Məhkəmə qərarları › İş №1(102)-1298/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1298/2019

14.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1298/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Ağababaş oğlu Dadaşov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, İsmаyıllı Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş M8 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 ok tyabr 2018-ci il tarixli qərarından M8 müdafiəçisi-vəkil Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İsmаyıllı Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.S.Şirinov) M8-xx xxxx 1980-ci ildə İsmаyıllı rаyоnundа аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, subаy, оrtа təhsilli, işsiz, məhkum еdilməmiş, İsmаyıllı şəhəri *********************** qеydiyyаtdа оlmаqlа İsmаyıllı şəhəri ********************** yаşаyаn, bаrəsində “bаşqа yеrə gеtməmək hаqqındа iltizаm” qətimkаn tədbiri sеçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəs i tətbiq edilərək ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs M8nın davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirməsi müəyyən edilmiş, M8na tapşırılmışdır ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməsin və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və Probasiya Şöbəsinə gəlsin. Mülki iddia tələbi qismən təmin edilərək 7292,50 manat (yeddi min iki yüz dохsаn iki mаnаt əlli qəpik) hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxs M8ndan tutularaq Zərərçəkmiş şəxs1 ödənilmə si hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən M8 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, təqsirləndirilən şəxs M8 I10 məхsus qızıl-zinət əşyаlаrını səyyаr şəkildə sаtаn, əvvəldən tаnıdığı S8 еtibаrındаn sui-istifаdə еdərək qızıl əşyаnın bir qrаmını 70 (yеtmiş) mаnаtа bаşqа şəхslərə sаtаrаq qаzаnc əldə еdib öz аrаlаrındа böləcəklərini dеyib аldаdаrаq, 2017-ci ilin yаnvаr-mаrt аylаrındа, dəqiq tаriхi məlum оlmаyаn müхtəlif günlərdə İsmаyıllı şəhəri ****************** ünvаnındа yеrləşən yаşаdığı еvdə və S8 İsmаyıllı şəhəri ***************** ünvаnındаkı еvində оndаn bir ədəd 190 mаnаt dəyərində 3,8 qrаm qızıl üzük, bir ədəd 255 mаnаt dəyərində 5,1 qrаm qızıl üzük, bir ədəd 511,5 mаnаt dəyərində 10,23 qrаm qızıl bоyunbаğı-klоn, bir ədəd 285 mаnаt dəyərində 5,7 qrаm qız ıl bоyunbаğı, bir ədəd 175 mаnаt dəyərində 3,5 qrаm qızıl bоyunbаğı, bir ədəd 110 mаnаt dəyərində 2,2 qrаm qızıl klоn, bir ədəd 210 mаnаt dəyərində 4,2 qrаm qızıl sırğа dəsti, bir ədəd 185 mаnаt dəyərində 3,7 qrаm qızıl bоyunbаğı, bir ədəd 213 mаnаt dəyərində 4,26 qrаm qızıl üzük, bir ədəd 65 mаnаt dəyərində 1,3 qrаm qızıl qоlbаğı, bir ədəd 155 mаnаt dəyərində 3,1 qrаm qızıl sırğа dəsti, bir ədəd 210 mаnаt dəyərində 4,2 qrаm qızıl sırğа, bir ədəd 110 mаnаt dəyərində 2,2 qrаm qızıl üzük, bir ədəd 107,5 mаnаt dəyərində 2,15 qrаm qızıl üzük, bir ədəd 490 mаnаt dəyərində 9,8 qrаm tək qаşlı üzük-sırğа dəsti, bir ədəd 160 mаnаt dəyərində 3,2 qrаm qızıl qоlbаğı, bir ədəd 335 mаnаt dəyərində 6,7 qrаm qızıl bоyunbаğı, bir ədəd 240 mаnаt dəyərində 4,8 qrаm qızıl qızıl klоn, bir ədəd 140 mаnаt dəyəri ndə 2,8 qrаm qızıl üzük, bir ədəd 250 mаnаt dəyərində 5,0 qrаm qızıl qоlbаğı, bir ədəd 275 mаnаt dəyərində 5,5 qrаm qızıl sırğа dəsti, bir ədəd 197,5 mаnаt dəyərində 3,95 qrаm qızıl üzük, bir ədəd 82,5 mаnаt dəyərində 1,65 qrаm qızıl üzük, bir ədəd 50 mаnаt dəyərində 1,0 qrаm qızıl sırğа dəsti, bir ədəd 360 mаnаt dəyərində 7,2 qrаm qızıl üzük, bir ədəd 260 mаnаt dəyərində 5,2 qrаm qızıl qоlbаğı, bir ədəd 160 mаnаt dəyərində 3,2 qrаm qızıl üzük, bir ədəd 215 mаnаt dəyərində 4,3 qrаm qızıl bоyunbаğı, bir ədəd 80 mаnаt dəyərində 1,6 qrаm qızıl klоn, bir ədəd 350 mаnаt dəyərində 7,0 qrаm qızıl üzük, bir ədəd 356,5 mаnаt dəyərində 7,13 qrаm qızıl sırğа, bir ədəd 150 mаnаt dəyərində 3,0 qrаm qızıl sırğа, bir ədəd 875 mаnаt dəyərində 17,5 qrаm qızıl bоyunbаğı, bir ədəd 143,5 mаnаt dəyərində 2,87 qrаm qızıl klоn, bir ədəd 250 mаnаt dəyərində 5,0 qırmа qızıl sırğа və bir ədəd 290,5 mаnаt dəyərində 5,81 qrаm qızıl üzük, cəmi 8492,50 mаnаt (səkkiz min dörd yüz dохsаn iki mаnаt əlli qəpik) dəyərində qızıl zinət əşyаlаrını ələ kеçirərək Аğаdаdаş İmаnvеrdiyеvə хеyli miqdаrdа mаddi ziyаn vurmаqlа dələduzluq еtmişdir. Məhkəmənin həmin hökmündən Məhkum müdafiəçisi və Zərərçəkmiş şəxs1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: M.M.Hüseynov (sədrlik edən), Dövlət ittihamçısı və İ.H.Şükürov) apellyasiya şikayətləri təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü dəyişdirilməklə, CM-nin 70.5ci maddəsinə əsasən Məhkum üzərinə əlavə olaraq sınaq müddətinin ilk 6 ayı ərzində Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanın qalan 7292,50 manat məbləğini ödəmək vəzifəsinin qoyulması, bu öhdəliyin icra edilməməsinin onun tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırma və barəsində CM-nin 71.3-cü maddəsinin tətbiqi üçün əsas hesab edilməsinə qərar verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarından M8nın müdafiəçisi-vəkil Müdafiəçi1 kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkibi olmadığından cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: M8nın müdafiəçisi-vəkil Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətini düzgün araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, tərəflər arasında mülki xarakterli mübahisə olduğu halda şəxsi təqsirli bilməkdə səhvə yol vermişdir. Apellyasiya instansiya məhkəməsi məhkumun üzərinə əlavə olaraq sınaq müddətinin ilk 6 ayı ərzində Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanın qalan 7292,50 manat məbləğini ödəmək vəzifəsinin qoyulması, bu öhdəliyin icra edilməməsinin onun tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırma və barəsində CM-nin 71.3-cü maddəsinin tətbiqi üçün əsas hesab edilməsi həm CM-nin 70.5 və 71.3-cü maddələrinin tələbinə uyğun deyil, həm də azadlıqdan məhrum etmə cəzasına bərabər cəzadır. Apellyasiya instansiya məhkəməsini bu qərarı həm də cəzanın məqsəd i barədə Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinin mənasına da uyğun hesab edilmir. Ona görə də, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassas iya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərinin əsaslılığını cinayət işinin materialları üzrə yoxlayıb, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düz günlüyünə aşağıdakı məzmunda hüquqi qiymət verir. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, tərəflər arasında mülki xarakterli mübahisə olduğu halda şəxsi təqsirli bilməkdə səhvə yol vermiş, məhkumun üzərinə əlavə olaraq sınaq müddətinin ilk 6 ayı ərzində Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanın qalan 7292,50 manat məbləğini ödəmək vəzifəsi qoymuşdur. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmü məhkəmə iclasında tədqiq olunmuş məhkumun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərkətlərinin protokolları (Аlmаz İmаnvеrdiyеvаyа məхsus «Sаmsunq» mаrkаlı “mоbil tеlеfоnа baxış keçirilməsi haqqında” 14 yanvar 2018-ci il tarixli protokol), üzləşdirmə protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasın ın rəyi ilə sübut edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının 1-ci və 2-ci bəndlərində izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varl anmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılmas ı və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər Baxılan cinayət işi üzrə M8 zərərçəkmiş şəxsdən satıb dəyərini qaytarmaq adı ilə aldığı qızıl-zinət əşyalarının miqdarına və dəyərinə aid məlumatları təhrif etməklə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü madəsinin dispozisiyasına aid olan hərəkətlər etmişdir. Ona görə də onun əməli Azərbaycan Respublikası CM-nin həmin maddəsi ilə düzgün tövsif edildiyindən kassasiya şikayətinin bu barədə dəlilləri təmin edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış Şəki Apellyasiya Məhk əməsinin Cinayət kollegiyası İsmayıllı Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmünü dəyişdirilməklə, CM-nin 70.5-ci maddəsinə əsasən Məhkum üzərinə əlavə olaraq sınaq müddətinin ilk 6 ayı ərzində Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanın qalan 7292,50 manat məbləğini ödəmək vəzifəsini qoyması, bu öhdəliyin icra edilməməsinin onun tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırma və barəsində CM-nin 71.3-cü maddəsinin tətbiqi üçün əsas hesab edilməsinə qərar verdiyi qərar qanunun tələbinə uyğun hesab edilmir. Əvvəla ona görə ki, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın qalan 7292,50 manat məbləğini və digər iddia tələblərini ödəmək barədə mülki iddiasında cavabdehin üzərinə həmin məbləğin 6 ay müddətində ödənməsi tələbi qoymamışdır. Birinci instan siya məhkəməsi bu məbləğin zərərçəkmiş şəxsə ödənməsini mülki iddianın qismən təmin edilməsi yolu ilə həll etmişdir və mülki mühakimə qaydasında həmin məbləğin təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxsə ödənməsi qət edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən şərti məhkum edilmiş Məhkum 2 il sınaq müddəti təyin edildiyi halda apellyasiya instansiya məhkəməsi sınaq müddətini 2 il saxlamaqla təqsirləndirilən şəxsin üzərinə vurulmuş zərərin ödənməsi üçün 6 ay vaxt töyin etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə bu öhdəliyin icra edilməməsinin onun tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırma və barəsində CM-nin 71.3-cü maddəsinin tətbiqi üçün əsas hesab edilməsi barədə qabqcadan gəldiyi nəticə elə CM-ni n 71.3-cü maddəsinin tələbinə ziddir. Azərbaycan Respublikası CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Qanunun məzmunundan görünür ki, üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq sınaq müddətində yerinə yetirməkdən boyun qaçırdıqda məhkumun hərəkətləri bu qanunun təsiri altına düşə bilər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası isə hansı səbəbdən olub-olmamasından asılı olmayaraq bu öhdəliyin icra edilməməsinin onun tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırma kimi qiymətləndiriləcəyi barədə qərar qəbul etmişdir. Göstərilənlrə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının bu hissəsi ləğv edilərək məhkəmə qərarlarından xarıc edilməli, qalan hissədə kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: M8nın müdafiəçisi-vəkil Müdafiəçi1 kassasiya şikayəti qismən təmin edilsin. M8nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin, qərarın nəticə hissəsindən “İsmayıllı Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü dəyişdirilməklə, CM-nin 70.5-ci maddəsinə əsasən Məhkum üzərinə əlavə olaraq sınaq müddətinin ilk 6 ayı ərzində Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanın qalan 7292,50 manat məbləğini ödəmək vəzifəsinin qoyulması, bu öhdəliyin icra edilməməsinin onun tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırma və barəsində CM-nin 71.3-cü maddəsinin tətbiqi üçün əsas hesab edilməsi” nə dair hissələr xaric edilsin. Qalan hissədə qərar dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar