Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1293/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Xüsusi ittihamçı X11 nümayəndəsi Müdafiəçi iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli, 1(104)-296/2022 nömrəli qərarından xüsusi ittihamçı X14 və nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş birgə kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Naftalan Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(052)-07/2022 nömrəli hökmü ilə (sədrlik edən: Z.A.Hüseynov ) 01 oktyabr 1956-cı il tarixdə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, Goranboy rayonu Qızılhacılı kəndində qeydiyyatda olan və yaşayan X5, 23 noyabr 1972-ci il tarixdə Goranboy rayonunun Ballıqaya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, Goranboy rayonu Ballıqaya kəndində qeydiyyatda olan və yaşayan X18, 28 aprel 1972-ci il tarixdə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, evli, Goranboy rayonu Ballıqaya kəndində qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə əməllərində cinayət tərkibi olmadığına görə bəraət ve rilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən xüsusi ittihamçı X14 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), E.İ.Xasməmmədov və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Naftalan Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarından xüsusi ittihamçı X14 və onun nümayəndəsi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3, X15 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-c i maddələri maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X10 25 may 2020-ci il tarixdə Goranboy Rayon İcra Hakimiyyətinin rəsmi Facebook sosial şəbəkə səhifəsində yerləşdirilmiş videogörüntüdə qeyd etmişdir ki, “bax, bu torpaq sahəsi mənim olub. Mən, buranı müqavilə ilə götürmüşəm. Mən buraya, nə bilim peyin vermişəm yerə, kübrə vermişəm, becərmişəm. X7 gəldi mənə hərbə-zorba gəldi, nə bilim ora yazacam, bura yazacam, səni belə eliyərəm, məni hədələdi, bu yeri mənim əlimdən aldı. Səhər gəlib gördüm 5 hektar yerimi zəbt edib, gətirib arpa səpib. Bunlar bir qrup adamdı bax düşüblər Qızılhacılı kəndinin canına, öz bildikləri kimi kimlərdən xoşları gəlmir, o yanı çəkin len tə alın orada 84 hektar başqasının adına olan torpaq sahəsi var, gəlib oranı mənimsəyiblər. 84 hektar sahə bu saat onlardadı. Onları heç kim oradan çıxara bilmir. Gedirlər bax rayona, ora bura, özləri ağılda, özləri səviyyədə də insanları yığırlar camaatın başını qatırlar. Bax bu torpaq da faktiki mənimdir, indi bilmirəm buna dövlət icazə verərmi ki, bu əkibdi, mən də bu qeyri-qanuni əkib gəlim biçim. Mənim sahəmdi də”. X20 25 may 2020-ci il tarixdə Goranboy Rayon İcra Hakimiyyətinin rəsmi Facebook sosial şəbəkə səhifəsində yerləşdirilmiş videogörüntüdə qeyd etmişdir ki, “bu sahəni mən icarəyə götürmüşəm. Bu günkü gün gəlmişəm xahiş edirəm, bu arxı çək, qırağı çək, onu da mən etməmişəm. Qazaxdan gəlib reyestrdən qoyublar qanuni şəkildə burda başqa söhbət ola bilməz. Gəlib mən burda öz yeri mi əkilmiş görmüşəm. Bir dənə xahiş edirəm buraları çək. Gəlib bu pambıq bitkilərini burada görmüşəm, bu hansı məqsədə uyğundur, mən başa düşə bilmirəm. Bax bu sahə varmı, bax bu gördüyümüz sahə 82 hektar yerdir, bu yerin yiyəsi 2 ildir icarə haqqı ödəyir. Verdiyev Arzu gəlib, Böyükkişiyev Məhəmmədi, Musayev Eldarı, İsmayılov Vahidi bunları da yığıb başına vallah gedib orada rayon rəhbərliyini incidirlər, gəlib burda da kənd camaatını, meşat eləməkdən, mərdiməzarlıqdan başqa ayrı işləri yoxdur. Bu sahənin qırağında taxılnan bu şumun arasında 6 metr yol yeri var. Gəlin gedək görək orada yol qalıbdırmı? Bu camaat pay torpaqlarına hardan getməlidi, göynən uçmalıdı? Vallah bu hansı məqsədə uyğun hərəkət edirlər, nə qayırırlar, mənim başım çıxmır”. X12 25 may 2020-ci il tarixdə Goranboy Rayon İcra Hakimiyyətinin rəsmi Facebook sosial şəbəkə səhifəsində yerləşdirilmiş videogörüntüdə qeyd etmişdir ki, “mən X2 rayonu, Qızılhacılı qəsəbəsinin sakini, özüm də sahibkaram, qadın sahibkaram. Mənim icarəmdə olan 46 hektar torpaq sahəsini kəndimizin sakini Verdiyev Arzu mənim yanıma gələrək, mənə nalayiq sözlər deyərək, qadın şəxsiyyətimə toxunaraq əlimdə 46 hektar torpaq sahəsinə sənədim olmasına baxmayaraq, onun istifadəsinə mənə maneçilik törədir, qolçomaqlıq eləyir, deyir sahibkar kimdir, sahibkar tanımıram, bu torpaqları mən əkəcəm, mən dövlət qanunu tanımıram, ona riayət etmirəm. Mən həmin torpaqda neçə ailəni dolandırmışam, 23 ton pambıq vermişəm dövlətimizə, dövlətçiliyimizə. Barama vermişəm 65 kq, Qurban bayramı vaxtı məscidimizə heyvan göndərmişəm kasıb-kusuba paylatdırmışam. Lakin, buna baxmayaraq Verdiyev Arzu mənə çox maneçilik törədir, məni təhqir edir, xahiş edirəm bunun haqqında hüquq mühafizə orqanları bir ölçü götürülsün. Nə lazımdırsa ona cəza verilsin, belə qolçomaqlıq etmək olmaz. Mənimlə bərabər bir neçə adamlar var ki, onlara da o ziyan törədir, onlara da qolçomaqlıq edir, onların əlində sənədləri ola-ola gedib onlara deyir ki, o torpaqlar mənimdir, zorla o torpaqları mənimsəmək istəyir, adları Əsgərov Ehtiram əlində sənədi var 82 hektar, X20 ona maneçilik törədir, Qəhrəmanov Yunusin 5 hektar yerini zəbt edib. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı X14 və nümayəndəsi Müdafiəçi vermiş olduqları birgə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi ittiham tərəfinin sübutlarının tədqiqindən əsassız olaraq imti na etmiş, sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, bu səbəbdən düzgün olmayaraq X3, X15 və X6 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olmaması haqqında nəticəyə gəlib, əsassız və qanunsuz olaraq onlar barəsində bəraət hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qanunsuz və əsassız hökmü dəyişdirilmədən saxlanılmışdır. Xüsusi ittihamçı X14 və nümayəndəsi Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarını n tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Xüsusi ittihamçı kassasiya şikayətində birinci instansiya məhkəməsinin sübutları düzgün tədqiq edib-qiymətləndirmədən, o cümlədən ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqindən əsassız olaraq imtina etməklə X5, X18 və X8 qarşı xüsusi ittiham qaydasında şikayətdə Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə əməllərində cinayət tərkiblərinin olmaması haqqında nəticəyə gəlib, onlara əsassız və qanunsuz olaraq bəraət verdiyini, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin qanunsuz və əsassız hökmün dəyişdirilmədən saxlanıldığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya məhkəməsində baxılmağa təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya xüsusi ittihamçı və nümayəndəsinin birgə kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qa nunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessul Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edi lməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkü n sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Xüsusi ittihamçının və onun nümayəndəsinin birgə kassasiya şikayətində X5, X18 və X8 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə bəraət verilməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudların ı cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası kassasiya müraciətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (X5, X18 və X8 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə əsassız olaraq bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və kassasiya müraciətinin müəlliflərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya müraciəti müəlliflərinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146- cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmələr xüsusi ittihamçı tərəfindən təqdim edilmiş diskdə olan Y.Qəhrəmanov, Ə.Pirimov və A.Hüseynova tərəfindən edilmiş çıxışları özündə əks etdirən video görüntülərin sonuncular tərəfindən deyil, başqa şəxslər tərəfindən sosial şəbəkədə yayılmasını (bəraət almış şəxslər ifadələrində telefon vasitəsi ilə onların danışıqları çəkilən zaman, çəkilişlərin sosial şəbəkədə yayılacağını bilməmişlər, bu barədə onların məlumatı olmamış), xüsusi ittihamçının isə həmin görüntülərin məhz adları çəkilən şəxslər tərəfindən internet informasiya ehtiyatında yayılmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməməsini, əksinə xüsusi ittihamçı öz şikayətində bu görüntülərin Goranboy Rayon İcra Hakimiyyətinin rəsmi Facebook sosial şəbəkə səhifəsində yayıldığını bildirməsindən çıxış edərək X3, X15 və X6 əməllərində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində göstərilən cinayətin subyektiv cəhətinə aid zəruri hallar müəyyən olunmaması haqqında qənaətə gəlmişlər. Bu və digər hallar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya müraciətlərində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutl ar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür. Y.Qəhrəmanovun, Ə.Pirimovun və A.Hüseynovanın (onlara isnad edilən cinayət tərkiblərinin subyektiv cəhətinin zəruri əlamətlərinin mövcudluğunu inkar edən) dəlilləri kifayət qədər təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin X5, X18 və X8 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət-prosessual qanunun 42.1.2-ci maddəsində göstərilən əsasla (əməllərində cinayət tərkibinin olmamasına görə) bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşması cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilmə sini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Belə olan halda, X5, X18 və X8 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə heyəti baxılan işdə bəraət hökmünün ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən xüsusi ittihamçını və nümayəndəsinin kassasiya şikayəti ilə ehtiva olunan CPMin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətlərin təmin edilməsini mümkün saymır Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməs inə dair xüsusi ittihamçı X11 nümayəndəsi Müdafiəçi çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Y.İ.Qəhrəmanovun, Ə.İ.Primovun, A.R.Hüseynovanın barələrində olan 01 iyul 2022-ci il tarixli, 1(104)-296/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Xüsusi ittihamçı X14 və nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X3, X15 və X6 barələrində olan 01 iyul 2022-ci il tarixli, 1(104)-296/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1293/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1293/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver