Məhkəmə qərarları › İş №1(102)-1297/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1297/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1297/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1500/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarından Məhkum 1-in müdafiəçisi İsmayılov İsa Musa oğlu və Məhkum 2-nin müdafiəç isi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 1 XXXXX tarixdə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, X ünvanında qeydiyyatda olmaqla faktiki olaraq X ünvanında yaşamışdır. Məhkum 2 XXXXX il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, x ünvanında qeydiyyatda olmaqla yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1033/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli hökmü ilə: Məhkum 1-in Azərbayca n Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 aprel 2023-cü il tarixdən hesablanması; Məhkum 2-nin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Həmin hökmlə məhkum 3 də Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, məhkum olunmuşdur.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum 1-in müdafiəçisi İsmayılov İsa Musa oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum 2-nin müdafiəçisi Ağayev Mənsi Zülfü oğlu apellyasiya şikayəti, digər müdafiəçi Ələsgərov Şakir Çərkəz oğlu isə apellyasiya şikayətinə əlavə verib, əməlində cinayət tərkibi olmadığından təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1500/2024 nöm rəli, 05 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1033/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkum Məhkum 1-in müdafiəçisi İsmayılov İsa Musa oğlu və Məhkum 2-nin müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir.

8. Cinayət işinə kassasiya instansiyası məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə Məhkum 1 və Məhkum 2 ayrı-ayrılıqda ərizə ilə müraciət edib, müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər. II. Hüquqi məsələlər

9. Məhkəmə kolle giyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

10. Məhkəmə kollegiyası Məhkum 1-in və Məhkum 2-nin müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürmələrinə dair təqdim etdikləri ərizələrlə bağlı dövlət ittihamçı sının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və təqdim edilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla hesab edir ki, ərizələr təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1500/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarından məhkum Məhkum 1-in müdafiəçisi İsmayılov İsa Musa oğlu və Məhkum 2-nin müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmalı və kassasiya şikayətlərinə baxılmasına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum 1 və Məhkum 2 tərəfindən ayrı-ayrı lıqda verilmiş ərizələr təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1500/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarından məhkum Məhkum 1-in müdafiəçisi İsmayılov İsa Musa oğlu və məhkum Məhkum 2-nin müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın və kassasiya şikayətlərinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar