Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1293/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil qaydada fəaliyyət göstərən vəkil Muradov Altay Oqtay oğlunun iştirakları ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019cu il tarixli qərarından Məhkum müdafiəçisi Muradov Altay Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qəhrəmanov Əkrəm Sabir oğlu) xx xxxxxx 1975-ci il tarixdə Ağdam rayonu, Ətyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respubli kası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, CM-nin 69.4-cü maddəsinə əsasən onun 07.12.2017-ci il tarixdən 08.12.2017-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilmiş və üzərində qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 10-15 iyun 2016-cı il tarixləri arasında ünvan 1 ünvanının həyətində Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə 10.000 manat pulunu alıb sonuncunun oğlu X6 Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəltməyi vəd edərək zərərçəkmiş şəxsə qarşı dələduzluq etmiş, yəni et ibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 10.000 manat (on min) manat pulu ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi A.O.Muradov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 04 iyun 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü məhkumun müdafiəçisi A.O.Muradovun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum barəsində çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmünün giriş, təsviri-əsaslandırıcı hissəsi ndən məhkumluqla bağlı müddəalar xaric edilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Muradov Altay Oktay oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum təqsirliliyinin sübuta yetirilməməsi və əməlində qeyd olunan cinayətin tərkib əlamətlərinin olmaması əsaslarına görə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Muradov Altay Oktay oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, istintaq orqanı ümumiyyətlə Məhkum qeyd olunan tarixlərdə gö stərilən ərazidə olub-olmamasını (Məhkumun istifadəsində olan mobil nömrələrin 10-15 iyun 2016-cı il tarixlərdə anten məlumatlarının müvafiq mobil operatorlardan əldə edilməsini) müəyyənləşdirməmişdir. İstintaq orqanı qeyd olunan tarixdə, yəni 07 iyun 2016-cı il tarixdə, eləcə də ondan sonra Məhkum Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs Məhkum doğrudan da zəng edib-etməmələrini də aydınlaşdırmamışdır. Hazırkı cinayət işinin materiallarından da göründüyü kimi, Məhkum barəsində olan cinayət işi ********* saylı cinayət işinin materiallarından ayrıca icraata ayrılmışdır. Həmin cinayət işinin materiallarından da göründüyü kimi istintaq orqanı X1 istifadəsində olmuş telefon nömrələri üzrə giriş-çıxış zənglərinə dair çıxarışları əldə etməsinə baxmayaraq, Məhkum münasibətdə bu halı aydınlaşdırılmamış, onun istifadəsində olan telefon nömrələri üzrə çıxarışlar əldə edilməmişdir. Görünür istintaq orqanı Məhkum qarşı irəli sürülmüş ittihamın əsassız və uydurma olduğunu “bildiyindən” işin bu halları aydmlaşdırmamışdır. Belə ki, əgər doğrudan da Zərərçəkmiş şəxs qeyd etdiyi kimi Məhkum 10.000 manat pul verilmiş olsaydı, aradan keçən uzun müddət ərzində oğlunun hər hansı bir işə düzəlmədiyini görən Zərərçəkmiş şəxs ondan dərhal pulunu tələb edər, ən azından tez-tez Məhkumla telefon vasitəsilə əlaqə saxlayaraq məlumat əldə edərdi. İş materiallarından da göründüyü kimi Zərərçəkmiş şəxs 15 noyabr 2016-cı il tarixdən ev dustaqlığına buraxılmışdır. Zərərçəkmiş şəxs 15 noyabr 2016-cı il tarixdən 10 avqust 2017-ci il tarixədək Məhkum verdiyini qeyd etdiyi 10000 manatı tələb etməmiş, oğlunun işə düzə ldilib-düzəldilməməsi ilə maraqlanmamışdır. Zərərçəkmiş şəxs 18 may 2017-ci il tarixdə və 10 iyun 2017-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PB-də və Xəzər RPİ-nin təhqiqat şöbəsində verdiyi izahatlarında Məhkum hər hansı bir məbləğdə pul verdiyini qeyd etməmişdir. Həmçinin, iş materiallarından da göründüyü kimi Zərərçəkmiş şəxs Nərimanov RPİ- nin 17-ci PB-nə ərizə ilə müraciət edərək, tamamilə fərqli məzmunda izahat verərək, Məhkumdan 10.000 manat pul aldığını, həmin pulun 3000 manatını özünün götürdüyünü, qalan 7.000 manatını isə X2ə verdiyini göstərmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, alqı-satqıdan bir gün sonra Məhkum özü ona zəng edərək oğlu X6i işə düzəltməyi təklif etmiş, o, da bir-iki gün sonra görüşərək Məhkuma oğlunun işə düzəldilməsi üçün 10.000 manat pul vermişdir. Məlum olduğu kimi alqı-satqı müqaviləsi 06 iyun 2016-cı il tarixdə bağlanılmışdır. Belə olan halda Məhkum 10 iyun 2016-cı il tarixədək pulun verilməsi müəyyən edilir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi pulun verildiyi tarix kimi 10-15 iyun 2016-cı il tarixləri göstərilmişdir. Yuxarıda qeyd olunan xüsusatlardan da görünür ki, Məhkum tərəfindən qeyd olunan cinayətin törədilməsini deməyə əsaslı şübhələr vardır. Lakin istintaq orqanı qeyd olunan şübhələri aradan qaldırmaq üçün hər hansı bir sübut əldə etməmişdir. Məhkəmədə aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, Məhkum qarşı irəli sürülmüş ittiham tamamilə əsassızdır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, həmin şəxslərin ibtidai istintaq z amanı verdikləri ifadələrdən açıq-aşkar şəkildə fərqli olmuşdur. Belə ki, istər zərərçəkmiş şəxs, istərsə də şahidlər X8 və X5 ibtidai istintaq zamanı Məhkum verilmiş 10.000 manat pulun təxminən 10-15 iyun 2016-cı il tarixdə verildiyini qeyd etsələr də, məhkəmə istintaqı zamanı adı çəkilən hər üç şəxs Məhkum pulun 06 iyun 2018-ci il tarixdə verildiyini göstərmişlər. Bundan başqa Zərərçəkmiş şəxs Məhkum pulu verərkən sonuncunun pulu sayıb götürdüyünü qeyd etmişdir. Halbuki, şahid X6 anası Zərərçəkmiş şəxs pulu Məhkum yanında sayaraq ona verdiyini bildirmişdir. Digər şahid X5 verilən pulun “paçkada” olduğunu göstərmişdir. Eləcə də, məhkəmədə şahid qismində dindirilmiş X9 ibtidai istintaq zamanı verdiyi ifadəsinin əksinə olaraq qızı Zərərçəkmiş şəxsin Məhkum pul verilərkən onların yanında old uğunu qeyd etsə də, Zərərçəkmiş şəxs, eləcə də şahidlər X6 və X5 Məhkum pul verilərkən X9ın orada olmadığını qeyd etmişlər. Həmçinin Zərərçəkmiş şəxs və şahidlər X6 və X5 Məhkum pulu almağa ağ rəngli RANGE ROVER markalı avtomobillə gəldiyini qeyd etsələr də, məhkəməyə təqdim edilmiş Baş Dövlət Yol Polis İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş 17 sentyabr 2018-ci il tarixli cavab məktubundan da görünür ki, Məhkum sahiblik və istifadəsində ümumiyyətlə, həmçinin qeyd olunan tarixlərdə ağ rəngli “RANGE ROVER” markalı avtomobil olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs suallara verdiyi cavablarda Məhkumla onun arasında telefon danışıqlarının olduğunu bildirsə də, məhkəmə sorğusu əsasında müvafiq mobil operatorlar tərəfindən verilmiş cavab məktublarından və aparılmış danışıqlar barədə çıxarı şlardan da görünür ki, Məhkumla Zərərçəkmiş şəxs arasında hər hansı bir zəng qeydə alınmamışdır. Nəhayət Məhkum istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun anten məlumatları barəsində “xxxx” MMC-dən əldə edilmiş məlumatlardan, eləcə də digər mobil operatorların verdiyi məlumatlardan da göründüyü kimi Məhkum ona 10.000 manat pulun verildiyi qeyd olunan ərazidə ümumiyyətlə olmamışdır. CPM-nin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. CPM-də cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin əhəmiyyəti, onlara əməl edilməsinin vacibliyi təsbit edilmişdir. Həmin prinsip və şərtlərin başlıca təyinatı cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdən, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etməkdən ibarətdir. (CPM-nin 9-cu maddəsi). Göstərilən prinsip və şərtlərin pozulması bütövlükdə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM, 9.2-ci maddə)”. Lakin Xəzər Rayon Məhkəməsinin Məhkum barəsində olan 27.11.2019-cu il tarixli hökmü çıxarılarkən qanunun yuxarıda göstərilən tələblərinə də əməl edilməmiş, qanunsuz və əsassız olaraq təqsiri olmayan ş əxs cinayət törətməkdə məhkum edilmişdir. Məhkəmədə araşdırılmış sübutlara və yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən, ittiham tərəfinin təqdim etdiyi sübutlar Məhkum qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün yetərli deyildir, həmçinin işdəki sadalanan sübutlar birbaşa olaraq Məhkum baş vermiş cinayətin törədilməsinə aidiyyatı olmadığını və onun bu cinayət əməlini törətməkdə təqsirsizliliyini sübuta yetirir. Qeyd olunanlardan da göründüyü kimi istintaq orqanı Məhkum cinayətin törədilməsinə aidiyyatının olmasını əsaslandırmadan, heç bir faktiki əsası olmayan uydurma mülahizələrə istinad etməklə Məhkum təqsirləndirilən şəxs qismində cəlb edərək ona qarşı əsassız ittiham irəli sürmüşdür. Beləliklə, işin faktik halları ilə bağlı yuxarıda göstərilən xüsusatlardan tam amilə aydın olur ki, hazırkı cinayət işi üzrə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsi tamamilə əsassız olduğundan, Məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi və əməlində qeyd olunan cinayətin tərkib əlamətlərinin olmaması əsaslarına görə ona bəraət verilməlidir. Qeyd olunan pozuntuların apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırılmasına baxmayaraq, həmin məhkəmə tərəfindən də şikayətin bu dəlillərinə münasibət bildirilməmiş, qanunsuz, əsassız və ədalətsiz hökm qüvvəsində saxlanılmışdır. Göstərilənlərə əsasən Məhkum müdafiəçisi Muradov Altay Oktay oğlu Xəzər Rayon Məhkəməsinin Məhkum barəsində olan 27 noyabr 2019-cu il tarixli hökmünü və Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019- cu il tarixli qərarını ləğv edərək, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi və əməlində qeyd olunan cinayətin tərkib əlamətlərinin olmaması əsaslarına görə bəraət verilməsinə dair müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya ş ikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əmələ hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin bu məsələlərlə bağlı mövqeyi nin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur və bir sıra dəlillərə istinad edilir. Şikayətin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, apellyasiya məhkəməsi həmin dəlillərə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, iş üzrə mövqeyini, yəni Məhkum yuxarıda göstərilən maddə ilə nəzərdə tutulmuş cinayəti törətməsinə dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini və Azərbaycan Respublikası Cinayət Prosessual-Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunverciliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Məhkum müdafiəçisi Muradov Altay Oqtay oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum dələduzluq cinayəti törətməsi məhkumun etiraf etməməsinə baxmayaraq, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri və cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq edilərək tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir və məhkumun əməllərini Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna və əməlin tövsifinə dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək şərh etməklə əsaslandırmışdır. Yuxarıda göstərildiyi kimi, kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İş materiallarında olan, məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutların təhlili birmənalı olaraq göstərir ki, iş üzrə yuxarıda göstərilən normada sadalanmış hallar mövcud deyildir. Şikayətdə də belə bir hala istinad edilməmişdir ki, həmin normada göstərilən (bəraət verilməsi üçün əsas ola bilən) hər hansı bir halın mövcud olması barədə fikir söyləməyə əsas versin. Şikayətdə sübutların tam həcmd ə tədqiq olunmadığı və qiymətləndirilmədiyi iddia edilsə də, iş materiallarının təhlili göstərir ki, sübutlar ətraflı tədqiq edilmiş, onlarda olan məlumatlar təhlil olunmuş, məhkəmələrin hansı sübutlara və hansı səbəblərdən üstünlük verdikləri hökmdə və qərarda göstərilmiş, bununla bağlı gəlinmiş nəticə ətraflı şərh edilməklə əsaslandırılmışdır. İş materiallarından həm də görünür ki, ittihamın sübut edilməsində aradan qaldırılmayan şübhə qalmamışdır, ittiham tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübu t etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında (sanksiyanın 01 may 2012-ci ildən 19 iyul 2017-ci ilədə k qüvvədə olan mətni) nəzərdə tutulan ən yüngül növdə cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər t utaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1293/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1293/2019
20.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver