Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1298/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə 10 avqust 1995-ci ildə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan orta təhsilli, işsiz, məhkum olunmamış, Tovuz rayonunun Böyük Qışlaq kəndində qeydiyyat da olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 1(104)-50/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(062)-90/2022 hökmü ilə (hakim: Z.A.Hünmətov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) gün azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı ilə, (hakimlər: N.T.Əliyev (sədrlik edən),S.B.Hüseynov və Ə.G.Abdullayev ) apellyasiya protesti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən əldə etdiyi 01 (bir) ədəd nömrəsi silinmiş, keçmiş «SSRİ» dövlətində, «Tula» silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı vəziyyətdə olan «TOZ-8» modelli odlu silah hesab edilən yivli ov tüfəngini yaşadığı Tovuz rayonu Böyük Qışlaq kəndində yerləşən fərdi yaşayış evində qanu nsuz saxladıqdan sonra 04 fevral 2022-ci il tarixdə saat 20 radələrində həmin tüfəngi özü ilə götürüb, həmkəndlisi X3 məxsus olan «VAZ-2106» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhərinə qanunsuz olaraq daşıyıb gətirən zaman, Tovuz RPŞ-in əməkdaşları tərəfindən keçrilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü saat 21:30-da Tovuz rayonu Azaflı kəndində saxlanılaraq Tovuz RPŞ-ə gətirilmiş, orada saat 23:20-də qeyd olunan avtomobilə baxış zamanı həmin silah avtomobilin arxa oturacığının üzərindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum əməlindən səmimi peşman olması, təqsirini etiraf etməsi əsassız olaraq, o cümlədən Cinayət Məcəlləsinin 7 2-ci maddəsində göstərilən “səmimi peşmançılıq” anlayışının ziddinə olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, eyni zamanda iş üzrə yaşayış yerindən verilmiş formal arayışlar əsas götürülərək müsbət xarakterizə olunması da yüngülləşdirici hal kimi nəzərə alınmış və ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına uyğun olmayan həddindən artıq yüngül – azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanva r 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsin də kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum cəzasını yüngülləşdirən əlavə hal olmadığı halda, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə q ərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictim ai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nə zərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cina yət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi g östərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkararlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olmasına dəlalət etmədiklər i müəyyən olunur. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qanunsuz olaraq odlu silahı və döyüş sursatlarını əldə etmə, saxlama, daşıma və gəzdirmə Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında 2 (iki) ilədək müddətə islah işləri, 1 (bir) ildən 3 (üç) ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 (üç) ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, yəni sanksiya daxilində və Cinayət Məcəlləsinin 42-ci maddəsində əksini tapmış sıralamaya görə islah işləri ilə müqayisədə daha ağır növdə cəza təyin edilmişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum cinayəti səmimi etiraf etməsi, törətdiyi əməldən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 2 azyaşlı övladı olmaqla ailəsinin yeganə qazanc gətirən şəxs olması, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum himayəsində 2 azyaşlı övladı olması cəza təyini zamanı (CM-nin 59.1.4) mütləq nəzərə alınmalı yüngülləşdirici hal olmaqla yanaşı, təqsirkar şəxsin ilk dəfə məhkum olunması, yaşayış yerindən müsbət xarakterizə olunması, cinayət törətdiyinə görə peşman olduğunu bildirməsi də onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi isə məhkəmələrə belə halları, onların CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, cəzanı yüngülləşdirən hallar qismində nəzərə almağa hüquq verir. Bu səbəbdən, eləcə də müəyyən edilmiş həmin hallar müvafiq sübutlara əsaslandığından, məhkəmələrin onları cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası ayrıca olaraq dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin müddəalarına istinad etməklə səmimi peşmançılığın əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasına dair hüquqi mövqeyinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, dövlət ittihamçısının fikrincə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəs inə əsasən səmimi peşmançılıq ancaq cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi halların hamısı mövcud olduqda müəyyən edilmiş sayıla bilər. Həqiqətən də, “Səmimi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azad etmə” adlanan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsində təsbit olunmuşdur ki, “böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər” Lakin, CM-in 72.1-ci maddəsində səmimi peşmançılığın bütün mümkün olan formaları sadalanmır. Burada səmimi peşmançılığın yalnız şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən təzahür formaları göstərilmişdir. Bunun əksini düşünmək, səmimi peşmançılığın yalnız böyük ictimai təhlükə törətməyən cinayətləri törətmiş şəxslərə xas olan və başqa heç bir insanın (o cümlədən başqa təsnifatlara aid cinayətləri törədən şəxslərin) keçirmədiyi hiss kimi qəbul edilməsi olardı. Halbuki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti törədən şəxs tərəfindən yaşana və bir çox, o cümlədən CM-in 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Şəxsin cinayət törətdiyi üçün peşman olmasını bildirməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks et dirən mühüm əlamətlərdən biridir və Cinayət Məcəlləsinin heç bir norması, o cümlədən müstəsna olaraq cinayət məsuliyyətindən azad etmə üçün səmimi peşmançılığın könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş ziyanı aradan qaldırma kimi fəal hərəkətlərlə müşayiət olunmasını tələb edən 72-ci maddəsi də həmin halın CM-in 59.2-ci maddəsinə əsaslanmaqla cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının qarşısını almır. Odur ki, məhkəmələrin sözügedən halı və yuxarıda göstərilən digər xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olm amasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 228.1-ci maddəsində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən əməlin ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə yönəlməsi, qəsdən törədilməsi, az ağır cinayət olması kimi hallar CM-in 228.1-ci maddəsinin sanksiyas ı müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, hətta ondan da yüngül – islah işləri növündə cəzanın təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsa slanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Məhkəmələrin cəzanın təyini məsələsinə yanaşmaları Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bütün bunlar kassasiya protestinə baxı lması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 18 yanvar 2023-cü il tarixli, 1(104)-50/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlə t ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 1(104)-50/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1298/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1298/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver