Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1291/2019 06.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 192.2.1, 213.1, 247 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2019-cu il tarixli qərarından Ali Məhkəmənin sədri tərəfindən verilmiş təqdimata, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X25) Təqsirləndirilən şəxs- 03.04.1961-ci il tarixdə ******** şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 192.2.1, 213.1, 247 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 192.2.1-ci mаddəsi ilə 02 (iki) il müddətinə а zаdlıqdаn məhrum еtmə, CM-nin 213.1-ci mаddəsi ilə, dövlət оrqаnlаrındа və yеrli özünüidаrə оrqаnlаrındа 01 (bir) il müddətinə məsul vəzifə tutmаq hüququndаn məhrum еdilməklə, 01 (bir) il müddətinə аzаdlıqdаn məhrum еtmə, CM-nin 247-ci mаddəsi ilə dövlət оrqаnlаrındа və yеrli özünüidаrə оrqаnlаrındаn 02 (iki) il müddətinə məsul vəzifə tutmаq hüququndаn məhrum еdilməklə, 02 (iki) il 06 (аltı) аy müddətinə аzаdlıqdаn məhrum еtmə, CM-nin 308.2-ci mаddəsi ilə dövlət оrqаnlаrındа və yеrli özünüidаrə оrqаnlаrındа 02 (iki) il müddətinə məsul vəzifə tutmаq hüququndаn məhrum еdilməklə, 04 (dörd) il müddətinə аzаdlıqdаn məhrum еtmə cəzаlarınа, CM-nin 66.2 və 66.4-cü mаddələrinə əsаsən cəzаlаrı qismən tоplаmаq yоlu ilə qəti оlаrаq, dövlət оrqаnlаrındа və yеrli özünüidаrə оrqаnlаrıdа 02 (iki) il 06 (а ltı) аy müddətinə məsul vəzifə tutmаq hüququndаn məhrum еdilməklə, 06 (аltı) il müddətinə аzаdlıqdаn məhrum еtmə cəzаsınа, ümumi rеjimli cəzаçəkmə müəssisəsində çəkməklə məhkum еdilmişdir. Cəzаçəkmə müddətinin bаşlаnğıcı 06.06.2018-ci il tаriхdən hеsаblаnmışdır. Mülki iddiа təmin еdilərək, mülki cаvаbdеh Əliyеv Nəcməddin Mikаyıl оğlundаn mədən vеrgisi 38.870 (оtuz səkkiz min səkkiz yüz yеtmiş) mаnаt аlınаrаq, Göyçаy rаyоnu Cəyirli Bələdiyyəsinin büdcəsinə və vеrgilərin dövlət büdcəsinə ödənilməməsi nəticəsində vurulаn ziyаn 5.164,84 (bеş min bir yüz аltmış dörd mаnаt səksən dörd qəpik) mаnаt pul аlınаrаq, dövlət büdcəsinə kеçirilməsi; "xxxx" MMC-nin mülkiyyətində olan ** *** dövlət nömrə nişanlı “Kamaz 5320” markalı (buraxılış ili 1989, ban nöm: KABİNA1093728) avtomaşın, ** *** dövlət nö mrə nişanlı “Qaz 330232 288 Yük” markalı (buraxılış ili 2010, ban nöm:330230A0120835) avtomaşın, ***** dövlət nömrə nişanlı “Kamaz 43253” markalı (ili 2008, ban nöm: KABİNA2081384) avtomaşın, ***** dövlət nömrə nişanlı “DONG GENG DFL 3258A3” markalı (buraxılış ili 2012, şassi nöm: LGAX4DD32C3806775) avtomaşın, **** dövlət nömrə nişanlı “Kamaz 5511” markalı buraxılış ili 1989, ban nöm: KABİNA1311326) avtomaşın, ** *** dövlət nömrə nişanlı “SHACMAN SX3314DT366” markalı (buraxılış ili 2012, şassi nöm: LZGJRDT65CX036272) avtomaşın, ***** dövlət nömrə nişanlı “CHEVROLET AVEO” markalı (buraxılış ili 2012, ban nöm: KL1TA69F9CB145060) avtomaşın, ***** dövlət nömrə nişanlı “MERCEDES BENZ E200” markalı (buraxılış ili 2011, ban nöm: WDD2120481A446351) avtomaşın ********************* kəndində yerləşən 6,0 ha torpaq sahəsinin; Təqsirləndirilən şəxs mülkiyyətində olan ** *** dövlət nömrə nişanlı “TOYOTA-LANDCRUİSER-PRADO” markalı (buraxılış ili 2014, ban EBX3FJ40K171565) avtomaşın, ünvan 2 ünvanında qeyri-yaşayış binası, ünvan 3 ünvanında yerləşən ****** nömrəli mənzil dövlət nəfinə müsadirə edilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, lisenziyalaşdırma şərtlərini pozmaqla, habelə lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub dövlətə külli miqdarda ziyan vurmuş, sənayedə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi müəyyən edilmiş qaydaları pozması ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs kimi qabaqcadan razılaş madan digər vəzifəli şəxslərlə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmuş və xeyli miqdarda vergiləri dövlət və bələdiyyə büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər departamentinin Kommersiya Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsində 06.03.2012-ci ildə qeydiyyata alınmış "xxxx" MMC-də 01.08.2012-ci il tarixli əmək müqaviləsinə əsasən 14.07.2016-cı il tarixədək qum-çınqıl istismar sahəsinin müdiri vəzifəsində işləyərkən istismar sahəsinə faktiki olaraq təkbaşına cari rəhbərlik edərək təşkilati-sə rəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, həmçinin 01.09.2016cı il tarixdən isə hüquqi şəxs yaratmadan öz adından (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən 15.12.1992-ci il tarixli “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının təmin edilməsi, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq vəzifələrinin icrasına məsul şəxs kimi kommersiya fəaliyyətinin həyata keçirilməsi və inşaat-tikinti materiallarının istehsalı ilə əlaqədar özü və təmsil etdiyi cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib " xxxx" MMC-yə Göyçay rayon İcra Hakimiyyəti başçısının 30.05.2012-ci il tarixli 47 saylı sərəncamına əsasən “Göyçay” qum-çınqıl yatağında ayrılmış 10,0 ha torpaq sahəsində Fövqəladə Hallar Nazirliyinin X9 Görülməsi və X16 Agentliyi tərəfindən dağ-mədən işləri və dağ-buruq qazmalarının aparılmasına dair verilmiş 29.06.2012-ci il tarixli FHN/40-00735 nömrəli lisenziya, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş 12.06.2012-ci il tarixli 00581 nömrəli və 23.08.2017-ci il tarixli 00996 nömrəli “Dağ-Mədən ayırması akt” larına əsasən 01.08.2012-ci ildən 14.07.2016-cı il tarixədək istismar işlərini həyata keçirərkən lisenziyalaşdırma şərtlərini pozaraq, 01.09.2016-cı il tarixdən 07.11.2017-ci il tarixədək isə fiziki şəxs kimi həmin sənədlərdən qanunsuz i stifadə edərək “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi tələblərinə əməl etməyib, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirməli, lisenziya, “Dağ-mədən ayırması aktı” və “Dağ-mədən işlərinin inkişaf planı”nın yenidən rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə müraciət etməli olduğu halda bunu qəsdən etməyərək lisenziyasız yataq ərazisində sahibka rlıq fəaliyyətini davam etdirərək 12.06.2012, 07.04.2014, 11.09.2015, 15.09.2016 və 23.08.2017-ci il tarixlərdə razılaşdırılmış “Dağ-mədən işlərinin inkişaf” planında göstərilmiş və icazə verilən 5 (beş) metr dərinlikdən aşağı səviyyədə qazıntı və yataq ayırma hüdudundan kənarda 01.08.2012-ci ildən 07.11.2017-ci il tarixədək qanunsuz istismar işləri aparmaqla 288000 m3 həcmində qarışıq süxur götürərək emal edib dövlətə və təbiətə külli miqdarda, yəni 950.400 (doqquz yüz əlli min dörd yüz) manat məbləğində ziyan vurmuş, habelə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək müəssisənin qanunsuz fəaliyyətini 01.08.2012-ci ildən 14.07.2016-cı il tarixədək davam etdirməsi istismar işlərinin aparıldığı Göyçay çayının məcrasındakı torpaq sahəsinin kəskin eroziyaya məruz qalması, çay yatağında yarğanlar əmələ gəlməsi və ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpaolunmaz nəticələrə, insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dö vlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vurmuş, eləcə də, vəzifəli şəxs kimi qabaqcadan razılaşmadan digər vəzifəli şəxslərlə - "xxxx" MMC-nin direktoru X11, "xxxx" ASC-nin Göyçay qum-çınqıl filialının müdiri X12, "xxxx" MMC-nin direktoru X8, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X19, fiziki şəxs X20 və digərləri ilə bir qrup şəxs halında karxananın fəaliyyətinə rəhbərlik edən şəxs kimi, həmçinin 15.12.1992-ci il tarixli “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən vəzifəli şəxs kimi kommersiya fəaliyyətinin həyata keçirilməsi və inşaat-tikinti materiallarının istehsalı ilə əlaqədar özü və təmsil etdiyi cəmiyyət üç ün qanunsuz üstünlük əldə etmək məqsədilə qanunla ona verilmiş səlahiyyətlərdən öz qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi tələblərinə əməl etməyərək “Dağ-mədən işlərinin inkişaf” planında göstərilmiş və icazə verilən 5 (beş) metr dərinlikdən aşağı səviyyədə qazıntı və yataqayırma hüdudundan kənarda qanunsuz istismar işləri aparmaqla özünün və digərlərinin əməlinin ictimai təhlükəli olduğunu, yəni etdiyi hərəkətlərin Göyçay çayının məcrasındakı torpaq sahəsinin kəsk in eroziyaya məruz qalması, çay yatağında yarğanlar əmələ gəlməsi və ərazinin ekoloji tarazlığının pozulması, çay yatağında dərinləşməyə səbəb olmasını, qeyd olunan şəxslərlə eyni vaxtda qazıntı işlərinin aparılması ilə körpünün yuxarı və aşağı axarlarında çay dibinin süni dərinləşdirilməsi və qazılması ilə meyilliliyin və suyun sürətinin artmasına və bunun nəticəsində Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində yerləşən dəmir-beton konstruksiyalı körpünün dayanıqlığına təhlükə yaratdığını dərk etməsinə, hərəkətləri nəticəsində ictimai təhlükəli nəticələr baş verə biləcəyini qabaqcadan görməsinə baxmayaraq, qeyd edilən hərəkətlərə şüurlu surətdə yol verib qanunsuz olaraq 21.02.2008-ci ildən 05.07.2017-ci il tarixədək yataqdan xam material götürülməsini davam etdirməklə həmin körpünün kənar dayağının konusunun, su səmtləşdirici qurğusunda svay özülünün kənar dayağının konusunun və sahil bərkitmə qurğularının yuyulmasına, dayaq konstruksiyalarının istismara yararsız vəziyyətə düşməsinə və 02.06.2018-ci il tarixdə yanaşma yolunun dağılmasına səbəb olmaqla dövlətə 3.033.000 (üç milyon otuz üç min) manat ziyan vurulması, 22.06.2018-ci il tarixədək “M4 Bakı-Şamaxı-Yevlax magistral yolu”nun bağlanması, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, bundan əlavə fərdi sahibkar kimi Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olaraq (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini n əzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda 16.09.2016-cı il tarixdən 01.10.2017-ci il tarixədək istehsal etdiyi 38870,0 m3 tikinti qumuna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 216.2ci maddəsinə əsasən 38870,0 (otuz səkkiz min səkkiz yüz yetmiş) manat mədən vergisini Göyçay rayonu Cəyirli bələdiyyəsinin büdcəsinə, habelə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə 2016-cı il üzrə 900,38 (doqquz yüz manat, otuz səkkiz qəpik) manat, 2017-ci il üzrə 1249,02 (bir min iki yüz qırx doqquz manat iki qəpik) manat olmaqla, cəmi 2149,40 (iki min bir yüz qırx doqquz man at qırx qəpik) manat sadələşdirilmiş verginin azaldılması, 2017-ci il üzrə 119,28 (bir yüz on doqquz manat iyirmi səkkiz qəpik) manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin azaldılması, 2017-ci il üzrə 2895,80 (iki min səkkiz yüz doxsan beş manat səksən qəpik) manat əlavə dəyər vergisinin azaldılması ilə cəmi 5164,84 (beş min yüz altmış dörd manat səksən dörd qəpik) manat vergini dövlət büdcəsinə, ümumilikdə 44034,84 (qırx dörd min otuz dörd manat səksən dörd qəpik) manat, yəni xeyli miqdarda vergiləri bələdiyyə və dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmündən təqsirləndirilən şəxs X4 müdafiəçisi X21, təqsirləndirilən şəxs X13 müdafiəçisi X22 və Təqsirləndirilən şəxs müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şi kayətləri üzrə işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X23 və X2 ibarət tərkibdə) 07 may 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmiş, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq, barəsində CM-in 73-2.1-ci maddəsi tətbiq olunmuş və o, CM-in 213.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə görə cinayət məsuliyyətindən azad edilmiş və CPM-in 39.1.11, 43.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs bar əsində ona qarşı CM-in 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə xitam verilmişdir. Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1, 213.1, 247 və 308.2-ci maddələri sırasından CM-in 213.1-ci maddəsi və bu maddə ilə təyin olunmuş cəza xaric edilmiş, Həmin hökmlə ona CM-in 192.2.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsı, CM-in 247-ci mаddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə dövlət оrqаnlаrındа və yеrli özünüidаrə оrqаnlаrındа məsul vəzifə tutmаq hüququndаn məhrum еdilməklə 2 (iki) il 6 (аltı) аy müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsı və CM-in 308.2-ci mаddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə dövlət оrqаnlаrındа və yеrli özünüidаrə оrqаnlаrındа məsul vəzifə tutmаq hüququndаn məhrum еdilməklə 4 (dörd) il müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsı CM-in 66.2 və 66.4-cü mаddələrinə əsаsən qismən tоplаnmаqla, üzərində qəti оlаrаq 2 il 6 ay müddətə dövlət оrqаnlаrındа və yеrli özünüidаrə оrqаnlаrındа məsul vəzifə tutmаq hüququndаn məhrum еdilməklə 5 (beş) il 6 (аltı) ay müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsı saxlanmışdır. Təqsirləndirilən şəxs təyin edilən 5 (beş) il 6 (аltı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından onun 06 iyun 2018-ci il tarixdən bu günədək (07 may 2019-cu il tarixədək) həbsdə olduğu 11 (on bir) ay 1 (bir) gün çıxılandan sonra üzərində qalan 04 (dörd) il 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmək lə, 03 (üç) il sınаq müddəti ilə şərti hesаb edilmişdir. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Sınaq müddətinin əvvəli 07 may 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmu ş ziyanla əlaqədar üzərinə həbs qoyulmuş əmlaklara–ekspertiza rəylərinə əsasən 17.000 manat dəyərində qiymətləndirilmiş ** JT *** dövlət qeydiyyat nişanlı “KAMAZ 5320” markalı (buraxılış ili 1989, ban nömrəsi: KABİNA1093728), 19.000 manat dəyərində qiymətləndirilmiş ***** dövlət qeydiyyat nişanlı “QAZ 330232 288 Yük” markalı (buraxılış ili 2010, ban nömrəsi: 330230A0120835), 25.000 manat dəyərində qiymətləndirilmiş ** *** dövlət qeydiyyat nişanlı “KAMAZ 43253” markalı (buraxılış ili 2008, ban nömrəsi: KABİNA-2081384), 40.000 manat dəyərində qiymətləndirilmiş **** dövlət qeydiyyat nişanlı “DONG GENG DFL 3258A3” markalı (buraxılış ili 2012, şassi nömrəsi: LGAX4DD32C3806775), 13.000 manat dəyərində qiymətləndirilmiş **** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” markalı (buraxılış ili 1989, ban n ömrəsi: KABİNA-1311326), 48.000 manat dəyərində qiymətləndirilmiş ** *** dövlət qeydiyyat nişanlı “SHACMAN SX3314DT366” markalı (buraxılış ili 2012, şassi nömrəsi: LZGJRDT65CX036272), 11.500 manat dəyərində qiymətləndirilmiş ** *** dövlət qeydiyyat nişanlı “CHEVROLET AVEO” markalı (buraxılış ili 2012, ban nömrəsi: KLİTA69F9CB145060), 32.000 manat dəyərində qiymətləndirilmiş ***** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200” markalı (buraxılış ili 2011, ban nömrəsi: WDD2120481A446351), 80.000 manat dəyərində qiymətləndirilmiş ***** dövlət qeydiyyat nişanlı “TOYOTA-LAND-CRUİSER-PRADO” markalı (buraxılış ili 2014, ban EBX3FJ40K171565) avtomaşınlara; 300.000 manat dəyərində qiymətləndirilmiş Göyçay rayonu ********* kəndində yerləşən 6,0 ha torpaq sahəsinə; 468.000 manat dəyərində qiymətləndir ilmiş ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına və 340.000 manat dəyərində qiymətləndirilmiş ünvan 5 ünvanında yerləşən 37 nömrəli mənzilə – ümumilikdə 1.393.500,0 manat məbləğində qiymətləndirilmiş əmlaklara cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi hesabına tutma yönəldilməsi qərara alınmışdır. Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmündən «Şahid1 mülkiyyətində olan ***** dövlət qeydiyyat nişanlı “CHEVROLET AVEO” markalı (buraxılış ili 2012, ban nömrəsi: KLİTA69F9CB145060) və **** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200” markalı (buraxılış ili 2011, ban nömrəsi: WDD2120481A446351) avtomaşınların həbsdən azad edilməsi» barədə müddəalar xaric edilsin. Həmin avtomaşınların üzərinə həbs qoyulması bərpa edilmişdir. Təqsirləndirilən şəxs məxsus Göyçay şəhə ri ********************** nömrəli mənzili üzərinə qoyulmuş həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyana daxil edilən 5.164,84 manat məbləğində dövlət vergilərinin və 38.870,0 manat məbləğində yerli verginin (mədən vergisinin) tam ödənilməsi nəzərə alınaraq, Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmündən “mülki iddianın təmin edilməsi; mülki cavabdeh Təqsirləndirilən şəxs mədən vergisi - 38.870,0 (otuz səkkiz min səkkiz yüz yetmiş) manatın alınaraq Göyçay rayonu *********** bələdiyyəsinin büdcəsinə və vergilərin dövlət büdcəsinə ödənilməməsi nəticəsində vurulan ziyan - 5.164,84 manatın (beş min bir yüz altmış dörd manat 84 qəpik) alınaraq dövlət büdcəsinə ödənilməsi” barədə müddəalar xaric edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 07 may 2019-cu il tarixli qərarından Ali Məhkəmənin sədri tərəfindən təqdimat, dövlət ittihamçısı tərəfindən kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Təqdimatın, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Ali Məhkəmənin sədri tərəfindən verilmiş təqdimatda göstərilir ki, iş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrindən görünür ki, “CHEVROLET AVEO” markalı (buraxılış ili 2012, ban nömrəsi: KLİTA69F9CB145060) və “MERCEDES BENZ E200” markalı (buraxılış ili 2011, ban nömrəsi: WDD2120481A446351) avtomaşınlar Şahid1 tərəfindən alqı-satqı müqavilələrinə əsasən əldə edilmiş və həmin avtomaşınlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsində müvafiq olaraq **--*** və * *-*** dövlət nömrə nişanları ilə Şahid1 adına qeydiyyata alınaraq bu haqda ona 21 aprel 2018-ci il tarixdə AD seriyalı 241824 nömrəli, 30 may 2018-ci il tarixdə isə AD seriyalı 263771 nömrəli texniki pasportlar verilmişdir. Şahid1 həmin avtomaşınları cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına alması, bunun nəticəsində onun tərəfindən daşınar əmlaka mülkiyyət hüququnu əldə etməsi ilə bağlı hər hansı qanun pozuntusuna yol verilməsi, onun hazırki iş üzrə məhkum olunmuş şəxslərlə cinayət əlaqəsinə girməklə onların ittiham olunduqları cinayətlərin törədilməsində və ya bu cinayətlərin törədilməsi nəticəsində zərərin vurulmasında iştirak etməsi, habelə göstərilən nəqliyyat vasitələrinin alqı-satqısı və qeydiyyata alınması ilə bağlı işdə olan sənədlərin saxtalaşdırılması müəyyən edilməmişd ir. Bütün bunlara baxmayraq ibtidai araşdırma zamanı Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: hakim V.N.Məmmədov) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilərək "xxxx" MMC-nin və təqsirləndirilən Təqsirləndirilən şəxs mülkiyyətlərində olan əmlaklarla yanaşı həmçinin Şahid1 xüsusi mülkiyyətində olan ***** dövlət qeydiyyat nişanlı “CHEVROLET AVEO” markalı (buraxılış ili 2012, ban nömrəsi: KLİTA69F9CB145060) və ***** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200” markalı (buraxılış ili 2011, ban nömrəsi: WDD2120481A446351) avtomaşınların da üzərinə həbs qoyulmuşdur. Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə həmin avtomaşınların üzərindən həbsin götürülməsinə baxmayaraq apellyasiya ins tansiyası məhkəməsi bu daşınar əmlaka dair yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. İşin hallarından isə görünür ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq Şahid1 əldə etdiyi avtomaşınların qanuni mülkiyyətçisi olmaması haqda nəticəyə gəlmək, bununla da mübahisəli nəqliyyat vasitəsinin alqı-satqısı haqqında müqavilələrin və qeydiyyata alınmasına dair sənədlərin etibarsız hesab edilməsi üçün heç bir əsas olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin 07 may 2019-cu il tarixli qərarından görünür ki, məhkəmə özü də belə nəticəyə gəlməmiş və avtomaşınların üzərində həbsin bərpa edilərək bu avtomaşınların iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs vurduğu zərərin ödənilməsinə yönəldilməsini Azərbaycan Respublikası CPM-nin 248.2-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Azərbayc an Respublikası CPM-nin 248.2-ci maddəsinə əsasən, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Bu normaya istinad edən apellyasiya instansiyası məhkəməsi əvvəla nəzərə almamışdır ki, Şahid1 mübahisəli avtomaşınları cinayət əməlinin törədilməsi nəticəsində yox, qanuni yolla bağlanmış alqı-satqı müqavilələrinə əsasən qanuni yolla əldə etmiş, onun hər hansı cinayət əməli törətməsi və hansısa fiziki və ya hüquqi şəxslərə, habelə dövlətə maddi zərər vurması müəyyən edilməmişdir. Buna baxmayaraq, Şahid1 hansı səbəbdən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində vurlmuş zərərə görə maddi məsuliyyət daşmalı olmasını apellyasiya instansiyası məhkəməsi öz qə rarında əsaslandırmamışdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Şahid1 xüsusi mülkiyyətində olan **** dövlət qeydiyyat nişanlı “CHEVROLET AVEO” markalı (buraxılış ili 2012, ban nömrəsi: KLİTA69F9CB145060) və *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200” markalı (buraxılış ili 2011, ban nömrəsi: WDD2120481A446351) avtomaşınların üzərində həbsin bərpa edilməsi nəticəsində sonuncunun Azərbaycan Respublikasının Konstitusiyası ilə, beynəlxalq müqavilələrlə və digər qanunvericilik aktları ilə qorunan mülkiyyət hüququ pozulmuş, yəni 07 may 2019-cu il tarixli qərar onun mənafeyinə toxunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və d övlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. X10 Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2019-cu il tarixli qərarının ***** dövlət qeydiyyat nişanlı “CHEVROLET AVEO” markalı və **** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200” markalı avtomaşınların üzərində həbsin bərpa edilməsi hissəsində ləğv edilməsi və cinayət işinin bu hissədə yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, "xxxx" MMC və Təqsirləndirilən şəxs məxsus üzərinə həbs qoyulmuş, ümumilikdə 1.393.500,0 manat qiymətləndirilən əmlaklar hesabına Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli nəticəsində ətraf mühitə və dövlətə dəymiş 950.400 manat miqdarında ziyanın əvəzi tamamilə, körpünün qəzalı vəziyyətə gətirilməsi ilə əlaqədar ziyanın əvəzi isə 443.100 manat məbləğində ödənilir. Nəticədə Təqsirləndirilən şəxs üzərində 227.193 manat məbləğində (ümumi ziyanın 13,6%-i miqdarda) körpüyə aid ödənilməmiş ziyan qalmış olur. Məhkəmə Təqsirləndirilə n şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını şərti hesab edərkən, onun vurulmuş zərəri ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ətraf mühitə və dövlətə, habelə yerli özünüidarə orqanına (bələdiyyəyə) cəmi 1.664.728,00 manat (o cümlədən çayın məcrasından qanunsuz olaraq qum-çmqıl xammalının daşınması ilə 950.400 manat, körpünün qəzalı vəziyyətə gətirilməsi ilə 670.293 manat, vergilərdən yayınma ilə 44.035 manat) miqdarında ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən yalnız ziyana daxil edilən 44.035 manat məbləğində vergi borcları apellyasiya icraatı zamanı ödənilsə də, Şəki Apellyasiya Məhkəməsi tərəfindən üzərinə həbs qoyunlmuş "xxxx" MMC və Təqsirləndirilən şəxs məxsus üzərinə həbs qoyulmuş əmlakları n qiymətləndirilməsi aparılmış, həmin əmlakların 1.393.500,0 manat məbləğində qiymətləndirilməsi hesabına məhkəmə vurulmuş zərərin göstərilən həcmdə ödənilməsi kimi əsassız qənaətə gəlmişdir. Avtomobillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulsa da, həmin əmlaklar məsul saxlanca verilməmiş, həmin əmlakların hazırda harada və kimdə olması da iş materiallarında öz əksini tapmır. Eləcə də ibtidai istintaq zamanı həmin əmlaklara baxış keçirilməmiş, həmin əmlakların üzərinə həbs təqdim olunmuş sənədlər əsasında qoyulmuş, ekspertiza tərəfindən həmin əmlakların qiymətləndirilməsi də sənədlər, yəni texniki pasportlar, qeydiyyat şəhadətnamələri və s. əsasında aparılmış, faktiki olaraq həmin əmlakların harada və kimdə olması məlum olmadığından, həmin əmlakların normal vəziyyətdə saxlanılıb-saxlanıl madığı, istifadəyə yararlı olub-olmadığı da məlum deyildir. Ekspertiza tərəfindən isə qeyd olunduğu kimi həmin əmlakların normal vəziyyətdə saxlanıldığı, istifadəyə yararlı vəziyyətə münasibətdə qiymətləndirilməsi aparılmışdır. Bu səbəbdən də, apellyasiya məhkəməsi ekspertizanın qiymətləndirmə rəyini əsas götürərək 1.393.500,0 manat məbləğində qiymətləndirilən əmlaklar hesabına vurulmuş zərərin əvəzinin həmin həcmdə ödənilməsi qənaətinə gəlinməsi tam reallığı əks etdirmir və vurulmuş zərərin göstərilən həcmdə ödənilməsi qənaətinə gəlmək mümkün deyildir. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən "xxxx" MMC-yə məxsus üzərinə həbs qoyulmuş əmlaklar vurulmuş ziyanın əvəzi kimi qəbul edilərkən "xxxx" MMC-nin həmin əmlaklarla bağlı iddiasının olub-olmaması araşdırılmamış, "xxxx" MMC-nin m üsadirə ilə bağlı mövqeyi müəyyən olunmamış, bunun nəticəsi olaraq da, "xxxx" MMC apellyasiya məhkəməsinin müvafiq qərarına etiraz olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət ünvanlamışdır. Eləcə də, Təqsirləndirilən şəxs qanunsuz fəaliyyəti ilə 1 avqust 2012-ci ildən 14 iyul 2016-cı il tarixədək istismar işlərinin aparıldığı Göyçay çayının məcrasındakı torpaq sahəsinin kəskin erroziyaya məruz qalması, çay yatağında yarğanlar əmələ gəlməsi və ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpaolunmaz nəticələrə, insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vurulmuşdur. Təqsirləndirilən şəxs “Hipertoniya İ dərəcə, şəkərli diabet İİ tip xəstəliklərindən əziyyət çəkməsi, 1961-ci il təvəllüdlü (58 yaşında) olmaqla ailəli olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, şəxsiyyətinin müsbət xarakterizə olunması, ilk dəfə cinayət törətməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, hərəkətlərini qabaqcadan planlaşdırmaqla, məqsədli şəkildə və qəsdən törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hal qismində nəzərə a lsa da, həmin halın da nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini, nə ilə təsdiq olunduğunu öz qərarında əsaslandırmamışdır. Cəza təyini ilə bağlı məsələni müzakirə edərkən törədilmiş cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, təqsirləndirilənin şəxsiyyətini kifayət qədər nəzərə almamış, bununla da təyin edilmiş cəza cinayətin ağırlığına və təqsirləndirilənin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə açıq-aydın ədalətsiz olmuşdur.Eləcə də, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərindən CM-nin 192.2.1-ci maddə üzrə olan əməli az ağır cinayətlər təsnifatına aid olmaqla, qəsdin obyektini sahibkarlıq fəaliyyəti sahəs ində yaranan ictimai münasibətlər təşkil edir, obyektiv cəhətdən sahibkarlıq fəaliyyəti ilə qanunsuz olaraq məşğul olmada ifadə olunur, əməl təqsirin formasına görə birbaşa qəsdlə törədilmişdir, CM-nin 247-ci maddəsi ilə olan əməli az ağır cinayətlər təsnifatına aid olmaqla, cinayətin obyektini təsərrüfat və digər fəaliyyət prosesində təbiət obyektlərinin qorunub saxlanılmasının, ətraf mühitin sağlamlaşdırılmasının, əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı olan ictimai münasibətlər təşkil edir, obyektiv cəhətdən işlərin görülməsi zamanı müəyyən olunmuş qaydaları pozmaqla ağır nəticələrə səbəb olmada ifadə olunur, əməl təqsirin formasına görə birbaşa qəsdlə törədilmişdir, CM-nin 308.2-ci maddə üzrə olan əməli az ağır cinayətlər təsnifatına aid olmaqla, qəsdin obyektini dövlət orq anlarının normal fəaliyyəti təşkil edir, obyektiv cəhətdən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə olunmaqla cəmiyyətin və dövlətin mənafelərinə zərər vurmada ifadə olunur, əməl təqsirin formasına görə birbaşa qəsdlə törədilmişdir. Göründüyü kimi, məhkəmə cəza təyini ilə bağlı məsələni müzakirə edərkən törədilmiş cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsini də kifayət qədər nəzərə almamışdır. Cöstərilənlərə əsasən məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə ədalətli cəza təyin edilməlidir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərilmişdir ki, Göyçay çayının çay boyunda 1200 metr uzunluğunda 80 metr enində Dağ-mədən ayırması aktı ilə icazə verilən 5 metrdən daha 3 metr dərinlikdə qazılmasını sübut edən mötəbər sübutlar müəyyən edilməmişdir. Hadisə yerinə baxış keçirən mütəxəssislər heç bir ölçmə aparatından istifadə etmədən, ölçmə aparmadan vizual baxış keçirmişlər. Mütəxəssilər "xxxx" MMC-nin işlədiyi ərazini dəqiq ölçü aparmadan təqribi hesablama aparmaqla bütün karxanalara eyni düsturu tətbiq etməklə, çayın uzunluğunu orta enə (80 m) vurmaqla, daha sonra 3 metrəyə vurmaqla ziyanı hesablamışlar. Həmin sübutları mötəbərsizliyinə görə yenidən ekspertiza keçirilməsi barədə vəsatətləri təmin edilməmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, təqdimatın, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi, təq dimatın və protestin təmin edilməməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin və təqdimatın təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-c i maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası təqdimata, kassasiya protestinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı nəticələrə gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərilmişdir ki, çay boyunda 1200 metr uzunluğunda 80 metr enində Dağ-mədən ayırması aktı ilə icazə verilən 5 metrdən daha 3 metr dərinlikdə qazılmasını sübut edən mötəbər sübutlar müəyyən edilməmişdir. Hadisə yerinə baxış keçirən mütəxəssislər heç bir ölçmə aparatından istifadə etmədən, ölçmə aparmadan vizual baxış keçirmişlər. Mütəxəssilər "xxxx" MMC-nin işlədiyi ərazini dəqiq ölçü aparmadan təqribi hesablama aparmaqla bütün karxanalara eyni düsturu tətbiq etməklə, çayın uzunluğunu orta enə (80 m) vurmaqla, daha sonra 3 metrəyə vurmaqla ziyanı hesablamışlar. Həmin sübutları mötəbərsizliyinə görə yenidən ekspertiza küçirilməsi barədə vəsatətləri təmin edilməmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə mühənd is-texniki ekspertizası, tikinti-texniki obyektlərin tədqiqi, torpaq mənşəli obyektlərin tədqiqi komission ekspertizasının 23 iyul 2018-ci il tarixli rəyinin 4-cü bəndində göstərilmişdir ki, "xxxx" MMC tərəfindən “Göyçay qum-çınqıl yatağından” istismar müddətində icazə sənədlərində göstərilən şərtlərə, norma və qaydalara riayət edilməməsi, icazə verilən dərinlikdən (5m) aşağı səviyyədə qazıntı işlərinin aparılması, yataqayırma hüdudlarından kənarda istismar işlərinin aparılması, ərazidə rekultivasiya işlərinin yerinə yetirilməməsi nəticəsində çay məcrası kəskin erroziyaya məruz qalmış, çay yatağında yarğanlar əmələ gəlmiş və ekoloji tarazlıq pozulmuşdur. Karxananın istismar dövründə ayrılmış yataq ərazisindən 288000 kub.m həcmində qanunsuz qum-çınqıl qarışığı süxuru götürülməklə dövlətə 95 0400,0 manat ziyan vurulmuşdur. Həmin rəyin 13-14-cü bəndlərində göstərilmişdir ki, "xxxx" MMC-yə və digərlərinə məxsus qum-çınqıl karxanalarının verilmiş şərtlər daxilində istismar olunmaması ilə çay yatağının eroziyasına qarşı qoruyucu örtük sayılan alt qum-çınqıl təbəqələri götürüldüyündən, zəif sementləşmiş köklü-ana süxurların yuyulması sürətlənmiş, yarğanlar əmələ gəlmiş, güclü yağıntılara görə artan çay sularının sürəti və təzyiqi nəticəsində 02.06.2018-ci il tarixdə Bakı-Qazax yolunun üstündə inşa olunmuş körpünün yanaşma yolu dağılmışdır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpünün axın istiqamətində sol kənar dayağının konusunun su səmtləşdirici qurğusunda yuyulma prosesi nəticəsində svay özüllü kənar dayağın konusunun və sahi l bərkitmə qurğularının (BUS) yuyulması ilə dayaq konstruksiyalarının istismara yararsız vəziyyətə düşməsi və tam dağılmış yanaşma yolunun bərpası üçün sərf edilməli olan vəsaitin məbləği ilə bağlı "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən aparılmış hesablamalardan görünür ki, ƏDV ilə birlikdə 3.033.000 manatdır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpüyə dəymiş ziyan karxanaların əsasən eyni dövrdə fəaliyyət göstərməsi və ümumi fəaliyyəti nəticəsində yarandığından hər bir fiziki və hüquqi şəxs tərəfindən vurulmuş zərərin məbləğini hazırkı vəziyyətdə fərdiləşdirmək mümkün deyildir. Göstərilən ekspertiza rəyinin tədqiqi hissəsindən görünür ki, həmin rəyin verilməsində kassasiya şikayətində istinad edilən Göyçay çayının çay məcrasına keçiril miş baxış sənədlərinə də istinad edilmişdir. Çay məcrasına baxış keçirilərkən "xxxx" MMC-nin nümayəndələri, o cümlədən Təqsirləndirilən şəxs da iştirak etmiş və bu barədə tərtib edilmiş baxış sənədini imzalamışdır. İbtidai istintaqın yekununda təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmağa zərurət görmədiyini, onun əvəzinə müdafiəçisinin cinayət işinin materialları ilə tanış olacağı barədə ərizə təqdim etmiş, onun müdafiəçisi isə cinayət işinin materialları ilə tanış olduqdan sonra 361 vərəq istintaq sənədlərinin surətlərini alsa da vəsatətinin olmadığını, məhkəmə iclasında vəsatət verəcəyini bildirmişdir. İbtidai istintaq orqanının topladığı sübutlar istintaqın yekununda nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tərəfindən mübahisələndirilməmiş, müvafiq əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatət verilməmişdir. Bu məsələlər məhkəmə iclasında qaldırılsa da mötəbər dəlillərlə əsaslandırılmadığından təmin edilməmişdir. Kassasiya şikayətinin bu barədə dəlilləri də subyektiv mülahizə xarakterli olduğundan əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərini əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin tədimatının dəlilləri Şahid1 xüsusi mülkiyyətində olan 90EU937 dövlət qeydiyyat nişanlı “CHEVROLET AVEO” markalı və *************** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200” markalı avtomaşınların üzərində həbsin bərpa edilməsi nəticəsində sonuncunun Azərbaycan Respublikasının Konstitusiyası ilə, beynəlxalq müqavilələrlə və digər qanu nvericilik aktları ilə qorunan mülkiyyət hüququnun pozulması nəticəsində apellyasiya instansiya məhkəməsinin 07 may 2019-cu il tarixli qərarının onun mənafeyinə toxunması barədədir. Dövlət ittihamçısının kassasiya protestinin dəlilləri məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-cı maddəsinə əsasən şərti tətbiq edilməsinə dair müddəaların Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarından xaric edilməsi barədədir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarında göstərilmişdir ki, mütəxəssislər tərəfindən aparılmış hesablamalardan görünür ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpünün dayaq konstruksiyalarının və tam dağılmış yanaşma yolunun bərpası üçün ƏDV ilə birl ikdə 3.033.000 manat vəsait tələb olunur. Həmin ziyanın vurulması da ərazidə yerləşən qumçınqıl karxanalarının birgə fəaliyyətlərinin nəticəsidir və zərərli nəticələrin aradan qaldırılmasına (ziyan əvəzinin ödənilməsinə) karxanaların fəaliyyətinə cavabdeh olan hüquqi və fiziki şəxslər müştərək məsuliyyət daşıyırlar. Körpüyə dəymiş ziyanın məbləği hər karxana tərəfindən qanunsuz götürülmüş xammalın həcminə nisbətdə karxanalar arasında bölündükdə (belə mövqe daha ədalətli sayılmalıdır), həmin ziyanın 670.293 manat məbləği "xxxx" MMC-yə (Təqsirləndirilən şəxs) aid olmuşdur. Daha sonra qərarda göstərilmişdir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli nəticəsində ətraf mühitə və dövlətə, habelə yerli özünüidarə orqanına (bələdiyyəyə) cəmi 1.664.728,00 mana t (o cümlədən çayın məcrasından qanunsuz olaraq qum-çınqıl xammalının daşınması ilə 950.400 manat, körpünün qəzalı vəziyyətə gətirilməsi ilə 670.293 manat, vergilərdən yayınma ilə 44.035 manat) miqdarında ziyan dəymişdir. Ziyana daxil edilən 44.035 manat məbləğində vergi borcları apellyasiya icraatı zamanı tamamilə ödənilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarında göstərilir ki, CM-in 99-3-cü maddəsinin tələbinə görə, əmlak müsadirəsi məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə önəm verilməlidir. Bu zaman müsadirə edilən əmlak hesabına əvvəlcə cinayət nəticəsində vurulmuş ziyan ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Azərbаycаn Respubikаsı CinаyətProsessuаl Məcəlləsinin 188-ci maddəsinə əsasən, cinayət iş i və ya cinayət təqibi ilə bağlı digər material üzrə sənədlər və sübutlar buna imkan verirsə, məhkəmə öz təşəbbüsü ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır. (Apellyasiya instansiya məhkəməsi CPM-nin 188-ci maddəsinə istinad edərkən maddənin mətnindən “müstəsna hallarda” ifadəsini ixtisar etmişdir). Bununla da qərarda “müstəsna halın” nədən ibarət olduğu göstərilməmişdir. Daha sonra məhkəmə kollegiyasının qərarında göstərilir ki, CPM-in 248.2-ci maddəsinə görə, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Bu maddədə “üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər” dedikdə təqsirləndirilən şəxsin əməlin ə görə maddi məsuliyyət daşıyan hüquqi və fiziki şəxslər nəzərdə tutulur. Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş verdiyi dövrdə "xxxx" MMC-yə məxsus qum-çınqıl karxanasına o, rəhbərlik etmiş, Şahid1 isə həmin MMC-nin direktoru olmuşdur. Karxananın fəaliyyətində istifadə olunan texnika, avadanlıq və nəqliyyat vasitələri, eyni zamanda karxananın istehsal etdiyi məhsulların satışından əldə edilən gəlirlər də "xxxx" MMC-yə məxsus olmuşdur. Ona görə də karxananın fəaliyyəti nəticəsində ətraf mühitə və dövlətə vurulmuş ziyana görə təkcə Təqsirləndirilən şəxs deyil, həm də "xxxx" MMC və onun rəhbəri kimi Şahid1 maddi məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmündən «Şahid1 mülkiyyətində olan ** *** dövlət qeydiyyat nişanlı “CHEVROLET AVEO” markalı (buraxılış ili 2012, ban nömrəsi: KLİTA69F9CB145060) və **** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200” markalı (buraxılış ili 2011, ban nömrəsi: WDD2120481A446351) avtomaşınların həbsdən azad edilməsi» barədə müddəalar xaric edilməli, həmin avtomobillərin üzərinə həbs qoyulması bərpa edilməli və onlara da tutma yönəldilməlidir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri ilə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla əlaqədar üzərinə həbs qoyulmuş əmlaklar qiymətləndirilərək, onların ümumi qiymətinin 1.393.500,0 manat məbləğində olduğu müəyyən edilmiş və həmin əmlaklara cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi hesabına tutma yönəldilməsi qərara alınmışdır. Daha sonra qərarda göst ərilir ki, Göründüyü kimi, "xxxx" MMC və Təqsirləndirilən şəxs məxsus üzərinə həbs qoyulmuş, ümumilikdə 1.393.500,0 manat məbləğində qiymətləndirilən əmlaklar hesabına Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli nəticəsində ətraf mühitə və dövlətə dəymiş 950.400 manat miqdarında ziyanın əvəzi tamamilə, körpünün qəzalı vəziyyətə gətirilməsi ilə əlaqədar ziyanın əvəzi isə 443.100 manat məbləğində ödənilir. Nəticədə Təqsirləndirilən şəxs üzərində 227.193 manat məbləğində (ümumi ziyanın 13,6%-i miqdarda) körpüyə aid ödənilməmiş ziyan qalmış olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə müvafiq olaraq, məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına (o cümlədən, vurulmuş ziyanın ödənilməsi üçün üzərinə həbs qoyulmu ş əmlaka tutma yönəldilməsinə) dair hissəsi icra sənədi sayılır və bu Qanunla müəyyən olunmuş qaydada icra olunur (burada mötərəzənin içindəki hissə qanunda yoxdur). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus üzərinə həbs qoyulmuş, ümumilikdə 1.393.500,0 manat məbləğində qiymətləndirilən əmlaklar hesabına Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli nəticəsində ətraf mühitə və dövlətə dəymiş 950.400 manat miqdarında ziyanın əvəzini tamamilə, körpünün qəzalı vəziyyətə gətirilməsi ilə əlaqədar ziyanın əvəzini isə 443.100 manat məbləğində ödənilmiş kimi qəbul edir. Apellyasiya instansiya məhkəməsinin qərarnda daha sonra göstərilir ki, Təqsirləndirilən şəxs “Hipertoniya İ dərəcə, şəkərli diabet İİ tip, orta-ağır gedişli” xəstəliklərindən əziyyət çəkir. Təqs irləndirilən şəxs 1961-ci il təvəllüdlü (58 yaşında) olmaqla ailəlidir və himayəsində tələbə olan 2 qız övladı var, ali təhsillidir, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir, şəxsiyyəti müsbət xarakterizə olunur. Qeyd edilən xüsusatları nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkməsinə daha zərurət görməyərək onun barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün və məqsədəuyğun hesab etmişdir. Əvvəla apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası "xxxx" MMCnin direktoru olmuş Şahid1 məxsus avtomobillər üzərinə həbs qoyarkən Azərbaycan Respublikası CPM-nin 248.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, təqsirləndirilən şəxsin əməlinə görə maddi məsuliyyət daşıyan fiziki şəxs kimi, Təqsirləndirilən şəxs istinad edilən cinayəti n baş verdiyi dövrdə "xxxx" MMC-yə məxsus qum-çınqıl karxanasının direktoru olmuş Şahid1 də maddi məsuliyyət daşıması barədə nəticə kifayət qədər əsaslandırılmamışdır. Apelyasiya məhkəmə kollegiyasının gəldiyi bu nəticə CPMnin 248.2-ci maddəsinin tələbinə də uyğun hesab edilmir və Şahid1 məxsus avtomobillərin Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əmlaklar sırasına aid olduğunu təsdiq edən heç bir mötəbər sübuta istinad etməmişdir. Şahid1 hazırkı cinayət işi üzrə hər hansı ittiham elan edilməmişdirsə, onda ona məxsus avtomobillərin Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əmlaklardan hansına aid edildiyi apellyasiya instansiya məhkəməsinin qərarında göstərilməmiş, mülkiyyətin toxunulmazlığına dair Azərbaycan Respublikası Konstitusiyasın ın və Cinayət-Prosessual Məcəlləcinin müddəaları nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Nəzər alınmalıdır ki, əmlak müsadirəsi digər cinayət-hüquqi xarakterli tədbirlər kimi yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əsaslar üzrə tətbiq edilə bilər. Azərbaycan R espublikası CM-nin 5-ci maddəsinə əsasən: 5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. 5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Şahid1 məxsus avtomobillər üzərinə həbs qoyarkən və həmin avtomobillərin Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli ilə vurulmuş zərərin ödənilməsinə yönəldilməsini nəzərdə tutarkən və bu məsələlərin müzakirəsi zamanı Şahid1 məhkəmə iclasında iştirakını təmin etməməkdə haqlı olmamışdır. Ona görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı təmin edilərək cinayət işi bu hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Bundan başqa apellyasiya instansiya məhkəməsi, üzərinə həbs qoyulmuş əmlakları qiymətləndirməklə onların ümumi dəyərini cinayət nəticəsində vurulmuş zərərin bir hissəsinin ödənilməsi kimi qəbul etmiş və bu halı məhkumun cəza çəkmədən islah olunacağına əsas verən hal kimi qiymətləndirərək onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etmişdir. Bununla da məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin və cəzanın məqsədi barədə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə və mənasına uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayə tlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Apellyasiya instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs cəza çəkmədən islah oluna biləcəyinə əsas verə bilən hallara deyil, müsadirə olunmuş əmlakların qiymətlərinə istinad edərək həmin əmlaklar ekspertizanın rəyi ilə müəyyən edilmiş qiymətlərə satılacağı təqdirdə cinayət nəticəsində vurulmuş zərərin bir qisminin ödəniləcəyini ehtimal edərək məhkumun azadlıqdan məhrum etmə cəzası çəkməsinə daha zərurət görmədiyi nəticəsinə gəlmişdir. Bu zaman məhkəmə vurulmuş zərərin məhkum tərəfindən könüllü deyil, müsadirə yolu ilə aradan qaldırılmasının onun cəza çəkmədən islah olunacağına əsas verib-vermədiyinə qiymət verməmişdir. Bundan başqa məhkəmə kollegiyası öz qərarında göstərir ki, müsadirə olunan əmlakların qiymətləri hesabına olsa da cinayət nəticəsində vurulmuş zərər tam aradan qaldırılmır. Onda vurulmuş zərərin həmin əmlakların qiymətləri hesabına olsa da, tam ödənilməsi nəticəsinə gəlmək mümkün deyilsə, apellyasiya məhkəmə kollegiyasının məhkumum azadlıqdan məhrum etmə cəzası çəkməsinə daha zərurət görmədiyi nəticəsinə gəlməsi əsaslı hesab edilə bilməz. Kassasiya protestində göstərildiyi kimi apellyasiya instansiya məhkəməsinin qərarında istinad etdiyi digər cəzanı yüngülləşdirən hallar da mötəbər sübutlarla əsaslandırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinin əsassızlığı barədə kassasiya protestinin dəlilləri də əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci və 416.0.21-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almad an cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilən əsaslarla təqdimat və kassasiya protesti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2019-cu il tarixli qərarı təqdimatın və kassasiya protestinin dəlillərinə aid hissələrdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Ali Məhkəmənin sədri tərəfindən verilmiş təqdimat və dövlət ittihamçı sı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1, 213.1, 247 və 308.2-ci maddəsi ilə və qeyrilərinin məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2019-cu il tarixli qərarı Təqsirləndirilən şəxs aid hissədə və Şahid1 mülkiyyətində olan ***** dövlət qeydiyyat nişanlı “CHEVROLET AVEO” markalı (buraxılış ili 2012, ban nömrəsi: KLİTA69F9CB145060) və ***** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200” markalı (buraxılış ili 2011, ban nömrəsi: WDD2120481A446351) avtomaşınların həbsdən azad edilməsi» barədə müddəaların xaric edilməsi və həmin avtomaşınların üzərinə həbs qoyulmasının bərpa edilməsi hissələrində ləğv edilsin. Cinayət işi həmin hissələrdə yeni
Məhkəmə qərarları › İş №1(102)-1291/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1291/2019
06.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver