Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1297/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179. 2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.A.Qəribov (sədrlik edən) R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) 25 dekabr 2019-cu il tarixli hökmü ilə 01 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövl ət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə CM-nin 179.3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ona cəza təyin edilməmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin 24 iyul 2017-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və sapellyasiya şikayətinə əlavə təm in edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, 26.07.2017-ci il tarixdən 29.05.2018-ci il tarixədək "xxxx" Firmasının Satış şöbəsinin Bərdə filialının satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən həmin firma ilə aralarında bağlanmış 26.07.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə və eyni tarixli əmək müqaviləsinə əsasən müşayiətedici sənədlərə uyğun olaraq anbardan yükləri qəbul edib qablaşdırmanın bütovlüyünü yoxlamaq, məhsulların ərazilərdə satışını təşkil etmək, satış məntəqələrində olan maddi vəziyyətə nəzarət etmək, satdığı malların dəyəri kimi pulları firmanın təyin etdiyi şəxsə təhvil vermək və digər səlahiyyətlərə malik məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgə əmlakını vahid qəsdlə talama məqsədilə həmin firmanın prezidentinin 26.07.2017-ci il tarixli əmri ilə ona təhkim olunmuş 824 saylı pos-terminalla 09.01.2018-cü il tarixdən 14.03.2018-ci il tarixədək olan müddətdə Firmanın Bərdə şəhəri, Bakı küçəsində yerləşən ofisində mühasibatlığına verdiyi sifariş əsasında rəsmi sənədlərlə öhdəsinə götürdüyü cəmi 44994.83 manat dəyərində müxtəlif adda qida məhsullarını satış üçün firmanın sürücüsü X5 vasitəsi ilə Yevlax şəhərində ayrı-ayrı ünvanlarda yerləşən cəmi 36 ticarət obyektlərinə təhvil veril əndən sonra həmin məhsulların satışından əldə etdiyi cəmi 24791.25 manat puldan filialın xəzinəsinə 8344.76 manat nəqd ödəmiş, satış nöqtələrində 9091.44 manat mal qalığı, həmçinin bağlı olan, yaxud imzası olmayan müştərilər üzrə mal qalığı 10975.11 manat mal qalığı, eləcədə geri qaytarılmış malların dəyəri olan 136.60 manat hesabından çıxılaraq, həmin ticarət obyektlərindən qəbul etdiyi 16446,49 manat məbləğində pulu isə təhvil verməyib şəxsi ehtiyaclarına xərcləməklə ona etibar edilmiş xeyli miqdarda özgə, "xxxx" firmasının əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərə k məhkumun barəsində bəraət qərarı çıxarılmasını xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamış, iş üzrə ziddiyyətli məqamlar aradan qaldırılmamış, apellyasiya şikayətinə və işə formal yanaşılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid ifadələrindən müəyyən edilmişdir ki, əvvəla, Məhkum "xxxx" MMC-nin Baş ofisinin auidtləri tərəfindən mütəmadi olaraq yoxlanılmış və heç bir maliyyə çatışmamazlığı aşkar edilməmişdir, bu “çatışmamazlıq” yalnız o, işdən “nümayişkəranə” formada çıxdıqdan sonra “aşkar” edilmişdir. İkincisi, firmanın anbarından mallar satış nümayəndəsinə sürücü vasitəsilə təhvil verilmiş (?! bu ümumiyyətlə işçinin əmək fumksiyasına və mülki dövriyyənin tələblərinə ziddir ), bu zaman sürücüyə müvafiq sənədlər verilmiş (qaimə, anbar vərəqəsi, yol vərəqəsi və s.), həmin sənədlər üç nüsxədən ibarət olmuş, bir nüsxə firmada, digəri sürücüdə, üçüncüsü isə malların satışını həyata keçirən şəxslərdə (marketlərdə) qalmışdır. Üçüncüsü, Məhkum tərəfindən filialın anbarına dəfələrlə 2018-ci ilin yanvar ayından son dəfə 2018-ci ilin mart ayının 12-si olmaqla satılmayan (vaxtı keçmiş) mallar qaytarılmış və bu barədə müvafiq fakturalar verilmişdir. Baxmayaraq ki, qeyd edilən fakturaların (maliyyə sənədlərinin) mövcudluğu şübhəsizdir, lakin iş materiallarına ittiham tərəfindən bir dənə də olsun faktura (maliyyə sənədi) əlavə edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham edildiyi əməl, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi Cinayət Məcəlləsinin “İqtisa di sahədə cinayətlər” bölməsində yerləşir. Bu cinayət tərkibinin zəruri əlaməti onun obyektiv cəhəti ilə yəni, özgənin əmlakının talanmasının iki üsulu, mənimsəmə və israf etmə hərəkətləri ilə şərtlənir. Hazırki halda təqsirləndirilən şəxsə verilmiş ittiham, mahiyyət etibarı ilə ona etibar edilmiş özgə əmlakını “mənimsəmə”sini ehtiva edir. Başqa sözlə, Məhkum verilmiş ittiham Azərbaycan Respublikası CM-nin 179-cu maddəsinin dispozitiv əlaməti olan (eyni zamanda cinayət tərkibinin obyektiv cəhəti olan) “mənimsəmə”ni özündə əks etdirir. Hüquq nəzəriyyəsində belə müəyyən olunmuşdur ki, “mənimsəmə” talamanın müstəqil formasıdır, təqsirləndirilən şəxsə etibar edilmiş əmlakın qanunsuz olaraq özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Göründüyü kimi, Azərbaycan Respu blikası CM-nin 179-cu maddəsinin dispozitiv əlamətindən biri də şəxsə əmlakın ”etibar” edilməsidir. “Etibar edilmiş əmlak” dedikdə, şəxsə həmin əmlakın qanuni əsaslarla, yəni, əmək müqaviləsindən (əmək funksiyasından) irəli gələn əsaslarla verilməsi (vəzifə səlahiyyətlərinə görə sərəncam vermə, idarə etmə, saxlama səlahiyyətlərini verməklə) və ya mülki-hüquqi əqdlərlə (podrat, icarə, saxlama və s.) verilməsi, təqdim edilməsi nəzərdə tutulur. Hazırki halda, ilk öncə təqsirləndirilən şəxsə əmlakın “etibar edilmə”sini sübut edilməlidir ki, sonradan həmin əmlakın ehtimal olunan talanması “mənimsəmə” kimi qiymətləndirilə bilsin. Hazırki halda müdafiə etdiyim şəxsə hər hansı bir əmlakın etibar edilməsindən, yəni təhvil və ya təqdim edilməsindən söhbət gedə bilməz. Şahid ifadələrindən də görünür ki, malların təhvil-təslimi sürücü vasitəsilə edilmişdir. Verilmiş ittiham belə əsaslandırılıb ki, Məhkum əmək müqaviləsindən görə irəli gələn səlahiyyətləri çərçivəsində ona etibar edilmiş əmlakı mənimsəyib. Lakin iş materiallarına yalnız Məhkum əmək müqaviləsinin surəti əlavə edilmiş, əmlakın hansı qaydada təhvil verilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Tərəflər arasındakı “maddi məsuliyyət haqqında” müqavilə isə ümumiyyətlə, Məhkum vəzifə səlahiyyətləri ilə uyğun deyildir, həmin müqavilənin məzmunundan Məhkum ona təhkim edilmiş 824 nömrəli pos-terminalın sazlığına məsuliyyət daşıması anlaşılır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Məhkum arasında bağlanmış 26 iyul 2017-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilədən görünür ki, bu müqavilə iş əgötürənə məxsus olan əmlakın (avadanlığın) və maddi sərvətlərin salamatlığını təmin etmək, işçinin maddi məsuliyyətini müəyyən etmək məqsədilə bağlanmışdır. Halbuki, qanunvericiliyin imperativ gösrərişləri, eləcə də işgüzar adətlər tələb edir ki, hər hansı əmlak (məhsul) işçiyə və ya digər şəxslərə (əgər mülki-hüquqi müqavilə əsasında xidmət göstərilirsə) müvafiq qaydada rəsmiləşdirilməklə, mühasibatlıq qaydalarına əməl edilməklə, yəni təhvil-təslim aktı, qaimə, faktura, yol vərəqəsi və s. ciddi mühasibatlıq sənədləri əsasında təhvil verilməlidir, məhz bu qaydalara riayət edildikdə, əmlak “etibar edilmiş əmlak” hesab edilir. Maraqlıdır ki, ibtidai istintaq orqanı tərəfindən (hansı ki, aşağı instansiya məhkəmələri də bu halı təsdiq etmişlər) təqsirləndirilən şəxsə verilmiş ittihamın mahiyy ətindən belə anlaşırılır ki, Məhkum etibar edilmiş əmlak, məhsul satışından əldə olunmuş “51.705 manat pul”dur. Halbuki, "xxxx" MMC-nin fəaliyyət sferası, həmçinin Məhkum əmək funksiyası ona hər hansı bir pul məbləğinin etibar edilməsini istisna edir. Birinci instansiya məhkəməsi həmçinin Apelyasiya instansiyası məhkəməsi bu hala da diqqət yetirməmiş, ibtidai istintaq orqanı tərəfindən cinayətin predmetinin dəqiq müəyyən edilməməsini nəzərə almamışdır. İş materialları ilə nəinki Məhkum tərəfindən ona etibar edilmiş əmlakın satışından məhz 51.705 manat (və ya 16.446,49 manat) pulun əldə olunması və mənimsənilməsi təsdiqini tapmır, hətta ümumiyyətlə, ona hansı həcmdə, hansı növ malın verildiyi, malın tərkibinin, keyfiyyətinin, çeşidinin, qiymətinin nədən ibarət olduğu qeyri-müəyyəndir. Əgər ibtidai istintaq orqanı (eləcə də aşağı instansiya məhkəmələri) tərəfindən malın (məhsulun) göstəriciləri (ölçü, çəki, say, həcm, keyfiyyət, növ, çeşid, hər birinin ayrı-ayrılıqda qiyməti və s.) müəyyən edilməyibsə, onu satışının realizə olunub-olunmaması (icra edilibedilməməsi) müəyyən deyilsə, həmçinin satışdan nə qədər gəlir əldə edildiyi (nəzərə alınmalıdır ki, əgər həqiqətən də məhsul təhvil verilibsə, onların müştərilərə satışı nisyə qaydada həyata keçirilib və malın dəyərinin mələği dərhal ödənilməyib) məlum deyildirsə, bu zaman təqsirləndirilən şəxsin konkret olaraq nəyi mənimsəməkdə təqsirləndirildiyini müəyyən etmək mümkün deyil, onun cinayətin predmeti dəqiq müəyyən edilmədən “mənimsəmədə” təqsirli bilinməsi, onun hüquqlarının əsassız olaraq məhdudlaşdırılması heç bir hüquq dü şüncəsinə sığmır, hüquqi müəyyənlik prinsiplərinə ziddir. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən şübhələrə qiymət verməmişdir. Ümumiyyətlə, talama predmetinin nədən ibarət olması və hansı maliyyət-uçot sənədləri ilə təsdiq edilməsi öz əksini tapmır. Dəfələrlə tələb edilməsinə, müdafiə tərəfinin sorğusuna, auidtin, ekspertin vəsatətlərinə, hətta məhkəmənin (Gəncə Ağır Cinayətlər Məhkəməsinin) sübutların təqdim olunması barədə qərarına baxmayaraq, "xxxx" MMC tərəfindən məhkəməyə heç bir mühasibatlıq sənədi (qəbz, qaimə, faktura, yol vərəqəsi, anbar kağızı və s.) təqdim edilməmiş, gah həmin sənədlərin iş materiallında olduğu (müdafiəçiyə verilmiş rəsmi məktubda), gah da yandırıldığı (şahidlərin ifadəsi) bildirilmişdir. Bununla da faktiki olaraq sübutlar gizlədilmiş (hansı ki, təqdim ed ilməli olan yuxarıda qeyd etdiyim sənədlər təqsirləndirilən şəxsin təqsirsizliyini sübut edir), obyektiv həqiqətin üzə çıxarılması zərəçəkmiş şəxs tərəfindən şüurlu olaraq əngəllənmişdir. Eyni zamanda tərəfimdən verilmiş vəsatət əsasında təkrar audit yoxlaması təyin edilmiş və 05.04.2019-cu il tarixli müstəqil auditor hesabatı (rəyi) ilə müəyyən olunmuşdur ki, ümumiyyətlə, hazırki cinayət işi materiallarındakı sənədlər (qaimələr və qəbzlər) qanunvericiliyin tələbləri baxımından mühasibat uçotu sənədi sayılmır, həmçinin təqsirləndirilən şəxsə imzalatdırılan “tam maddi məsuliyyət haqqında” müqavilə isə vəzifə təlimatı ilə uzlaşmadığından formal xarakterlidir. Həmçinin auditor rəyində qeyd edilmişdir ki, ilkin inventarizasiya aktı (16-18 mart 2018-ci il tarixli), hansı ki, 07.05.2018-ci il ta rixli akt (audit rəyi) həmin ilkin inventarizasiya aktı əsasında tərtib olunmuşdur, mühasibat uçotu qaydalarına zidd olmuşdur, həmin akta istinad etmək qanunsuz və əsassız olmuşdur. Bundan əlavə 05.04.2019-cu il tarixli müstəqil auditor hesabatı (rəyi) ilə ehtimal edilən mal qalığının məbləği 16.446,49 manat müəyyən edilmişdir, lakin müvafiq mühasibatlıq sənədləri olmadığından həmin məbləğin mağazalarda olub-olmamasını müəyyən edə bilməmişdir. Həmçinin auditor rəyində xəzinəyə ödənilmiş, lakin nəzərə alınmamış pulun 2444,40 manat təşkil etməsi, təqsirləndirilən şəxs işdən azad olunduqdan sonra 15.03.2019-cu il tarixdə guya 576 manatlıq malın verilməsi, 136,60 manatlıq malın geri qaytarılması, 10.975 manatlıq malın isə bağlı və ya imzası olmayan müştərilərdə qalması qeyd edilmişdir. Eləcə d ə Məhkəmə Ekspertiza Mərkəzinin 14.10.2019-cu il tarixli, 16443 saylı ekspert rəyindən aydın olur ki, iş materiallarında heç bir ciddi mühasibatlıq sənədləri olmadığından, həmin sənədlər "xxxx" MMC tərəfindən təqdim edilmədiyindən ekspert qarşısına qoyulmuş suallara cavab vermək mümkün olmamışdır İttiham aktında Məhkum “təhvil” verilmiş malların paylanıldığı market (obyekt) sayı 37, məhkəmə hökmündə və qərarda 36 kimi göstərilməsinə baxmayaraq, əslində, bu marketlərin sayı cəmi 19-dur. Belə ki, marketlərə spirtli içkilər və digər məhsullar ayrı-ayrı paylanıldığından pos-terminalda görüntü olaraq 37 market kimi görsənsə də, bu say cəmi 19-dur. Həmin marketlərin sahibləri, oranı faktiki idarə edən heç bir şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı şahid qismində dindiril mədiklərindən, ümumiyyətlə həmin marketlərə hansı malları verilməsi, buna görə hansı sənədlərin təqdim edilməsi və pulların hansı qaydada ödənilməsini müəyyən etmək qeyri-mümkündür. Nəzərinizə çatdırmaq istəyirəm ki, həmin marketlərin sahibləri və ya oranı faktiki idarə edən şəxslər barəsindəki bütün məlumatlar "xxxx" MMC-nin məlumat bazasında qeyd edilmişdir, eyni zamanda həmin obyekt-marketləri (malların paylanılması dairəsini və şəxsləri) məhz "xxxx" MMC-nin məlumat bazası əsasında şirkətin rəhbər şəxsləri müəyyən etmişdir. Birinci instansiya məhkəməsi zamanı qeyd edilən məlumat bazasındakı şəxslər barəsində məlumatların tələb edilməsi barədə verdiyim vəsatət (həmin şəxslər müəyyən edilsəydilər, bu zaman onların dindirilməsi də yəqin ki, təmin ediləcəkdi) təmin edilsə də, son nəticədə h əmin məlumatlar da zərərçəkmiş şirkət tərəfindən təqdim edilməmiş, gizlədilmiş, birinci instansiya məhkəməsi isə bu barədə heç bir hüquqi tədbirlər görməmişdir Göründüyü kimi, Qanunun tələblərinə görə məhkəmənin hökmü məhkəmə istintaqı (baxışı) zamanı tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. Hazırki halda birinci instasiya məhkəməsi (həmçinin apelyasiya instansiyası məhkəməsi) məhkəmə baxışında tədqiq edilmiş sübutlara (yalnız şahid ifadələrinə) istinad etsə də ittiham sübut edəcək digər heç bir sübuta istinad etməmişdir (və ya edə bilməmişdir). Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və məhkuma bəraət verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətinin təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya inst ansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərin ə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmus u ilə, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X6 “Firma rəhbərliyinin göstərişi ilə Məhkum dislokasiyasına daxil olan 37 mağazanın 16 mart 2018-ci ilə firmaya olan borclarının 16-18 mart 2018-ci il tarixlərdə təftişini aparmışdır. Təftişdə onunla birlikdə həmin dövrdə Bərdə filialında Brend Menecer vəzifəsində işləmiş Rizvan Misirov da iştirak etmişdir. Səxavət və sabiq bölgə müdiri Pərviz Əhmədov yoxlamada iştirak etməmişdir, lakin yoxlama aktının ilk vərəqinin yuxarı hissə sində formal olaraq maddi məsul şəxsin və bölgə müdirinin iştirakı ilə yoxlama aparılması formal olaraq blankda yazılmışdır, səbəb isə həmin çatışmazlığın ərazilərinin kimə tabeçiliyini göstərmək olmuşdur. Səxavət yoxlamaya dəvət olunsa da, o gəlməkdən imtina etmişdir. Yoxlama zamanı üzləşmə aparılmış, Səxavətin dislokasiyasına daxil olan firmaya məlum olan 37 satış nöqtələri üzrə qalıq borcları toplanmış və 51705,62 manat əskikgəlmə aşkarlanmışdır. O, aktı Rizvan Misirovla imzalayaraq firmanın rəhbərliyinə təqdim etmişdir. Ona təqdim edilmiş Məhkum 16 mart 2018-ci ilə firmaya olan borcunun 16-18 mart 2018-ci il tarixlərdə müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil təslim edilməsinə dair aktda ad və soyadı qarşısındakı imza ona məxsusdur. Aktda Səxavətin firmaya 51705 manat z iyan vurması öz əksini tam tapmışdır. Məhkum 01.01.2018-ci il tarixdən 16.03.2018-ci il tarixədək olan fəaliyyətinə dair audit Aktında qeyd edilmiş (hansı ki, ekspert rəyi də birbaşa həmin aktla əsaslandırılıb) TPM-X16 666 manat, X16 288 manat, TPM-Bizim Market 149,8 manat, TPM-Araz Market 50,64 manat, Araz Market 288 manat, TPM-Mini Market 8565,17 manat, TPM-Rövşən erməni kənd 165,5 manat, TPM-Araz Market 26 manat, Araz Market 576 manat məbləğində qalıq (kənarlaşma) həmin satış nöqtələri (marketlər) bağlı olduğundan və Məhkum üzləşmədən (təhvil-təslimdən) imtina etdiyindən “yeyinti” (mənimsəmə) kimi təqsirləndirilən şəxsin “ayağına” yazılmışdır. Məhkum tərəfindən filialın anbarına 2018-ci ilin yanvar ayından audit aparıldığı günə kimi satılmayan (vaxtı keçmiş) mallar qaytarılması ilə bağl ı fakturalar verilmədiyindən aktda geri qaytarılmış mal qrafası “0” kimi göstərilmişdir. Sonda belə nəzərə alınmışdır ki, Məhkum tərəfindən yoxlama dövründə ümumiyyətlə anbara mal geri qaytarılmamışdır” İş materiallarında olan, birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, “Məhkum iş yoldaşı kmi tanımış, Məhkum "xxxx" firmasının Bərdə filialı üzrə satış nümayəndəsi işləmişdir. Məhkum işlədiyi müddətdə firmanın xəzinəsinə satışdan əldə etdiyi məhsullara görə ödənişlər etmişdir. Məhkum hər dəfə pulu kassaya ödəniş etdikdən sonra kassa ödənişlərini imzalayıb bir nüsxəsini ona qaytarmışdır. 2018-ci ilin mart ayında Məhkum hesabında çatışmazlıq yaranması ilə əlaqədar firmada araşdırma aparılmış və ondan əvvəl işləmiş xəzinədar tərəfindən qəbul olunmuş pullara dair qəbzləri də o, yoxlamaya təqdim etmişdir. Nəticədə Məhkum işlədiyi dövrdə firmanın anbarından götürdüyü malların satışından əldə etdiyi puldan çatışmazlıq yarandığı məlum olmuşdur. Ona təqdim edilmiş kassa ödəniş vərəqələrində göstərilən pullar Məhkum tərəfindən imzalanmaqla xəzinəyə ödənilmiş, o da pulları xəzinəyə mədaxil etmişdir. Təxminən xatırlayır ki, Məhkum xəzinəyə malların satışından əldə etdiyi pullardan 5000 manat ödəmişdir” İş materiallarında olan, "xxxx" firmasının daxili auditi tərəfindən Məhkum hesabında yaranmış çatışmazlıqla əlaqədar keçirilmiş 18 mart 2018-ci il tarixli auditor hesabatından görünür ki, Məhkum 66697.42 manat dəyərində müxtəlif adda qida məhsullarını satış üçün firmanın anbarından öhdəliyinə götürmüş, həmin məhsulların satışından əldə etdiyi cəmi 66697.42 manat puldan filialın xəzinəsinə 5900.36 manat ödəmiş, satış nöqtələrində 9091.44 manat mal qalığı hesabından çıxılmış, 51705 manat məbləğində çatışmazlıq yaranmışdır. "xxxx" MMC-dən verilmiş arayışdan görünür ki, 26 iyun 2018-ci il tarixli yoxlama aktına əsasən Məhkum "xxxx" MMC-yə yekun borcu 51705 manat 62 qəpik təşkil edir. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelya siya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin c inayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyiş dirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1297/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1297/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver