Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1295/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli iİskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Hümbətov Pərviz Şakir oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəm əsinin 19 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 182.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi P.Ş.Hümbətov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə) Məhkum, 1 sentyabr 1989-cu il tarixdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunma mış, “amia.az” internet portalının baş redaktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını hədə-qorxu ilə tələb etmə ilə ələ keçirmək məqsədilə 2021-ci ilin oktyabr ayının sonlarında ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “whatsapp” ani mesajlaşma sistemində Zərərçəkmiş şəxs ilə əlaqə yaradaraq sonuncu barəsində müxtəlif internet portallarında dərc edilmiş həqiqətə uyğun olmayan rüsvayedici məqalələrin amia.az internet portalının baş redaktor u kimi özü tərəfindən yazdırıldığını bildirib həmin məqalələrin digər internet portallarında da yayılacağını təşkil edəcəyi ilə hədə-qorxu gəlməklə qeyd edilən məqalələrin internet portallarından silinməsi müqabilində 1000 (min) manat pul tələb etmiş, Zərərçəkmiş şəxs 01 noyabr 2021-ci il tarixdə saat 1232-də Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “3 Qardaş 5+” adlanan marketin daxilində yerləşən 50255 nömrəli “Milliön” ödəmə terminalından aparılmış ********** nömrəli maliyyə əməliyyatı ilə ona məxsus “Kapital” bankın 4169 7332 **** **** nömrəli plastik bank kartına 100 (yüz) manat pul göndərməsinə nail olaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla hədə-qorxu ilə əmlakını tələb etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmə ilə ələ keçirmək məqsədilə 2 022-ci ilin oktyabr ayının ortalarında ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “whatsapp” ani mesajlaşma sistemində Zərərçəkmiş şəxs ilə əlaqə yaradaraq sonuncu barəsində müxtəlif internet portallarında dərc edilmiş həqiqətə uyğun olmayan rüsvayedici məqalələrin amia.az internet portalının baş redaktoru kimi özü tərəfindən yazdırıldığını bildirib həmin məqalələrin digər internet portallarında da yayılacağını təşkil edəcəyi ilə hədə-qorxu gəlməklə qeyd edilən məqalələrin internet portallarından silinməsi müqabilində 1300 (min üç yüz) manat pul tələb etmiş, Zərərçəkmiş şəxs 26 oktyabr 2022-ci il tarixdə saat 19:38-də Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən “Neptun 2” adlanan marketin daxilində yerləşən 50062 nömrəli “Milliön” ödəmə terminalından aparılmış ********** nöm rəli maliyyə əməliyyatı ilə ona məxsus “Kapital” bankın 5239 1515 **** **** nömrəli plastik bank kartına 1000 (min) manat pul göndərməsinə nail olaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla özgənin əmlakını hədəqorxu ilə təkrarən tələb etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi P.Ş.Hümbətov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 25 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi P.Ş.Hümbətov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsə CM-in 182.2.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsinə və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 32 və 63-cü maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarından araşdırılmış bir çox sübutlara, əsasən də Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və çoxsaylı şahidlərin ifadələrinə, məhkum olunmuş şəxslə zərərçəkmiş arasında “whatsapp” əlaqə sistemi vasitəsilə aparılmış telefon danışıqlarına və yazışmalarına və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi P.Ş.Hümbətov həmin şikayətini belə əsaslandırmışdır ki, Məhkum Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətməmiş, onun təqsirli bilindiyi ittiham müstəsna olaraq Zərərçəkmiş şəxs və onun bacısı Ş ahid1 ziddiyyətli ifadələri əsasında qurulmuş, həmin ifadələr heç bir mötəbər sübutla öz təsdiqini tapmamış, məhkəmələr isə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməyərək Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə əsassız nəticəyə gəlmişlər. İş materialları ilə müəyyən edilir ki, Məhkum Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində ondan hər hansı məbləğdə pulu hədəqorxu ilə tələb etməmiş, özü belə məlumatları yaymamış, birinci epizod üzrə 100 manat məbləğində pulu ondan borc olaraq istəyib almış, digər epizod üzrə isə Zərərçəkmiş şəxs barəsindəki başqa şəxs tərəfindən yazılmış və artıq yayılmış məqalənin internet portallarından silinməsi müqabilində pul verilməli olmasını bildirmiş, lakin bu halda da ona heç bir hədə-qorxu gəlməmiş, Zərərçəkmi ş şəxs isə 1000 manat məbləğində pulu ona hədə-qorxu nəticəsində deyil, Məhkum ona etdiyi təkliflə razılaşaraq göndərmişdir. Müdafiəçinin qənaətinə görə, bütün bu hallar Məhkum əməllərində CM-in 182-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına və onun əsassız və qanunsuz olaraq CM-in 182.2.-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dəlalət edir. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi P.Ş.Hümbətov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət parosesinin iştirakçılarının kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkum olunmuş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zə rərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kass asiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi P.Ş.Hümbətov həmin şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutların CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq edilməməsini, hüquqlarını müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməməsinə və onun bu əməllərində CM-in 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmamasına baxmayaraq onun əsassız olaraq məhkum edilməsini iddia edərək kassasiya qaydasında mübahisələndirən qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinə əsasən isə kassasiya instansiyası mə hkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi P.Ş.Hümbətovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayaraq aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti d əfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qə rarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdu dlarını CPM-in 416 və 419-cu maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birin ci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumun un izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum müdafiəçisi P.Ş.Hümbətov tərəfindən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edil məsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onla rın vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, bu və ya digər cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yet irilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlar ının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və pr insiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsi nin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cina yətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin t övsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun iza h edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqəd ar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq m üqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesi ndə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təq sirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işinə baxılarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll et məklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək, yaxud da təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-in bu və ya digər maddəsini xaric etmək hüququna da malikdirlər o şərtlə ki, bu haqda nəticə cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Təsadüfi deyil ki, məhkəmələrin bununla bağlı səlahiyyətləri həmçinin CPM-in 318.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 318.1 -ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşya lar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma m ənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsi rləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərar ı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən r iayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz ak tını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əh əmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərin ə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratm aq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qa rşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi hə yata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, milli qanunvericiliyin normalarının və beynəlxalq müqavilələrin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlər və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə b ir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən qanunvericiliyin və beynəlxalq müqavilələrin normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərini, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini Məhkum ona qarşı irə li sürülmüş ittihamda və təqsirli bilinərək məhkum olunduğu, hökmün təsviri-əsaslandırıcı hissəsində təsvir edilmiş cinayət əməllərini törətməsi barədə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrin gəldikləri nəticə ilə əlaqəli şəkildə müqayisə edərək məhkəmə kollegiyası bu nəticə ilə yalnız qismən razılaşır və qeyd edir ki, toplanmış və araşdırılmış sübutların məcmusu Məhkum həmin ittihamın hər iki epizodu hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətməsi barədə qənaətə gəlmək üçün əsas vermir. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış (apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən müdafiəçi P.Ş.Hümbətov tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmışdır) sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum həm ibtidai araşdırma zamanı, həm də işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən özünü ona CM-in 182.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 2017-ci ildən “amia.az” internet portalını yaradaraq həmin portalın baş redaktoru kimi fəaliyyət göstərmiş, Zərərçəkmiş şəxs təxminən 2015-ci ildən tanımaqla 2021-ci ilin oktyabr ayında “facebook” sosial şəbəkəsində sonuncuya yazaraq hal-əhval tutmuşdur. 2021-ci ildə Zərərçəkmiş şəxs “whatsapp” əlaqə sistemi vasitəsilə “dəyərli əmi qızı, salam. Mən ödənişləri edə bilmirəm. Borca 200 ma nat pul ver, yanvarın 15-nə qədər qayataracam” yazmış, sonuncu isə ona əvəzsiz olaraq 100 manat məbləğində pul verə biləcəyini demişdir. Bundan sonra o, özünə məxsus "xxxx" ASC-nin **********827260 nömrəli, üzərində “NİJAT BAKHSHALİYEV” yazıları olan plastik bank kartının şəklini Zərərçəkmiş şəxs göndərmiş, sonuncu da həmin karta 100 (yüz) manat məbləğində pul göndərmişdir. Həmin dövrdə internet portallarında Zərərçəkmiş şəxs barəsində hər hansı məqalə dərc edilməmiş və o, belə məqalənin yayılacağı hədəsi ilə ona pul vermək lazım olduğunu bildirməmişdir. 2022-ci ilin oktyabr ayında isə Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “whatsapp” ani mesajlaşma sistemində ona yazaraq internet portallarında onun haqqında həqiqətə uyğun olmay an məlumatların dərc edildiyini bildirərək həmin məqalələrin silinməsini xahiş etmiş, o, da Sədaqətə məqalələrin bütün saytlardan silinməsinin 20-30 min manata həll olunacağını, pulun həmin saytlara verilməsinin məsləhət olmadığını, “32gun.az”, “atia.az”, “turantv.az” saytlarından məqalələri silinməsini məsləhət görmüşdür. Zərərçəkmiş şəxs ona həmin saytların baş redaktorları ilə danışaraq məlumat verməsini xahiş etdiyinə görə o, qeyd edilən 3 saytın baş redaktorları ilə danışdıqdan sonra Sədaqətə məqalələrin silinməsi üçün 1300 (min üç yüz) manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və o, özünə məxsus olan "xxxx" ASC-nin **********915607 nömrəli plastik kartın nömrəsini ona bildirmişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs ona zəng vuraraq onun cə misi 1000 (min) manat məbləğində pulunun olduğunu bildirmiş, o, da həmin məbləğdə pulun ona göndərilməsit razılaşdıqdan sonra sonuncu onun kartına 1000 (min) manat məbləğində pul göndərmişdir. Həmin pulu aldıqdan sonra o, “32gun.az”, “atia.az”, “turantv.az” saytlarının baş redaktorları ilə danışmış və Zərərçəkmiş şəxs barəsindəki məqalə qeyd edilən saytlardan silinmişdir. Məhkum ifadələrində həmçinin qeyd etmişdir ki, yuxarıda göstərdiklərindən başqa o, Zərərçəkmiş şəxs ona hər hansı məbləğdə pul verməsini xahiş və tələb etməmiş, ona hədə-qorxu gəlməmiş, onunla “facebook” sosial şəbəkəsində və “whatsapp” ani mesajlaşma sistemində yazışarkən məişət xarakterli söhbətlər aparmış, lakin sonuncu bəzən onun yazdıqlarına əhəmiyyət verməyərək cavab yazmadığına görə o, “AZƏRBAYCANREALLİĞİ.com” sayt ına istinad edərək özünün rəhbəri olduğu amia.az saytında “Hollywood bacılarının direktorluq sevdası bitib tükənmək bilmir” başlığı altında məqaləni yerləşdirmiş və Zərərçəkmiş şəxs ona məqalələrin silinməsi barədə müraciət etdikdə, həmin məqaləni silmiş, digər saytların baş redaktorlarına məqalələrin silinməsi üçün pul verməmiş, ancaq həmin şəxslərdən məqalələrin silinməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ona göndərdiyi pulları özü xərcləmiş, ondan aylıq 300 manat tələb etməklə barəsində mənfi xarakterli məqalələrin yazılmayacağını vəd etməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, o, Məhkum 2018-ci ildən Kəlbəcər sakini kimi və “Nicat Ocaqlı” təxəllüsü ilə “32gun.az”, “amia.az”, “mia.az” saytlarının rəhbəri olaraq tanımış, onun xalası Malbinəsi kəndində yerləşən Kəlbəcər rayonuna aid məcburi köçkünlər üçün məktəbin direktoru olmuşdur. 2021-ci ilin oktyabr ayında Məhkum “amia.az”, “mia.az”, “xeberkaft.az”, “xeber.az” və “press.az” saytlarında onun haqqında yayımladığı məqalənin silinməsi üçün sonuncuya müraciət etmiş, həmin vaxt Məhkum ona yazıları özünün yazdığını, əgər pul verməsə, məqaləni həmin yayımladığı saytlardan silməyəcəyini, əksinə digər daha aktiv izlənilən internet səhifələrində yayımlayacağını, həmin məqalələrə görə onun məktəb direktoru vəzifəsindən çıxarılacağını bildirmişdir. Məhkum məqalənin silinməsi, eləcə də məqalənin daha çox izləyicisi olan saytlarda yayımlanmaması üçün ondan 1000 (min) manat məbləğində pul istəmiş, o, isə ona bu qədər pulunun olmadığını, 100 man at məbləğində pul göndərə biləcəyini bildirmişdir. Həmin vaxt Məhkum ona ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “whatsapp” mesajlaşma sistemi vasitəsilə özünə məxsus olan "xxxx"” ASC-nin **********827260 nömrəli kartın şəklini göndərmiş, o, da 01 noryabr 2021-ci il tarixdə saat 1232-də həmin karta Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “3 Qardaş 5+” adlanan marketin daxilində yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 100 manat məbləğində pul yükləmişdir. Pulu göndərdikdən sonra o, Məhkumla danışmış və sonuncu həmin 100 manat pulu qəbul etdiyini bildirərək pulun qalanını da göndərməyi ondan tələb etmiş, əks təqdirdə onun barəsində yenidən məqalələr yayımlayacağını bildirmişdir. 2022-ci ilin oktyabr ayının ortalarından başlayaraq onun və bacısı Şahid1 barəsində “ Azərbaycanreallığı.com”, “Turantv.az”, “32gun.az”, “xeber.az”, “amia.az” saytlarında həqiqətə uyğun olmayan məqalə dərc edilmiş, həmin vaxt bacısı Şahid1 “Azərbaycanreallığı.com” saytının rəhbəri Şahid5lə əlaqə saxlayarkən sonuncu bütün yazıları Məhkum dərc etdirdiyini bildirmişdir. Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayarkən Nicat ona dəfələrlə yazılarına cavab vermədiyinə görə məqaləni özünün yazdırdığını, “hörmət” olaraq pul vermədiyinə görə də bu məqalələri dərc etdirdiyini bildirmişdir. Məhkumdan həmin yazıları saytlardan sildirməsini tələb etsə də, sonuncu yazıları həmin vaxt sildirməmiş, 22 oktyabr 2022-ci il tarixdə isə “32gun.az” saytında onun barəsində həqiqətə uyğun olmayan “Hollywood bacıları Yevlaxda at oynadır" başlıqlə məqalə d ərc edilmişdir. 23 oktyabr 2022-ci il tarixdə onun və bacısı Həqiqətin barəsində Məhkum tərəfindən “amia.az” internet səhifəsində “Hollywood bacılarının direktorluq sevdası bitib tükənmək bilmir” başlıqlı məqalə dərc edilmişdir. Həmin məqalələrin silinmədiyini görüb o, 25 oktyabr 2022-ci il tarixdə istifadəsində olan 055-51002-86 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “whatsapp” ani mesajlaşma sistemində Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “whatsapp” tətbiqinə mesaj yazaraq “32gun.az” saytının rəhbərinin kim olduğunu soruşmuş, Məhkum da ona yazaraq dəfələrlə mesajlarına cavab vermadiyinə görə məqalələrin özü tərəfindən yazdırıldığını demişdir. Məhkumdan həmin yazıları necə sildirə biləcəyini soruşduqda sonuncu ona pulunu verdikdən sonra həmin yazıları sildirəcəyini bildirmişdir. Sonra Məhkum onunla dəfələrlə əlaqə saxlayaraq həmin məqalələrin çox saytlarda yayıldığını, onun məktəb direktoru vəzifəsindən azad ediləcəyini bildirdikdən sonra Məhkuma yazıların hamısını sildirmək istədiyini demişdir. Məhkum “whatsapp”da səsli mesaj göndərərək "sənin bu yazın çox yerdə yayılıbdır, bunun hamısını sildirmək istəyirsən?" deyə soruşmuş, o, da sonuncuya yazıların bütün saytlardan sildirmək istədiyini bildirmişdir. Həmin ərəfədə o, Məhkumlə telefonla danışarkən Məhkum ona 20000 (iyirmi min) manat pul verecəyi təqdirdə məqalələri yayımladığı internet saytlarından siləcəyini və izləyici sayı çox olan digər saytlarda yayımlanmayacağını, eyni zamanda məqalələr silinmədiyi təqdirdə onun vəzifəsindən azad ediləcəyin i bildirmişdir. Bütün bu danışıqlar onun xahişi və razılığı ilə bacısı Şahid1 tərəfindən mobil telefonun səs yazan proqramı ilə qeydə alınmış, ibtidai araşdırma zamanı danışıqlar olan yazıları isə o, ibtidai araşdırma orqanına təqdim etmişdir. Həmin telefon danışıqlar zamanı o, dəfələrlə Məhkumdan onun və bacısı barəsində yazılmış məqalələri sildirməyi xahiş etmiş, sonuncu isə onunla telefonda danışarkən bu dəfə ona “özün bilirsən ki, bu məqalələrə görə səni işdən çıxardacaqlar, sənə yaxşı olmayacaq, 20-30 min manat pul versən bütün saytlardan məqalələri sildirə bilərəm və həmçinin də digər daha aktiv olaraq izlənilən və populyar olan internet səhifələrində yayımlamaram, amma pul məsələsi barədə digər jurnalistlər bilməsinlər” deyə bildirmişdir. Həmin telefon danışığı zamanı o, Məhkum 2000 0 (iyirmi min) manat verə bilməyəcəyini, o qədər pulunun omadığını bildirdikdən sonra Məhkum ona “1300 (min üç yüz) manat ver, görüm necə edəcəm” deyə bildirmişdir. Adının bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlarla hallanmasını istəmədiyi üçün o, Məhkumun istədiyi pulu, yəni 1300 (min üç yüz) manatı ona verməyə razılaşmış, sonuncu isə ona 1300 manatdan əlavə olaraq hər ay 300 manat da pul verməli olduğunu, həmin pulu kiməsə verəcəyini, buna görə də heç kimin onun haqqında heç nə yazmayacağını bildirmişdir. Məhkum yenə də ona plastik bank kartının şəklini göndərmiş və o, sonuncunun göndərdiyi "xxxx" ASC-yə aid 5239 1515 1291 5607 nömrəli plastik karta Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən “Neptun 2” adlanan marketə gedərək saat 19:38-də həmin marketin içərisində olan “Milli ÖN” elektron ödəmə sistemi vasitəsillə ona 1000 (min) manat pul göndərmişdir. Məhkum həmin məbləğlə razılaşaraq pulu qəbul etdikdən sonra bu pulun qarşılığında məqalələri “32gun.az”, “atia.az”, “turantv.az” saytlarından sildirəcəyini bildirmişdir. Bundan təxminən 30 dəqiqə sonra Məhkum onun barəsində yazdığı məqalələri “32gun.az”, “atia.az”, “turantv.az” saytlarından sildirmiş, lakin “xeberfakt.az”, “dovrunnabzi.az”, “dogruxeber.az” internet saytlarında qalan yazıları isə istədiyi pulu vermədiyinə görə sildirməmişdir. Kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təsvir edilmiş ifadələrini iş üzrə toplanmış və araşdırılmış digər sübutlarla əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr a yında Məhkum tərəfindən onun barəsində rüsvayedici məlumatlar olan məqalələr yazıldığını, həmin məqalələrin internet saytlarında yayımlanmasını, bu məqalələrin sildirilməsi müqabilində isə sonuncunun ondan 1000 manat məbləğində pul tələb etməsini göstərsə də, əvvəla iş materiallarında həmin dövrə aid hər hansı məqalənin internet portallarında dərc edilməsi, Məhkum isə belə məqalələrin sildirilməsi üçün ondan göstərilən məbləğdə pul tələb etməsi iş üzrə toplanmış sübutlarla təsdiq olunmamış, baxmayaraq ki, Zərərçəkmiş şəxs həmin dövrdə də onun barəsində hansısa məqalələrin yazılaraq internet saytlarında yayılmasını Məhkumlə apardığı yazışmalarda bildirərək ondan həmin məqalələrin sildirilməsində ona köməklik göstrəməsini xahiş etmişdir. 13-15 oktyabr 2021-ci il tarixlərində Zərərçəkmiş şə xs ilə Məhkum arasında aparılan telefon yazışmalarının mətnindən görünür ki, sonuncu həmin dövrdə saytlarda dərc edilmiş məqalənin və ya məqalələrin sildirilməsi müqabilində nəinki Zərərçəkmiş şəxs hər hansı məbləğdə, o cümlədən 1000 manat məbləğində pul vermək lazım olduğunu bildirməmiş, hətta kiminsə belə məbləğdə pul istəməsinə narazılığını ifadə edərək Zərərçəkmiş şəxs məqalələrin sildirilməsi üçün sayt rəhbərlərinə təkcə onun adının verməsini məsləhət görərək bunun kifayət etməsini bildirmiş, digər tərəfdən isə pulun mütləq şəkildə verilməli olması məzmunda onunla heç bir danışıq aparmamışdır. 15 oktyabr 2021-ci il tarixdə Məhkumlə Zərərçəkmiş şəxs arasında aparılan telefon yazışmalarının məzmunundan isə görünür ki, Məhkum həmin tarixdə saat 23.18-də Zərərçəkmiş şəxs müraciət edib ona dəstək lazım olduğunu və 200 manata ehtiyacının olmasını bildirərək ona bu məbləğdə borc pul verməyin mümkünlüyünü soruşmuş və eyni zamanda həmin pulu yanvarın 15-də yerinə qoymasını vəd etmişdir. Bu xahişini isə Məhkum belə izah etmişdlir ki, o, hansısa ödənişləri etməkdə çətinlik çəkir. Zərərçəkmiş şəxs isə cavabında ona 100 manat məbləğində pul göndərəcəyini və həmin pulu yerinə qoymağın lazım olmamasını bildirmiş və həqiqətən 01 noyabr 2021-ci il tarixdə saat 12.32-də həmin məbləğdə pulu Məhkum şəklini göndərdiyi bank kartına Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “3 Qardaş 5+” adlanan marketin daxilində yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə yükləmişdir. Göründüyü kimi, Məhkum 100 manat məbləğində pulu ona verməsini yalnız borc kimi Zərərçəkmiş şəxs istəmiş, bu zaman on dan həmin pulu istər hədə-qorxu ilə, istərsə də başqa üsulla tələb etməmiş, sonuncu da onun xahişini yerinə yetirərək həmin məbləğdə pulu ona göndərmişdir. Bundan başqa, təhlil edilən telefon yazışmalarından həmçinin görünən odur ki, Məhkum Zərərçəkmiş şəxs borc pul istəyərkən bu xahişin yerinə yetirilmədiyi təqdirdə onun ziyanına hər hansı hərəkət edəcəyi, o cümlədən onun özünün və ya yaxın qohumlarını barəsində rüsvayedici məlumatlar yayacağı ilə onu hədələməmiş, hətta alacağı borc pulu müəyyən müddət ərzində qaytaracağına söz vermiş, lakin Zərərçəkmiş şəxs pulun qaytarılmasının lazım olmamasını bildirərək 100 manat məbləğində pulu Məhkum verməsinə görə onun barəsində müvafiq tədbirlər görülməsi barədə hüquqmühafizə orqanlarına müraciət etməmiş, işə baxan məhkəmələr də bu hallara və həmi n halların arxasında duran sübutlara prosessual hüquq normalarının tələblərinə uğun qaydada düzgün qiymət verməmişlər. Məhkəmə kollegiyasını qənaətinə görə isə araşdırılmış sübutlarla təsdiq olunan bütün bu hallar Məhkum tərəfindən 2021-ci ilin oktyabr ayında ona qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə hədə-qorxu ilə tələb etmə cinayətini törətməməsinə, yəni onun yuxarıda təsvir edilmiş əməlində CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmamasına dəlalət edir. Belə olan halda isə məhkəmə kollegiyası müdafiəçi P.Ş.Hümbətovun kassasiya şikayətinin yuxarıda göstərilən epizodla bağlı dəlilləri ilə qismən razılaşıb, həmin şikayətin bu hissədə təmin edilməsini mümkün bilərək hesab edir ki, Məhkum 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs qarşı hədə -qorxu ilə tələb etmə cinayətini törətmədiyinə görə həmin dövrə aid epizod üzrə onun təqsirli bilinərək məhkum olunmasına, məhkum olunmuş şəxsin hədə-qorxu ilə tələb etmə cinayətini təkrarən törətməsinə dair müddəalar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli hökmündən xaric edilməli və bu əsaslarla onun 2022-ci ilin oktyabr ayında törətdiyi hədə-qorxu ilə tələb etmə cinayət əməli CM-in 182.2.2-ci maddəsindən CM-in 182.1-ci maddəsinə tövsif edilərək ona bu maddə əsasında qanuni və ədalətli cəza təyin olunmalıdır. Məhkum 2022-ci ilin oktyabr ayında da Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətməməsi barədə kassasiya şikayətinin dəlillər inə gəldikdə isə bu dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, bunun əksinə olan həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin qənaəti qanuni və əsaslı olmaqla toplanmış və araşdırılmış sübutlara uyğundur və belə qənaət həmçinin cinayət qanunvericiliyinin tələbləri ilə, onlara aşağıdakı şəkildə verilmiş təfsirlə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə dəyişikliklər edilmiş “Əmlakı zorla tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1998-ci il 25 dekabr tarixli 2 №-İi Qərarında əksini tap mış izah və tövsiyələrlə tam uzlaşır. Belə ki, iş materiallarından göründüyü kimi, Məhkum özü də cinayət təqibinin bütün mərhələlərində etiraf etmişdir ki, 2022-ci ilin oktyabr ayında müxtəlif internet portallarında Zərərçəkmiş şəxs və onun bacısı Şahid1 barələrində məzmununa görə zərər çəkmiş şəxsin onun barəsində rüsvayedici məlumatlar əks olunmuş məqalələr dərc olunmuş və o, özü də həmin məqalələri özünün rəhbəri olduğu portalda da dərc etmiş, bu məqalələrin sildirilməsi və gələcəkdə yayımlanmaması üçün isə Zərərçəkmiş şəxs əvvəl 20-30 min manat, sonra 1300 manat məbləğində pul verməli olmasını bildirmiş, sonuncu bunun üçün yalnız 1000 manat məbləğində pul verə bilməsini bildirdikdən sonra həqiqətən həmin pulu ələ keçirmişdir. Bu hallara uyğun ifadələri həmçinin zərər çəkmiş şəxs Zərərç əkmiş şəxs və iş üzrə dindirilmiş çoxsaylı şahidlər də vermiş, bundan başqa həmin ifadələrə uyğun hallar Məhkumlə Zərərçəkmiş şəxs arasında aparılmış telefon yazışmalarında və danışıqlarında da əksini tapmışdır (göstərilən sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür). Göründüyü kimi, Məhkum 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs 1300 manat məbləğində pul tələb edərək onun əmlakı olan 1000 manat məbləğində pulunu sonuncunun barəsində rüsvayedici məlumatların yayılması müqabilində ələ keçirmiş və həmin pulu vermədiyi təqdirdə belə məlumatların daha çox izləyiciləri olan digər internet saytlarında yayı la bilinəcəyi barədə ehtimalını, yəni ifadə etdiyi hədə-qorxunu zərər çəkmiş şəxsin diqqətinə çatdırmışdır. İşin müəyyən olunmuş bu faktiki halları isə məhkəmə kollegiyasına Məhkum tərəfindən CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsinə dair nəticəyə gəlmək üçün kifayət qədər əsasən verir və belə nəticəyə gələrkən kollegiya toplanmış və araşdırılmış sübutlarla yanaşı həmçinin aşağıda göstərilənlərə də əsaslanır. Belə ki, CM-in 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkət lər etməsini tələb etmə əməllərinin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət qanununun bu normasının tələblərinə əsaslanan məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, əvvəla həmin normada “rüsvayedici məlumatlar” dedikdə hədə-qorxuya məruz qalmış şəxsin yayılmasını istəməyən istənilən məlumat, o cümlədən onun həm hər hansı şəkildə təsdiq olunan, həm də təsdiq olunmayan qanunsuz, o cümlədən cinayət xarakterli əməlləri törətməsi, habelə ailə sirrini və ya işguzar fəaliyyətinə aid sirri təşkil edən hər hansı və bu kimi digər məlumatlar başa düşülür. Burada önəmli məsələ odur ki, zərər çəkmiş şəxs özü belə məlumatların yayılması nəticəsində rüsvay edilə biləcəyini dərk etsin, belə məlumatların yayılması ilə bağlı hədə qorxuya məruz qalsın, göstərilən məlumatların yayılmaması üçün içə təqsirkar tərəfindən onun əmlakı ya əmlak xarakteri daşıyan digər hərəkətlər edilməsi ondan tələb olunsun. Məhkəmə Kollegiyası vurğulamağı lazım bilir ki, yuxarıda şərh edilən hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədəqorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlar ına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər (hazırki işin hallarına görə də, Məhkum Zərərçəkmiş şəxs 1300 manat məbləğində pulun verilməsini tələb edib 1000 manat məbləğində pulu ələ keçirərkən sonuncunun barəsindəki məqalələrin müxtəlif internet portallarının səhifələrindən silindirməyə qadir olmasını və əlavə olaraq həmin məqalələrin digər saytlarda da yayımlana bilinməsi hədəsini də söyləmiş, bunların isə baş verməməsi üçün ona 1300 man at məbləğində pulun verilməli olmasını bildirmişdir- m.k.) Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılm ası arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərər çəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərər çəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd etmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Eyni hüquq mövqe həmçinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli Qərarında da (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə) məhkəm ələrə ünvanlanmış izah və tövsiyələrdə də əksini tapmışdır. Belə ki, həmin Qərarın 1-1-ci bəndində izah olunur ki, Cinayət Məcəlləsinin 182.1 ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini ehtiva edir. Cinayət məsuliyyətinin y aranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq jatrnək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Eyni zamanda rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona plan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə alm aq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. CM-in 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir yəni, hədə-qorxu ilə bağlı tələblərin irəli sürüldüyü andan cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil qismində çıxış edən digər əmlak münasibətlərinə qəsd edir. Hədəqorxu ilə tələb etmə zamanı şəxsiyyət ə qəsd qeyri-qanuni əmlak tələbləri əldə etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqa zidd müdaxilədən ibarətdir. İstənilən hədəqorxu real olamlı və zərər çəkmiş şəxs tərəfindən icra edilə bilən hədə kimi qəbul edilməlidir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən çıxış edərək, eyni zamanda məhkəmə iclaslarında tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Məhkum 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətməsinə ona elan olunmuş və təqsirli bilindiyi ittihamın bu hissəsi üzrə onun əməlinin başqa cür qiy mətləndirilməsi, habelə iş üzrə başqa nəticəyə gəlmək, o cümlədən kassasiya şikayətinin təmin edilərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 25 yanvar 2024-cü il tarixli qərarının bu hissədə ləğv edilməsi və cinayət işinin icraatına həmin hissədə hər hansı bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar görmür, kassasiya şikayətinin təhlil epizoda aid dəlillərini isə qəbuledilməz sayraq həmin şikayətdə irəli sürülmüş tələbin tam həcmdə təmin edilməsini mümkün bilmir. Bütün yuxarıda göstərilənlərdən çıxış edərək və Məhkumun təqsirli bilindiyi ittihamdan onun 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs 100 manat məbləğində pulun borc olaraq alması üzrə epizodun, buna görə sonuncunun hədə-qorxu ilə tələb etmə cinayətini təkrarən törətməsinə dair tövsifedici əlamətin mə hkum olunmuş şəxsin barəsindəki yekun məhkəmə aktlarından xaric edilməsi, sonuncunun əməlinin isə CM-in 182.2.2-ci maddəsindən CM-in 182.1-ci maddəsinə tövsif edilməsi barədə iş üzrə gəldiyi nəticələri nəzərə alaraq məhkəmə kollegiyası ona həmin maddə əsasında müvafiq cəzanın təyin edilməsinə də münasibət bildirməyi zəruri bilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya və ya kassasiya instansiyası məhkəmələri isə həmin məhkəmələrə ünvanlanmış müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə və kassaasiya şikayətinə və ya kassasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinay ət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayə tin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hök mdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmi ş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2 və 61.3-cü maddələrinin tələblərindən isə görünür ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstəri lməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. Yuxarıda istinad olunan CPM-in 125, 143-146 və 349.5-ci maddələrinin tələblərinə və mənasına görə cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərinə, sübutlar və sübutetməyə dair normalara həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM- in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəl ləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli Qərarında qeyd e dilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cə zanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəz a birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxs iyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsi ni tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq ilk növbədə qeyd edir ki, Məhkum əməlinin tövsif edilməli olan CM-in 182.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və buna görə bu maddədə göstərilən cinayət CM-in 15.3-cü maddəsinin tələblərinə uyğun olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. Qeyd edilən maddənin sanksiyasından çıxış edib Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini və buna görə ona başqa cəzaların, yaxud da sanksiyada nəzərdə tutulmuş cəzanın aşağı həddindən az cəzanın təyin edilməsini mümkün bilməyən məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxsə yalnız CM-in 182.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edə bilər və bu məsələ həll olunarkən onun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı iş üzrə CM-in 61.1-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi isə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsi, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 24 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən sonuncunun məhkumla barışması, ona qarşı heç bir şikayət tələbinin və iddiasının olmaması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə kollegiyasının nəzərə alınmalı olan sonuncu halın, yəni zərər çəkmiş şəxsin Məhkumlə barışması nın CM-in 59.1.12-ci maddəsində cəzanı yüngülləşdirən hal kimi müəyyən edilməsinə, CM-in 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində o cümlədən CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddətinin və ya həcminin bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsi haqda isə CM-in 60.1-ci maddəsinin tələblərinə əsaslanaraq kollegiyası Məhkum bu maddədə müəyyən edilmiş həddə, yəni CM-in 182.1-ci maddəsinin yuxarı həddinin dörddə üçündən artıq olmayan müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mümkün bilir. Beləliklə, bütün təsvir edilənlərdən çıxış edib kassasiya şikayətinin dəlill ərini bir daha cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək və həmin şikayətin təmin edilməsi barədə müdafiəçi P.Ş.Hümbətovun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-in 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilməli, onun 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətmədiyinə görə həmin dövrə aid epizod üzrə təqsirli bilinərək məhkum olunmasına, məhkum olunmuş şəxsin hədə-qorxu ilə tələb etmə cinayətini təkrarən törətməsinə dair müddəalar həmin qərard an və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli hökmündən xaric edilməli və bu əsaslarla onun 2022-ci ilin oktyabr ayında törətdiyi hədəqorxu ilə tələb etmə cinayət əməli CM-in 182.2.2-ci maddəsindən CM-in 182.1-ci maddəsinə tövsif edilərək ona bu maddə əsasında, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qanuni və ədalətli cəza təyin olunmalıdır. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi P.Ş.Hümbətovun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətmədiyinə görə həmin dövrə aid epizod üzrə təqsirli bilinərək məhkum olunmasına, məhkum olunmuş şəxsin hədə-qorxu ilə tələb etmə cinayətini təkrarən törətməsinə dair müddəalar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli hökmündən xaric edilsin və bu əsaslarla onun 2022-ci ilin oktyabr ayında törətdiyi hədə-qorxu ilə tələb etmə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilərək ona bu ma ddə əsasında, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1295/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1295/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver