Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1296/2018 22.11.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1296/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 22 noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və X5 ibarət tərkibdə; Röya Əli qızı Həsənovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.3.2 və 182.3.2ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrilərinin barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Əhməd Quliyev, hakimlər Eynulla Vəliyev və İradə Həsənzadədən ibarət tərkibdə), Məhkum, xx xxxxxx 1981 -ci ildə Salyan rayonunun, Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Salyan rayonunun, Kürqaraqaşlı kəndində qey diyyatda olmaqla orada yaşamış, xx xx 2015-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.3.2 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.3.2ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2015-ci il tarixdən hesabla nması hökm edilmişdir. X1, X17, X11, X6, X12 və X9 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını ələ keçirmə məqsədilə 2014-cü ilin dekabr ayının ortalarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X2 və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, cinayətin təşkilatçısı olan E tapşırığına əsasən Məhkum və qeyrisi xx xx 2014-cü il tarixdə günorta saatlarında Salyan şəhərində “Bizim f rın” adlanan kafedə həmin rayon sakinləri Zərərçəkmiş şəxs və X14 ilə görüşərək, özlərini E tanışı kimi təqdim etməklə, sonuncunun tapşırığı ilə onunla görüşdüklərini və E çatdırılması üçün hər birinin 200 manat vermələrini hədə-qorxu ilə tələb etmiş, əks halda özlərinə və ailə üzvlərinə qarşı zorakılıq göstərəcəkləri ilə hədələmişlər. Zərərçəkmiş şəxs və E1 onların hədəsini real qəbul edərək xx xx 2014-cü il tarixdə E göstərişi ilə Salyan şəhərində avtovağzalın yaxınlığında EL adlı şəxslə görüşərək hər biri 200 manat olmaqla ümumilikdə 400 manat pulu EL adlı şəxsə vermişlər. Bundan başqa Məhkum 2014-cü ilin dekabr ayının ortalarında tamah məqsədi ilə iki şəxs barəsində silahdan və silah qismində istifadə edilən əşyalardan istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərç əkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu, eləcə də quldurluq, yəni hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə basqın, həmçinin, təkrarən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə və ya əmlakını tələf etmə hədəsi ilə özgənin külli miqdarda əmlakını qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tələb etmə barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X2, tanışları X9, X11, X17, X6, X12 və qeyriləri ilə əvvəlcədən razıl aşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, cinayətin təşkilatçısı olan E tapşırığına və aralarında olan razılaşmaya əsasən xx xx 2014-cü il tarixdə saat 18 radələrində o, P, E2, R, E3, E4 və qeyriləri ilə birlikdə Salyan rayon sakinləri Zərərçəkmiş şəxs və X14 ilə Salyan rayonu, Xıdırlı kəndi ərazisində fəaliyyət göstərən “Xıdırlı” kafesində görüşüb, özlərini E tanışı kimi təqdim etməklə Zərərçəkmiş şəxs məxsus X4 olan 28 min manat borc pulunun qaytarılmasına köməklik etməklə bağlı söhbət etmək adı ilə aldadaraq onları kafenin birinci mərtəbəsində yerləşən sauna kimi istifadə olunan otağına dəvət edib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X2 ilə mobil telefon əlaqəsi saxlamış, son uncunun göstərişinə görə giriş qapısının qarşısını kəsib onların otaqdan çıxmalarına imkan verməyərək yumruq və sillə ilə vurub, özlərində olan cib bıçağı ilə öldürməklə hədələyərək hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə Zərərçəkmiş şəxs üzünün sol almacıq-yanaq nahiyəsində sıyrıq əmələ gətirən və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan zədə yetirərək, ona məxsus 700 manat pulu, E1a məxsus 1.100 manat dəyərində 583 əyarlı qartal formalı qızıl kulonu ilə birlikdə 583 əyarlı qızıl boyunbağını, 1.200 manat dəyərində 583 əyarlı qızıl üzüyü, 30 manat dəyərində “CİTİZEN” markalı kişi qol saatını və 30 manat nağd pulu ələ keçirmiş, bundan başqa eyni üsulla onlardan külli miqdard a 30.000 manat pulu ələ keçirmək məqsədi ilə silahlı basqın etmiş, bundan sonra əvvəlcədən olan razılaşmaya əsasən cinayətkar niyyətlərini davam etdirərək yumruq və sillə ilə sonuncuları vurub zor tətbiq etməklə, özlərində olan cib bıçağını nümayiş etdirib onları və ailə üzvlərini öldürməklə, evlərini yandırmaqla hədələyərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və E1un hər birindən külli miqdarda 15.000 manat, cəmi 30.000 manat pul vermələrini hədə-qorxu ilə tələb etmişlər. Zərərçəkmiş şəxs və E1 onların tələblərini yerinə yetirməkdən imtina etdiklərindən saat 1945 radələrində onları məcburi qaydada ayrı-ayrılıqda Pun idarə etdiyi “XXXX” markalı, AZ**-BL-*** dövlət qeydiyyat nişanlı və E3nin idarə etdiyi “RUNNA” markalı, AZ**-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillərə oturdaraq həmin ka fedən ünvan 1 ünvanda yerləşən qeyrisinə məxsus fərdi yaşayış evinin həyətinə gətirmiş, sonuncunun iştirakı ilə həmin ünvanın həyətindəki damda 19.12.2014-cü il saat 07 radələrinədək Zərərçəkmiş şəxs və E1u saxlayaraq yumruq və sillə zərbələri ilə vurub, özlərində olan cib bıçağı ilə şəxsiyyəti üzərində zor göstərmə, onların və ailə üzvlərini öldürməklə hədələyərək hər birinin 15.000 manat, vahid niyyətlə əhatə olunan külli miqdarda cəmi 30.000 manat pul verməsini hədəqorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs və E1u qeyd edilən məbləğdə pul borclarının olmasını yalandan etiraf etməyə və xx xx 2014-cü il tarixdə saat 1700-dək ödəyəcəklərinə söz verməyə məcbur edib, bu barədə istifadələrində olan mobil telefonla video çəkiliş aparmışlar. Hökmdən məhkum və müdafiəçisi tərəfindən verilmiş apelly asiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Qail Məmmədov və Rizvan Səfərov və Mirzəli Abbasovdan ibarət tərkibdə) xx xx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə heç bir halı araşdırmadan, məhkəmə istintaqı aparmadan, apellyasiya şikayətinin dəlillərini istintaqın gəldiyi nəticə ilə müqayisə etmədən apellyas iya şikayətini təmin etməmiş və hökmü dəyişdirmədən qüvvəsində saxlamışdır. Müdafiəçi qeyd etmişdir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı özlərinin seçdiyi vəkillərin iştirakı olmadan, Salyan Rayon Polis İdarəsində verdikləri ifadələrdən imtina edərək həmin ifadələri işgəncə altında verdiklərini göstərmişlər. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, görüş zamanı orada yalnız Q1 bıçaq olmuşdur. Həmin görüşü X16 E özləri razılaşdırmışlar. Onların görüşməsində, görüşə gəlməsində Məhkum heç bir iştirakı olmamışdır. Eyni zamanda məhkəmədə zərərçəkən şəxslər bildirmişlər ki, Bədəlov onları vurmamış, onlardan pul tələb etməmiş, onun üzərində heç bir silah qismində istifadə ediləcək əşya olmamışdır. Digər təqsirləndirilən şəxslərin də ifadələrindən açıq şəkildə görünür ki, onların a rasında əvvəlcədən heç bir razılıq əldə edilməmiş, Məhkum cinayət baş verəcəyindən xəbəri olmamış, zərərçəkənlərin hədələnməsi və Bakı şəhərinə aparılması E2un ekstessi olmuşdur. Buna görə Bədələov Xəyala ittiham verilməsi və məhkum edilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, Məhkum cinayət etməsi, baş vermiş cinayətdə əvvəlcədən əlbir olan bir qrup şəxs anlayışı adı altında hərəkət etməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. O, sadəcə olaraq cinayəti bilib xəbər verməməyə görə məsuliyyətə cəlb edilə bilərdi. Müdafiəçi həmçinin vurğulamışdır ki, hökm ittiham aktını olduğu kimi təkrarlayır və ifadələr hökmə məhkəmədə olduğu kimi yazılmamışdır. Bundan başqa kassator göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin 30.09.2015-ci il tarixli, 436/MEŞ saylı ekspert rəyindən görünür ki, X7 bədən səthində qərarın təsviri hissəsində göstərilən 18.12.2014-cü il tarixə dəlalət edən xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13Təcrübi və Tədris Birliyinin 30.09.2015-ci il tarixli, 435/MEŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs dişlərinin travmatik xaric olması barədə tibbi sənəd olmadığından məhkəmə-tibbi müayinə zamanı ağız boşluğunda xəsarət və xəsarət izi aşkar edilmədiyindən, qərarda göstərilən 18.12.2014-cü il tarixə uyğun dişlərin postravmatik xaric olması haqqında fikir söyləmək mümkün deyildir.Zərərçəkmiş şəxs üzünün sol almacıq-yanaq nahiyəsində sıyrıq izi olan piqmentasiya sahəsi aşkar edilmişdir. Qeyd oluna n zədə küt əşya təsirindən əmələ gəlmişdir, müxtəlif şəraitdə və vaxtlarda yarana bilərdi, qərarın təsviri hissəsində göstərilən 18.12.2014-cü il tarixdə də yaranması inkar olunmur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Göründüyü kimi məhz ekspertiza rəyləri ilə zərərçəkənlərə xəsarət yetrilməsi təsdiq edilməmişdir. Zərərçəkən kimi tanınmış Zərərçəkmiş şəxskı xəsarətin isə qərarda göstərildiyi kimi deyil müxtəlif şəraitdə və müxtəlif vaxtlarda ala bilməsi qeyd edilmişdir ki, məhz bu hal zərərçəkənlərin təqsirləndirilən şəxslərin onları vurması, bıçaqla xəsarətlərin yetirilməsi barədə ifadələrinin açıq-aşkar yalan olduğunu tam sübuta yetirmiş olur. Bundan başqa kassator qeyd etmişdir ki, məhkəmə hökm qəbul edərkən yalnız məhkəmə istintaqı zamanı tədq iq edilmiş sübutlara qiymət verməlidir. Məhkəmə məhkəmə istintaqı zamanı verilmiş ifadələri deyil, ibtidai istintaq zamanı məhkəməyə, ittiham tərəfinə və müdafiə tərəfinə naməlum şəraitdə verdiyi ifadələrə əsaslanacaqsa o, zaman məhkəmə prosesi nəyə lazımıdr. Qeyd edilməlidir ki, məhkəmə hüquq və azadlıqların məhkəmə müdafiəsinə təminat verən Konstitusiyanın 60-cı maddəsini və ədalətli mühakimə olunmaq hüququnu tanıyan Konvensiyanın 6-cı maddəsinin tələbini kobud şəkildə pozub. Kassator onu da qeyd etmişdir ki, məhkəmə Məhkum cəzanı ağırlaşdıran halların olmamasını, yalnız cəzanı yüngülləşdirən halların olmasını nəzərə aldığını deməsinə baxmayaraq, cəza təyin edərkən həddən artıq ağır cəza təyin etməsi və ilk dəfə cinayət törətməkdə məhkum olunan şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müə sissəsində çəkməsi nəticəsinə gəlməsi yolverilməzdir. Qeyd edilməlidir ki, cəzanın adekvatlığı xüsusi əhəmiyyət daşıyan, ədalətliliyi, humanistliyi dəyərləndirən vacib haldır. Kassator onu da qeyd etmişdir ki, xx xx 2017-ci il tarixli qanunla cəzalar tamamilə dəyişdirilmiş və xeyli humanistləşdirilmişdir. Ona görə də bəraət mümkün olmadığı təqdirdə Məhkum qarşı irəli sürülmüş ittihamlar yeni qanunvericiliyə uyğunlaşdırılmaldır. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum təqsirləndirildiyi (məhkum edildiyi) CM-nin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.3.2 və 182.3.2-ci maddələri üzrə bəraət verilməsi, Məhkum əməlinin CM-nin 307.2-ci maddəsil ə tövsif edilməsi və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi, bəraət mümkün olmadığı təqdirdə isə Məhkum qarşı irəli sürülmüş ittihamların xx xx 2017-ci il tarixli qanuna uyğunlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsi, lakin xx xx 2017-ci il tarixindən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xx 2017-ci il tarixli Qanununun tələblərinə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə tövsif olunan cinayət əməlinin CM-in 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5-ci maddələrinə, CM-in 182.3.2-ci maddəsi ilə ixtisaslaşdırılan cinayət əməlinin 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələrinə (yeni redaksiyada) tövsif etməklə ona həmin maddələrin sanksiyasının yuxarı həddində cəza təyin edilməsinə dair dövlət ittihamçısı Kamran Mahmudovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə tövsif olunan cinayət əməli xx xx 2017-ci il tarixindən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xx 2017-ci il tarixli Qanunu nun tələblərinə əsasən, CM-in 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5-ci maddələrinə, CM-in 182.3.2-ci maddəsi ilə ixtisaslaşdırılan cinayət əməli isə 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələrinə (yeni redaksiyada) tövsif edilməli və bu maddələrlə ona cəza müəyyən olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin mə hkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildirir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum edildiyi CM-nin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.3.2 və 182.3.2-ci maddələri üzrə bəraət verilməsini, Məhkum əməlinin CMnin 307.2-ci maddəsilə tövsif edilməsini və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini, bəraət mümkün olmadığı təqdirdə isə Məhkum qarşı irəli sürülmüş ittihamların xx xx 2017-ci il tarixli qanuna uyğunlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş, bununla bağlı bir neçə dəlilə istinad etmiş və bu tələblərini apel lyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinə uyğun olaraq sübutları tədqiq etmədikdə), 416.0.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə), 416.0.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrinin pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.15 və 416.0.21-ci maddələrinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdi kdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası müdafiəçinin Məhkum edildiyi CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.3.2 və 182.3.2-ci maddələri üzrə bəraət verilməsi, onun əməlinin CM-in 307.2-ci maddəsilə tövsif edilməsi barədə dəlillərinə münasibət bildirərərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum barəsində işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə qərarlarından görünür ki, məhkəmələr Məhkum aid hissədə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən bir-birinə uyğun olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgü n və hökm və qərar qəbul edilən zaman qüvvədə olan cinayət qanununa müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.3.2 və 182.3.2ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, o cümlədən Məhkum, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə araşdırmaları zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri ilə və digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmı ş, Məhkum aid hissədə cinayət işi üzrə sübutlar CPM-in 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmış və iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və məhkəmə qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdiyi sübutlarla müqayisəli şəkildə tədqiq edərək həmin dəlilləri tutarlı bir fakta və ya təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir, onları əsassız hesab e dir və belə nəticəyə gəlir ki, Məhkum törətdiyi cinayət əməlləri cinayət işinin materiallarındakı araşdırılıb qiymət verilmiş sübutlarla təsdiq edildiyindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.3.2 və 182.3.2-ci maddələri üzrə bəraət verilməsinə və onun əməlinin həmin Məcəllənin 307.2-ci maddəsi ilə tövsif edilməsinə heç bir əsas yoxdur. Məhkəmə kollegiyası müdafiəçinin “məhkəmə Məhkum cəzanı ağırlaşdıran halların olmamasını, yalnız cəzanı yüngülləşdirən halların olmasını nəzərə aldığını deməsinə baxmayaraq cəza təyin edərkən həddən artıq ağır cəza təyin etməsi” ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onunhimayəsin də bir azyaşlı uşağının olmasını və müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirənhallar kiminəzərəalmış, cəzasını ağırlaşdıran hal müəyyən olunmamış və ona təqsirli bilindiyi CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.3.2 və 182.3.2-ci maddələrinin sanksiyaları həddində qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də məhkum və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçü n Məhkum təqsirli bilindiyi CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.3.2 və 182.3.2-ci maddələrinin sanksiyaları həddində təyin edilmiş cəzanın qanuni, əsaslı olması qənaətinə gəlir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun cəza təyin etdiyi qənaətinə gələrək hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və kassatorun bununla bağlı dəlillərini əsassız olduğundan qəbul etmir. Məhkəmə kollegiyası müdafiəçinin “ilk dəfə cinayət törətməkdə məhkum olunan şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi nəticəsinə gəlməsi yolverilməzdir” - dəlilinə münasibət bildirərək aşağıd akıları qeyd edir: CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. CM-in 15.5-ci maddəsinə görə, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsrirli bilindiyi CM-in 181.3.2 və 182.3.2-ci maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, CM-in 181.3.2 və 182.3.2-ci maddələri ilə nəzərdə tutula n cinayət əməllərini törədən zaman qüvvədə olan cinayət qanununa görə qeyd edilən maddələrin sanksiyalarında on ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu. Göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qanunun tələbinə uyğun hökm çıxarmışdır. Odur ki, məhkəmə kollegiyası kassatorun bununla bağlı dəlilini də əsassız hesab edir. Bunlarla yanaşı, məhkəmə kollegiyası müdafiəçinin “Məhkum qarşı irəli sürülmüş ittihamların yeni qanunvericiliyə uyğunlaşdırılması” ilə bağlı dəlilini əsaslı hesab edir və qeyd edir ki, aşağıdakılara əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 182.3.2ci maddələri ilə tövsif olunan cinayət əməlləri Cinayət Məcəllə sinin 181.3.2 və 182.3.2-ci maddələrindən müvafiq olaraq həmin Məcəllənin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrinə tövsif edilməli və bu maddələrlə ona cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum bu cinayət əməllərini törədərkən və barəsində hökm çıxarılarkən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181 və 182-ci maddələrində nəzərdə tutulan «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülürdü. 01 iyun 2016-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 06 may 2016-cı il tarixli Qanununa əsasən Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 177-187, 189 və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə, on min manatdan artıq olan məbləğ ehtiva edilirdi. Lakin xx xx 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xx 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir: Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi yeni Qanunla şəxsin əməlinin Cinayət Məcəlləsinin 181.3.2 və 182.3.2-ci maddələri ilə (külli miqdarda zərər vurma) tövsif etmək üçün o, bu əməlləri əlli min manatdan yuxarı dəyəri olan - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törətməlidir. İşin hallarından görünür ki, Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını ələ keçirmə məqsədilə 2014-cü ilin dekabr ayının ortalarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X2 və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, cinayətin təşkilatçısı olan E tapşırığına əsasən Məhkum və qeyrisi xx xx2014-cü il tarixdə günorta saatlarında Salyan şəhərində “Bizim frın” adlanan kafedə həmin rayon sakinləri Zərərçəkmiş şəxs və X14 ilə görüşərək, özlərini E tanışı kimi təqdim etməklə, sonuncunun tapşırığı ilə onunla görü şdüklərini və E çatdırılması üçün hər birinin 200 manat vermələrini hədə-qorxu ilə tələb etmiş, əks halda özlərinə və ailə üzvlərinə qarşı zorakılıq göstərəcəkləri ilə hədələmişlər. Zərərçəkmiş şəxs və E1 onların hədəsini real qəbul edərək xx xx 2014-cü il tarixdə E göstərişi ilə Salyan şəhərində avtovağzalın yaxınlığında EL adlı şəxslə görüşərək hər biri 200 manat olmaqla ümumilikdə 400 manat pulu EL adlı şəxsə vermişlər. Bundan başqa Məhkum 2014-cü ilin dekabr ayının ortalarında tamah məqsədi ilə iki şəxs barəsində silahdan və silah qismində istifadə edilən əşyalardan istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu, eləcə də quldurluq, yəni hücuma məruz qalmış şəxsin həyat və sağlaml ığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə basqın, həmçinin, təkrarən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə və ya əmlakını tələf etmə hədəsi ilə özgənin külli miqdarda əmlakını qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tələb etmə barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X2, tanışları X9, X11, X17, X6, X12 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, cinayətin təşkilatçısı olan E tapşırığına və aralarında olan razılaşmaya əsasən xx xx2014cü il tarixdə saat 18 radələrində o, P, E2, R, E3, E4 və qeyriləri ilə birlikdə Salyan rayon sakinləri Zərərçəkmiş şəxs və X14 ilə Salyan rayonu, Xıdırlı kəndi ərazisində fəaliyyət göstərən “Xıdırlı” kafesində görüşüb, özlərini E tanışı kimi təqdim etməklə Zərərçəkmiş şəxs məxsus X4 olan 28 min manat borc pulunun qaytarılmasına köməklik etməklə bağlı söhbət etmək adı ilə aldadaraq onları kafenin birinci mərtəbəsində yerləşən sauna kimi istifadə olunan otağına dəvət edib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X2 ilə mobil telefon əlaqəsi saxlamış, sonuncunun göstərişinə görə giriş qapısının qarşısını kəsib onların otaqdan çıxmalarına imkan verməyərək yumruq və sillə ilə vurub, özlərində olan cib bıçağı i lə öldürməklə hədələyərək hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə Zərərçəkmiş şəxs üzünün sol almacıq-yanaq nahiyəsində sıyrıq əmələ gətirən və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan zədə yetirərək, ona məxsus 700 manat pulu, E1a məxsus 1.100 manat dəyərində 583 əyarlı qartal formalı qızıl kulonu ilə birlikdə 583 əyarlı qızıl boyunbağını, 1.200 manat dəyərində 583 əyarlı qızıl üzüyü, 30 manat dəyərində “CİTİZEN” markalı kişi qol saatını və 30 manat nağd pulu ələ keçirmiş, bundan başqa eyni üsulla onlardan külli miqdarda 30.000 manat pulu ələ keçirmək məqsədi ilə silahlı basqın etmiş,bundan sonra əvvəlcədən olan razılaşmaya əsasən cinayətkar niyyətlərini davam etdirərək yumr uq və sillə ilə sonuncuları vurub zor tətbiq etməklə, özlərində olan cib bıçağını nümayiş etdirib onları və ailə üzvlərini öldürməklə, evlərini yandırmaqla hədələyərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və E1un hər birindən külli miqdarda 15.000 manat, cəmi 30.000 manat pul vermələrini hədə-qorxu ilə tələb etmişlər. Zərərçəkmiş şəxs və E1 onların tələblərini yerinə yetirməkdən imtina etdiklərindən saat 1945 radələrində onları məcburi qaydada ayrı-ayrılıqda Pun idarə etdiyi “XXXX” markalı, AZ**-BL-*** dövlət qeydiyyat nişanlı və E3nin idarə etdiyi “RUNNA” markalı, AZ**-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillərə oturdaraq həmin kafedən ünvan 1 ünvanda yerləşən qeyrisinə məxsus fərdi yaşayış evinin həyətinə gətirmiş, sonuncunun iştirakı ilə həmin ünvanın həyətindəki damda 19.12.2014-cü i l saat 07 radələrinədək Zərərçəkmiş şəxs və E1u saxlayaraq yumruq və sillə zərbələri ilə vurub, özlərində olan cib bıçağı ilə şəxsiyyəti üzərində zor göstərmə, onların və ailə üzvlərini öldürməklə hədələyərək hər birinin 15.000 manat, vahid niyyətlə əhatə olunan külli miqdarda cəmi 30.000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs və E1u qeyd edilən məbləğdə pul borclarının olmasını yalandan etiraf etməyə və xx xx 2014-cü il tarixdə saat 1700-dək ödəyəcəklərinə söz verməyə məcbur edib, bu barədə istifadələrində olan mobil telefonla video çəkiliş aparmışlar. Hazırki halda işin hallarından müəyyən olunur ki, məhkumun quldurluq və hədə-qorxu ilə tələb etmə yolu ilə zərərçəkmiş şəxslərdən ələ keçirdiyi və ələ keçirmək istədiyi əmlakın dəyəri əlli min manatdan artıq məbləğ i təşkil etmir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx xx 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xx 2017-ci il tarixli qanunu M əhkum vəziyyətini yüngülləşdirdiyindən tətbiq edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə tövsif olunan cinayət əməli xx xx 2017-ci il tarixindən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xx 2017-ci il tarixli Qanununun tələblərinə əsasən, CM-in 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.2 (təkrar törədildikdə), 181.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələrinə, CM-in 182.3.2-ci maddəsi ilə ixti saslaşdırılan cinayət əməli isə 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2 (təkrar törədildikdə), 182.2.3 (zor tətbiq etmə ilə törədildikdə) və 182.2.4cü(xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrinə tövsif edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələrinin yeni redaksiyasının sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ədalətli həddi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, o nun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respub likası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum cəza müəyyən edilərkən həm göstərilən Qanun müddəalarının tələbləri, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının tövsiyyələri nəzərə alınmalı və Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın ədalətli həddi təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Məhkum cəza təyin e dərkən törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun himayəsində bir azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirənhallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin Məhkum əməllərinin (CM-in 181.3.2 və 182.3.2-ci maddələrində nəzərdə tutulmuş) xüsusilə ağır cinayətdən ağır cinayətə (CM-in 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrinə) tövsif edilməsini, habelə təyin edilən cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə nail olmaq üçün Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyalarında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ədalətli həddinin müəyyən edilməsi və hökmlə məhkuma CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə təyin edilmiş cəzanın hazırki qərarla müəyyən edilən cəza ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və bu hissədə onu əsaslı hesab edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hökmlə Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İşə baxan məhkəmələr tərəfindən Məhkum CM-in 181.3.2 və 182.3.2-ci maddələri ilə tövsif olunan cinayət əməlləri xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hazırki qərarla isə Məhkum CM-in 181.3.2 və 182.3.2-ci maddələri ilə tövsif olunan cinayət əməlləri Cinayət Məcəlləsi nin 181.3.2 və 182.3.2-ci maddələrindən (xüsusilə ağır cinayətdən) müvafiq olaraq həmin Məcəllənin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələrinə (ağır cinayətə) tövsif olunduğundan və ona həmin maddələrin sanksiyası həddində cəza müəyyən edildiyindən Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasının qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum və qeyrilərinin barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə qismən raz ılaşır və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin qismən təmin edilməsi, göstərilən qərarın Məhkum aid hissədə dəyişdirilməsi və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə tövsif olunan cinayət əməlinin xx xx 2017-ci il tarixindən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xx 2017-ci il tarixli Qanununun tələblərinə əsasən, CM-in 181.2.1, 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələrinə, CM-in 182.3.2-ci maddəsi ilə ixtisaslaşdırılan cinayət əməlinin 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrinə (yeni redaksiyada) tövsif edilməsi və ona həmin maddələrin sanksiyalarının orta həddində azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi, hökmlə məhkuma CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə təyin edilmiş cəzanın hazırki qərarla müəyyən edilən cəza ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla Məhkum qəti cəza müəyyən edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Rəspublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA AL D İ: Müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilsin.
1. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.3.2 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum aid his sədə dəyişdirilsin.
2. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə tövsif olunan cinayət əməlihəmin Məcəllənin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5-ci maddələrinə, CM-in 182.3.2-ci maddəsi ilə ixtisaslaşdırılan cinayət əməli isə həmin Məcəllənin 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrinə tövsif edilsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin.
3. Hazırki qərarla Məhkum CM-in 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5-ci maddələri ilə müəyyən edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və CM-in 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələri ilə müəyyən edilmiş 7(yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə ona təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cümaddəsinəəsasənqisməntoplanılmaqlaMəhkum qətiolaraq10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin.
4. Məhkum cəzasının qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilsin.
5. Cəzaçəkmə müddətinin başlanğıcı hökmdə göstərildiyi vaxtdan, yəni xx xx 2015-ci il tarixdən hesablansın. Qərar Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İnqilab Nəsirov