Məhkəmə qərarları › İş №1(102)-1292/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1292/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1292/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum və onun müdafiəçisi Cəbralılov Mehman Hümsi oğlunun iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Cəbralılov Mehman Hümsi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim X2) 17 fevral 2021-ci il tarixli hökmü ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 47-də qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin hökmün çıxarıldığı vaxtdan, yəni 17 fevral 2021-ci il tarixindən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdir ilmədən saxlanılması, məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın Məhkum alınaraq dövlət büdcəsinə keçirilməsi, mülki iddianın qismən təmin edilməsi, Məhkum maddi ziyana görə 38.644 (otuz səkkiz min altı yüz qırx dörd) manat, mənəvi ziyana görə 2.000 (iki min) manat və dövlət rüsumu üçün 30 (otuz) manat, ümumilikdə 40.674 (qırx min altı yüz yetmiş dörd) manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X1 xeyrinə tutulması, iş üzrə maddi sübut kimi tanınmış ‘VAZ 21013” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hökm qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçinin istifadəsinə verilmiş hesab edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məru zəsilə, X14 və X6 ibarət tərkibdə) 10 iyun 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, Müdafiəçi1 apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 15 iyul 2020-ci il tarixdə saat 12:45- də “BC” kateqoriyalı, AD seriyalı 309267 nömrəli sürücülük vəsiqəsi ilə tanışı Şahid1 məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, qırmızı rəngli “Vaz 21013 minik” markalı, **SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə üzü Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə ola rkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qanunun bu tələbinə əməl etməyərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 30 ünvanında yerləşən "Panorama Park” yaşayış binasının yaxınlığında hərəkətdə olduğu yolu soldan sağa doğru adi yerişlə keçən piyada X11 avtomobilin sol qabaq yan hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona qapalı kəllə beyin travması, başın hər iki alın-təpə- gicgah nahiyələrində yumşaq toxumaların əzilməsi ilə qeyd olunan geniş ölçülü dərialtı qansızmalar, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi sıxılma ilə, baş beynin diffuz travması, iki tərəfli travmatik subdural qansızma, sağ təpə-gicgah nahiyəsinin kəskin epidural və subdural hematoması, sol təpə-alm-gicgah nahiyəsinin kəskin epidural və subdural hematoması, sağ və sol təpə sümüklərinin, alın sümüyünün xətti sınıqları, sağ tərəfli periorbital hematoma, ikitərəfli dekompressiv kranioektomiya və hematomalarm xaric olunması kimi başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar ölümünə səbəb olan həyat üçün ağır dərəcəli bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Müdafiəçi4 kassasiya şikayətində göstərmişdir ki, Məhkum xeyirxahlıq naminə, dostuna kömək məqsədi ilə onu xəstəxanaya aparmış, yaxşılıq edən zaman ehtiyyatsızlıqdan cinayət törətmişdir. Bu hal onun şəxsi keyfiyyətlərinin müsbət olmasını təsdiq edir. Həm təqsirləndirilən şəxsin, həm də şahid ifadələrindən görünür ki, o, dərhal avtomobili saxlamış, avtomobildən düşüb piyadaya yaxınlaşmış və səhhəti ilə maraqlanmışdır. Həmin vaxt ətrafdan keçən şəxslər hadisə yerinə toplanmış və piyadaya su verib, əl-üzünü yumuşlar. Həmin vaxt o, özünə məxsus mobil telefonu ilə Səhiyyə Nazirliyinin «103 » mərkəzinə zəng etmiş, yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmiş, hadisə yerinə həkim briqadasının gəlməsini xahiş etmişdir. Hadisə yerində X19 İdarəsinə məxsus avtomobil dayandığını görmüş, yol polis əməkdaşi idarə etdiyi xidməti av tomobilin arxa qapısını açmış, ondan piyadanı avtomobilə qoymağını bildirmişdir. O da piyadanı qucağına götürmüş, yol polisi avtomobilinin arxa oturacağına əyləşdirmiş və özü həmin avtomobilin ön oturacağında əyləşmişdir. Yol polisi avtomobili Respublika Neyrocərrahiyyə Xəstəxanasının yanına sürmüş ve piyadanı düşürtmüş həmin xəstəxanaya aparmışdır. Yəni təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin sağlamlığı üçün əlindən gələni etmiş, maddi imkanın çatdığı qədər maddi yardım göstərmişdir. Bununla da cinayət hadisəsindən dərhal sonra Məhkum zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışmışdır. Apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın ağırlığının məhkumun şəxsiyyətinə uyğun gəlməməsi xüsusatını yoxlamamış, əslində cəzanı yüngülləşdirən halların əslində nəzərə alınmadığını görməmişdir. Müdafiəçi4 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarının dəyişdirilməsi və hüquqlarını müdafiə etdiyi Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi haqqında və ya cinayət işinin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Müdafiəçi Cəbralılov Mehman Hümsi oğlu kassasiya şikayətinə əlavədə göstərmişdir ki, məhkum zərərçəkmiş şəxsə yardım göstərmiş və Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdiriləndən sonra onun müalicəsi üçün lazım olan xərcləri qarşılayaraq 3000 (üç min) manat, «X17» Klinikasında isə müalicəyə 3000 (üç min) ma nat pul xərcləmişdir. Lakin zərərçəkmişin hüquqi varisi X5 iddia ərizəsində Famil Əsədovun «X17» Klinikasında müalicə aldığı müddətdə onun həyatını qurtarmaq üçün klinikaya 39.344 manat, dəfn üçün 2000 manat və digər xərclər də daxil olmaqla 53.344 manat əsas və mənəvi ziyana görə isə 50.000 manat pulun tutulmasını xahiş etmişdir. Hüquqlarını müdafiə etdiyi Məhkum Şahid2 Respublika Neyrocərrahiyyə xəstəxanasında və «X17» Klinikasında müalicəsi üçün 7000 manat pul xərcləmişdir. Lakin ibtidai istintaq zamanı Məhkum zərərçəkmiş tərəfə 7000 manat pul ödəməsi faktına qiymət verilməmiş, ümümiyyətlə zərərçəkmişin hüquqi varisi X1 iddia ərizəsi təqsirləndirilən Məhkum elan edilməmiş və iddia tələbinə onun münasibəti müəyyən edilməmişdir. Məhz bu səbəbə görə Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020- ci il tarixli 1(011)365/2020 qərarı ilə Azərbaycan Respublikası CPM-in 289,303 və 306-cı maddələrinə əsasən Məhkum barəsində olan cinayət işinin icraatına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Cinayət işi əlavə ibtidai istintaqa qaytarıldıqdan sonra təqsirləndirilən Məhkum 21 noyabr 2020-ci il tarixdə əlavə dindirmə zamanı Famil Əsədovun Respublika Neyrocərra hiyyə xəstəxanasında müalicəsi üçün 3000 manat və «X17» Klinikasında isə müalicə üçün 3000 manat pul xərcləmiş, 1000 manat isə Famil Əsədovun atası Fədai Əsədova birbaşa 1000 (min manat) pul verdiyini bildirmişdir. Təqsirləndirilən Məhkum dindirmə zamanı Famil Əsədovun müalicəsi üçün ödədiyi xərci təsdiq edən qəbzləri, səkdiyi xərclərə dair qeydləri və «ORBİS» aptekindən aldığı dərmanlara dair çoxsaylı çekləri istintaqa təqdim etmişdir və müstəntiq Elgiz Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixli «Təqdimetmə və götürmə barədə» protokol tərtib edilmiş və həmin sənədlər sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Lakin buna baxmayaraq istintaq tərəfindən təqsirləndirilən Məhkum xx.xx.2020-ci il tarixli əlavə dindirilməsi zamanı verdiyi ifadəsi ilə bağlı zərərçəkmişin hüquqi varisi X5 və Famil Əsədovun atası Əsədov Fədaiİ Ələkbər oğlu əlavə olaraq dindirilməmişdir. X13 atası Şahid2 işin istintaqını aparan Xətai rayon Pİ-nin İstintaq şöbəsinin müstəntiqi Tofiq Namazovun adına yazdığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etmişdir ki, oğlu Famil Əsədov avtoqəza ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.20202-ci il tarixədək Respublika Neyr ocərrahiyyə xəstəxanasında koma vəziyyətində müalisə olduğunu,həmin vaxt xəstəxanada virus olduğundan oğlunun xəstəxanadan çıxarıldığını və «X17» Klinikasına köçürülmüş, oğlunun müalicəsinə özünün 26.000 manat pul xərclədiyini, hadisəni törədən Məhkum isə cəmi 2700 manat pul xərclədiyini göstərmişdir. Məhz bu səbəbdən də təqsirləndirilən İlkin.Əsgərovun xx.xx.2020-ci il tarixli əlavə dindirilməsi zamanı verdiyi ifadəsi ilə Şahid2 ərizə və ifadəsində qeyd etdikləri ziddiyətli olduğundan bu xüsusatlar araşdırılmamışdır. İşə məhkəmədə baxılan zamanda da hüquqlarını müdafiə etdiyi Məhkum ifadəsində ziyanın ödənilməsi ilə bağlı qeyd etdiyi faktlar və təqdim etdiyi sənədlər araşdırılmamışdır. Məhkum yaxın qohumları tərəfindən kassasiya şikayətinin icraatda olduğu müddətdə zərərçəkmişin hüquqi va risi və mərhum Şahid2 valideynləri ilə maddi ziyandan 7000 manat ödəmələrinə baxmayaraq əlavə olaraq 10.000 manat pul ödənilməsi təklif edilməsinə baxmayaraq zərərçəkmiş tərəf barışıqdan imtina etmişdir. Məhkəmə tərəfindən cəza təyin edilərkən hüquqlarını müdafiə etdiyi Məhkum şəxsiyyəti, birinci məhkumluğu, cinayət əməlinin ehtiyatsızlıq üzündən törənməsini,onun hadisədən sonra yaralı vəziyyətdə olan piyada Famil Əsədova köməklik göstərməsi və xəstəxanaya aparması,onun müalicəsini qarşılaması və bu məqsədlə 7000 manat pul xərcləməsi, habelə maddi ziyandan əlavə olaraq ödəməyə cəhd etməklə zərərçəkmişin hüquqi varisi ilə barışa nail olmağa çalışması nəzərə alınmamış və ona həddindən artıq ağır cəza təyin edilmişdir. Zərərçəkmişin hüquqi varisinin iddia tələbi mülki mühakimə icraatı normala rının pozulması ilə baxılmışdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbi sübuta yetirilməmişdir. Müdafiəçi kassasiya şikayətinə əlavədə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin CK-nın 10 iyun 2021-ci il tarixli qərarının dəyişdirilməklə Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə yanaşı hökmün iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməklə iddia tələbinin baxılmamış saxlanılması və zərərçəkmişin hüquqi varisi X3 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və ona əlavə nin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin və ona əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya sı məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətinin və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayəti və ona əlavənin dəlillərini də nəzərə alaraq ilk əvvəl Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayəti və ona əlavədə mübahisələndirilən cəzaya dair münasibət bildirməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından sö hbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər ş eydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakı nın dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəz anı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətdiyini, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etdiyini barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61 -ci maddəsinə Məhkum barəsində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli əsas və əlavə cəzalar təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəmə sinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən normanın cəza hüdudları daxilində kifayət qədər ədalətli cəza təyin edilmiş, cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət etməsi düzgün dəyərləndirilmiş və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Kassasiya məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə müdafiəçilərin verdikləri kassasiya şikayəti və ona əlavənin dəlillərini əsassız sayır, məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin dəyişdirilməsinin (yüngülləşdirilməsi) islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın ş əxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəzanın həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayəti və ona əlavənin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mülki iddianın maddi və mənəvi ziyan dəyməsi ilə bağlı müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 mülki iddia ərizəsindən göründüyü kimi ona təqsirləndirilən şəxs Məhkum vurduğu maddi ziyana görə üm umi olaraq 53.344 manat, həmçinin mənəvi ziyana görə 50.000 manat alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iş materiallarının 63-70, 87-88 və 148-ci vərəqələrində olan qəbzlərdən görünür ki, X9 xəstəxana və əməliyyat xərcləri üçün toplam 39344 manat xərclənmişdir. Qeyd edilən sənədlər aşağı instansiya məhkəmələri tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş və maddi ziyanın məbləği təqdim edilmiş sübutlara əsasən müəyyən edilmiş və mülki iddia tələbləri əsaslı olaraq qismən təmin edilmişdir. Buna görə də məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinə əlavədə mülki iddia ilə bağlı, o cümlədən mülki iddianın baxılmamış saxlanılması barədə dəlillərini əs assız hesab edərək qeyd etməyi zəruri hesab edir ki: Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki i ddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx. 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşal dılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyy ənləşdirmişdir. Beləliklə, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkuma cəza təyini və mülki iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti və ona verilmiş əlavəyə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayəti və ona verilmiş əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayəti və ona verilmiş əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassı z olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Cəbralılov Mehman Hümsi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayəti və ona verilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar