Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1298/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 25 may 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) Məhkum, xxxxxx il tarixdə Saatlı rayonunun Oktyabrabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, heç yerdə işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1-də kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-nin 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2018-ci ilin may ayın ın əvvəllərində özündə olan 500 ədəd narkotik xassəli çətənə (kannabis) bitkisi toxumlarını X kəndində icarəyə götürdüyü 3 ha torpaq sahəsinin 220 m x 47 m ölçülü kəsiyində qarğıdalı, boranı və yemiş bitkilərinin arasında qanunsuz olaraq torpağa əkmiş, sonrakı 4 ay ərzində torpağı yumşaldıb mütəmadi şəkildə suvararaq, böyüyən şitillərə qulluq edib külli miqdarda, cəmi 410 ədəd çətənə (kannabis) citkisi yetişdirib kultivasiya etmiş, sonda da onların hissələrini toplamaqla 2018-ci ilin sentyabr ayının əvvəllərində həmin torpaq sahəsində qurudaraq külli miqdarda-2700 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Bu barədə daxil olmuş məlumat əsasında 07 sentyabr 2018-ci il tarixdə saat 14:50 radələrində Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin sahəyə baxış keçirilərkən 410 ədəd kök üstə olan çətənə (kannabis) bitkiləri və 2700 qram ümumi təmiz çəkidə qurudulmuş marixuana aşkar edib götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 02 may 2019cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 234.4.3-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 3 (üç) ayadək, CM- nin 237.2.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilədək, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın müddəti isə 5 (beş) il 6 (altı) ayadək endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 16 mart 2021-ci il tarixdə Məhkum Şirvan Apellyasiya Məhkəməsinin 02 may 2019cu il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsin və onun əməlinin CM-nin 234.4.3-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkum apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Şrvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın a müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 25 may 2021-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmişdir. Həmin qərardan Məhkum müdafiəçisi Z.G.Niftəliyev kassasiya şikayəti verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və vəsatətin dəlilləri: Müdafiəçi Z.G.Niftəliyev kassasiya şikayətində, kassasiya şikayətinin müddətinin ötürülməsinin səbəbi kimi Koronavirus (COVİD-19) pandemiyasının olmasını göstərərək bunun sərt karantin rejimi tətbiq edilməklə müəyyən məhdudiyyətlərə səbəb olması n əticəsində vəkil xidmətindən istifadə edə bilməməsi, eləcə də səhhətinin pisləşməsi ilə izah etmişdir. Kassasiya şikayətində göstərdiyi hallara əsaslanaraq müdafiəçi Z.G.Niftəliyev onun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və 02 may 2019- cu il tarixli qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin müdafiəçi Z.G.Niftəliyev naməlum səbəb ələrdən məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına xəbər verməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və onun müdafiəçisinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarından müdafiəçisi Z.G.Niftəliyev tərəfindən verilmiş kassasi ya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 13 avqust 2021-ci il tarixli 17/25-2685 saylı məktubla müşaiyət edilmişdir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarından onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1298/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1298/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver