Məhkəmə qərarları › İş №1(102)-1294/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1294/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1294/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Re spublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2021-ci il tarixli hökmü ilə (hakimlər: C.C.Nəbiyev (sədrlik edən ), M.V.Məmmədov və İ.Q.Abdullayev) Məhkum - Azərbaycan Respublikası CM-in 120.1 və 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətm əkdə təqsirli bilinib, CM-in 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 22 avqust 2020-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 08 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), K.S.Bəşirov və R.M.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs Məhkum cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə, habelə sonrakı dövrdə faktiki nikah münasibətində olduğu arvadı X4 ona xəyanət etməsindən şübhələndiyi üçün sonuncunu qısqanması və bu zəmində aralarında yaranmış mübahisələr səbəbi ilə ondan küsüb 2020-ci ilin iyul ayında azyaşlı qız övladı ilə birlikdə Salyan rayonunun Şəkərli kəndində yaşayan atasının evinə getdikdən sonra 2020-ci ilin avqust ayının 13-də ondan Salyan Rayon Polis Şöbəsinə şikayət etmiş X5 ilə münasibətlərində yaranmış gərgin vəziyyəti aydınlaşdırmaq və övladının həmişəlik onun yanında yaşamasını tələb etmək məqsədilə idarə etdiyi «Vaz 21074» markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobillə 22 avqust 2020-ci ildə saat 12 radələrində sonuncunun işlədiyi ünvan 2 ünvanında yerləşən «Salyan Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxsin Rayonlararası Vərəm Əleyhinə Xəstəxanasının inzibati binasının ikinci mərtəbəsində yerləşən böyük tibb bacısı otağına getmiş, orada həmin mövzuda yaranmış mübahisə zamanı X5 şəxsiyyəti məlum olmayan şəxslə ona xəyanət etdiyini etiraf etdikdən sonra qısqanclıq zəminində sonuncudan qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə müəyyən edilməyən mənbədən qanunsuz olaraq əldə edərək üstündə gəzdirdiyi zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, soyuq silah hesab olunan qatlanan tipli ümumi təyinatlı ov bıçağını şalvarının belindən çıxarıb X5nı qəsdən öldürmək məqsədi ilə sağ əlində tutduğu həmin bıçaqla ona ardıcıl iki zərbə vuraraq sonuncuya sol sifət nahiyəsini zədələyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və boynun yuxarı 1\3-nin sol yan nahiyəsində başlayıb, boynun ön nahiyəsində qurtaran, yuxu arteriyası, vena və boyun əzələlərinin kəsilmiş yaraları nəticəsində baş vermiş kəskin xarici qanitirməyə və bunun nəticəsində zərər çəkmiş şəxsin ölümünə səbəb olan, həyat üçün təhlükəli hesab edilən, sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirməklə X5nı qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayəti nin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Şikayət müəllifləri hesab edirlər ki, təqsirləndirilən şəxs Məhkum hərəkətlərində daha ağır cinayət tərkibinin əlamətləri olduğundan təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməlidir. Belə ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsi qısqanclıq zəminində deyil, xuliqanlıq niyyəti ilə öldürmüşdür. Həmçinin təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi köməksiz vəziyyətdə və ümumi ictimai təhlükəli üsulla öldürmüşdür. Təqsirləndirilən şəxsin əməlində CM-in 120.2.2, 120.2. 4 və 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri vardır. Bundan başqa şikayətdə qeyd olunur ki, təqsirləndirilən şəxs Məhkum təyin olunmuş cəza da yüngül olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Y.Səfərovun və Nümayəndə, kassasiya şikayətinin qismən, yəni cəzaya aid hissədə təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin və kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi S.Cəfərovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələbl ərinə əməl edilib-edilməməsi yoxlanılır. Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir və ona daha ağır cəza təyin edilməsi xahiş olunur. Apellyasiya instansiya məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası qərara yalnız zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin kassasiya şikayətinə münasibətdə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə əsasən “Qəsdən: 120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə; 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlük əli üsulla adam öldürmə; 120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə— on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə əsasən: “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 228.4-cü mad dəsinə əsasən: “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla— üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən məhkum əməlinin hüquqi tövsifi ilə bağlı dəlilləri əsassız hesab edir və qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum X5 xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla və ya təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə kimi deyil, qısqanclıq zəminində qəsdən öldürməsi nəticəsinə gəlinmiş və ona CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə cinayətini törətməsi barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Hə mçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlinin CM-in 120.1-ci maddəsinə tövsif edərkən düzgün nəticəyə gəlmişdir. Bununla belə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respubl ikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələb lərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın tör ədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə Məhkum şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum himayəsində 1 azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlinin etiraf etməsini və yaşay ış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını və nəhayət onun şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını qərarda göstərməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya şikayətinin dəlilləri ilə razılaşan və həmin şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə k ollegiyası CPM-nin 419.12.5-ci maddəsinə əsasən Məhkum təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli qərarı Məhkum təyin edilmiş cəzaya aid hissədə ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, Məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə Məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsinə dair qərar qəbul olunmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərba ycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar