Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1292/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bərdə Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli hökmü ilə (hakim Abbasov Gündüz Qasım oğlu) Məhkum, 1 iyun 1996-cı il tarixdə Bərdə rayonunun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hökm çıxarılarkən heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Cəyirli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı 25 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla məhkum edilmiş şəxsin üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə «Avrora MMC»-də Anbar Təsərrüfatı və Loqistika Departamentində sürücü vəzifəsində işləyərkən öz qulluq möv qeyindən istifadə etməklə 2021-ci ilin noyabr ayının əvvəllərində, dəqiq tarixi istintaqa məlum olmayan tarixdə və vaxtda həmin MMC-də satış üzrə nümayəndə vəzifəsində işləyən Şahid1 ilə danışıb vahid niyyətlə sonuncunun adına MMC-nin «Tayga Sale» proqramı vasitəsilə satış üçün ünvan 1 ünvanında yerləşən Şahid4 məxsus «Feruz» marketə satış üçün göndərilmiş və həmin marketdə satıla bilməyən "xxxx" energetik içkilərini satacağını və satışdan əldə edəcəyi pulları MMC-nin kassasına ödəyəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 05 noyabr 2021-ci il tarixdə, dəqiq vaxtı məlum olmayan vaxtda, Şahid4 yaşadığı ünvan 2 ünvandan «Avrora MMC»-yə məxsus bir kaseti 20,67615 manat olmaqla 200 kaset həcmində, ümumilikdə 4135,23 manat dəyərində " xxxx" energetik içkilərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə və MMC-nin «Tayga Sale» proqramı vasitəsilə satış üçün Ağcabədi şəhəri Səməd Vurğun küçəsində yerləşən Şahid3 məxsus «Zaman» marketə satış üçün göndərilmiş və həmin marketdə satıla bilməyən alkoqol tərkibli "xxxx" energetik içkilərini satacağını və satışdan əldə edəcəyi pulları MMC-nin kassasına ödəyəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 10 noyabr 2021-ci il tarixdə, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda onun cinayətkar niyyətindən məlumatı olmayan MMC-nin sürücü köməkçisi Şahid2 yaşadığı Bərdə rayonu Lək kəndində yerləşən evinə gələrək həmin evdə saxlanılan bir kasetinin dəyəri 30 manat olmaqla 300 kaset həcmində 9000 manat dəyərind ə alkoqol tərkibli "xxxx" energetik içkilərini ələ keçirib, "xxxx" MMC-yə ümumilikdə 13135,23 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Hökmdən Məhkum müdafiəçisi İsayeva Xanım Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 19 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən onun 25 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və 4 oktyabr 2023-cü il tarixdən 19 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün, cəmi 2 (iki) ay 17 (on yeddi) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış, bu əsasla məhkumun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanı çəkdiyi müddətdə sonuncunun üzərinə yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərd ə rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, qərarın icrası isə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin əsasları, şərtləri və prinsipləri təsbit edilmiş CM-in müvafiq maddələrinə, Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, iş üzrə müəyyən edilmiş faktiki hallara və qəbul edilmiş yekun məhkəmə aktlarına, o cümlədən apellyasiya instansiyası məhkəməsinin öz qərarında əsaslandığı hallara istinad edən dövlət ittihamçısı R.N.Alıkişiyev həmin protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən cinayət və cinayət-prosessual qanunvericiliklərində nəzərdə tutulmuş qanunçuluq, ədalət prinsipinin tələbl ərini pozmuş, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın bir hissəsinin ödənilməməsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən zərərçəkmiş hüquqi şəxsin maraqlarını və onun nümayəndəsinin məhkəmə iclaslarında ifadə etdiyi mövqeyini də nəzərə almamış, halbuki sonuncu məhkumun vurduğu ziyanın tam həcmdə ödənilməsini təkidlə tələb etmişdir. Eyni zamanda məhkəmə Məhkum səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, vurulmuş maddi ziyanı qismən ödəməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alarkən öz mövqeyini kifayət qədər əsaslandırmamış, səmimi peşmanlıqla bağlı isə CM-in 72.1-ci maddəsinin tələblərinin pozulmasına da yol vermişdir. Qeyd olunanları nəzərə alaraq, dövlət ittihamçısı R.N.Alıkişiyev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum və zərərçəkmiş hüquqi şəxsin – "xxxx" MMC-nin nümayəndəsi naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirak ları olmadan baxılmasını mümkün saymışdır. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansi yası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsi barədə tələbini CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qə rarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bunda n başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsin də sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edi r. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya protestinin məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı R.N.Alıkişiyev tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protes tin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, şəxsin qulluq mövqeyindən istifadə etməklə və zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətməsi, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi onun CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və həmin maddələr əsasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasına səbəb olur. CM-in 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunduğundan CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət də az ağır cinayətlər kateqoriyasına aiddir. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş hüquqi şəxsin – "xxxx" MMC-nin nümayəndəsinin və şahidlərin ifadələrinə, məhkəməmühasibatlıq ekspertizasının 3 oktyabr 2022-ci il tarixli 4/1293-9/6300 saylı rəyinə və işə əlavə edilmiş sübut əhəmiyyətli bir çox sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bü tün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməllərini CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin açıq-aşkar yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – 3 (üç) il müddətə, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür və öz qənaəti ilə bağlı vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə tə qsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunveri ciliyi normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin mü ddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Tör ədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış bir çox işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhk əmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və qanuni hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki cinayət işinin materiallarından və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsinə məhz CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından yanaşmış, onun təqsirli bilindiyi CM-in 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməmiş və belə nəticəyə gəlmişdir ki, göstərilən maddənin sanksiyasında müəyyən edilmiş digər cəzanın – azadlığın məhd udlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edə bilər. Bu nəticə araşdırılmış sübutlarla təkzib edilmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin belə əsaslandırılması ilə razılaşır, çünki məhkəmə bu məsələnin həlli zamanı törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq, onun zərərçəkmiş hüquqi şəxsə vurduğu 13135,23 manat məbləğində ziyandan çox hissəsini – 7543 manat məbləğini ödəməsini isə CM-in 59.1.14cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən ed ilməməsini kifayət qədər nəzərə almış və həmin halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən nisbətən yüngülünü - azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmiş, nəticə etibarı ilə isə cinayət qanunvericiliyinin tələblərinə əməl etmiş, eyni zamanda həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələri kifayət qədər nəzərə almışdır. Ümumilikdə, apellyasiya instansiyası məhkəməsinin əsaslandığı sadalanan halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində məhkəmə kollegiyası heç bir qanun pozuntusu görmür, çünki belə hallardan biri olan - vurulmuş ziyanın qismən ödənilməsi halı elə CM-in 59.1.14-cü maddəsində nəzərdə tutulmuş, digər halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması üçün CM-in 59.2-ci maddəsinin tələbləri imkan verir və bu hallar qanunun tələb etdiyi qaydada, yəni iş üzrə araşdırılmış sübutlara əsasən müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, c əzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiym ətləndirilməsi haqqında prosessual normalar (CPMin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-nin 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tələblər apellyasiya müraciətlərinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya ic raatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestinin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarl arında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yen i cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələ rinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin krimina llaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cina yət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması i zah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilmə sinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya protestinə görə, Məhkum daha ağır cəzanın təyin edilməsinin yeganə əsası kimi dövlət ittihamçı məhkum olunmuş şəxsin ona istinad olunan cinayət əməllərini törətməsi nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam həcmdə ödəməməsini göstərsə də, məhkəmə kollegiyası belə əsaslandırma ilə razılaşmır əvvəla ona görə ki, belə hal cəzanı ağırlaşdıran kimi CM-in 61.1-ci maddəs ində nəzərdə tutulmamışdır və maddi tərkibli cinayətlərin törədilməsi nəticəsində vurulmuş zərərin bütövlükdə ödənilməməsi heç də təqsirkara onun təqsirli bilindiyi maddənin və ya maddələrin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğu halda həmin cəzalardan ən ağırının təyin edilməsinə əsas yaratmır. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Məhkum hazırki iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi zərərçəkmiş hüquqi şəxsin ona vurulmuş zərərin qalan hissəsini sonradan mülki mühakimə icraatı qaydasında ona qarşı müvafiq iddialar qaldırmaqla tələb etmələri üçün kifayət qədər imkan yaradır və məhkum olunmuş şəxsə istənilən cəzanın, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onları bu hüquqdan istifadə edə bilmələr indən məhrum etmir. Qeyd olunanlardan başqa məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, son dövrlərdə qanunvericilik sahəsində bir sıra islahatlar aparılaraq cinayət qanununda da əsaslı dəyişikliklər edilmiş və həmin dəyişikliklər ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin daha sərt cəzalandırılmalırının deyil, onlara qarşı humanist mövqedən çıxış etməyi tələb edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. Bununla yanaşı həmin Sərəncamın 10-cu bəndində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə tapşırılmışdır ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə t əqdim etsinlər: 10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; 10.2. cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; 10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; 10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; 10.5. həbsə alternativ olan qəti mkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. Bu Sərəncama uyğun olaraq “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu qəbul edilmiş, həmin Qanunla yeni növ cinayət cəzası – azadlığın məhdudlaşdırılması cəzası təsis edilmiş və həmin cəza CM-in Xüsusi hissəsinin bir çox maddələrinin, o cümlədən CM-in 178.2-ci maddəsinin sanksiyasına alternativ cəza kimi daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum cəza təyini ilə bağlı məsələni həll edən apellyasiya instansiyası məhkəməsi tamamilə düzgün olaraq Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında məhkəmələrə edilmiş tövsiyələrdən, CM-in 58-ci maddəsinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin tövsiyələrindən çıxış etməklə əsaslı olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə üstünlük vermiş və bu nəticə həm işin hallarına, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həm də Məhkum şəxsiyyətini səciyyələndirən hallara uyğun olmuşdur. Dövlət ittihamçısı isə bunun əksinə olan nəticəni, yəni Məhkum mütləq şəkildə azadlıqdan məhrum etmə nö vündə cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu həm kifayət qədər əsaslandıra, həm də kassasiya instansiyası məhkəməsini buna inandıra bilməmişdir. Məhkum törətdiyi cinayəti etiraf edərək səmimi peşmanlıq çəkməsi halının apellyasiya instansiyası məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hal kimi düzgün qiymətləndirilməməsi barədə kassasiya protestinin dəlillərinə cavab olaraq, məhkəmə kollegiyası əvvəla qeyd edir ki, bu hal birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış, lakin ittiham tərəfi bunu mübahisələndirməyərək hökmdən apellyasiya şikayəti verməmiş və faktiki olaraq həmin məhkəmənin mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi də eyni mövqedən çıxış edərək qə bul etdiyi qərarında bu hala da istinad etmiş və məhkəmə kollegiyası məhkəmələrin əsaslandıqları bu halın da cəzanı yüngülləşdirən hal kimi hesab etmələrində heç bir qanun pozuntusu görmür, çünki, yuxarıda qeyd olunduğu kimi belə halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması üçün CM-in 59.2-ci maddəsinin tələbləri imkan verir və həmin hal qanunun tələb etdiyi qaydada, yəni iş üzrə araşdırılmış sübutlara əsasən müəyyən edilmişdir. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəllər də bir sıra işlər üzrə qəbul etdiyi qərarlarında olduğu kimi, növbəti dəfə vurğulayır ki, səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair tələblər nəzərdə tutulmuş və kassasiya protestində də istinad olunan CM-in 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törə tməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, həmin maddədə qanunverici cinayət törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün mütləq şəkildə məcmu şəklində aşağıdakı şərtlərin olması barədə tələb irəli sürür: a) şəxs yalnız böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə təqsirləndirilməli; b) həmin şəxs könüllü gəlib təqsirini boynuna almalı; c) belə şəxs cinayətin üstünün açılmasına fəal kömək etməli, cinayət nəticəsində dəymiş ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmalıdır. Səmimi peşmanlığ ın dispozitiv əlamətləri kimi cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar nəzərdə tutulmuşdur ki, belə hallar müəyyən edildikdə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs həmin hallara əsasən cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin digər kateqoriyalara aid (az ağır, ağır və ya xüsusilə ağır) cinayətlər törətməsi halında isə hətta səmimi peşmanlıqla bağlı yuxarıda göstərilən hallar müəyyən edildikdə belə onun CM-in 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə olduqda isə məhkəmələr cəza təyini zamanı səmimi peşmanlığın müəyyən edilməsin ə dəlalət edən halları həm ayrı-ayrılıqda, həm də cəm şəklində səmimi peşmanlıq kimi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə ala bilərlər. Hazırki işin hallarına görə, əvvəla Məhkum törətdiyi və CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət az ağır cinayət hesab olunur və buna görə apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi yekun qərarında onun CM-in 72.1ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini heç müzakirə belə etməmişdir, baxmayaraq ki, onun cinayət törətdikdən sonra etdiyi hərəkətlər, cinayət təqibinin bütün mərhələlərində davranışı və verdiyi səmimi ifadələri, eyni zamanda hələ ibtidai araşdırma zamanı vurduğu ziyanın çox hissəsini könüllü olaraq ödəməsi məhkum olunmuş şəxsin təqsirini boynuna almasına, onun ittiham olunduğu cinayət törətməsini etiraf etməsinə dəlalət edir və səmimi peşmanlıqla bağlı bu hallar araşdırılmış sübutlarla təsdiq olunur. Təsvir edilənlərdən belə nəticə hasil olur ki, Məhkum səmimi peşmanlığı ilə bağlı bütün hallar araşdırılmış sübutlarla öz təsdiqini tapdığından məhkəmələr də bu halları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində səmimi peşmanlıq kimi nəzərə alarkən heç bir qanun pozuntusuna, o cümlədən CM-in 72.1-ci maddəsinin tələblərinin pozulmasına yol verməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza təyini zamanı cinayət törətmiş şəxsin səmimi peşmanlığı məsələsinə təkcə cinayət hüquqi normalarının tələbləri baxımından deyil, həm də fəlsəfi nöqteyi nəzərdən diqqət yetirilməli və bu hal da təqsirkarın şəxsiyyətini səciyələndirən, digər tərəfdən isə cəzanı yüngül ləşdirən hal kimi cəza təyini zamanı nəzərə alına bilər. Belə ki, fəlsəfi mənada peşmançılıq şəxsin etdiyi və ya etmədiyi hərəkətlərə görə keçirdiyi dərin təəssüf hissidir. Bu hissi keçirən şəxslərin digərlərindən fərqi ondan ibarətdir, onlar etdikləri hərəkətə, onun nəticələrinə biganə yanaşmır və etdikləri, yaxud da etmədikləri hərəkətə görə mənəvi əziyyət çəkirlər, bunu isə istər ifadələrində, istərsə də digər hərəkətlərində ifadə edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, belə səmimi peşmanlıq həmçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinmiş şəxsin cinayət törətməyə meylli şəxs olmamasının və tez bir zamanda islah oluna bilməsinin göstəricisidir. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin d əlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Buna görə də məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birgə müqayisəli şəkildə bir daha təhlil edib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsir li bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1292/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1292/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver