Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1297/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətin törədilməsində təqsirli bilinərək məhkum olunmasına, həmçinin CM-in 206.3.2-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(105)563/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin fakti ki hallarına görə, Məhkum CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 13 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş bir ədəd sellofon paketə bükülmüş təmiz çəkisi 1,497 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib üzərində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsinə daşımış, 13 noyabr 2021-ci il tarixdə saat 13:50 radələrində A bşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 73 saylı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilib, inzibati binanın xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı, həmin bir ədəd sellofona bükülmüş 1,497 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
3. Bundan başqa, Məhkum “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömr ük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri onun istifadəsi üçün veriləcək müəyyən miqdarda narkotik vasitə və psixotrop maddə müqabilində “Məhəmməd” adlı şəxsin tapşırığı ilə ayrı-ayrı yerlərə qoymaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməklə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, xx.xx.2021ci il tarixdə bir qrup şəxs halında “Məhəmməd” adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Bakı şəhəri, Yasamal rayonu ərazisində qoyduğu sellofon torbada ayrı-ayrı bükümlərdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubli kasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin sıyahısı”na (Siyahı İ) daxil edilmiş 07(yeddi) ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,379 qram, 0,470 qram, 0,426 qram, 0,571 qram, 0,375 qram, 0,332 qram, 19,312 qram ümumi çəkisi 21,865 qram olan narkotik vasitə heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin sıyahısı”na (Siyahı İ) daxil edilmiş 07 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,569 qram, 0,426 qram, 0,508 qram, 0,423 qram, 0,420 qram, 0,395 qram və 10,107 qram ümumi çəkisi 13,848 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Xırdalan şəhərinə daşımış, xx.xx.2021-ci il tarixdə saat 00:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Abşeron RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxs kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 73 saylı fərdi yaşayış evinin qarşısında saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və orada göstərilən tarixdə saat 01:50 də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin ümumi çəkisi 21,865 qram olan qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış markotik vasitə-heroin, çəkisi 13,848 qram olan ağ rəngli kristal şəkill i xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
4. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X9 və X4 ibarət məhkəmə tərkibində) 24 avqust 2023-cü il tarixli, 1(124)-82/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CMin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) günün ona təyin edilmiş qəti cəza müddətinə hesablanmaqla çıxılması və üzərində 07 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 22 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və ərazi narkoloj i dispanserində qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
5. Hökmdən məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayəti verərək, ona daha az cəza təyin olunmasını xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 02 noyabr 2023-cü il tarixli, 1(105)-563/2023 nömrəli qərarı ilə Məhkum CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 1(124)-82/2023 nömrəli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin e dilməməsi qərara alınmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(105)-563/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən onun barəsində olan cinayət işinə düzgün baxılmadığını, ona elan edilmiş ittiham üzrə əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasını, saxlanılarkən üzərində sadəcə 3 qram heroin olmasını qeyd edərək, məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(105)-563/2023 nömrəli qərarının dəyişdirilməsini, ona verilmiş ittihamdan CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin xaric edilməsini, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, iş üzrə apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvv əsində saxlanılmasını xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl ed ilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdiri lə bilər.
17. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
18. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(105)-563/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmamas ı barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
21. Belə ki, Məhkum əməlinin tövsifini apellyasiya şikayətində mübahisələndirməsə də, onun tərəfindən barəsində təyin edilmiş cəzanın ağırlığı ilə əlaqədar irəli sürülmüş dəlillərlə yanaşı əməlinin hüquqi tövsifi də apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
22. Kollegiya qeyd edir ki, Məhkum kassasiya şikayətində göst ərdiyi dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlillər təkzib edilmişdir.
23. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
24. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutlar ın məhkəmə prosesslərində tədqiqi CPM-in tələblərinə uyğun aparılmışdır.
25. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Məhk əmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
27. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(105)-563/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətin törədilməsində təqsirli bilinərək məhkum olunmasına, həmçinin CM-in 206.3.2-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(105)-563/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.