Məhkəmə qərarları › İş №1(102)-1290/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1290/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1290/2025 08.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs 2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs 1-in və onun müdafiəçisi Osmanlı Cavidan İntiqam oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər 1 və 2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Xüsusi ittiham qaydasında şikayət vermiş məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 1-in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 147.2-ci maddəsi və xüsusi ittiham qaydasında şikayət vermiş2-nin eyni Məcəllənin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-657/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə qeyd edilən şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.

3. Bu qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs apellyasiya şikayəti ver ərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-657/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarının ləğv edilərək, tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-657/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarının ləğv edilməsi və şikayətin icraata qəbul edilməsi məsələsinə baxılması üçün xüsusi ittiham qaydasında verilmiş şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarı ndan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər 1 və 2 birgə kassasiya şikayəti vermişlər. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

6. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər kassasiya şikayətində qeyd etmişlər ki, xüsusi ittihamçının şikayətinin heç bir əsası yoxdur. Birinci instansiya məhkəməsi düzgün olaraq işin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsinin gəldiyi mövqenin əsaslandırılması üçün Azərbaycan Respublikası CPM-nin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrinə istinad edilsə də, bunun heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarının l əğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)657/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilir.

7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

8. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM” və “CPM”) 419-cu maddəsi müəyyən edir.

9. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

10. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyi şdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

12. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər birgə verdikləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində təsbit olunmuş əsaslardan hər hansı birinə istinad etməsələr də, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)427/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

13. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Res publikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

14. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

15. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

16. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, kassasiya şikayətinin müəllifləri apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmirlər, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmırlar.

17. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq dolğun əsaslandırma və ətraflı cavablandırma verilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin hazırda qald ırdığı dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

19. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı n əticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

20. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyini qanuni və əsaslı yanaşma kimi qəbul edərək, həmin qərarın ləğv edilməsinə əsas verə biləcək – Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birini müəyyən etmir.

21. Müvafiq olaraq, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər 1 və 2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarı dəyişd irilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlər əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər 1 və 2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-427/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar