Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1296/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi, “Mütəllimov və partnyorları” Vəkil Bürosunun vəkili Məmmədova Yeganə İkram qızının, Zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Təhlükəsizlik Xidmətinin nümayəndəsi Bədəlov Ataxan Əkbər oğlunun iştirakları ilə xx xxxxxx 1952-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Məhkum6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 192.2.1, 32.5, 247 və 32.5, 308.2-ci mаddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarından maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi, “Mütəllimov və partnyorları” Vəkil Bürosunun vəkili Məmmədova Yeganə İkram qızı tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə (hakim Zəfər Quliyev) Məhkum 6- Аzərbаyc аn Respublikası CM-in 32.5, 192.2.1, 32.5, 247 və 32.5, 308.2-ci maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 192.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа, CM-in 32.5, 247-ci maddəsi ilə dövlət оrqаnlаrındа və yerli özünüidаrə оrqаnlаrındа 1 (bir) il müddətə məsul vəzifə tutmаq hüququndаn məhrum edilməklə, 2 (iki) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа, CM-in 32.5, 308.2-ci mаddəsi ilə dövlət оrqаnlаrındа və yerli özünüidаrə оrqаnlаrındа 2 (iki) il müddətə məsul vəzifə tutmаq hüququndаn məhrum edilməklə, 3 (üç) il 6 (аltı) аy müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş, Аzərbаycаn Respublikаsı CM-in 66.2 və 66.4-cü mаddələrinə əsаsən, cəzаlаrı qismən tоplаmаq yоlu ilə qəti оlаrаq, dövlət оrqаnlаrındа və yerli ö zünüidаrə оrqаnlаrındа 2 (iki) il 6 (аltı) аy müddətə məsul vəzifə tutmаq hüququndаn məhrum edilməklə, 5 (beş) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş, Məhkum6 оğlunа təyin оlunаn аzаdlıqdаn məhrum etmə cəzаsı Аzərbаycаn Respublikаsı CM-in 70.1-ci mаddəsinə əsаsən, şərti оlаrаq tətbiq edilmiş və 5 (beş) il müddətə sınаq müddəti təyin оlunmuşdur. "xxxx" ASC-nin mülkiyyətində olan Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, 11 D ünvanında yerləşən qeyri-yaşayış binası, Şəmkir şəhərində yerləşən qeyri-yaşayış binası, Lerik rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən qeyri-yaşayış binası dövlət nəfinə müsadirə edilmişdir. Həmin hökmlə həmçinin: Məhkum1 - Azərbaycan Respublikası CM-in 192.2.1, 213.1, 247 və 308.2-ci maddələri ilə, Məhkum 2- Аzərbаycаn Respublikаsı CM-in 192.2.1,24 7 və 308.2-ci mаddələri ilə, Məhkum 3- Аzərbаycаn Respublikаsı CM-in 192.2.1, 247 və 308.2-ci mаddələri ilə, Məhkum 4 - Аzərbаycаn Respublikаsı CM-in 192.2.1, 247 və 308.2-ci mаddələri ilə və Məhkum 5 - Аzərbаycаn Respublikаsı CM-in 192.2.1, 247 və 308.2-ci mаddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova və G.Q.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum6 digər vəzifəli şəxs tərəfindən lisenziyalaşdırma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub dövlətə külli miqdarda ziyan vurulmasında, sənayedə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs tərəfindən müəyyən edilmiş qaydaların pozulmasının ağır nəticələrə səbəb olmasında, vəzifəli şəxsin qabaqcadan razılaşmadan digər vəzifəli şəxslərlə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və təmsil etdiyi cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulmasında ifadə olunan vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi kimi iştirak etmişdir. Belə ki, o, "xxxx" ASC-nin Göyçay qum-çınqıl filialının xx.xx.1988-ci il tarixli əmri əsasında həmin tarixdən karxanada istehsal sexinə cavabdeh olan sex ustası vəzifəsində işləyərkən filialın direktoru vəzifəsində işləmiş və xx.xx.2015-ci il tarixdə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X3 özü və "xxxx" ASC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək faktiki rəhbərlik etdiyi filiala Göyçay rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 222 saylı sərəncamına əsasən Göyçay qum-çınqıl yatağında ayrılmış 5,0 ha torpaq sahəsində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən dağ-mədən işləri və dağ-buruq qazmalarının aparılmasına dair ver ilmiş xx.xx.2008-ci il tarixli TDN/13/489 nömrəli lisenziya və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 00122 nömrəli və xx.xx.2013-cü il tarixli 00717 nömrəli Dağ-Mədən ayırması aktlarına əsasən istismar işlərini həyata keçirərkən lisenziyalaşdırma şərtlərini pozaraq “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi tələblərinə əməl etməyib, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən lisenziya və icazə şərtlə rinin pozulması hallarının aradan qaldırılmasına dair müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirməli, “Dağ-mədən işlərinin inkişaf” planının yenidən rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə müraciət etməli olduğu halda bunu qəsdən etməyib yataq ərazisində qanunsuz sahibkarlıq fəaliyyətini davam etdirərək xx.xx.2009, xx.xx.2010, xx.xx.2012 və xx.xx.2013-cü il tarixlərdə razılaşdırılmış “Dağmədən işlərinin inkişaf” planında göstərilmiş və icazə verilən 5 (beş) metr dərinlikdən artıq - 5 (beş) - 8 (səkkiz) metr səviyyədə qazıntı və yataqayırma hüdudundan kənarda xx.xx.2007-ci ildən xx.xx.2014-cü il tarixədək qanunsuz qazıntı işləri aparmaqla 150000 m3 həcmində qarışıq süxur götürüb emal edib dövlətə və təbiətə külli miqdarda, yəni 495000 (dörd yüz doxsan beş min) manat məbləğində ziya n vurmasında, habelə X10 “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək müəssisənin qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi istismar işlərinin aparıldığı Göyçay çayının məcra sındakı torpaq sahəsinin kəskin eroziyaya məruz qalması, çay yatağında yarğanlar əmələ gəlməsi və ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpaolunmaz nəticələrə, insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vurmasında, eləcə də, X10 vəzifəli şəxs kimi qabaqcadan razılaşmadan digər vəzifəli şəxslərlə - "xxxx" MMC-nin direktoru Məhkum2, "xxxx" MMC-nin direktoru Məhkum3, "xxxx" MMC-nin Göyçay qumçınqıl istehsal sahəsinin müdiri Məhkum1, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Məhkum4 oğlu, fiziki şəxs Məhkum5 və digərləri ilə bir qrup şəxs halında filialın fəa liyyətinə rəhbərlik etmək, onun adından qərar qəbul etmək və digər səlahiyyətlərindən özü və təmsil etdiyi cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi tələblərinə əməl etməyərək “Dağ-mədən işlərinin inkişaf” planında göstərilmiş və icazə verilən 5 (beş) metr dərinlikdən artıq - 5 (beş) - 8 (səkkiz) metr səviyyədə qazıntı və yataqayırma hüdudundan kənarda qanunsuz istismar işləri aparmaqla özünün və digərlərinin ə məlinin ictimai təhlükəli olduğunu, yəni etdiyi hərəkətlərin Göyçay çayının məcrasındakı torpaq sahəsinin kəskin eroziyaya məruz qalması, çay yatağında yarğanlar əmələ gəlməsi və ərazinin ekoloji tarazlığının pozulması, çay yatağında dərinləşməyə səbəb olmasını, qeyd olunan şəxslərlə eyni vaxtda qazıntı işlərinin aparılması ilə körpünün yuxarı və aşağı axarlarında çay dibinin süni dərinləşdirilməsi və qazılması ilə meyilliliyin və suyun sürətinin artmasına və bunun nəticəsində Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində yerləşən dəmirbeton konstruksiyalı körpünün dayanıqlığına təhlükə yaratdığını dərk etməsinə, hərəkətləri nəticəsində ictimai təhlükəli nəticələr baş verə biləcəyini qabaqcadan görməsinə baxmayaraq, qeyd edilən hərəkətlərə şüurlu surətdə yol verib qanunsuz olaraq xx.xx.20 07-ci ildən xx.xx.2014-cü il tarixədək yataqdan xam material götürülməsini davam etdirməklə həmin körpünün kənar dayağının konusunun, su səmtləşdirici qurğusunda svay özülünün kənar dayağının konusunun və sahil bərkitmə qurğularının yuyulmasına, dayaq konstruksiyalarının istismara yararsız vəziyyətə düşməsinə və xx.xx.2018-ci il tarixdə yanaşma yolunun dağılmasına səbəb olmaqla dövlətə 3.033.000 (üç milyon otuz üç min) manat ziyan vurulması, xx.xx.2018-ci il tarixədək “M4 Bakı-Şamaxı-Yevlax magistral yolu”nun bağlanması, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır zərər vurmasında, yəni ayrılmış torpaq sahəsində daha dərin qazma işləri aparılmaqla daha çox xammal hasil edilməsində ifadə olunan məsləhətlərini və məlumatları sex ustası kimi sexdə çalışan ayrıayrı işçilərə qum-çınqılın norm adan artıq qazılaraq çıxarılmasında ifadə olunan göstərişləri, cinayətin törədilməsi üçün həmin işçilərə qazma texnikaları verib yardım etməklə köməkçi kimi iştirak etmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş oğlu tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarının Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, 11 D ünvanında yerləşən qeyri-yaşayış binasının dövlət nəfinə müsadirə edilməsi hissəsində ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında xx.xx.2014-cü il tarixdə Cəmiyyətin Gədəbə y “Aqrartikinti” filialının istifadəsində olan 906 kv.m sahəsi olan 1991-ci il tarixdə istismara verilən armatur sexinin alqı-satqısına dair müqavilə bağlamışdır. Həmin sexin dəyəri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" ASCnin Nərimanov filialında olan hesabına köçürülmüşdür. Lakin bu günə kimi qeyd edilən armatur sexinə dair mülkiyyət hüquqlarını dövlət reyestrindən qeydiyyatdan keçirə bilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin əmlakın Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli 1(046)-66/2018 nömrəli hökmü ilə müsadirə olunduğu və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 5(001)-608/2018 nömrəli qərardadı ilə üzərinə həbs qoyulduğunu əsas gətirməklə notarial alqı-satqının həyata keçirilməsini bu günə kimi təmin edə bilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndə Y.Məmmədovanın, kassasiya şikayətinin təmin edilməməsi barədə nümayəndə A.Bədəlovun və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya i nstansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya şikayətini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən: “139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, baş qasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən: “146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əm lak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən: “646.1.Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı a lıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda istinad edilən normaları daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. İş materiallarından və kassasiya şikayətinə əlavə edilmiş sənədlərdən, o cümlədən xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin istifadəsində olan 1991-ci ildə is tismara verilmiş armatur sexi X1. Məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlərin (03 mart 2014-cü il tarixli sərəncam, alqı-satqı müqaviləsi və ödəniş qəbzi) əsli ilə düz olması təsdiq edilməmişdir. O, cümlədən qeyd edilən alqı-satqı müqaviləsinin yalnız “satıcı” qrafasında müvafiq imza və möhür olması görünür, lakin “alıcı” hissəsində isə heç bir imza olması öz əksini tapmır. Həmçinin qanunvericiliyin tələbinə əsasən qeyd edilən alqı-satqı müqaviləsinin notariat qaydada təsdiqlənməsi iş materialları ilə müəyyən edilmir. Maraqlarına toxunan şəxs isə qeyd edilənlər ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsinin birgə verdikləri kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Qey d olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum6 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarı maraqlarında toxunan şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1296/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1296/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver