Məhkəmə qərarları › İş №1(102)-1297/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1297/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1297/2022 27.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Məhkum və müdafiəçisi X7nun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2022-ci il tarixli, 1( 106)-298/2022 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1960-cı ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 25 oktyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum “BC” kateqoriyalı AE322187 nömrəli sürücülük vəsiqəsi (22 iyul 2016-cı ildən 22 iyul 2026-cı ilə kimi etibarlıdır.) olmaqla 17 iyul 2021-ci il tarixldə saat 23:00 radələrində etibarnamə əsasında əsasında X1 adına olan texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz Vıto” minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində 90 km/saat sürətlə idarə edərkən, həmin yolun Hacıqabul rayonu ərazisindən keçən 82-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücünün gözü qamaşdıqda cəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla, nəqliyyat vasitəsini dayandırmalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və ehtiyatsı zlıqdan piyada X3 avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur və piyada İ.D.Zayrov baş beynin diffuz travması, üz skeleti sümüklərinin sınığı, sağ tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınığı, sağ baldırın orta 1/3-nin travmatik amputasiyası, sol gicgahda, sağ əlin arxa səthində əzilmiş-cırılmış yara ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüşdür.

4. Hacıqabul Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(071)-151/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddələsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

5. Hökmdən Məhkum tərəfindən ap ellyasiya şikayəti və onun müdafiəçisi X7 tərəfindən apellyasiya şikayətinə əlavə verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2022-ci il tarixli, 1(106)-298/2022 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin olunmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(071)-151/2021 saylı hökmü ilə Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 1(106)-298/2022 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

8. Məhkum və Müdafiəçi3 tərəfindən birgə veril miş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2022-ci il tarixli qərarında Ali Məhkəmənin Plenum qərarındakı hüquqi mövqelərə zidd qərar qəbul etmiş, həmçinin prosessual normalar kobud şəkildə pozulmuşdur. Kassasiya şikayətində həmin plenum qərarı qeyd edilərək bildirilmişdir ki, ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilmısi haqqında” Ali Məhkəmənin Plenumunun 18 fevral 2022-ci il tarixli qərarının 3-cü bəndində xüsusi olaraq vurğulanmışdır ki, 18-ci bənd aşağıdakı redaksiyada verilsin: “İzah edilsin ki, nəqliyyat vasitəsi ni idarə edən şəxsin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və bunun yalnız özünün sağlamlığına az ağır və ya ağır zərərin vurulmasına səbəb olması həmin şəxsin cinayət məsuliyyətinə əsas ola bilməz. Həmçinin, piyadanın hərəkət təhlükəsizliyi qaydalarını pozması da əgər bu pozuntu onun özünə münasibətdə CM-nin 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuşsa, hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməlidir.” Qeyd edilmişdir ki, “Yol hərəkəti haqqında” Azərbayca Respublikası Qanunun 40-cı maddəsində piyadanın vəzifələri kimi göstərilmişdir ki, piyada dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cü mlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməli, sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.

9. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, Azərbayca Respublikası CPM-nin 26.4-cü maddəsinə görə cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Həmçinin qeyd olunmuşdur ki, Azərbayca Respublikası CPM-nin 21.2-ci maddəsinə görə Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun tə qsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkum və müdafiəçi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2022-ci il tarixli, 1(106)-298/2022 nömrəli qərarının ləğv edilməsini, Məhkum barəsində bəraətverici əsaslarla, yəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 11.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. 12.Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməməsinin əsassız ol masıdır. 13.Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 14.Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 15.İşdən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaq ında tədqiq olunmuş sübutlara, zərər çəkmiş şəxsin hüquqi varisi X5, Şahid ifadələri, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 28 nömrəli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il il tarixli 8/19/12 nömrəli rəyi ilə Məhkum CM-in 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalı olmasına da ir yekun nəticəyə gəlmişdir.. 16.Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham aktında qeyd edilmiş halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar, həmin sübutların şübhə altına alınması üçün işdə heç bir əsas yoxdur. 17.Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərli yi üzrə qiymət verilmişdir. 18.Bundan əlavə, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. 19.Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. 20.Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. 21.Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, həm ibtidai istintaq və həm də məhkəmə istintaqı zamanı Məhkum müdafiə hüququnun pozulması hallarına yol verilməmiş, onun Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində göstərilmiş bütün hüquqları təmin edilmişdir. 22.Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. 23.Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2022-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. 24.Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2022-ci il tarixli, 1(106)298/2022 nömrəli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar