Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1294/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə x xxxx 1976-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonu Əyyublu kəndində yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 yanvar 2025-ci il tarixli 1(104)-71/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 1(062)-29/2024 nömrəli hökmü ilə (hakim Baxşıyev Qafil Yavər oğlu) Məhkum – Azərbaycan Respublikası CM-in 128-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 128-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 221.3-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi c əzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 oktyabr 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 yanvar 2025-ci il tarixli ilkin baxış iclasının qərarı ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən), S.B.Hüseynov və S.Ə.Əzizov) apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, iş üzrə Məhkum Azərbaycan Respublikası CM-in 128 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Tovuz Rayon Məhkəməsi nin xx.xx.2024-cü il tarixli 1(062)-29/2024 saylı hökmü ləğv edilmiş və cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, silah qismində istifadə olunan əşyadan istifadə edib zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuzdur. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin iclaslarının yalnız 2 protokolunun audio-video yazıları işə əlavə edilməmişdir. Bu isə kobud qanun pozuntusu hesab edilə bilməz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apelly asiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin obyektiv araşdırılması üçün apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən: “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədil məsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında görünür ki: Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixində keçirilmiş ilkin baxış iclasında dövlət ittihamçısı şifahi vəsatət verərək cinayət işinin materiallarına birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasının audioyazısının əlavə edilmədiyini bildirmiş və CPM-nin 391.6.4-cü maddəsinə əsasən cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması, yol verilmiş pozuntunun aradan qaldırılması üçün müddətin müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, cinayət i şinə ilkin baxış zamanı məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, Tovuz Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının audioyazısı cinayət işinin materiallarına əlavə edilməmişdir. Digər tərəfdən məhkəmə iclaslarının audioyazısının aparılıb-aparılmaması, aparılmadığı təqdirdə bunun səbəbləri barədə cinayət işinin materiallarında heç bir məlumat olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə ilkin baxış iclasının nəticələri üzrə belə qərara gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələbi pozulmuşdur. Ona görə də apellyasiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə CPM-in 391.6.4cü maddəsinə əsasən cinayət işində məhkəmə iclasının audioyazısı olmadığından cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxararaq, CPM-in 391.7-ci maddəsinə görə həmin Məcəllənin 391.6-cı maddəsində nəzərdə tutulmuş halların yəni, yol verilmiş pozuntuların aradan qaldırılması üçün 10 (on) gündən müddət təyin edərək və cinayət işini, birinci instansiya məhkəməsinə göndərmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə təkrar daxil olmuş və cinayət işinin materiallarına baxış keçirilərkən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş məhkəmə iclasının audioyazısının mövcud olmadığı müəyyən olunmuşdur. Məhkəmə cinayət işinin materiallarını ilkin baxış məqsədləri üçün nəzərdən keçirib, aşağıdakı əsaslara görə hes ab etmişdir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı kobud prosessual pozuntulara yol verildiyinə görə hökm ləğv edilməli və cinayət işi birinci instansiya məhkəməsinin məhkəmə baxış iclası mərhələsinə qaytarılmalıdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Konsititusiyanın 26-cı maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 26-cı maddənin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstiusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddənin İİ hissəsinə əsasən isə hər kəsin hüququ var ki, onun iş inə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 71-ci maddənin İİ hissəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Həmçinin Konstitusiyanəın 129-cü maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutla ra əsaslanmalıdır Azərbaycan Respublikası CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 391.2 və 391.2.5-ci maddələrinə görə ilkin baxış iclasında apellyasiya instansiyası məhkəməsi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələb lərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iclaslarında məhkəmə baxışının gedişatı ilə bağlı audio və video yazısı əlavə edilmədiyindən qeyd olunan tarixlərdə məhkəmə iclasının protokolunun məhkəmə iclasının audioyazısına uyğun tərtib edilib-edilməməsini müəyyən etmək mümkün deyildir. CPM-in 51.6-1-ci maddəsinə əsasən məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edi lir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. CPM-in 391.2-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin məhkəmə baxışında araşdırmalı olduğu məsələlərin dairəsi müəyyən edilmişdir. Həmin məsələlərdən biri də cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilməməsidir (maddə 391.2.5). Həmin Məcəllənin 391.3.7-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxı lması zamanı apellyasiya instansiyası məhkəməsinin çıxardığı qərarlardan biri də apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardır. CPM-in 391.6.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında məhkəmə iclasının protokolu və məhkəmə iclasının audioyazısı, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı çıxarılmış hökm və ya qərar olmadıqda cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi itt iham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-in 391.8 və 391.8.2-ci maddələrinə əsasən bu Məcəllənin müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: 391.8.2 birinci instansiya məhkəməsi bu Məcəllənin 391.6-cı maddəsində göstərilən pozuntulardan hər hansı birini aradan qaldırmadıqda; CPM-in 391.9, 391.9.1 və 391.9.2-ci maddələrinə əsasən bu Məcəllənin 391.8-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci in stansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir. 391.9.2. cinayət işini birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Beləliklə, apellyasiya instansiya məhkəməsinin ilkin baxış iclasında baxılarkən müəyyən edilmişdir ki, hazırki cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılarkən CPMin 391.8.2-ci maddəsinə əsasən qeyd olunanlar kobud qanun pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə məhkəmə baxışının nəticələrinə dair yekun qərar çıxararkən cinayət-prosessual qanununvericiliyin tələblərini kobud şəkildə pozduğundan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bund an sonra CM) 128 və 221.3-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Tovuz Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 1(062)-29/2024 nömrəli hökmü haqlı olaraq ləğv edilmiş və cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 yanvar 2025-ci il tarixli qərarı zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1294/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1294/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver