Məhkəmə qərarları › İş №1(102)-1293/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1293/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1293/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X5 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsi, həmçinin CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2024-cü il tarixli, 1(104)-517/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum Mübariz oğlu xx.xx.1990-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bil inərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CMin 221.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 05 (beş) il 09 (doqquz) aya endirilib və cəzasını çəkdiyi üçün cəzadan azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Gəncə şəhəri, X16 küçəsi, dalan 4, ev 4-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Sevinc qəsəbəsi, Məhsəti küçəsi, 4-cü küçədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Məhkum Mübariz oğluna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 06 iyul 2023-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx məskunlaşdığı Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yerləşən “SPAR Market" adlanan mağazanın qarşı tərəfindəki “Moyka” sözü yazılan Avto-Yuma məntəqəsinin sağ tərəfində olan küçədə özünün davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla bir qədər əvvəl tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış olan mübahisəyə aydınlıq gətirmək üçün orada heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə onunla yenidən mübahisə edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əxlaq normaları və birgəyaşayış qaydaları ilə bir araya sığmayan, özünü cəmiyyətin fövqündə qoyub öz üstünlüyünü nümayiş etdirməklə, ətrafda olan şəxslərə məhəl qoymayıb silah qismində istifadə etdiyi, ibtidai istintaqa məlum olmayan bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona qarnın sol yarısında orta ümumi xəttdən solda, qabırğa qöv sündə X sahədə köndələn istiqamətdə iti bucaqlı, kənarları hamar, qanayan, təxminən 4.0 sm x 1.3 sm ölçüdə, kəsilmiş-deşilmiş yarası, piylik eventrasiyası, mədənin yaralanması ilə nəticələnən qarın nahiyəsinin 1 (bir) ədəd daxilə keçən kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuraraq onun üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai maraqlara əhəmiyyətli ziyan vuran silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), hakimlər X6 və X3 ibarət məhkəmə t ərkibində) 17 sentyabr 2024-cü il tarixli, 1(100)-262/2024 nömrəli hökmü ilə Məhkum CM-in 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi, Məhkum CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 08 avqust 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məs rəfi məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apelyasiya protesti verərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 1(100)-262/2024 saylı hökmünün ləğv edilməsini və məhkumun CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayət qanunu müddəalarına uyğun olaraq cəza təyin edilməsini xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X9 və X8 ibarət məhkəmə tərkibində) 22 noyabr 2024-cü il tarixli, 1(104)-517/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024cü il tarixli, 1(100)-262/2024 nömrəli hökmünün dö vlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına, birinci və apellyasya instansiya məhkəmələrinin hüquqi əsaslandırma və mövqeylərinə, həmçinin bir sıra qanunvericilik normalarına istinadlar edərək, apellyasiya protestinin dəlillərini təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən q ərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum CM-in 221.3-cü maddəsi ilə əsassız verilmiş bəraət və CM-in 126.2.4cü maddəsi ilə əsassız olaraq əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi barədə hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.

8. Belə ki, müraciət müəllifi protestinin dəlilləri qismində qeyd etmişdir ki, məhkəmənin mövqeyinə əsasən hadisə şəxsi münasibətlər zəmnində baş vermiş, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına ağır zərər vurmamış və xuliqanlıq cinayətini törətməmişdir, lakin məhkəmə ümumiyyətlə hadisənin baş vermə səbəbi ilə bağlı istintaqın gəldiyi nəticəni nəyə görə qəbul etməməsinin motivlərini hökmdə tam əsaslandırmamış, məhz hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsi ilə bağlı düzgün təhlillər aparılmamışdır.

9. İbtidai istintaq və məhkəmə istintaqı zamanı ifadəsi alınmış məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə istinadlar edərək dövlət ittihamçısı qeyd etmişdir ki, təqsirləndilən şəxs Məhkum zərəçəkmişin avtomobildə musiqinin səsini yüksək səs verib küçədən keçməsini bəhanə edərək sözünün üstünlüyün nümayiş etdirmək məqsədi ilə ona musiqinin səsini azaltmasını tələb etmiş, zərərçəkmişin həmin tələbi qəbul etməməsi ilə bağlı, məhz təqsirləndirlən şəxsin təşəbbüsü ilə başlanmış mübahisədən dolayı öz aqressiyasının nümayişi və xuliqanlıq niyyətinin davamı olaraq sonradan məhz zərərçəkmiş şəxsi cəzalandırmaq məqsədi ilə bıçaq əldə edib zərərçəkmişə xəsarətlər yetirmiş, bununla da öz şəxsiyyətini digərlərinin fövqündə qoyaraq, yəni xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir.

10. Bununla da, kassasiya protestinin müəllifi məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını qeyd edərək, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2024-cü il tarixli, 1(104)-517/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyi n edilməsi xahiş edilmişdir.

11. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

12. Qərardan məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1 -ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Mübariz oğlu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, həmçinin eyni əsaslarla CM-in 126.2.4-cü maddəsi ilə olan əməlinin həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsinə dair nəticəyə gəlib, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq hökmü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublika sı CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2024-cü il tarixli, 1(104)-517/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət işinin materiallarına əsasən, Məhkum Mübariz oğlu 06 iyul 2023-cü il tarixdə saat 16-17 radələrində Məhkum yaşadığı Gəncə şəhəri, Sevinc qəsəbəsində “11-in astanovkası” adlanan yerdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hə min küçədən keçərkən avtomobildə musiqiyə çox səs verdiyi üçün Məhkum Zərərçəkmiş şəxs musiqini aşağı etməsini xahiş etmiş, Zərərçəkmiş şəxs da avtomobili saxlayıb Məhkum yanına gələrək “sən kimsən ki, mənə o sözü deyirsən?” demiş, nəticə etibarı ilə sonuncular arasında sözlü mübahisə yaranmış, Zərərçəkmiş şəxs mübahisə zamanı orada olan şəxslərin yanında Məhkum sifət nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxılmış, Zərərçəkmiş şəxs ondan bədəncə daha cüssəli və idmançı olduğu üçün Məhkum sonuncuya gücü çatmayacağını düşünüb mübahisəni davam elətdirmək istəməyərək həmin yerdən uzaqlaşmış, daha sonra elə həmin gün Məhkum Zərərçəkmiş şəxs onu yaşadığı qəsəbədə pisikdirdiyi üçün sonuncudan qisas almaq qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs zəng ed ərək görüşə dəvət etmiş, görüş yerinə gedərkən Zərərçəkmiş şəxs onu yenə döyə biləcəyini və özünün sonuncu ilə bacara bilməyəcəyini düşündüyü üçün üzərində mətbəxdə istifadə olunan bıçaq götürmüş, Samux rayonu, “Aznixinin kruqu” adlanan yerdən bir qədər aşağıda “Moyka” sözü yazılan avto-yuma məntəqəsinin sağ tərəfində yerləşən torpaq küçədə Zərərçəkmiş şəxsla görüşərkən ikinci dəfə aralarında dava-dalaş baş vermiş və Məhkum üzərində olan ibtidai istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vurmuş, həmin vaxtı Məhkum ikinci zərbəni də vurmağa imkanı olduğu halda sonuncu bunu etməyərək cinayətkar əməllərini dayandırıb cinayətin aləti olan bıçaqla hadisə yerindən uzaqlaşmış, bununla da ona qarşı hazırkı ittiham irəli sürülmüşdür.

20. Məhkum Mübariz oğluna verilmiş qeyd edilən ittiham üzrə cinayət işi materiallarında öz əksini tapan sübutları tədqiq edən birinci instansiya və apellyasiya insyasiya məhkəmələri belə hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum Mübariz oğlunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmamışdır.

21. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, zərərçəkən Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri nəticəsində məhz elə onun təşəbbüsü ilə başlanmış mübahisə səbəbindən təqsirləndirilən şəxslə aralarında gərgin münasibət yaranmış, həmin münasibətlər fonunda Zərərçəkmiş şəxs təqsirləndirilən Məhkum ona musiqinin səsini aşağı eləməsi ilə bağlı irad bildirməsini qəbul etməyərək, əksinə sonuncunun yaşadığı ərazidə cam aat içərisində Məhkum qəfildən sifət nahiyəsindən yumruqla vurub onu yerə yıxmasının, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən kütlə dairəsində alçatmasının nəticəsinin davamı olaraq Məhkum qisas almaq məqsədi ilə sonradan məlum cinayət hadisəsini törətmişdir. Belə olan halda məhkəmələr hesab etmişdir ki, təqsirləndirilən Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qeyri-etik hərəkətlərinə görə sonuncu ilə mübahisə edib ona qəsdən sağlamlığa ağır zərər vurmasından ibarət cinayətin “heç bir əsaslı səbəb olmadan”, “xuliqanlıq niyyəti ilə” törədilməsi haqqında ibtidai istintaq orqanının nəticə çıxarmasını ziddiyyətli, yəni ittihamda təsvir edilmiş faktiki hallardan irəli gəlməyən hüquqi mövqe kimi qiymətləndirir və bu zaman xüsusilə onu qeyd etməyi vacib hesab edir ki, “ittihamın təsvirindən aşkar surətdə görünən, əməlin yanlış tövsif edilməsinə gətirib çıxaran hal odur ki, ibtidai istintaq orqanı “əsaslı səbəb” və sadəcə “səbəb” anlayışlarını eyniləşdirmiş, “səbəb”in mövcud olub-olmaması barədə qənaətini ilk növbədə təqsirkar şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır.

22. Bundan başqa, kassasiya protestinin də dəlilləri qismində qeyd edilən hadisənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəktlər törətməsinə münasibətdə məhkəmələr qeyd etmişdir ki, Məhkumla Zərərçəkmiş şəxs ikinci dəfə görüşüb mübahisə etdikləri yerə ən yaxın yaşayış yeri 100 metr kənarda yerləşmiş, ikinci görüş zamanı Məhkum Zərərçəkmiş şəxsla mübahisə edərkən yanlarında heç kim olmamış, dalaşanda kənar dan onları heç kim ayırmamış, dava vaxtı yaxud ondan əvvəl bir-birlərinə qarşı nalayiq ifadələr işlətməmiş, əsas asfalt yoldan da dava etdikləri yerə qədər olan məsafə çox olduğu üçün səs-küyə həmin ərazidə yaşayan hər hansı bir şəxs gəlməmiş və açıq formada narahatlığını bildirməmişdir.

23. Həmçinin ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda və hazırda kassasiya protestinin dəlilləri qismində dövlət ittihamçısı tərəfindən məhkumun əməlində xuliqanlıq cinayətinin və niyyətinin mövcudluğuna istinadən baş vermiş hadisənin “heç bir səbəb olmadan” törədilməsinə dair cinayət işi materiallarında olan təqsirləndirilən şəxs Məhkum, Zərərçəkmiş şəxs, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrinə, həmçinin digər sübutlara əsasən qeyd edilir ki, təqsirləndirilən şəxsin bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meylli olan hərəkətlər etmək, zərərçəkmiş şəxsin üzərində zor tətbiq etmək niyyəti olmamışdır.

24. Məhkumun xuliqanlıq niyyətinin olmamasına münasibətdə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən ittiham tərəfinin dəlillərinə hüquqi qiymət verilərək göstərilmişdir ki, ibtidai istintaq orqanı da Məhkum ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasına, o cümlədən onun hərəkətlərinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməsinə dair hər hansı bir mötəbər s übut təqdim edə bilməmiş, sadəcə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda CM-in 221.1-ci maddəsinin dispozisiyasında göstərilən obyektiv cəhətinin əlamətlərini formal olaraq sadalamaqla kifayətlənmişdir.

25. Bütün bu qeyd edilənlərə əsasən birinci instansiya və apellyasiya instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum Mübariz oğlunun zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma cinayətini ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə törətməsində xuliqanlıq niyyəti ilə deyil, sadəcə olaraq zərərçəkmiş şəxin qanunsuz hesab etdiyi hərəkətlərinin qarşısını almaq məqsədilə hərəkət edərkən onun sağlamlığına ağır zərər vurulması qənaətinə gəlmişdir. Ona görə də, məhkəmələr istintaq orqanın gəldiyi nəticə ilə razılaşmayaraq hes ab etmişdir ki, təqsirləndirilən şəxsin əməli zərərçəkmiş şəxsə faktiki olaraq yetirdiyi xəsarətlərin dərəcəsindən asılı olaraq qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməlidir.

26. Kassasiya kollegiyası birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qeyd edilən mövqeyləri ilə razılaşaraq, məhkəmələrin iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək ittiham tərəfindən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində qeyd edilənləri məhkumun əməllərinin CM-in 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi qənaətinə gəlməsi qanuni və əsaslı hesab edir.

27. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məc əllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

28. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

29. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

31. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum Mübariz oğlunun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

32. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılm asına, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum Mübariz oğlunun törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

33. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsir ləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

34. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

35. Kollegiya dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində göstərilən məhkəmələr tərəfindən məhku mun əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə əsassız olaraq tövsif edilməsinə, həmçinin ona CM-in 221.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsinə, onun əməlində xuliqanlıq niyyətinin olmasına dair dəlillərinə münaibətdə qeyd edir ki, xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. 36. “Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.

37. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

38. Belə ki, cinayət işinin fakti ki hallarından, həmçinin məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən müəyyən edilir ki, Məhkum zərərçəkmişin sağlamlığına zərər vurmasının fövqündə onun öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozması, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu təsdiq etmə arzusu deyil, əksinə olaraq zərərçəkmiş şəxsin avtomobillə musiqiyə yüksək səs verib küçədən keçdiyi üçün sonuncuya musiqinin səsini azaltmasını bildirməsi üzərində aralarında yaranmış mübahisə və sonuncunun ona yumruq zərbəsi vurması, bundan sonra məhkumun özünü təhqir edilmiş hiss etməsi səbəbindən danışaraq görüşdükdən sonra aralarında davam etmiş mübahisə nəticəsində ona bıçaqla vuraraq xəsarət yetirməsi olmuşdur. Yəni Məhkum qəsdi onun mənəm-mənəmliyindən, özünü başqalarının fövqünə qoymağından, ətrafdakılara hörmətsizliyindən, saymazyanalığından deyil, şəxsi münasibətlər zəminində yaranmış konfliktdən irəli gəlmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum Mübariz oğlunun törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci madd əsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

41. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum Mübariz oğlunanın əməlində cinayət tərkibi olmadığına görə ona CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinə, həmçinin CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilindiyi əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 22 noyabr 2024-cü il tarixli, 1(104)517/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsi, həmçinin CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2024-cü il tarixli, 1(104)-517/2024 nömrəli qərarı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilm iş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar