Məhkəmə qərarları › İş №1(102)-1290/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1290/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1290/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum1 və onun müdafiəçisi Nərminə Rəşad qızı Məmmədovanın, Məhkum2 müdafiəçisi Müdafiə çi3 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(107)-356/2023 nömrəli qərarından Məhkum2 müdafiəçisi X3 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X.M.Məmmədov (sədrlik edən), N.N.Mirzəyev və B.M.Məmmədov) 10 avqust 2023-cü il tarixli 1(091)-159/2023 nömrəli hökmü ilə xx xxxx 1984-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,144.3 və 170.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 9 ay 7 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ucar rayonunun Bərgüşad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 29,144.2.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablanmış; xx xx xxxx 1985-ci ildə Beyləqan rayonunun Əlinəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə 2 ay 18 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Beyləqan rayonunun Orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 29,144.2.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına m əhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə görə təqsirləndirilən şəxs Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin iradəsinə zidd hərəkətlər edərək adam oğurlamağa cəhd etmişdir. Belə ki, Məhkum1 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində evlənmək niyyəti ilə həmkəndlisi, xx xxxxxx 1998-ci ildə doğulmuş Zərərçəkmiş şəxs onun iradəsinə zidd oğurlamaq məqsədi ilə tanışı Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Ucar rayonunun Bərgüşad kəndində yerləşən evin həyətyanı bağ sahəsinə daxil olaraq gizlənib, həmin tarixdə saat 20 radələrində Zərərçəkmiş şəx s evin həyətyanı bağ sahəsində yerləşən sanitar qovşağa tərəf gəldiyini görərək sanitar qovşağın içərisinə keçib onun ağız nahiyəsini və saçlarını əlləri ilə tutaraq iradəsindən kənar surətdə zorla oradan çıxarıb qabaqcadan əlbir olduğu Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs sol tərəf alt çənənin qançırı və şişkinliyi, sol çənəaltı nahiyənin, hər iki əlin arxa səthinin çoxsaylı sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, sonuncunu oğurlamaq üçün iradəsinə zidd olan bilavasitə cinayət törətməyə yönəlmiş bütün hərəkətləri edib, Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən zorla çıxarıb Ucar rayonunun Bərgüşad kənd sakini Şahid1 yaşadığı evin arxa hissəsində saxladığı “Kia Rio” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına aparıb avtomobilə əyləşdirərkən Şahid1 səs-küyə həyətə çıxaraq ona müdaxilə etməsi səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə əməllərini başa çatdıra bilməyərək adam oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin iradəsinə zidd hərəkətlər edərək adam oğurlamağa cəhd etmişdir. Belə ki, Məhkum2 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində evlənmək niyyəti ilə həmkəndlisi, xx xxxxxx 1998-ci ildə doğulmuş Zərərçəkmiş şəxs onun iradəsinə zidd oğurlamaq məqsədi olan Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Ucar rayonunun Bərgüşad kəndində yerləşən evin həyətyanı bağ sahəsinə daxil olaraq gizlənib, həmin tarixdə saat 20 radələrində Zərərçəkmiş ş əxs evin həyətyanı bağ sahəsində yerləşən sanitar qovşağa tərəf gəldiyini görərək Məhkum1 sanitar qovşağın içərisinə keçib onun ağız nahiyəsini və saçlarını əlləri ilə tutaraq iradəsindən kənar surətdə zorla oradan çıxardıqdan sonra onunla birlikdə Zərərçəkmiş şəxs sol tərəf alt çənənin qançırı və şişkinliyi, sol çənəaltı nahiyənin, hər iki əlin arxa səthinin çoxsaylı sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, sonuncunu oğurlamaq üçün iradəsinə zidd olan bilavasitə cinayət törətməyə yönəlmiş bütün hərəkətləri edib, Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən zorla çıxarıb Ucar rayonunun Bərgüşad kənd sakini Şahid1 yaşadığı evin arxa hissəsində saxladığı “Kia Rio” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına aparıb av tomobilə əyləşdirərkən sonuncunun səs-küyə həyətə çıxaraq ona müdaxilə etməsi səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə əməllərini başa çatdıra bilməyərək adam oğurlamağa cəhd etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Xəqani Səmədov və İmanverdi Şükürov) 11 oktyabr 2023-cü il tarixli, 1(107)-356/2023 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 1(091)-159/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum2, təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum2 müdafiəçisi X3 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətləri verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 1(107)-356/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi X3 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 və Məhkum1 barəsində qəbul edilmiş qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası CM-in 144-cü maddənin qeyd hissəsində əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslərə münasibətdə birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən istinad edilmiş maddəsinin qeyd hissəsində göstərilənləri tətbiq etməməklə səhv nəticəyə gəlmiş, qeyd edilmiş maddi hüquq normanı düzgün tətbiq etməmişdir. Belə ki, aparılan məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum2 Məhkum1 evlənmək məqsədi ilə qaçırmaq istədiyi qızın onunla gətməyə razılığı olmaması onlara hadisə yerində məlum olmuş, bununla bağlı onların aralarında qabaqcadan əlbir olub bir qrup şəxs halında həmin cinayət əməli törətməsi öz təsdiqini tapmamış, daha sonra isə Məhkum1 qızın onunla gətmək istəməməsinə əmin olduqdan sonra öz iradəsi ilə qızı buraxması və sair hallar hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi qəbul edilməli idi. Lakin birinci və ikinci instansiya məhkəmələri bu həqiqəti qəbul etməmiş, hətta iş üzrə zərərçəkmiş Zə rərçəkmiş şəxs istər ibtidai istintaqda verdiyi notariat qaydasında təsdiq edilmiş ərizəsi və ifadəsi, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir tələbin olmadığını bildirməsinə də əhəmiyyət verilməmişdir. Cinayət işinin materialları və məhkəmə araşdırmaları zamanı qeyd edilmiş hallar öz təstiqini tapmış olsa da, məhkəmə həmin hallara düzgün hüquqi qiymət verməmiş, Məhkum2 ilə Məhkum1 iradələrindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs oğurlamağa cəhd etmələrinə dair cinayət əməli təsdiq olunduğuna dair əsassız nəticəyə gəlmiş, qərarda təqsirləndirilən şəxslərin iradəsindən asılı olmayan səbəblərin (Şahid1 sadəcə iradını bildirmiş,heç bir hərəkəti ilə müdaxilə etməmişdir) nədə ifadə olunmasına dair heç bir hala istinad edilməmişdir. Hadisə yerinə səs-küyə gəlmiş Şahid1 onların bu hərəkətlərinə iradını bildirərək bu hərəkətlərə görə həbs oluna biləcəklərini bildirmiş, Məhkum1 isə qızın onunla getmək istəmədiyini görüb onu qaçırmaqdan vaz keçərək buraxmışdır. Bundan başqa Şahid1lə aralarında heç bir mübahisə, zərərçəkmiş şəxsin onların əlindən almaq istəməsi və ya aparmalarına müdaxilə etməsi kimi hərəkətləri olmamışdır. Apellyasiya instansiya məhkəməsi iş üzrə təqsirləndirilən şəxslərin aralarında təqsirli bilindikləri maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olub həmin cinayət əməlini törədilməsi bağlı razılığın olmamasına, Məhkum2 yalnız hadisə yerində zərərçəkmişin digər təqsirləndirilən şəxslə evlənmək məqsədinə könüllü gətmək istəmədiyi müəyyən edilməsi nə, təyin edilmiş cəzanın həddindən artıq ağır olmasına əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, ye ni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr məhkumların törətdikləri adam oğurluğu cinayət əməlinə görə oğurlanmış adamı könüllü olaraq azad etdiklərinə görə onlar cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməli olduğu halda onların barələrində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarmış və məhkumlara həddən artıq ağır cəza təyin etmişdir. Məhkəmə koll egiyası kassasiya şikayətlərinin bu dəlillərinə münasibət bildirərək qeyd edir ki, adam oğurluğuna görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 144-cü maddəsində nəzərdə tutulur. Həmin cinayət əməlinin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi CM-in 144.2.3-cü maddəsində ağırlaşdırıcı tövsifedici hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 29-cü maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət t ərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarından görünür ki, məhkəmələr işin hallarını məhkumların, zərərçəkmiş şəxsin və Şahid1 ifadələri və digər sübutlar əsasında müəyyən etmişdir. Məhkəmələr həmin sübutları cinayət-prosessual qanunvericiliyinin bütün tələblərinə tam uyğun olaraq məhkəm ə iclasında tədqiq etmiş və qiymətləndirmişdir. Həmin sübutlarla məhkumların onlara qarşı irəli sürülmüş ittihamda qeyd edilən hərəkətlərin törətmələri, yəni qabaqcadan əlbir olub bilavasitə adam oğurluğuna yönəldilmiş əməllərin qəsdən törətmələri tam təsdiq olunmuşdur. Həmçinin həmin sübutlarla müəyyən olunmuşdur ki, məhkumlar öz cinayət əməlləri öz iradəsində asılı olmayan səbəblərə görə - Şahid1 hərəkətləri nəticəsində başa çatdıra bilməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar nəticəyə gəlir ki, işə baxan məhkəmələr məhkumların əməllərini düzgün olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğuna cəhd kimi Azərbaycan Respublikası CM-in 29,144.2.3-cü maddəsi tövsif etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumların cinayət əməllərinin törədilməsində qabaqcadan əlbirlik olmaması barədə dəlili də əsaslı hesab etmir. Belə ki, müdafiə tərəfi kassasiya şikayətinin bu dəlilini məhkumların ifadələri ilə əsaslandırır. Məhkumlar ifadələrində göstərmişlər ki, Ramin Məmmədov yalnız hadisə vaxtı bilmişdir ki, zərərçəkmiş şəxs Məhkum1la evlənmək istəmir və sonuncu Zərərçəkmiş şəxs zorla aparır. Bununla əlaqədar Ramin Məmmədov hadisə vaxtı Məhkum1 irad bildirərək onunla mübahisə etmiş və yalnız Məhkum1 xahişinə əsasən zərərçəkmişi zorla aparılmasında Məhkum1 kömək etməyə başlamışdır. Məhkəmələr məhkumların bu ifadələrini işin hallarına uyğun gəlmədiyindən və zərərçəkmiş şəxsin ifadələri ilə təkzib olunduğundan həqiqətə uyğun gəlməyən, məhkumların öz vəziyyətini yüngülləşdirmək məqsədi ilə verdiyi ifadə kimi qiymətləndirmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkumlar Məhkum2 və Məhkum1 qabaqcadan əlbirliyin olmamasına dair ifadələrini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların həmin ifadələri işin hallarına uyğun olmadığı və iş üzrə digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, məhkumlar ona qarşı törətdikləri zorakılıq əməlləri razılaşdırılmış və bir-biri ilə uzlaşan olmuşdur. Həmin hərəkətlərin törədilməsi ilə əlaqədar məhkum lar arasında heç bir mübahisə olmamış, ilk vaxtdan hər iki məhkum onun zorla aparılması üçün birgə hərəkətlər etmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum2 və Məhkum1 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumların qabaqcadan əlbir olmamaları barədə dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübu tların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini də əsassız sayır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göründüyü kimi, məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 29, 144.2.3-cü maddəsi ilə təqsirli olmaları tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətlərinin digər dəlili müdafiə tərəfinin sözlərinə görə evlənmək üçün qaçırdıqları (qanunvericiliyə əsasən oğurladıqları) Zərərçəkmiş şəxs ailəsinə verdiklərinə görə onlar Azərbaycan Respublikası CM-in 144-cü maddəsinin Qeyd hissəsinə əsasən təqsirli bilindikləri əmələ görə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 144-cü maddəsinin Qeyd hissəsinə əsasən əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. İş üzrə məhkumların, zərərçəkmiş şəxsin və şa hidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, məhkumlar Zərərçəkmiş şəxs zorla avtomobilin yanına qətirib avtomobilə zorla əyləşdirmək istəyən zaman sonuncunun səs-küy salması səbəbindən Şahid1 və ailə üzvləri oraya gəlmiş, Şahid1 polis çağıracağını deyərək Zərərçəkmiş şəxs buraxılmasını demişdir. Məhz bundan sonra məhkumlar zərərçəkmiş şəxsi buraxmışlar. Məhkumlar birinci instansiya məhkəməsində verdikləri ifadələrdə hətta göstərmişlər ki, Şahid1 və ailə üzvləri avtomobili mühasirəyə almış, Məhkum2 əlavə olaraq göstərmişdir ki, onların əllərində bel və balta olmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs da məhkəmədə verdiyi ifadədə göstərmişdir ki, Şahid1 onun məhkumların əlindən almış və evə aparmışdır. Məhkəmələr yuxarıda qeyd edilən sübutlara qiymət verərək düzgün nəticəyə gəlmişlər ki, t əqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs könüllü şəkildə deyil, öz iradələrindən asılı olmayan səbəblərə görə oğurlaya bilmədikləri üçün onların cinayət məsuliyyətindən azad olunmaları istisna olunur və qeyd olunanlara əsasən törədilmiş cinayət əməllərinə görə onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmələr məhkumlar Məhkum2 və Məhkum1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 65-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 və Məhkum1 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(107)356/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 29,144.2.3-cü maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(107)-356/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar