Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1292/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar X4 qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2019-cu il tarixli qərarından məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) 04 aprel 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, Tər-Tər Hərbi Məhkəməsiin 8 oktyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1, 177.2.3-cü mddələri ilə təqsirli bi linib həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 19 mart 2007-ci il tarixli 558 saylı “ƏFV“ Fərmanına əsasən cəzadan azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə 8 ( səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 (dörd) azyaşlı uşağı olan, işləməyən, Xaçmaz rayon məhkəməsinin 5 avqust 2011-ci iltarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29. 177.2.2, 29. 177.2.3, maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azəbaycan Respublikası Milli Məclisinin 7 may 2013-ci il tarixli Amnistiya Qərarının 1.1ci bəndinə əsasən 23 may 2013-cü il tarixdə cəzasının çəkilməmiş hissəsindən cəzadan azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, ünvan 2 ünvanda yaşamış, Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən top lamaq yolu ilə Məhkum2 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum2, müdafiəçisi X4 və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Nəbiyev Hüseyn Əmir oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 03 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 03 may 2019-cu il tarixli qərarından Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayəti verərək apellyasiya qərarının ləğv edilməsi və barələrində ədalətli qərar qəbul edilməsini xahiş etmişdirlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, Məhkum1 tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 aprel 2017ci ildə saat 19 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mişar daşı ilə hasara alınmış həyətyanı torpaq sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq 490 (dörd yüz doxsan) manat dəyərində olan dəmir materialdan hazırlanmış iki laylı dəmir darvazanı çərçivəsindən çıxararaq oğurlamışlar. Bundan başqa, Məhkum1 tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, 16 aprel 2017-ci ildə saat 04 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Zərərçəkmiş şəxs3 məxsus «Panda» inşaat materialları mağazasının arxa tərəfinə gəlib pəncərədən içəri qanunsuz daxil olaraq arxadan qapını açıb, Məhkum2la qapıdan içəri qanunsuz daxil olmuş və onlar birlikdə mağazadan hər biri 8 manat dəyərində olan 2 blok «Askaynak» markalı elektrodu, hər biri 25 manat dəyərində olan 2 ədəd «Lucky Pro» markalı su nasoslarını, hər biri 3 manat dəyərində olan 50 ədəd müxtəlif ölçülü laqonda çarxlarını, hər biri 20 manat dəyərində olan 5 ədəd «Kzubr» markalı laqondanı, hər biri 40 manat dəyərində olan 4 ədəd 4 mm2 ölçülü «Özturk» markalı elektrik naqilini, hər biri 4 manat dəyərində olan 5 ədəd «Luna» markalı su krantını, hər biri 9 manat dəyərində olan 10 ədəd 10 metr uzunluğunda «Borsan» markalı uzatma kabellərini (udlinitel), 40 manat dəyərində olan 1 ədəd «Canlux» markalı santexnik ütüsünü, hər biri 15 manat dəyərində olan 6 ədəd «Worksite» markalı dreli, hər biri 18 manat dəyərində olan 6 qutu 2,5 litrlik «Sobsan» boyalarını və 20 manat dəyərində olan 1 ədəd əl arabasını oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 844 (səkkiz yüz qırx dörd) manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa, Məhkum1 tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, 12 may 2017-ci ildə saat 08 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər təmir işlərini apardıqları Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz ra yonu, Hülövlü kəndindəki evin həyətinə gələrək, qabaqcadan əldə olunmuş razılaşmaya əsasən Məhkum2 evin həyətində pusquda dayanıb gözləmiş, Məhkum1 isə ağ əski parçasını maska formasında sifətinə bağlayıb açıq qapıdan yaşayış sahəsnə girərək, pilləkənlə ikinci mərtəbəyə qalxıb mətbəxə daxil olaraq, ev sahibi Zərərçəkmiş şəxs1 səsə gəldiyini görərək, üzərində olan bıçağı silah qismində tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncunun boynunu sağ qolunun arasına salıb sıxmaqla, sol əli ilə isə ağzını tutub boğmaqla ona boyunun qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirərək evdə olan pulları verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 evdə pul olmadığını bildirdikdə mətbəxdə olan stolu n üstündən sonuncuya məxsus 30 (otuz) manat dəyərində «Samsung» markalı GT-S7262 modelli mobil telefonu, üzərindəki «xxxx» MMC-yə aid 6 (altı) manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı ilə birlikdə ələ keçirib hadisə yerindən müxtəlif istiqamətdə qaçmışlar və nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 36 (otuz altı) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişlər. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin halları və cinayət işi üzrə təqdim olunmuş sübutlar düzgün araşdırılmamış, yalnız oğurluq cinayətində özünü günahkar bilir, quldurluq cinayəti törətməmiş, polis əməkdaşları tərəfindən təziqə məruz qaldığı üçün quldurluq cinayətini törətməsi ilə bağlı izahat yazmışdır. Bun dan başqa, Məhkum1 məhkəmələr tərəfindən ədalətsiz qərar qəbul edildiyini bildirərək, barəsində olan yüngülləşdirici halları nəzərə almaqla cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş X1 görməmiş və onu tanımır. Törədilmiş quldurluq cinayətindən xəbəri olmamışdır, özünü yalnız oğurluq cinayətində günahkar bilir. Məhkum2 əməlindən səimi peşman olmasını, himayəsində 4 azyaşlı övladının olmasını qeyd edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2019-cuil tarixli qərarının dəyişdirilməsini, barəsində olan Aəzrbaycan Respublikası CMnin 181-ci maddəsinə dair müddəaların xaric edilməsi və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məh kəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkum1 ibtidai araşdırma zamanı cinayət işinin 1-ci cild 31-ci vərəqəsində olan izahatında, cinayət işinin 1-ci cild 60-62-ci vərəqələrində olan şübhəli şəxsin dindirilməsi protokolunda və cinayət işinin 1-ci cild 95-97-ci vərəqələrində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolun da quldurluq epizodu ilə bağlı aşağıdakıları göstərmişdir:- «… 2017ci ilin may ayının əvvəllərində bilmişlər ki, törətdikləri oğurluqlara görə onu və dostu Məhkum2 Xaçmaz polis şöbəsinin əməkdaşları axtarırlar. Ona görə də hər ikisi evə getməyib küçələrdə gizlənməyə başlanmışlar. Bir neçə gün Xaçmaz şəhərində müxtəlif yerlərdə gecələdikdən sonra X2lə birlikdə Hülövlü kəndinə getmişlər. Orada işlədiklərinə görə bilirmişlər ki, kənddə kimsəsiz, heç kimin yaşamadığı bir ev var. 09 may 2017-ci il tarixdə X2lə həmin evə gedib qapının asma qıfılını sındıraraq evə keçmişlər və orada 3 (üç) gün ərzində yaşamışlar. 12 may 2017-ci il tarixdə yeməkləri qurtardığından o X2ə demişdir ki, gedib yaxınlıqda yerləşən X4in evindən quldurluq edərək pul əldə etsinlər. O bilirmiş ki, X4 Qusar şəhər bazarında a lver edir, hər gün səhər saat 07 radələrində evdən çıxıb bir də axşam saat 17 radələrində qayıdır. X4in arvadı X3ənin evdə iki azyaşlı uşaqla birlikdə qalmasını da bilirmişlər. Onlar evdən çıxarkən o qaldıqları evdən sadə formalı ağ əskini götürüb sifətini bağlamışdır ki, X3ə onu tanımasın. Həmçinin X3əni hədələmək üçün qaldıqları evin həyətindən tapdığı bıçağa oxşar, təxminən 20 (iyirmi) sm uzunluğunda dəmir parçasını da götürmüşdür. Plana görə o, evə keçib X3ədən pul tələb etməli imiş, X2 isə həyətdə dayanıb gəlib gedən olarsa ona xəbər verməli imiş. Onlar ikisi də açıq qapıdan həyətə keçmişlər, oradan o, evin açıq qapısını açıb içəri keçmişdir və masanın üzərində olan “Samsung duos” markalı mobil telefonu götürüb cibinə qoymuşdur. Həmin vaxt X3ə mətbəxdə iş görürmüş və səsə arxaya çevri lib onu görmüşdür. O, özünü itirməyib cəld onun üzərinə atılaraq arxadan onu qucaqlamışdır, sol əli ilə ağzından tutub sağ əlindəki dəmir parçasını X3ənin boynuna dirəyərək ondan pul tələb etmişdir. X3ə yalvarıb onu buraxmağını xahiş etmişdir, and-aman etmişdir ki, evdə pulları yoxdur. Həmin vaxt mətbəxdə onların azyaşlı körpələri də var imiş. Buna görə də o, X3əni buraxıb evdən çıxmışdır və X2lə birlikdə Xaçmaz şəhərinə gəlib “Aygün” şadlıq sarayının qarşısında yerləşən telefon mağazasına evdən götürdüyü mobil telefonu 35 (otuz beş) manata satmışdır. Telefonu alan şəxsə həmin telefonun oğurluq olmasını bildirməmişdir. Telefonun satışından əldə etdikləri pulun 5 (beş) manatını X2lə birlikdə yemək alıb yeyərək xərcləmişlər, qalan 30 (otuz) manat pulu isə hər birinə 15 (on beş) manat olmaqla bölüşdürmüşlər….» Məhkum2 cinayət işinin 1-ci cild 32-ci vərəqəsində olan izahatında, cinayət işinin 1ci cild 78-80-ci vərəqələrində olan şübhəli şəxsin dindirilməsi protokolunda və cinayət işinin 1-ci cild 114-116-cı vərəqələrində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolunda müdafiəçinin iştirakı ilə dindirilərkən quldurluq epizodu ilə aşağıdakıları göstərmişdir: «-….09 may 2017-ci il tarixdə X3la birlikdə Hülövlü kəndində heç kimin yaşamadığı evdə 3 (üç) gün ərzində yaşadıq…12 may 2017-ci il tarixdə X3 mənə dedi ki, gedib yaxınlıqda yerləşən X4in evindən pul əldə edək. Biz bilirdik ki, X4 Qusar şəhər bazarında alver edir, hər gün səhər saat 07 radələrində evdən cıxıb bir də axşam saat 17 radələrində qayıdır. X4in arvadı X3ənin evdə tək iki azyaşlı uşaqla birlikdə qalmasıını da bilirdik. X3 qaldıqları evdən götürdüyü sadə formalı ağ əski ilə sifətini bağladı ki, X3ə onu tanımasın.X3 X3əni hədələmək üçün qaldıqları evin həyətindən tapdığı bıçağa oxşar, təxminən 20 (iyirmi) sm uzunluğu olan dəmir parçasını da götürmüşdür. Plana görə X3 evə keçib X3ədən pul tələb etməli idi, o isə həyətdə dayanıb gəlib-gedən olarsa X3a xəbər verməli idim. Biz ikimiz də açıq qapıdan həyətə keçdik, oradan X3 evin açıq qapısını açıb içəri keçdi. Mən həyətdə dayanıb baxırdım. Bir qədər keçmiş X3 evdən çıxdı və biz tez oradan uzaqlaşdıq. Oradan aralanandan sonra X3 çibindən «Samsunq duos» markalı mobil telefonu çıxarıb mənə göstərərək bildirdi ki, X3əni hədələyərək pul tələb etsə də X3ə pulunun olmadığını bildirdiyindən buna görə də telefonu götürüb evdən çıxmışdır. Oradan X3la birlik də Xaçmaz şəhərinə gəlib ünvan 3nın qarşısında yerləşən telefon mağazasına evdən götürdüyü mobil telefonu 35 (otuz beş) manata satdıq…Telefonun satışından əldə etdiyimiz pulun 5 (beş) manatını X3la birlikdə yemək alıb yeyərək xərclədik, qalan 30 (otuz) manat pulu isə hər birimizə 15 (on beş) manat olmaqla bölüşdürdük…» Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslər, hər ikisi 2017-ci ilin fevral ayında onun yaşadığı Xaçmaz rayonu, Hülövlü kəndində olan evdə təmir işləri görmüşlər. Həmişə olduğu kimi 12 may 2017-ci il tarixdə səhər saat 07 radələrində əri X4 evin ön tərəfində olan həyət qapısını açaraq çıxıb getmişdir. O, uşağa şirin çay hazırlamaq üçün mətbəxə keçmişdir. Səs eşidib arxaya baxanda görmüşdür ki, mətbəxin qapısının qarşısında sifətini ağ rəngli əski parçası ilə bağlamış, başında qara rəngli kepka olan, adını sonradan bildiyi Məhkum1 Cəlil oğlunu görmüşdür. X3 cəld üstünə atılaraq boyun nahiyəsini sağ qolunun arasına salıb sıxmış və sol əli ilə isə ağzını tutaraq səsini çıxarmamağını demişdir. X3 onun boyun nahiyəsini bərk sıxdığı üçün o, çətinliklə nəfəs alırmış, bu səbəbdən də sağ əlini aşağı tərəfdən onun sağ qolunun arasına salıb boğazından ayırmağa çalışmışdır. X3ın qolu boşalanda başını sol tərəfə çevirəndə X3ın sağ əlində bıçaq tutduğunu görmüşdür. Bundan sonra X3 bir daha ona sakit dayanmağını, səsini çıxarmamağını deyərək ondan pul tələb etmişdir. Həmin vaxt mətbəxdə olan azyaşlı oğlu X5 bu vəziyyəti görüb qışqırıb ağlamağa başlamışdır. O, X3a uşağın qorxduğunu, evdə pul olmadığını deyərək onu buraxması üçün yalvarmışdır. O, bir qədər X3a yalvardıqdan sonra X3 sol əlini onun ağzından çəkmişdir, sağ qolu ilə isə boyun nahiyəsini sıxmaqda davam edərək onu arxaya çəkib mətbəxin qapısına tərəf gətirmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, o,2017-ci ilin mart ayından o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində mağazanı icarəyə götürüb mobil telefonların təmiri və alqı-satqısı ilə məşğul olmağa başlamışdır. O, mağazaya gəlib mobil telefonlarını satmaq istəyən şəxslərin mobil telefonunu alarkən həmin şəxslərdən şəxsiyyət vəsiqəsi tələb edir. 13 may 2017-ci il tarixdə təxminən saat 14 radələrində işlədiyi mağazaya şəxsiyyəti ona sonradan məlum olan Məhkum1 gəlmişdir və bir ədəd ağ rəngli «Samsung 7262» modelli mobil telefonu çıxarıb özünə məxsus olduğunu deyərək satmaq istədiyini bildirmişdir. O, həmin telefona baxmışdı r və arxa qapağının sol kənarının kiçik ölçüdə sındığını görüb 35 (otuz beş) manata almaq istədiyini bildirdikdə X3 həmin qiymətə satmağa razılaşmışdır. O, mobil telefonu almaq üçün X3dan şəxsiyyət vəsiqəsi istəmişdir. X3 şəxsiyyət vəsiqəsinin üstündə olmadığını, sonradan şəxsiyyət vəsiqəsinin surətini gətirib verəcəyini bildirmişdir. O, ona inanıb istifadəsində olan mobil telefon nömrəsini istəmişdir. X3 ona hazırda xatırlamadığı bir telefon nömrəsi vermişdir. O, X3ın adını, dediyi mobil telefon nömrəsini dəftərə qeyd etdikdən sonra 35 (otuz beş) manat verib «Samsung 7262» modelli mobil telefonu ondan almışdır. X3dan «Samsung 7262» modelli mobil telefonu aldıqdan sonra arxa qapağını açıb baxanda üzərində «xxxx» mobil operatoruna aid nömrə olduğunu görmüşdür və həmin nömrəni çıxarıb X3ın ö zünə verdikdən sonra X3 çıxıb getmişdir. 19 may 2017-ci il tarixdə işlədiyi mağazaya iki nəfər polis əməkdaşları gəlib X3 adlı şəxsdən ağ rəngli «Samsung 7262» modelli mobil alıb-almadığını soruşduqda o, polis əməkdaşlarına X3 adlı şəxsdən ağ rəngli «Samsung 7262» modelli mobil telefon aldığını bildirərək həmin mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun X3dan aldığı «Samsung 7262» modelli mobil telefonun oğurluq olduğunu bildirmişlər. O, X3dan «Samsung 7262» modelli mobil telefonu alarkən onun özünə məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli qərarının göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Beləliklə, Məhkum1 və Məhkum2 onlara istinad edilən cinayət əməlini törətməmələri barədə gətirdikləri dəlillər məhkəmə icl asında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkumların onlara qarşı irəli sürülən cinayət əməlini törətmələri özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Kollegiya hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143- 146-cı mаddələrinin tələblərinə əməl edilərək, məhkumlar Hüseyn Sadıqov və Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılı b qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişlər. Məhkumların kassasiya şikayətində mübahisələndirdiyi digər məqam cəzalarının ağırlığı ilə bağlıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəs inin həyat şəraitinə təsiri nəzərə alınır. Bakı Ağır Cinayətlər Məhkəməsi04 aprel 2018-ci il tarixli hökmü ilə məhkumlara cəza təyin edərkən onların yaşadığı yer üzrə müsbət xarakterizə olunmalarını, Məhkum1 himayəsində iki azyaşlı övladının olması və Məhkum2 himayəsində dörd azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla məhkumlara təqsirli bilindikləri maddələrin sanksiy asında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması məhkumların müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 və Məhkum2 məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1292/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1292/2019
22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver