Məhkəmə qərarları › İş №1(102)-1299/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1299/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1299/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Şıxıyev Şükür Babacan oğlu və Məhkum2 müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev ilkin Qismət oğlu (sədrlik edən), X11 oğlu və X3 İbarət tərkibdə) xx xxxxxxx 1989-cu ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Qarazeynallı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhər i, Binəqədi rayonu. Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 19 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji kabinetində qeydiyyata alınması müəyyən edilmişdir. xx xxxxxx 1988-ci ildə Qubadlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, R.Allahverdiyev k üçəsində yaşamış, Bakı şəhəri Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il Azərbaycan Respublikası CM-in 234 1-ci maddəsi ilə təqsrili bilinərək 11(on) bir ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş Məhkum2 Azərbaycan Respublikası CM-ın 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla, ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 19 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji kabinetində qeydiyyata alınması müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 və onun müdafiəçisı Şıxıyev Şükür Babacan oğlu tərəfindən ayrı-ayrılıqda və məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), X13 oğlu və Bəşirov Kamil Sücəddin oğlundan oğlundan ibarət tərkibdə) 15 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinay ətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Şıxıyev Şükür Babacan oğlu və Məhkum2 müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Hüseynov X5 və 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum2 məhkəmə kollegiyasına ərizələr ilə müraciət edərək müdafiəçiləri tərəflərindən v erilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişdirlər. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçi sinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Şıxıyev Şükür Babacan oğlu və Məhkum2 müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətləri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar