Məhkəmə qərarları › İş №1(102)-1298/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1298/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1298/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsi rli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 15 yanvar tarixli, 1(103)-249/2025 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi R.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin (Hakim E.H.Rəcəbova) 2024-cü il 16 oktyabr tarixli, 1(008)-484/2024 nömrəli hökmü ilə, 05 avqust 1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhru m etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi, məhkum və müdafiəçisi tərəfindən apellyasiya şikayətlə ri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) 2025-ci il 15 yanvar tarixli, 1(103)-249/2025 nömrəli qərarı ilə məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, həmin hökmlə CM-in 263.2-ci maddəsi ilə Məhkum təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti əsas cəzaya münasibətdə artırılaraq, ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum 15 dekabr 2023-cü il tarixdə saat 00:15-də etibarnamə əsasında idarə etdiyi “Toyota-Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 60 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev küçəsi “Kaspi” liseyinin qarşısında Bakıxanov qəsəbəsi istiqamətinə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qəd ər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin qanunun tələblərini pozaraq yolu sağdan sola doğru adi addımlarla keçən piyada xx.xx.1995-ci il təvəllüdlü X4 hərəkətdə olduğu yolun sağdan ikinci zolağında qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və Sadiq Məmmədovun aldığı baş beyin mədəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin mədəsinə və yumşaq qişalarına qansızma, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli sınıqları, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, çənə sümüyünün yerini dəyişən qapalı sınığı, sol baldır sümüklərinin yerini dəyişən açıq qəlpəli sınıqları, ağciyər in əzilmiş-cırılmış yaraları, iki tərəfli hemopnevmotoraks (döş boşluqlarına hava və qanın yığılması), böyrəklərə və böyrəkətrafı yumşaq toxumalara qansızma, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan bədən xəsarətərindən hadisə yerində ölümünə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN HÜQUQİ VARİSİNİN, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum məhkəmənin hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə baxmayaraq məhkəmə cəza təyin edərkən cinayət hadisəsinin ic timai təhlükəlilik dərəcəsini, təqsirkar şəxs tərəfindən edilmiş cinayət hadisəsi nəticəsində gənc bir insanın həyatdan məhrum olması faktına düzgün hüquqi qiymət verməmiş və bunun nəticəsində yüngül cəza təyin olunmuşdur. Həm ibtidai istintaq həm də məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-ın 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Onun qeyd olunan maddə ilə təqsirli bilinməsi işdə olan onun özünün və şahidlərin ifadələri, protokollar, ekspertiza rəyləri və sair sənədlərlə sübuta yetirilir. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirmişdir ki, CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən Məhkum cəza təyin olunarkən qeyd olunan prinsiplərə düzgün hüquqi qiymət verilməmiş və edilmiş çinayət əməlinə müqabil ona çox yüngül cəza təyin olunmuşdur. Zərərçək miş şəxsin hüquqi varisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025 il tarixli qərarının ləğv olunması və Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasının yuxarı həddində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası Məhkum ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, əməlin zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə almamış, bu məsələlərə münasibət bildirməmişdir. Əvvəla, təqsirləndirilən şəxsin "törətdiyi əməlləri etiraf edərək səmimi peşman olması” a ncaq onun davranış və hərəkətləri təhlil olunduqdan sonra cəzanı yüngülləşdirən hal və davranışının adekvat qiymətləndirilməsi kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası yekun qərarında təqsirləndirilən şəxsin əməlindən peşman olmasını vurğulasa da, həmin halı təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqsız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, “səmimi peşmançılıq” CM-nin 72-ci maddəsində cinayət məsuliyyətindən azad etmənin əsaslarından biri kimi təsbit olunsa da, mövcud cinayət qanunvericilyində bu anlayışın hüquqi təbiəti müstəqil olaraq yalnız həmin maddədə şərh olunduğundan, təcrübədə fərqli tətbiq edilməməsi üçün, protestdə məhkəmənin yüngülləşdirici hal olaraq qəbul etdiyi bu halın CM-nin 72-ci maddəsinin məzmununa uyğun olmaması və oradakı konkret davranış aktlarının hər hansı birinə aid olmaması göstərilmişdir. Belə ki, CM-nin 72.1-ci maddəsinin məzmununa görə səmimi peşmançılığın mənası cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi başa düşülməlidir. Bu baxımdan hüquqi mənasına görə, təqsirini etiraf etmə və əməlindən peşman olma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanları tərəfindən aparılmış təsir tədbirləri nəticəsində deyil, özünün könüllü olaraq törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, belə təsir nəticəsində şəxsi n təqsirini boynuna alması və ya şübhəli şəxs kimi saxlandığı zaman cinayətini etiraf etməsi hər bir halda əməlindən səmimi peşman olma kimi qiymətləndirilə bilməz. Ona görə də, cəza təyin edən orqan bu məsələləri dəyərləndirərkən şəxsin cinayətdən öncə və sonrakı davranışlarını, cəmiyyətdə ona olan sosial münasibəti də araşdırmaq öhdəliyi daşıyır. İşdən də görünür ki, Məhkum davranışında belə hərəkətlər müəyyən edilməmişdir. Bu onun verdiyi apellyasiya şikayətinin mahiyyətindən də aydın olur. Məhkəmə kollegiyası isə Məhkum təyin edilmiş cəzanın onun islah olunması baxımından yetərli olması qənaətinə gələrkən səhvə yol vermiş, habelə onun şəxsiyyətinə münasibətdə gəldiyi nəticə dürüst olmamışdır. Belə ki, məhkumun törətmiş olduğu əmələ münasibəti onun islah yolunda olubolmamasını şərtləndi rir. Təqsirləndirilən şəxsin törətdiyi əməldə özünü təqsirli bilibbilməməsi islah edilmənin ən vacib meyarlarından olub, onun törətdiyi əmələ münasibətini ifadə edir. Təqsirkar özünü təqsirli bilməməklə öz əməlinə mənən haqq qazandırır, törədilmiş cinayət və onun nəticələrindən peşmançılıq çəkmir, bu isə onun islah yoluna qədəm qoymadığını göstərir. İşin mübahisələndirilməyən hallarına əsasən, Məhkum törətmiş olduğu əməldə təqsirli olması iş üzrə toplanmış çoxsaylı sübutların məcmuyu ilə təsdiq olunmasına baxmayaraq o, özünü təqsirli bilməmiş və barəsində bəraət hökmünün çıxarılmasına dair apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası isə bu xüsusatı nəzərə almadan, onun məsuliyyətini yüngülləşdirmək üçün əməlindən peşmançılıq keçirməsini qeyd edərək, həmin halı onun barəsində cəza nı yüngülləşdirən hal kimi nəzərə almaqda tam haqsız olmuş, “bununla CM-nin 59.2, habelə CPM-nin 139.0.5-ci maddələrinin tələbləri pozulmuşdur. Halbuki, səmimi peşmançılıq və ilk dəfə cinayətin törədilməsi heç də bütün situasiyalarda cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməməlidir, bu hallar CM-nin 59.2-ci maddəsinə uyğun olaraq konkret işin şəxsiyyəti və davranışı səciyyələndirən əsasları ilə hökmdə, yaxud yekun qərarda ifadə olunmalıdır (hazırki işdə isə belə əsaslandırmalar yoxdur və məhkəmə qərarında ümumi sözlərlə göstərilib), hazırki işin halları əlaqəli təhlil edildikdə isə, şəxsin əməlindən peşman olduğunu sözlə bildirməsi ona aşağı həddə azadlıqdan məhrum cəzasının təyin edilməsinə əsas vermir və belə cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, həmç inin onun şəxsiyyətinə uyğun gəlmir. CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən halların sırasına daxildir. Yəni, Qanun təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməyə cəhd etməsini deyil, barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutur. Hazırki halda isə məhkum edilmiş şəxs iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, CPM-nin 87.1-ci maddəsinə əsasən fiziki ziyan vurulmuş, zərərçəkmiş şəxs həyatını itirmişdir, insan həyatının maddi qarşılığı yoxdur, bu halda ziyanın aradan qaldırılması mümkünsüzdür və zərərçəkmiş şəxsin özünə bilavasitə hadisə zamanı vurulmuş ziyanın aradan qaldırı lmasına, ona mümkün tibbi yardım göstərilməsinə "cəhd edilməmiş”dir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinə əsasən zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərmək və digər bu kimi tədbirləri yerinə yetirmək yol-nəqliyyat hadisəsi törətmiş sürücün vəzifəsi olaraq təsbit edilmişdir. Hazırkı iş üzrə yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Məhkum tərəfindən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hərəkətlərin hər hansı birini etdiyi müəyyən edilməmişdir. Məhkum hadi sə baş verdikdən dərhal sonra “təcili tibbi yardım” maşını çağırmalı olduğu halda bunu etməmiş, zərərçəkmiş şəxsi səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməmiş, özünün nəqliyyat vasitəsi ilə aparmamış, hadisə barədə Təcili tibbi yardım xidmətinə məlumatı hadisəni törətmiş Məhkum yox, zərərçəkmiş şəxsin dostları Şahid3 və Şahid2 vermişlər. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin mənası baxımından qanunla yol-nəqliyyat hadisəsi törətmiş sürücünün vəzifəsi olaraq təsbit edilmiş tədbirlərin yol-nəqliyyat hadisəsi törətmiş Məhkum tərəfindən yerinə yetirilməli olmasına diqqət yetirməyən məhkəmə kollegiyası hadisədən sonra onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini də nəzərə almamışdır. Bu baxımdan Məhkum ölmüş zərərçəkmiş şəxsin ailəsinə köməklik edərək barışmağa cəhd etməsi də, CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallara aid edilməməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəza yüngüllüyünə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi şəraitinə uyğun olmamış, eyni xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaratmış, nəticədə məhkum və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası da əhəmiyyətini itirmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263. 2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin və dövlət ittihamçısının kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsini, Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 15 yanvar tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11- ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarını təyin edilmiş cəzanın yüngüllüyünə münasibətdə mübahisələndirirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestində və kassasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisləndirilməmiş, yalnız məhkuma yüngül cəzanın təyin edilməsi mübahisələndirilmişdir. Kassasiya məhkəmə kollegiyası ittiham tərəfinin kassasiya müraciətlərinin dəlillərinə münasibət bildirərək Məhkum təyin olunmuş cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlili k dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükə lilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslər in rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda sadalanan prinsipləri hazırkı işin halları baxımından təhlil edərək və cinayət işi üzrə toplanmış faktları araşdıraraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-in 263.2- ci maddəsinin sanksiyasında 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu maddədə nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədilir və cinayət əməli nəticəsində zərərçəkmiş şəxs həyatdan məhrum edilir. CM-in 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsə 2 ildən 5 ilədək müddətə azadlıdan məhrum etmə cəzası təyin edildikdə məhkum cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində, 5 ildən artıq müddətə azadlıdan məhrum etmə cəzası təyin edildikdə isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Birinci instansiya məhkəməsi tərəfindən məhkuma 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsi, mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə bununla bağlı qeyd edir ki, iş materialları ndan görünür ki, təqsirləndirilən şəxs Məhkum ilə zərərçəkmiş şəxsin hüquqi varisi arasında ilkin barışıq əldə olunmuş, zərərçəkmiş şəxsin hüquqi varisi bu barədə notariat qaydasında təsdiq edilmiş ərizə vermişdir. Cinayət işi üzrə hüquqi varis X8 dəfn xərcləri, dəymiş maddi və mənəvi ziyan olaraq 15000 manat pul ödənmiş, X10 tərəfindən həmin məbləğdə pul qəbul edilmiş, bu barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Lakin sonradan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən fikrinin dəyişməsi səbəbindən notariat qaydada təsdiq edilmiş barışıqla bağlı ərizə ləğv edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum tərəfindən barışığa yönəlmiş real cəhd edilmiş, ilkin olaraq barışıq əldə olunmasına baxmayaraq sonradan həmin barışıq ləğv edilmiş, dəymiş maddi və mən əvi ziyan olaraq zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən əlavə məbləğdə pul tələb edilmiş, bu barədə mülki iddia da verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum bu hərəkətləri ona cəza təyin edilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Məhkum əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, real olaraq barışığa cəhd etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəfn xərcləri, dəymiş maddi və mənəvi ziyan olaraq 15000 manat pul ödənilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkum əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.” Apellyasiya instansiya məhkəməsi apellyasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətini qismən təmin edərək məhkuma təyin edilmiş cəzanı ağırlaşdıraraq, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası Məhkum əməlindən səmimi peşmanlıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə real olaraq barışığa cəhd etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəfn xərcləri, dəymiş maddi və mənəvi ziyan olaraq zərərçəkmiş şəxsin hüquqi varisinin iradəsinə uyğun müəyyənləşdirilmiş razılaşma əsasında 15000 manat pul ödənilməsini, ehtiyatsızlıqdan cinayət əməli törətməsini nəzərə alaraq apellyasiya protestinin təmin edilərək ona 5 ildən yuxarı azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün qanuni əsaslar müəyyən etmir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən işin yuxarıda qeyd edilən (cəzaya təsir edən) halları lazımınca qiymətləndirməmiş, cəzanın müddəti təyin olunarkən cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirə bilməmiş, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası yekun nəticəyə gəlir ki, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əsas cəza olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılması ədalət prinsipinə və cəzanın məqsədlərinə uyğundur.” Kassasiya şika yətində və kassasiya protestində məhkumun cəzasını yüngülləşdirən hallar mübahisələndirilmiş, məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi əsas gətirilməklə cəzanın daha da sərtləşdirilməsi xahiş olunmuşdur. Kasssaiya məhkəmə kollegiyası işin bütün halları baxımından qiymətləndirmə apararaq qeyd etməyi vacib hesab edir ki, CM-də müxtəlif güzəşt institutları nəzərdə tutulmuş və bu institutlar istifadə edilmədiyi təqdirdə, cinayət törətmiş şəxs cəzalandırılmalıdır və məhz cəzalandırma yolu ilə cəzanın məqsədinə nail olunması mümkündür. Hazırki işin hallarından da göründüyü kimi, məhkumun cinayət əməli nəticəsində cavan bir şəxs, hüquqi varisin oğlu ölmüşdür. Cinayətin nəticəsi olduqca ağırdır və bu cinayət əməlini törətmiş şəxs cəzalandırılmalıdır. Bu cəzalandırma za manı cinayət qanununun vəzifələri və prinsipləri rəhbər tutulmaqla, CM-in 58-ci maddəsində əks olunmuş ümumi əsaslar nəzərə alınmaqla, cinayət törətmiş şəxsə ədalətli cəzanın təyin edilməsinə nail olunmalıdır. Ədalətli cəza – qanuna əsaslanan, qanun pozuntusuna görə tətbiq olunan, şəraitə və əmələ uyğun, həm hüquqi, həm də mənəvi baxımdan haqlı və uyğun hesab edilən cəzadır. Cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsə müvafiq cəza təyin edilərkən ədalət və hümanizm prinsiplərinin də tələblərinə ciddi əməl edilməli və bu zaman cəzanın fərdiləşdirilməsi meyarları da rəhbər tutulmalıdır. CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Birinci instansiya məhkəməsi hökmdə, apellyasiya instansiaysı məhkəməsi isə yekun qərarda məhkumun cəzasını yüngülləşdirən halları sadalamış və məhkumun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişlər. Kassasiya instansiya məhkəməsi kassasiya müraciətlərinin dəlilləri əsasında həmin halları yenidən tədqiq etmiş və məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallara münasibətdə məhkəmələrinin qiymətləndirməsinin qanuni və əsaslı olması qənaətinə gəlmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilən 5 il müddətinə azadlıdan məhrum etmə cəzası da kifayət qədər sərt və ağır cəzadır və məhkumun təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddinə yaxın olmaqla, məhkum tərəfindən törədilmiş cinayət əməlinin x arakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan ittiham tərəfinin kassasiya müraciətləri əsasında dəyişdirilməməli, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət Kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2024-cü il 16 oktyabr tarixli, 1(008)484/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllənin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 15 yanvar tarixli, 1(103)-249/2025 nömrəli qərarı zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə və dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar