Məhkəmə qərarları › İş №1(102)-1292/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1292/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1292/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhk um barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 1(100)-270/2022 nömrəli (hakim Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu (məruzəçi hakim) və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1963-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, xxx-də qeydiyyatda olmaqla xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 8 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddət ərzində ona CM-in 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunması, onun ərazi nakroloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Həsə nov İslam Telman oğlundan ibarət məhkəmə tərkibində) 31 yanvar 2023-cü il tarixli 1(104)-51/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Verilmiş ittihama və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmünə əsasən, Məhkum məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1.691 qram təmiz çəkidə narkotik vasitə olan kokaini əldə edib eyni məqsəd ilə iki ədəd polietilen kəsiyi bükümlərində qablaşdıraraq satışa hazır vəziyyətə gətirib üzərində saxlamaqla daşımış, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Beynəlxalq Bankın yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli idman şalvarının içərisindən satış məqsədi ilə əldə edib saxlayaraq daşıdığı iki ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində olmaqla müvafiq olaraq 0.838 qram və 0.853 qram, ümumilikdə isə külli miqdarda, yəni 1.691 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan kokain aşkar edilərək götürülmüşdür.. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr qərarlarında, cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan və iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qiymət verməmiş, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsin də göstərmişdir ki, o, 5-6 il əvvəl Moskva şəhərində yaşayan zaman narkotik vasitə kokaindən istifadə etsə də daimi istifadəçi deyil. Təxminən 2021-ci ilin sentyabr ayının sonları oktyabr ayının əvvəllərində Gəncə şəhərində Kolxoz bazarı adlanan yerdə Moskva şəhərindən olan tanışı Qalib adlı şəxsi görmüş, Qalib Moskva şəhərindən narkotik vasitə olan kokain gətirdiyini deyib ona da təklif etmiş, o da Qalibdən 300 manat qarşılığında hərəsi 1 qram olmaqla iki büküm kokain almışdır. Həmin vaxtdan təxminən 1 həftə, 10 gün sonra Qalıb Moskva şəhərindən zəng edərək ona satdığı kokaini istifadə edib-etmədiyini soruşmuş, o da istifadə etmədiyini deyəndə Qalib həmin kokainin yaxşı olmadığını, hazırda özünün Moskva şəhərində olduğunu, Beynəlxalq Bankın yanında bir nəfərin onu gözlədiyini, oraya ged ib ondan aldığı kokaini həmin şəxsə verib 300 manat pulunu götürməyini demişdir. O, Qalib adlı şəxsdən aldığı 2 büküm kokaini götürüb həmin yerə gedəndə polis əməkdaşları onu saxlamışlar. O, üzərindən aşkar olunan iki büküm kokaini öz istifadəsi üçün saxladığını, heç kimə narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa, o, Şahid7 məhkəmə istintaqı zamanı ifadə verərkən onu tanımadığını, üzərindən aşkar olunmuş narkotik vasitəni həmin şəxsdən atmadığını, ibtidai istintaq zamanı narkotik vasitəni aldığı şəxsin adını “Qadir” kimi dediyini bildirsədə çarpaz dindirmə zamanı Şahid7 tanıdığını etiraf etmişdir. Məhkum törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. “Fotoşəkilləri tanınma üçün təqdim edilməsi haqqında” xx.xx.2021 -ci il tarixli protokoldan görünür ki, Şahid1 ona təqdim olunmuş 04 ədəd fotoşəkili nəzərdən keçirərək Məhkum məxsus 3 nömrəli fotoşəkili ona “sobranie” markalı siqaret qutusunu verib 2000 manat məbləğində pulu alan şəxs olduğunu bildirmişdir. 8 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, “metadon” Nazim adı ilə tanınan Məhkum narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Gəncə ŞPİ-nin CAİ-ə əməliyyat məlumatları daxil olmuşdur. Gəncə ŞBPİ-nin CAİ-nin rəisi, polis mayoru Xanlar Məmmədovun xx.xx.2022-ci il tarixli mətubuna əsasən, Məhkum ətrafında aparılan əməliyyat axta rış tədbirləri ilə bağlı qeyd etmişdir ki, Məhkum Şahid7 sifarişi ilə Gəncə şəhəri ərazisində naməlum şəxsə 2000 manat pul müqabilində “sobranie” markalı siqaret qutusunun içərsində narkotik vasitə olan kokain satmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun Cinayət Məcəlləsinin 234.4.3-cü ma ddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı sübuta yetirildiyini bildirib, verilmiş kassasiya protestin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, narkotik vasitəni satış məqsədi ilə əldə etmədiyini sadəcə istifadəçisi olduğunu, uzun illər Moskvada yaşadığını, orda da istifadə etdiyini, istifadə etdiyi kokainin Moskvadan tanışının gətirdiyini, iş materiallarında göstərilən ona çatmalı olan qutu və 2000 (iki min) manat pulun sübuta yetirilmədiyini, Pərvin adlı şəxsin ona qarşı verdiyi ifadəni polisin təzyiqi ilə verdiyini, daha sonra ifadəsini təkzib etdiyini, sadəcə Qaliblə əlaqəsi olduğunu, kokainin onun təklifi ilə ondan aldığını, daha sonra Qalibin ona zəng edərək verdiyi malın xarab olduğu üçün geri qaytarmasını bildirdiyini, malı geri qaytararkən polislər tərəfindən tutulduğunu, özünün şəkər xəstəsi olduğunu, polislərin ona xəsarət yetirdiyini bildirib, verilmiş kassasiya protestinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində ka ssasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublik ası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci maddələrində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə f aktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna gö rə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkib ə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilə r. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayıl ması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, məhkumun isə protestin təmin olunmaması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmış, onun cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməsi barədə hökm çıxarmışdı r. Daha sonradan işə baxan apellyasiya instansiyası məhkəməsi isə məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci m addəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən hə qiqətən məhkumun üzərində aşkar olunmuş narkotik vasitəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərtdir. Yəni belə halda narkotik vasitənin miqdarı çox olmalıdır. İş materiallarında olan “şəxsi axtarış və götürmə barədə” 08 oktyabr 2021-ci il tarixli və “baxış keçirilməsi haqqında” 14 oktyabr 2021-ci il tarixli protokollardan görünür ki, Məhkum üzərinə video çəkilişlə şəxsi axtarış keç irilmiş, şəxsi axtarış zamanı Məhkum əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd “sobranie” markalı siqaret qutusunun içərisində olan 02 ədəd şəffaf rəngli polietilnə bükülmüş “kokain”ə bənzər kütləni təqdim etmiş, sorğu zamanı Məhkum həmin kütlənin narkotik vasitə olan kokain olduğunu, 15 gün əvvəl Qalib adlı şəxsdən bir bükümünü 150 manata olmaqla iki bükümdə olan kokaini 300 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Məhkum üzərindən aşkar olunmuş kütlələr zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin 16 dekabr 2021-ci il tarixli, 1518 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kokaindən sui-istifadə nəticəsində yaranm ış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Belə ki, Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə iki ədəd bükümdə saxlanılması, ümumiyyətlə narkotik vasitənin çəkilərək xırda bağlamalara bükülməməsi sonuncunun həmin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmamış, məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. İş üzrə dindirilmiş şahidlərdən də heç biri Məhkum narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” 01 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 00:00-dan xx.xx.2021-ci il, saat 00:00a qədər olan müddət ərzində Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, nömrələrin anten dairələrinin olması müəyyən edilmişdir. Qeyd edilən məlumatlara diskin içərisində olan ikinci fayldakı Şahid7 adına rəmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrə ilə birlikdə baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd edilən mobil nömrə ilə Məhkum istifadəsində olan yuxarıdakı mobil nömrə arasında 2021-ci ilin sentyabr ayında müxtəlif tarixlərdə çoxsaylı qarşılıqlı telefon danışıqları olmuş, digər zənglərin edildiyi mobil nömrələr çoxsaylı olduğundan və iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. Diskin içərisində olan ikinci fayl açıldıqda isə içərisində xx.xx.2021-ci il tarixdə saat 00:00-dan xx.xx.2021-ci il, saat 00:00-a qədər olan müddət ərzində Məhkum istifadəsində olmuş 077-616-60- 66 saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının olması müəyyən edilmişdir. Həmin məlumatlardan görünür ki, ***-***-**-** saylı mobil nömrə ünvan 1 ünvanında qeydiyyatda olan (şəxsiyyət vəsiqəsi AA 0252640) Şahid7 adına rəmiləşdirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum aşkar edilmiş narkotik vasitəni satacağı şəxsin və ya şəxslərin müəyyən edilməməsi, bununla əlaqədar hər hansı razılaşmanın olm aması, narkotik vasitələrin satılması ilə bağlı telefon məlumatlarının aşkar edilməməsi Məhkum tərəfindən həmin narkotik vasitənin satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq edir. İşə baxan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməmə lidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar