti ilə mübahisə edilməyən hallar ondan ibarətdir ki, Məhkum naməlum mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir bükümdə külli miqdar 3,198 qram narkotik vasitə heroini əldə etmiş həmin narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərində aşkar edilmişdir. Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadədə göstərmişdir ki, o, üzərində aşkar olunan narkotik vasitə olan heroini öz istifadəsi üçün almışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmur və aldığı narkotik vasitə olan heroini satmaq niyyətində olmamışdır. Məhkum məhkəmə istintaqında da eyni cür ifadə vermişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən nəticəyə gəlmişlər ki, Məhkum tərəfindən 3,198 qram narkotik vasitə olan heroinin əldə edilməsi və saxlanması cinayət işi üzrə sübutlarla təsdiq edilsə də, onun bu əməli narkotik vasitə olan heroini satmaq məqsədi ilə törətməsi təsdiq olunmur. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq qeyd edir ki, həmin sübutlar Məhkum 3,198 qram narkotik vasitə olan heroinin satmaq məqsədini müəyyən etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsdən aşkar edilm iş narkotik vasitənin miqdarına münasibət bildirərək qeyd edir ki, heroinin 3,198 qram olması həmin narkotik vasitəni istifadə edən Məhkum onu əldə etməsi, saxlaması və daşımasının mütləq satış məqsədi daşıdığını sübut edən müstəsna hal kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmələr haqlı olaraq belə nəticəyə gəlmişlər ki, məhkumun narkotik vasitəni satmaq niyyətində olub-olmadığını müəyyən etmək üçün yalnız onun miqdarı deyil, belə niyyətini təsdiq edən məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satılmasını hazırlamaq üçün məhkum tərəfindən müəyyən hərəkətlərin edilməsi, onda bunun üçün müvafiq avadanlığın aşkar edilməsi və işin digər halları nəzərə alınmalıdır. 14 mart 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Məhkum üzərindən narkotik vasitə olan heroinin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də onun tərəfindən psixotrop maddənin xırda bükümlərə ayrılması və ya psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Məhkum barəsində cinayət təqibi başlanan andan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, habelə məhkəmə icraatı zamanı verdiyi bütün izahat və ifadələrdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirmişdir. Həmçinin məhkumun hər hansı bir şəxslə narkotik vasitənin və psixotrop maddənin satılması barədə razılığa gəlməsi və ya digər bir üsulu ilə buna cəhd etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittih am hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İşə baxan apellyasiya instansiyası məhkəməsi Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib nəticəyə gəlmişlər ki, məhkumun 3,198 qram narkotik vasitə olan heroini qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edilmiş, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun gəlmir və toplanmış sübutlara təsdiq olunmur. Apellyasiya məhkəməsinin sübutları cinayət-prosessual qanunvericiliyinə, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqı nda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarına uyğun yoxlamasını və qiymətləndirməsini nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, məhkumun narkotik vasitəni satmaq niyyəti cinayət işində olan sübutlarla təsdiq olunmur. Ona görə də məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsi barədə kassasiya protestinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı və birinci instansiya məhkəməısi təqsirləndirilən şəxs Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehti mallara əsaslanmış, işə baxan apellyasiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmadığı barədə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının kassasiya protestində göstərilən dəlillərə görə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protest təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2024-cü il tarixli 1(103)-1233/2024 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2024-cü il tarixli 1(103)-1233/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-129/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-129/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver