Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1290/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsini n 14 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi H.Ə.Xəlilov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, ünvan 1 ünvanın da qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3,682 qram çəkidə narkotik vasitə heroini əldə edərək həmin heroini iki ədəd bükümə bölüb üzərində saxlamaqla qanunsuz olaraq ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 10 radə lərində yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və adı çəkilən idarədə saat 12:00dan keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli gödəkçənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə ayrılıqda çəkiləri 1,755 qram və 1,927 qram olan ümumilikdə külli miqdarda – 3,682 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 15 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə də yişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi H.Ə.Xəlilov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsin cinayət əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona ən aşağı həddə cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Əsasən Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edən müdafiəçi H.Ə.Xəlilov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Rasm Balayevin üzərində şəxsi axtarış və götürmə keçirilərkən aparılmış videoçəkilişdə əksini tapmış danışıqlardan və görüntüdən də görünür ki, hüquqlarını müdafiə etdiyi şəxsin üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,755 qram və 1,927 qram olan heroinin bir bükümü Məhkum tərəfindən istifadə edilmiş və büküm içərisində ancaq onun yanmış forması qalmışdır. Bükümlərdən biri istifadə edilmiş yararsız olan narkotik vasitənin qalıqları olduğundan Məhkum qarşı yalnız bir bükümdə olan heroini əldə edərək üzərində saxlamasına görə ittiham irəli sürülməli idi, həmin bükümdə olan narkotik vasitənin miqdarı isə 2 qramdan çox olmadığı üçün bu miqdar külli miqdar təşkil etməmişdir. Müdafiəçinin mövqeyinə görə, belə olan halda Məhkum külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edərək saxlamasına və daş ımasına görə təqsirli bilinməsi tamamilə əsassız olmuşdur. Buna görə, kassasiya şikayətinin müəllifi hesab edir ki, Məhkum əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və ona bu maddə əsasında ədalətli cəza təyin edilmləlidir. Qeyd olunanları nəzərə alaraq H.Ə.Xəlilov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli iclasına təyin edilmiş və həmin şikayətə baxılmazdan əvvəl məhkəmə iclasında iştirak edən Məhkum ərizə ilə məhkəmə kollegyasına müraciət edərək müdafiəçisi H.Ə.Xəlilov tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum məhkəmə iclasında etdiyi çıxışında həmçinin bildirmişdir ki, bu ərizəni o, hər hansı təsir və təzyiq altında yazmamış, ərizədə göstərilənlər onun özünün iradə ifadəsidir və buna görə müraciətinin təmin olunmasını xahiş edir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdr ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinay ət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə onun özünün, müdafiəçisi H.Ə.Xəlilovun və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi H.Ə.Xəlilov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1290/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1290/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver