Məhkəmə qərarları › İş №1(102)-1296/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1296/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1296/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 06 iyun 2024-cü il tarixli 1(103)-1241/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən), Cavid Hüseynov və Səbuhi Hüseynov) 13 mart 2024-cü il tarixli 1(101)-264/2024 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci ildə Ağcabədi rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzas ını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 4,958 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum saat 19:30-da ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən BMCMİnin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda – bir ədəd bükümdə ümumi təmiz çəkisi 4,958 qram olan narkotik vasitə heroin əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Əfqan Ələkbərov və Zaur Hüseynov) 06 iyun 2024-cü il tarixli 1(103)-1241/2024 nömrəli qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 1(101)-264/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2024-cü il tarixli 1(103)-1241/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum təqsiri sübuta yetirilmədiyinə görə ona təqsirli bilindiyi maddə ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə tərəfi olaraq məhkəmə kollegiyasının gəldiyi nəticə ilə razı deyil. Ona görə ki, məhkəmə iclası istintaq aparılmadan keçirilmiş və apellyasiya şikayətində göstərilən dəlillər araşdırılmamışdır. Məhkəmə kollegiyası ancaq apellyasiya şikayətinin dəlillərini dinləmiş və bununla da qanunsuz və ədalətsiz yekun n əticəyə gəlmişdir. Məhkəmə kollegiyası yekun qərarında apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, cinayət işi üzrə hökmdə göstərilmiş ibtidai istintaq zamanı toplanmış sübutları sadalamış, əsassız və qanunsuz nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutların bilavasitə tədqiq edilməsinin mümkün olduğu, faktların yenidən müəyyən edilə bildiyi sonuncu məhkəmə instansiyası olduğundan, məhkəmə tərəfindən məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla, o cümlədən əlavə sübutlar tədqiq edilməklə keçirilməsinə zərurətin olub-olmaması məsələsi apellyasiya müraciətlərinə ilkin baxılması zamanı mütləq şəkildə araşdırılmalı, cinayət prosesi iştirakçılarının tam və ya qismən məhkəmə istintaqının keçirilməsi barədə vəsatətlərinə baxılmalı, belə vəsatətlər rədd edildikd ə məhkəmə qərarı vəsatətə əsaslandırılmış cavabı əks etdirməlidir. Təqsirləndirilən şəxsin ifadəsindən belə anlaşılır ki, saxlanılaraq polis idarəsinə gətirilən Məhkum üzərinə baxış keçirilən zamana qədər polis əməkdaşlarının təsiri altında olmuş, ona verilmiş narkotik vasitəni videoçəkiliş zamanı həmin narkotik vasitənin polis əməkdaşına təqdim etməklə özünə məxsus olması barədə izahat verməsi tələb edilmişdir. Məhkum bundan əvvəl də bir dəfə həmin idarəyə aparılması və ona təzyiqlər göstərilməsi barədə ifadəsində bildirmişdir. Təbii polis əməkdaşlarından çəkinən təqsirləndirilən onların tələblərini yerinə yetirmək məcburiyyətində qalmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsində verdiyi ifadəsində təqsirləndirilən şəxs başına gələn hadisəni, onun səbəblərini etirafedici izahat və ifadələrinin məqsədini də açıqlamışdır. Bundan başqa, saxlanılan Məhkum müdafiəçi ilə təmin olunsa da keyfiyyətli hüquqi yardım almamış və müdafiə olunmamışdır. Vəkil onunla bir dəfə də olsun konfidensial ünsiyyət saxlamamış, üzərinə baxış keçirilməmişdən əvvəl də onunla ünsiyyətdə olmamışdır. Bundan başqa, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşları da qəbul edilmiş qərarda qarşılarına qoyulan tələblərə əməl etməmiş, izləmə, müşahidə aparmadan və s. tələblərə əməl etmədən nəzərdə tutulan şəxsi saxlayaraq polis idarəsinə aparmışlar. Halbuki saxlanılma yerində də təqsirləndirilənin üzərinə baxış keçirilə bilərdi, buna mane olacaq hər hansı hal olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçıların ın çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkə n və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum narkotik vasitəni əldə etməmiş və saxlamamış, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuş, lakin məhkəmələr məhkumun ifadəsində göstərilən xüsusatlarla əlaqədar lazımi araşdırma aparmadan məhkumun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apelly asiya şikayətinin həmin dəlilləri araşdırmış və onların əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıd ır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahidlər Şahid2, Şahid3, Şahid1, Şahid4, Şahid5, Şahid11 Əlibala oğlu, Şahid6, Şahid10, Şahid7, Şahid8 və Şahid9 ifadələri, məhkəmə ekspertizasının rəyini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Müdafiəçi5 apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlil lərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün hüquqi qiymət vermişlər. Həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əm əlini törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübut, ekspert rəyi və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qi ymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkum ibtidai araşdırma dövründən fərqli olaraq birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, məhz polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə e dildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərindən - bir ədəd bükümdə ümumi təmiz çəkisi 4,958 qram olan narkotik vasitə olan heroinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilməsi yuxarıda qeyd olunan sübutlara təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Belə ki, Məhkum apellyasiya şikayətində qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən hədə-qorxu edildiyi üçün onların diktə etdiyi formada ibtidai araşdırma zamanı özünün əleyhinə ifadə vermişdir. Həqiqətə uyğun ifadə o, məhkəmə iclasında vermişdir. Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə ver ilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi öz hökmündə Məhkum ibtidai araşdırma zamanı hədəqorxuya məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd etmişdir ki, məhkum öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, nə təqsirləndirilən şəxsin özü, nə onun vəkili ibtidai istintaq dövründə Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinə əsasən şikayətlə məhkəməyə və ya bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı dövlət orqanına müraciət etməmiş, bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Bu sə bəbdən də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz polisin hədə-qorxusu nəticəsində əldə edilməsinə dair təqsirləndirilən şəxsin dəlili ilə razılaşmayaraq, onun ibtidai istintaq zamanı verdiyi ifadə cinayət işi üzrə digər sübutlarla təsdiq edildiyindən həmin ifadəni həqiqətə uyğun və mötəbər sübut kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin mövqeyi sübutların qiymətləndirilməsinə dair qanun normalarının tələblərinə və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarının tövsiyələrinə uyğun olmuşdur. Məhkəmə kollegiyasının belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Məhkum ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələrin arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsin in qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplamasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mü mkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə ona bəraət verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2024-cü il tarixli 1(103)-1241/2024 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 06 iyun 2024-cü il tarixli 1(103)-1241/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar