Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1292/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 04 dekabr 2024-cü il tarixli 1(103)-2521/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fərid Namazov (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Telman Hüseynov) 7 oktyabr 2024-cü il tarixli 1(101)160/2024 nömrəli hökmü ilə xx xxxxxx 1991-ci il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ümumi ittihamdan CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilmiş, CM-in 29,317-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilmiş, əməli CM-in 234.4.3-cü maddəsindən CM- in 234.2-ci maddəsinə tövsif olunmuş və ona CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 1(101)476/2021 nömrəli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 1(103)-1705/2021 nömrəli qərarına əsasən təyin edilməklə üzərində saxlanılmış azadlıqdan mə hrumetmə cəzasının, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 7(008)-291/2022 nömrəli qərarı ilə cəzadan şərti olaraq azad edilməklə çəkilməmiş 4 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsi CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317- 1.1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlayaraq daşıyıb satmış, istintaq təcridxanasında 21022saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Belə ki, Məhkum əmisi oğlu X5 ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşınması, habelə istintaq təcridxanasında saxlanılan qohumlarına ötürülməsi barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz ol araq təmiz çəkisi 4,125 qram külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,300 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 21 iyun 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası kimi tanınan ərazidə tanışı Şahid9 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram və 0,285 qram ümumi təmiz çəkisi 0,400 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,205 qram və 0,095 qram ümumi təmiz çəkisi 0,300 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 40 manata satmış, həmçinin 3,725 qram külli miqdarda narkotik vasitə heroini üzərində “Chocobis” sözlə ri yazılmış şirniyyatın altına bağlamanın içərisinə qoyaraq cinayətkar niyyətlərindən məlumatsız olan Şahid9 və Şahid1 verdiyi sovqatın içərisinə yerləşdirməklə 21 iyun 2022-ci il tarixdə saat 17 radələrində qadağan olunmuş əşya hesab olunan qeyd edilən narkotik vasitəni yoxlamadan gizlətməklə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan cinayətdən xəbərsiz X2 ötürülməsinə nail olmaq istəmiş, lakin həmin sovqat Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən müəssisənin Nəzarət buraxılış məntəqəsində yoxlanılaraq təmiz çəkisi 3,725 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürüldüyündən bilavasitə ci nayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmiş, BİT-dən daxil olmuş məlumat əsasında həmin gün saat 19 radələrində Təcridxananın Nəzarət buraxılış məntəqəsinin yaxınlığında Şahid9 Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, az öncə həmin ünvana sərnişin qismində gəldiyi “Toyota Prius” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşınının arxa sağ sərnişin oturacağının ayaqaltısına qoyduğu ondan 40 manata satın aldığı şəffaf sellofan torbanın içərisində ümumi təmiz çəkisi 0,400 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,300 qram psixotrop maddə metam fetamin avtomaşının salonuna polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəmənin hökmünə əsasən isə Məhkum istintaqa məlum Hökmə əsasən təqsirləndirilən şəxs X6 istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram və 0,285 qram ümumi təmiz çəkisi 0,400 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,205 qram və 0,095 qram ümumi təmiz çəkisi 0,300 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 21 iyun 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Daş Kar xanası kimi tanınan ərazidə tanışı Şahid9 40 manat müqabilində satmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Zamin İbrahimov və Murad Məmmədov) 04 dekabr 2024-cü il tarixli 1(103)-2521/2024 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli 1(101)-160/2024 nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 29,317-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilmiş, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 1(101)- 476/2021 nömrəli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 1(103)1705/2021 nömrəli qərarına əsasən təyin edilməklə üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 7(008)- 291/2022 nömrəli qərarı ilə cəzadan şərti olaraq azad edilməklə çəkilməmiş 4 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsi CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çək məklə, cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Apellyasiya protesti təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il tarixli 1(103)- 2521/2024 nömrəli hökmü ləğv edilsməsini və Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli məhkəmə hökmünü Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarının, həmçinin İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi Haqqında Avropa Konvensiyasının, İnsan Hüquqları üzrə Avropa Məhkəmələrinin qərarlarının tələbləri kobud şəkildə pozulmaqla çıxarılmışdır. Kassator bildirir ki, iş materiallarında olan saxta və uydurma sübutların əksi olaraq Məhkum qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri küllü miqdarda əldə edib saxlayaraq daşıyıb satmamış, istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürməyə cəhd etməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum Sabunçu RPİ-də dindirilərkən keyfiyyətli hüquqi vardım almaq imkanında məhrum olunmuş və bundan istifadə edən müstəntiq dindirmə protokolları na öz istədiyini yazmış, təqsirləndirilən şəxsə və öz işini layiqincə görməyən müdafiəçiyə imza çəkdirmişdir. Bunu o hal təsdiq edir ki, Məhkum və onun müdafiəçisi etirafedici ifadələri olan protokolu öz imzaları ilə təsdiq edirlər, lakin həmin günü təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətə baxılarkən o, məhkəmədə özünü təqsirli bilmir. Müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxs Məhkum odlunun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı müstəntiqə verdiyi ifadələrinə və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə məhkəmə baxılarkən verdiyi ifadəyə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmə iclası zamanı verdiyi ifadəsi düzgündür. Çünki, məhkəmə iclasında təqsirləndirilə n şəxs ifadə verərkən ona heç bir təsir, təzyiq olmamış və o, sərbəst səkildə ifadə vermişdir. Bu hal isə hakimin gözü qarşısında bas vermişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum ibtidai araşdırma zamanı müdafiə hüququnun pozulub-pozulmamasının müəyyən edilməsi məqsədi ilə onun tərəfindən müdafiəçi X3 18 oktyabr 2022-ci il tarixdə, 19 oktyabr 2022-ci il tarixdə. 20 oktyabr 2022-ci il tarixdə, 12 yanvar 2023-cü il tarixdə və 14 yanvar 2023-cü il tarixdə Bakı səhəri Sabunçu Rayon Polis İdarəsində olub - olmamasını müəyyən etmək üçün ona məxsus ***-***-**-** saylı mobil nömrənin anten dairəsinin "xxxx" MMC- dən götürülməsinə dair qərar qəbul edilməsi barədə birinci instansiya məhkəməsində vəsatət verilmiş, lakin həmin vəsatət heç bir əsas gətirilmədən rədd edilmişdir. Əgər bu hall ar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdırsa, müdafiə tərəfinin vəsatəti əsassız olaraq rədd edilmişdirsə, həmin vəsatət apellyasiva insitansiya məhkəməsi tərəfindən araşdırılmalı və müdafiə tərəfinin gətirdiyi dəlillə bağlı araşdırma aparılmalı idi. Çünki, həm birinci instansiya məhkəməsinin həmdə apellyasiya instansiya məhkəməsinin hakimləri iş materiallarında olan sənədlərdə acıq-aşkar saxtalasdırmalar olduğunu görmüşlər. Kassator qeyd edir ki, cinayət işinin materiallarında olan 21 iyun 2022-ci il tarixli axtarış və götürmə keçirilməsi haqqında protokol saxtadır. Həmin istintaq hərəkətləri keçirilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, baxış və götürmə keçirilərkən prosesdə iştirak edən şəxslərə hüquq və vəzifələri və həmçinin istintaq hər əkətinin aparılmasında iştirak edən şəxslərə hal şahidlərinə etiraz etmək hüquqları izah edilməmiş bununla da CPM-in 107-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin cinayət işi üzrə keçirilmiş məhkəmə istintaqı zamanı dindirilmiş hal şahidi Şahid3 təqsirləndirilən şəxsi tanımadığını bildirmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirdi ki, həmin vaxtı ona qanunvericiliyin tələbləri izah edilməmişdir. Hal şahidinin də ifadəsinə əsasən müəyyən olunur ki, sovqata baxış keçirilməmişdən əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə hüquq və vəzifələri izah edilməmişdir. Müvafiq istintaq hərəkəti aparılarkən CPM-in 94 və 115-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Hal şahidi Şahid3 hazırkı cinayət təqibində maraqlı olması onun öz ifadələri və məhkəm ə istintaqı zamanı əldə edilmiş 10 dekabr 2021-ci il tarixli əmək müqaviləsi ilə də sübut olunur. Kassator hesab edir ki, hazırkı cinayət işi üzrə hal şahidi Şahid3 iştirakı ilə keçirilmiş istintaq hərəkətləri zamanı toplanmış sübutlar etibarsız sayılmalıdır. Məhkəmə istintaqı zamanı dindirilmiş hal şahidi Şahid4 ifadəsində bildirdi ki, o təqsirləndirilən şəxsi tanımır. O, Bakı İstintaq Təcridxanasında əmək müqaviləsi əsasında işləmişdir. O, Bakı İstintaq Təcridxanasında olduğu müddətdə hal şahidi qismində iştirak etməmişdir. Bundan sonra ibtidai istintaq zamanı onun adından yazılmış ifadəsi məhkəmə tərəfindən elan olundu. Lakin, hal şahidi Şahid4 bildirdi ki, həmin ifadə ona məxsus deyil. O, heç vaxt müstəntiqin yanında ifadə verməmişdir. Məhkəmə tərəfindən iş materiallarında onun adının qarşında yazılmış imzalar ona göstərildi. Lakin, hal şahidi Şahid4 bildirdi ki, həmin imzalar ona məxsus deyil. Bundan sonra müdafiə tərəfi olaraq cinayət işinin 7-ci vərəqəsində olan 21 iyun 2022-ci il tarixli protokolun 1-ci səhifəsinin alt hissəsindəki ilk imza, arxa tərəfində “Hal şahidləri” qrafasında “Şahid4” yazıları qarşısındakı imza, 21 iyun 2022-ci il tarixli izahatda “imza” qrafasındakı imza və 19 avqust 2022-ci il tarixli şahidin dindirilməsi haqqında protokolda “imza” qrafasındakı imzaların Şahid4 tərəfindən çəkil-çəkilməməsinin müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq eksperizasının təyin edilməsi barədə vəsatət vermişdir. Məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair müdafiəçinin vəsatəti təmin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirl iyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4/2045 nömrəli, 01 aprel 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, cinayət işinin 7-ci vərəqəsində olan 21 iyun 2022-ci il tarixli protokolun 1-ci səhifəsinin alt hissəsindəki ilk imza, arxa tərəfində “Hal şahidləri” qrafasında “Şahid4” yazıları qarşısındakı imza, 21 iyun 2022-ci il tarixli izahatda “imza” qrafasındakı imza və 19 avqust 2022-ci il tarixli şahidin dindirilməsi haqqında protokolda “imza” qrafasındakı imzalar Şahid4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Belə olan halda cinayət işinin materiallarında olan 21 iyun 2022-ci il tarixli axtarış və götürmə protokolun, 21 iyun 2022-ci il tarixli izahatın, 19 avqust şahidin dindirilməsi haqqında protokolun saxta olduğu sübut ol unur və buna görə də, həmin protokollar və izahat sübut qismində qəbul edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4/2045 nömrəli, 01 aprel 2024-cü il tarixli ekspert rəyi ilə sübut olunur ki, 21 iyun 2022- ci il tarixli protokolda göstərilmiş axtarış və götürmə istintaq hərəkətləri aparılarkən CPM-in 236, 244, 246-cı maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Cinayət işinin materiallarından görünür ki, 21 iyun 2022-ci il tarixli axtarış və götürmə aparılarkən iki hal şahidi iştirak etməmişdir. Həmçinin həmin axtarış və götürmə zamanı videoçəkilişdən də istifadə edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il ta rixli, 15 nömrəli qərarının 25-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, ibtidai istintaq zamanı Məhkum şikayəti əsasında Bakı şəhəri Sabunçu rayon Prokurorluğu tərəfindən heç bir araşdırma aparılmamışdır. Cinayəti işinin başlanmasının rədd edilməsi haqında qərar məhkəmə nəzarəti qaydasında ləğv edilməsini baxmayaraq, şikayət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Araşdırmanın nəticəsi barədə nə məhkəməyə nə müdafiə tərəfi olaraq bizə heç bir rəsmi məlumat verilməmişdir. Lakin, buna baxmayaraq aşağı instansiya məhkəmələri tərəfindən Məhkum şikayəti əsasında Bakı şəhəri Sabunçu rayon Prokurorluğunda aparılmış araşdırmanın nəticəsi ilə bağlı hər hansı hərəkət (sorğu verilməmiş) edilməmişdir. Beləliklə, Məhkum Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulduq dan sonra o döyülmüş, ona psixi və fiziki işgəncələr verilmişdir. Bununla bağlı müdafiə tərəfinin şikayəti prokurorluq tərəfindən araşdırılmamışdır. Bu səbəbdən də onun ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Müdafiə tərəfi hesab edir ki, ittiham orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 317-1.1-ci maddələri ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Məhkum qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məh kəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Məhkum qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən olunmalı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il tarixli 1(103)-2521/2024 nömrəli hökmü dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29,3171.1-ci maddələri ilə təqsiri sü buta yetirilməməsi əsası ilə ona bəraət verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəlləsinin 144-cü madd əsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Qanunun yuxarıda qeyd edilən normalarına görə Məhkum təqsirli bilindiyi cinayət tərkiblərinin bütün əlamətləri məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutlarla təsdiq edilməlidir. İstintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29,3171.1-ci maddələri ilə təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün, şahidlər Şahid9, H.A.Əsgərovanın, Şahid3, İ.Ə.Səfərovun, Şahid8, Şahid6, Şahid5 və Şahid2 ifadələrini, 21 iyun 2022-ci il tarixli protokolu, məhkəmə-kimyəvi ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri təqdim etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, təqdim edilmiş sübutlar Məhkum əmisi oğlu X5 ilə bir qrup şəxs halında Şahid9 0,400 qram heroin və 0,300 qram metamfetamin satması, habelə 3,725 qram heroini şirniyyat üçün bağlamaya yerləşdirərək sovqat tərkibində Bakı İstintaq Təcridxanasına ötürməsində iştirak etməsi faktlarını təsdiq etmir. Bu səbəbdən birinci instansiya məhkəməsi öz hökmü ilə Məhkum ittihamından Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsini xaric etmiş, CM-in 29,317-1.1-ci maddəsi üzrə ona bəraət vermiş, həmçinin onun əməllərini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə dövlət ittihamçısının verdiyi apellyasiya protestini araşdıraraq nəticəyə gəlmişdir ki, təqdim edilmiş sübutlar Məhkum ona elan edilmiş ittiha m üzrə – Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olmasını tam təsdiq edir. Bu əsasla da apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ləğv etmiş və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə yeni ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara nəzər salıb apellyasiya instansiya məhkəməsinin hökmünü əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ifadəsində götərmişdir ki, o Yunus Məmmədli tərəfindən Şahid9 Bakı İstintaq Təcridxanasına göndərilməsi üçün verilmiş sovqatın içində narkotik vasitənin o lması barədə məlumatsız olmuşdur. Sovqatda aşkarlanmış narkotik vasitə ilə bağlı onun hər hansı əlaqəsi olmamışdır. Həm o, həm Yunus Məmmədli narkotik vasitələrin istifadəçiləridir. Narkotik vasitələri eyni şəxsdən alırlar. O, Şahid9 tanıyır, bir yerdə narkotik vasitələr istifadə etmişlər. Lakin Şahid9 narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrində Məhkum bildirmişdir ki, sovqatın içində narkotik vasitə - heroinin Bakı İstintaq Təcridxanasına göndərilməsi ilə onun heç bir əlaqəsi olmamışdır. Həmin narkotik vasitəni onun əmisi oğlu Yunis Məmmədli göndərmiş, o isə bu barədə məlumata malik olmamışdır. Qeyd edilməlidir ki, Məhkum bu barədə verdiyi ifadə məhkəmə iclasında tədqiq edilmiş hər hansı digər sübutla təkzib olunmur. Nə birinci instansiya məhkəməsinin, nə də apellyasiya instansiyası məhkəməsinin hökmlərində göstərilən və təsvir edilən sübutlar Məhkum narkotik vasitənin Bakı İstintaq Təcridxanasına göndərilməsində iştirakını təsdiq etmir. Cinayət işi üzrə toplanmış sübutların məcmusundan görünür ki, Məhkum heroinin Bakı İstintaq Təcridxanasına göndərilməsində iştirak etməsi və onun narkotik vasitəni Şahid9 satması Yunus Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi barədə ehtimala əsas verən yeganə hal ondan ibarətdir ki, məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə həm Bakı İstintaq Təcridxanasına sovqatın içərisində göndərilmiş, həm də Şahid9 üzərində aşkar edilmiş heroinini tərkibcə eyni olmasının müəyyən edilməsidir. Birinci instansiya məhkəməsi Məhkum CM-in 29,317-1.1-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsi və onun ittihamından CM-in 234.4.1-ci maddəsinin xaric edilməsi barədə qərar qəbul edərkən işin bu halına qiymət vermişdir. Belə ki, birinci instansiya məhkəməsi həm Məhkum, həm də Şahid9 ifadələrində Məhkum və Yunus Məmmədlinin narkotik vasitələri eyni şəxsdən aldıqları barədə göstərdiklərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, digər sübutlarla təsdiq olunmadığı halda, işin bu halı Məhkum heroinin Bakı İstintaq Təcridxanasına göndərilməsində iştirak etməsini və onun narkotik vasitəni Şahid9 satması Yunus Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini müəyyən etmək üçün kifayət etmir. Yalnız bu hal əsasında Məhkum ona qarşı irəli sürülmüş ittihamın tam həcmdə, yəni CM-in 234.4.1 və 29,317-1.1-ci maddələri üzrə təqsirli olması barədə yekun və mötəbər nəticəyə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəl i və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Narkotik vasitə və psixotrop maddənin Şahid9 satılması epizodu ilə bağlı həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq Məhkum və Şahid9 cinayət işi üzrə məhkəməyədək icraat zamanı verdikləri ifadələrin düzgün və həqiqətə uyğun olması qənaətinə gəlmiş və bu mövqeyi əsaslandırmışlar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum Şahid9 narkotik vasitə və psixotrop maddə satması faktı cinayət işi üzrə sübutlarla təsdiq olunur. Lakin həmin faktı təsdiq edən sübutlar Məhkum bu əməli əmisi oğlu Yunis Məmmədli ilə bir qrup şəxs halında törətdiyini müəyyən etmir. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum CM-in 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirinin sübutlarla təsdiq edilməsi barədə gəldiyi nəticə əsaslı və qanuna uyğun sayıla bilməz. Belə ki, təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlayaraq daşıyıb satması, istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etməsi” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1 və 29,317-1.1-ci maddələri ilə olan ittiham üzrə təqsirliliyi yuxarıda qeyd edildiyi kimi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətə ndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CPM-in 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2, 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Məhkum istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmədə ifadə olun an Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə verilmiş ittiham üzrə Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” müvafiq plenum qərarına əsasən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilm işdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir ol an bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni sat anla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında Məhkum Şahid9 2 ədəd bükümdə narkotik vasitə heroin və 2 ədəd bükümdə psixotrop maddə metamfeta mini satması müəyyən edilsə də, həmin satışda Yunus Məmmədlinin rolu və Məhkum ilə sonuncunun qabaqcadan əlbirliyi müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməmiş, onun əməlidə CM-in 29,317-1.1-ci maddəsini törətməsi sübuta yetirilməmişdir. Şahid9 satılmış narkotik vasitənin və psixotrop maddənin miqdarının xeyli olması ilə əlaqədar məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiy aya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntu ları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 29, 317-1.1-ci maddəsi ilə olan ittiham üzrə cinayət işinin icraatına onun təqsirliliyi sübuta yetirilmədikdə xitam olunacağını nəzərə alaraq, kassasiya şikayətində həmin ittihamın əsas sübutu olan Bakı İstintaq Təcridxanasına göndərilən sovqatın tərkibində narkotik vasitənin aşkar edilməsi barədə 21 iyun 2022-ci il tarixli protokolun tərtibatı ilə əlaqədar yol verildiyi iddia edilən qanun pozuntuları barədə irəli sürülmüş dəlillərə münasibət bildirilməsini zəruri hesab etmir. Məhkum Şahid9 0,4 qram heroin və 0,3 qram metamfetamin satması sübutlarla tam təsdiq olunduğundan məhkəmə kollegiyası məhkuma qarşı irəli sürülmüş ittihamın bu hissəsi ilə əlaqədar cinayət işinin icraatına xitam verilməsi barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il tarixli 1(103)-2521/2024 nömrəli hökmü dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il tarixli 1(103)-2521/2024 nömrəli hökmü dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il ta rixli 1(103)-2521/2024 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin. Məhkum təqsirli bilindiyi CM-in 234.4.1-ci maddəsi ümumi ittihamdan xaric edilsin. Məhkum təqsirli bilindiyi CM-in 29,317-1.1-ci maddəsi təqsiri sübuta yetirilmədiyi üçün cinayət işinin icraatına xitam verilsin. Məhkum hökmlə təqsirli bilindiyi əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2ci maddəsinə tövsif edilsin və ona həmin maddə ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləş dirilməklə ona qəti olaraq 3 (üç) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1292/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1292/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver